Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allium descendens
Yumrubaş soğan (lat. Allium sphaerocephalon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium vineale var. descendens
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Westend.
Jerar Daniel Vestendorp (fr. Gérard Daniel Westendorp; 8 mart 1813, Haaqa, Birinci Fransa İmperiyası – 31 yanvar 1868) — holland əsilli Belçika botaniki. == Elmi fəaliyyəti == Jerar Daniel Vestendorp mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Herbier cryptogamique, ou, Collection des plantes cryptogames et agames qui croissent en Belgique (with A.C.F. Wallays), 1845-1859. Notices sur quelques cryptogames, 1851-1863. Polypiers flexibles de la Belgique. Collection des bryozaires, sertulaires, flustres & spongiaires qu'on rencontre en Belgique, et particuliérement aux environs d'Ostende, 1853. Les cryptogames : classes d'apres leurs stations naturelles, 1854. Description de quelques Cryptogames inédites ou nouvelles pour la flore des deux Flandres, 1863. == Şərəfinə adlandırılmış taksonlar == Aspergillus westendorpii Sacc.
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. == Həyatı == Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Desmond Duqlas
Desmond Duqlas (20 iyul 1955) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Desmond Duqlas Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Daşkənd
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Rusiyanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.
Dəstcerd
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Xələcistan bəxşində şəhər və baxşın paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,121 nəfər və 351 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti xələclərdən ibarətdir və xələc dilində danışırlar.
Desmond D'Sa
Desmond D'Sa (afrik. Desmond D'Sa) — Cənubi Afrikadan olan ekoloq. 2014-cü ildə Goldman Ətraf Mühitin Mühafizəsi mükafatını alır. Desmond 25 ildən artıqdır ki, Durbanın cənubunda ekoloji təhlükəsizliyə ciddi ziyan vuran əsas neft emalı zavodları ilə mübarizə aparır və onları təqib edir. == Fəaliyyəti == O, Durbanda (Cənubi Afrika) ekoloji ədalət hüququ üçün yaşıl fəzalara girişin təşkili və ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyaları təşkil etdikdən sonra tanınır. Şəhərin ətrafındakı ərazi "Xərçəng xiyabanı" kimi tanınır, çünki ərazidə 300-dən çox sənaye müəssisəsi yerləşir[5]. Bu problemlə mübarizə aparmaq üçün o, Durban Cənubi İcmasının Ekoloji Alyansını qurur. Bu icma çirklənmə ilə mübarizədə və Durban limanının genişlənməsinin qarşısının alınmasında uğur qazanmışdır. 2011-ci ildə təbliğat fəaliyyəti üçün onun evinə yanğın bombası atılır. O, aparteid dövründə böyüyür və ona qarşı mübarizə aparmaqla yanaşı, ekoloji və sosial ədalət məsələləri ilə də məşğul olmağa başlayır.
The Last DeadEnd
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Desen-1
Desen-1(C10H20) - doymamış karbohidrogenlər – alkenlər sinfinə aid olan düzxətli quruluşa malik doymamış karbohidrogendir. O, 10 karbon atomuna, eləcə də 20 hidrogen atomuna malik bu sinfin tipik nümayəndəsidir. == Fiziki xassələri == Desen-1 suda həll olmayan, etanolda və dietil efirində həll olan rəngsiz mayedir. == Tətbiqi == Desen-1 motor yaglarının və E907 qida əlavəsinin istehsalında istifadə olunan polimerləşdirilmiş desenin istehsalında tətbiq olunur. == Alınması == Bu karbohidrogen, əsasən, termiki krekinq yolu ilə alınır. Onu almaq üçün ilkin maddə kimi eykozan (C20H42) istifadə olunur. Reaksiya ümumi şəkildə belədir: C20H42 −(t, Pt)→ C10H22 (dekan) + C10H20 (desen). == Mənbə == Свойства органических соединений: Справочник. — Под ред. Потехина А. А. — Л.: Химия, 1984.
Dələnd
Dələnd-İranın Gülüstan ostanının Ramiyan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,732 nəfər və 1,981 ailədən ibarət idi.
DAŞKƏND GÖYÇƏ
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşbənd (Bukan)
Daşbənd (fars. داش‌بند‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,801 nəfər yaşayır (353 ailə).
Daşkənd (Göyçə)
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd (Konya)
Daşkənd (Konya) - Türkiyənin Konya ilində kənd. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Daşkənd (Yardımlı)
Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. == Toponimikası == Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == Din == Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.
Daşkənd (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycandaDaşkənd (Xocalı) — Xocalı rayonunda kənd. Daşkənd (Yardımlı) — Yardımlı rayonunda kənd. 13 iyun 2008-ci ildə ləğv olunmuşdur. Yeni Daşkənd — Bərdə rayonunda kənd.ErmənistandaDaşkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Daşkənd (Özbəkistan)
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Daşkənd bəyanatı
Daşkənd bəyanatı — Daşkənd Bəyannaməsi Hindistan və Pakistan arasında 10 yanvar 1966-cı ildə imzalanmış və 1965-ci ildə Hind-Pakistan müharibəsini həll edən sülh sazişi idi. Sülh 23 sentyabrda iki xalqı atəşi dayandırmağa məcbur edən xarici qüvvələrin müdaxiləsi ilə əldə edilmişdi. Münaqişə qızışa bilər və başqa gücləri cəlb edə bilər. == Tarixi == 1966-cı il yanvarın 4-dən 10-dək Özbəkistan Sovet Sosialist Respublikasında, Sovet İttifaqında (indiki Özbəkistan) Daşkənddə daha daimi yaşayış məntəqəsi yaratmağa çalışmaq üçün toplantı keçirildi.Baş nazir Aleksey Kosıginin təmsil etdiyi Sovetlər Hindistanın Baş naziri Lal Bahadur Şastri və Pakistan Prezidenti Məhəmməd Əyyub Xan arasında moderatorluq etdi. == Bəyanatın məqsədi == Konfrans uğur kimi qiymətləndirildi. Hindistan və Pakistan qüvvələrinin münaqişədən əvvəlki mövqelərinə, avqustdan əvvəlki mövqelərinə, 1966-cı il fevralın 25-dən gec olmayaraq; heç bir xalq bir-birinin daxili işlərinə qarışmaz; iqtisadi və diplomatik əlaqələr bərpa olunacaq; hərbi əsirlərin nizamlı şəkildə köçürülməsi olacaq və hər iki lider ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışacaqlar. == Bəyanatdan sonrakı mərhələ == Razılaşma hər iki ölkədə tənqid olundu, çünki onların xalqı əldə etdiklərindən daha çox güzəşt gözləyirdi. Daşkənd Bəyannaməsinə uyğun olaraq 1966-cı il martın 1-də və 2-də nazirlər səviyyəsində danışıqlar aparıldı. Bu danışıqların nəticəsiz olmasına baxmayaraq, diplomatik mübadilə bütün yaz və yay aylarında davam etdi. Kəşmir məsələsində fikir ayrılığı olduğu üçün bu danışıqlardan nəticə əldə olunmayıb.
Daşkənd klanı
Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır.Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.
Daşkənd kəndi
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd metropoliteni
Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir. Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır. == Tarixi == Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi.
Daşkənd tramvayı
Daşkənd tramvayı (özb. Toshkent tramvaylari) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1912–2016-cı illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. Daşkənd tramvayı Mərkəzi Asiyanın ən qədim tramvayıdır. == Tarixi == === Konka === Daşkənd tramvayının tarixi 1896-cı ildə, Daşkənd şəhər idarəsi Daşkənd tramvayının imtiyaz müqaviləsi üzərinə qurulması və istismarı mövzusunda Belçikanın anonim şirkəti olan "Taşkentskiy tramvay" (rus. «Ташкентский трамвай», azərb. «Daşkənd tramvayı»‎) ilə müqavilə imzalasıyla başlayır. İlk konka xəttinin inşa prosesinə 1897-ci ildə start verilmişdir. İlk konka xətti stansiyadan başlayıb, Duxovskaya (indiki Əmir Teymur Bulvarı), Məhramskoy (indiki Özbəkistan Bulvarı), Zerabulakskoy, Cizzaxskoy (indiki Buxara), Romanovskaya (indiki Böyük Turon), Vorontsovskaya (indiki Süleymanova), Çernyayevskaya (indiki İstiqbol), Şayxantohur (indiki Navoy Prospekti) küçələrindən keçərək, tramvay anbarının olduğu köhnə qəsəbədəki Çorsu bazarına qədər idi. Vaqon konkası 31 mart 1901-ci il tarixində açılmışdır. İkinci konka xətti isə, 5 aprel 1903-cü il tarixində açılmışdır.
Daşkənd vilayəti
Daşkənd vilayəti — Özbəkistanda vilayət. 1938-ci il yanvarın 15 -də təşkil edilmişdir. Sahəsi 15,3 min km², Әhalisi isə 2,6 milyon nəfərdir (2012). 15 tumanı (rayon), 16 şəhəri, 18 şəhər tipli qəsəbəsi var. Mərkəzi Daşkənd şəhəridir. == Təbiəti == Daşkənd vilayəti ərazisinin çox hissəsi dağ ətəyi düzənlikdir. Şimal-şərq və şərq hissələrini Qərbi Tyan-Şan dağlarının silsilələri (Çatkal– 4045 m, Pskem – 4299 m və s.) tutur. Daşkənd vilayəti yüksək seysmik zonadadır. Faydalı qazıntıları: qonur kömür, mis filizi, polimetallar, tikinti materialları və s. İqlimi kəskin kontinentaldır.
Daşkənd xanlığı
Daşkənd xanlığı Özbəkistan dövlətinin paytaxtı Daşkənddə yerləşən orta əsrlərdə Özbək-Qazax dövləti. Xanlığın tarixini üç dövrə bölmək olar. 1501-ci ildə Buxara xanlığının tərkibində yaradılmış və muxtar idarə edilmiş, lakin xanlar vali təyin edilmişlər. 1597-ci ildə II Abdulla xan Şeybani vəfat edəndə Qazax xanlığı Daşkəndi ələ keçirdi və şəhərə gələcək qazax xanları hakim oldular. 1613-cü ildə Tursun Məhəmməd xan müstəqilliyini elan edərək müstəqil xanlığa çevrildi. O, bir müddət xanlığı idarə etdi; 1627-ci ildə Qazax xanlığı Daşkəndi tutdu və xanlıq dağıdıldı.
Daşkənd zooparkı
Daşkənd zooparkı (özb. Toshkent hayvonot bogʻi; rus. Ташкентский зоопарк) – Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən zoopark. == Tarixi == Zoopark 1924-cü ildə Özbəkistan Milli Universitetinin zooloqlarının təşəbbüsü ilə açılmışdır və cəmi 3 ha sahəyə malik idi. 1940-cı illərin sonlarında artıq zooparkda 200-ə qədər heyvan növü saxlanılırdı. 1992-ci ildə zooparkın sahəsi 10,7 ha, burada saxlanılan heyvan növlərinin sayı 270-dən çox idi. 1994-cü ildə Özbəkistan Respublikası Nazilər Kabinətinin verdiyi qərarla zooparkın dünya standartlarına uyğunlaşdırılması qərarlaşdırılmışdır. 1997-ci ildə zooparkın sahəsi 21,5 ha olmuşdur.1998-ci ildən zoopark Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. == Haqqında == Zooparkın sahəsi 21,5 ha təşkil edir. Burada 385 növdən 3000-dən çox heyvan saxlanılır.
Daşkənd şəhəri
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.