Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Devrim
Devrim (türk. Devrim "inqilab" və ya "çevriliş") — Türkiyə Respublikasının 4-cü prezidenti olmuş Camal Gürsəlin əmri ilə 1961-ci il Respublika günü münasibətilə hazırlanmış 4 nümunəlik avtomobil. Yüngül avtomobillər sinfinə daxil bir avtomiobil olmuşdur. Uzunluğu 4.5 , eni 1.8 m, hündürlüyü 1550 mm olan bir avtomobil. Avtomobilin ümumi çəkisi 1250 kq olmuşdur. Bu avtomobillər 4 ay yarıma hazırlanmış və istifadəyə verilmişdir. Gələcəkdə seriya buraxılışları planlaşdırılırdı. Layihə əsasında yalnız avtomobilin ümumi raması və xarici quruluşu işlənə bilir. Mühərrik və idarəetmə qurğusu isə xaricdən alınır. Cəmi dörd nümunə hazırlanır.
Devrək
Devrək (türk. Devrek) — Zonquldak ilinin ilçəsi. Əhalisi 57.540 nəfərdir. 14 may 1920-ci ildə Zonquldak ilinin ilçəsi statusu almışdır. Məmur Ümid Altay, bələdiyyə başçısı isə Çətin Bozqurddur. == Tarixi == Qədim dövrlərdən bəri dərin köklü bir tarixə sahib olan Devrek bölgənin sosial və mədəni yükünü digər qonşuları ilə birlikdə icra edirdi. Bu çərçivədə, Devrek erkən xalkolit dövründə (e.ə. 5500) məskunlaşma səhnəsi idi və bu vəziyyət erkən tunc dövrünün sonuna qədər davam etdi. Eramızdan əvvəl 2000-ci ildən Yunan dövrünə qədər 'Qaranlıq Əsr' adlandırdığımız bu illərdə heç bir yaşayış məskəninin olmadığı Devrəkin Ellinizm Dövründən bəri tikintiyə məruz qaldığı aydın olur. Buna görə Devrekdə və ətrafındakı ərazilərdə Hitti yaşayış yeri yoxdur.
Derrik Engebretson
Derrik Ceyms Engebretson (5 iyul 1990 – itkin düşüb 5 dekabr 1998) – Oreqon ştatının Rokki Point yaxınlığındakı Vinema Milli Meşəsində müəmmalı şəkildə itkin düşən amerikalı uşaq. 5 dekabr 1998-ci ildə axşam saatlarında Engebretson ata və babası ilə birlikdə şam ağacı axtararkən itdi və onlar günortadan sonra onu görmürlər. Yolun yaxınlığında ayaq izləri və qar mələyi tapıldı, lakin həmin axşam hüquq mühafizə orqanları gəldiyində çovğun dərhal axtarışa mane oldu. Sonrakı həftələrdə hüquq mühafizə orqanları və könüllü axtarış aparanlar ərazini keçməyə davam etdilər, lakin Engebretson tapılmadı. 2008-ci ildə məhkum edilmiş uşaq təcavüzkarı Frenk Ceyms Milliqanın Engebretsonun yoxa çıxmasında şübhəli sayıldığı ortaya çıxdı. 2019-cu ilə kimi onun harada olduğu bilinmir. === İtkin düşməsi === 5 dekabr 1998-ci ildə səkkiz yaşlı Derrik Engebretson atası və babası ilə Oreqon ştatının Roki-Point yaxınlığındakı Klamat-Folsdan təxminən 30 mil məsafədə və Krater Gölü Milli Parkından dərhal cənubda yerləşən Pelikan Byutta getdi. Üçü də Milad ağacı axtarmağı planlaşdırmışdı. Ekskursiya vaxtı bir yerdə Engebretson ata və babasından uzaqlaşdı. Engebretsonun o axşam təxminən 4:13 radələrində yoldan ötüb-keçən bir avtomobil sürücüsünə xəbər verən atası və babası tərəfindən itkin düşdüyü bildirildi.
Devrim Özkan
Devrim Özkan (2 sentyabr 1998, Muğla[d], Muğla ili) — türk kino və teatr aktyoru. == Bioqrafiyası == 2 sentyabr 1998-ci ildə Muğlada anadan olub, Bodrumda böyüyüb. Muğla Sıtkı Koçman Universitetinin İncəsənət fakültəsində bir il oxuduqdan sonra məktəbi tərk edərək İstanbula köçür və ilk film işi olan "Röya" serialı ilə aktyorluğa başlayır. Daha sonra Vatanım Sensin, Vuslat, Ramo kimi film layihələrində iştirak edib. Gelsin Hayat Bilip Gibi serialında canlandırdığı "Songül Acarerk" obrazı ilə daha çox tanınıb. Daha sonra Ne Gemiler Yaktım serialında "Fidan Hersekli" obrazını canlandırıb.
Derik (Salmas)
Derik (fars. دريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).
Dejarik
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Lervik
Lervik (ing. Lerwick — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Sedrik
Cédric - Sedrik, Belçikalı karikaturaçı Raoul Cauvin tərəfindən yazılmış və Laudec tərəfindən uyğunlaşdırılmış bir cizgi filmidir. Serial əvvəlcə Fransada nəşr olundu və sonra dünyanın bir çox çizgifilm nəşriyyatı tərəfindən öz dillərinə tərcümə edildi. Cizgi filminə görə, Sedrik 8 yaşlı sarışın oğlandır. Məktəbdə Çin əsilli sinif yoldaşı Çen ilə eşq yaşayır. O, sinif yoldaşı Kristianla çox yaxşı dostluq münasibətləri qurmuşdur. Onların sinfində atası diplomat olan Nikolas onun bir nömrəli düşmənidir. Atası Şərq xalçalarının satıcısı olan Sedrik evdə ailəsi ilə yaxşı anlaşmır. Anası (Maryrose)Mariyaroz çox sərtdir. Atası Robert tez-tez çox yorğun və qaraqabaq olur. Sedrikin babası Paulun təxminən səksən yaşı var, amma nəvəsi Sedriki ən yaxşı anlayan odur.
Detris
Felicia (lat. Felicia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild (illüziyaçı) — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Henrik Artstovski
Henrik Artstovski (pol. Henryk Arctowski; 15 iyul 1871, Varşava – 21 fevral 1958, Betesda), ilk adı Henrik Arts olmuşdur — Polşa alimi və qütb ekspedisiyaçısı. İlk Antarktika qışlamasında iştirak etmişdir və dünyaca məşhur meteoroloq olaraq şöhrət qazanmışdır. Bir sıra coğrafi obyektlər, Polşa Antarktika Stansiyası və ABŞ Milli Elmlər Akademiyasının medalı onun şərəfinə adlandırılıb. == Həyatı == 15 iyul 1871-ci ildə Varşavada Vürttemberq kökləri olan bir ailədə anadan olmuşdur. 1888-ci ildə təhsilini Lyej Universitetində başladı, burada riyaziyyat, fizika və astronomiya üzrə təhsil alırdı, daha sonra isə Sarbonnada kimya və geologiya sahələri üzrə oxumuşdur. 1893-cü ildə təhsilini başa vurduqdan sonra Lyejə qayıdır və burada professor Şprinqə məxsus kimyəvi laboratoriyada işləməyə başlayır. 1893-cü ildə Belçika hökumətindən soyadının "Artstovski" olaraq dəyişdirilməsini istədi. 1895-ci ildə Belçika Antarktika ekspedisiyasına qatıldı, hansı ki məcburən olsa da ilk dəfə Cənub Qütb dairəsindən kənarda qışlamalı olur. Sonradan məşhurlaşan Roald Amundsen, Frederik Kuk və Emil Rakovitsa kimi tədqiqatçılar onun ekspedisiya yoldaşları olmuşdular.
Henrik Dam
Henrik Dam (ing. Karl Peter Henrik Dam;21 fevral 1895[…], Kopenhagen – 17 aprel 1976[…], Kopenhagen, Danimarka) — Danimarka boikimyaçısı, Nobel mükafatı laueratı. == Həyatı == Karl Peter Henrik Dam 21 fevral 1895-ci ildə Kopenhagendə anadan olmuşdur. === Vəfatı === 24 aprel 1976-cı ildə Kopenhagendə vəfat edib.
Henrik Kristoffersen
Henrik Kristoffersen (2 iyul 1994) — Norveçli dağ-xizək idmançısı. O, dağ-xizək idmanı üzrə Dünya Kubokunda iştirak etmiş, Olimpiya Oyunlarının mükafatçısı olmuşdur. Kristoffersen Norveçin Okershus dairəsinin Lorenskoq bələdiyyəsində anadan olmuşdur. Kristoffersen slalom və böyük slalom yarışları üzrə ixtisaslaşmışdır. O, Dünya Kubokunda peşəkar debütünü 2012-ci ilin mart ayında Sloveniyanın Kranyska Qora şəhərində etmişdir. İlk dəfə podiuma isə 2013-cü ilin noyabr ayında çıxmışdır. Finlandiyanın Levi şəhərində keçirilən yarışda o, 3-cü yeri tutmuşdur. 2014-cü ildə Soçidə keçirilən 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. Kristoffersen Rosa Xutorda keçirilən yarışda slalom üzrə bürünc medal qazanmışdır. 19 yaşında medal əldə edərək Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə ən gənc medal qazanan idmançı kimi tarixə düşmüşdür.
Henrik Larsson
Henrik Larsson (20 sentyabr 1971) ― İsveç futbolçusu == Karyerası == === Futbolçu karyerası === Karyerası boyu vətənində "Hyoqabor" klubunda da oynayan Henrik ölkədən kənarda Hollandiyada "Feyenoord", Şotlandiyada "Seltik", İspaniyada "Barselona", İngiltərədə "Mançester Yunayted"də forma geyinib. Karyerası boyu həm çoxsaylı mükafatlar, ölkə çempionluğu, kuboku qazanan Larsson "Qızıl buts"un sahibi, Çempionlar Liqasının qalibi olub. Hətta vətənində bütün dövrlərin ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, milli komandasının heyətində dünya çempionatının bürünc medalını qazanan, keçirdiyi 106 oyunda 37 qol vuran Larsson Azərbaycan milli futbol komandasının da qapısına yol tapıb. Karyerasını 2009-cu ildə bitirib. Yaşıl meydanda çıxışını 38 yaşında başa vuran hücumçu son oyununu ölkə çempionatında "Helsinqborq"un heyətində "Yurqorden"lə qarşı görüşdə keçirib. O, futboldan komandasında bu ilin yaxşı oyunçusu seçilməsi ilə bağlı aldığı mükafatla yola salınıb. === Məşqçilik karyerası === Larsson İsveç çempionatının ikinci divizionunda çıxış edən "Landskrona Boys" komandası ilə 1 illik məşqçilik müqaviləsi bağlayıb.
Henrik Petersson
Henrik Petersson (6 aprel 1973, Uppsala) — riyaziyyatçı, riyaziyyat müəllimi və İsveç yazıçısı. Petersson Çalmers Texnologiya Universiteti dosentdir və Göteborqdakı Hvitfeldtska Liseyində riyaziyyat dosenti olaraq çalışır. Petersson Hvitfeldtska Liseyində qabaqcıl riyaziyyat üçün riyaziyyat problemi kurslarını və təbiət elmləri sahəsi üçün klassik riyaziyyat kurslarını tədris edir. Hvitfeldtskada tədrisi ilə yanaşı riyaziyyatla maraqlanan lisey tələbələri üçün online platforma da idarə edir. Sayt Solstickan Vəqfi vasitəsi ilə maliyyələşdirilib. == Həyatı == Henrik Petersson 6 aprel 1973-cü ildə İsveçin Uppsala şəhərində anadan olub. 2001-ci ildə riyaziyyat üzrə elmilər doktoru olmuşdur. 2010-cu ildə xüsusi lisey muəllimi kimliyini almışdır. 2005–2008 illəri arasında riyaziyyat sahəsinda 12 ədəd müxtəlif elmi tədqiqatlar və məqalələr dərc etmişdir. Tədqiqatı funksiyaların nəzəri tətbiqi ilə xətti dinamika və operativ nəzəriyyəyə yönəldilmişdir.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Yerik
Yerik (rus. ерик, ing. yerik) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; çaydan gölə, göldən gölə gizli axın; Don çayının aşağısında və Volqa çayının deltasında xırda qollar.
Henrik Pontoppidan
Henrik Pontoppidan (dan. Henrik Pontoppidan; 24 iyul 1857[…] – 21 avqust 1943[…]) — danimarkalı yazıçı, romançı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). == Həyatı == Danimarka romançısı Henrik Pontoppidan Yutland yarımadasında, 16 uşaqlı keşiş ailəsinin dördüncü övladı kimi dünyaya gəlmişdi. Atası din adamı olsa da, mütərəqqi baxışları və açıqfikirliliyi ilə tanınırdı. O, lüteran ideyalarını Danimarka milliyyətçiliyi ilə birləşdirmək xəyalında idi. Henrix atasının fikirlərinə hörmətlə yanaşırdı, lakin oxumuş, ziyalı qadın olan anası ilə daha çox ünsiyyət saxlayırdı. Lüteran kilsəsi geniş imkanlara malik olduğundan Pontoppidan ailəsi ehtiyacdan uzaq idi. Buna baxmayaraq Henrik gələcəyini kilsə ilə bağlamaq niyyətində deyildi. Cəmiyyətə fayda gətirmək üçün texniki ziyalı olmağı sərfəli saydığından təhsilini politexnik institutunda davam etdirmək qərarına gəlmişdi. Paytaxta gəldikdən sonra Henrik əyalət mühiti ilə əlaqələrini kəsdi.
Henrik Senkeviç
Henrik Adam Aleksandr Piy Senkeviç (pol. Henryk Sienkiewicz, tam adı pol. Henryk Adam Aleksander Pius Sienkiewicz; 5 may 1846[…] – 15 noyabr 1916[…]) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905). == Həyatı == Polyak yazıçısı Henrix Adam Aleksandr Piy Senkeviç Podlesyedə, Vola-Okeysk adlı kiçik şəhərdə doğulmuşdu. Atası Yozef Senkeviç knyaz Vitovtun zamanında Böyük Litva knyazlığına köçürülən tatar nəsillərindən idi. Bu ailə yalnız XVIII əsrdə xristianlığı qəbul etmişdi. 1775-ci ildə Senkeviçlər şlyaxtiç–Polşa zadəganları silkinə daxil olunmuşdu. Gələcək yazıçının anası Stefaniya Çetsişovska isə belorus şlyaxtiçləri ailəsindən çıxan əsil-nəcabətli və yaxşı təhsil almış qadın idi. Uşaqlar məktəb yaşına çatdıqda Varşavaya köçmək qərara alındı. Burada Henrix təhsilini gimnaziyada davam etdirirdi.
Henrik İbsen
Henrik Yohan İbsen (20 mart 1828, Şien — 23 may 1906, Kristianiya) — görkəmli norveç dramaturqu. Müasir realist dramaturgiyanın inkişafına misilsiz töhfələr vermiş bu yazıçını çox vaxt "müasir dramaturgiyanın atası" adlandırırlar. == Həyatı == Henrik İbsen 1828-ci ildə zəngin tacir ailəsində anadan olub. Onun ailəsi 1836-cı ildə müflisləşib. İbsen 1844-cü idən başlayaraq əczaçı işləyib. Əczaçı işlədiyi dövrdə o özünün ilk şerlərini və 1848-ci ildə Avropada baş vermiş inqilabi hadisələri özündə əks etdirən "Katalina" (1850) dramını qələmə alıb. 1850-ci ildə İbsenin "Qəhrəmanlıq kurqanı" adlı pyesi Kristianiyada (indiki Oslo) tamaşaya qoyulub. 1852–1857-ci illərdə Bergendə Norveçin ilk milli teatrına, 1857–1862-ci illərdə isə Kristianiyada Norveç teatrına rəhbərlik edib. 1864–1891-ci ilərdə Roma, Drezden və Münhendə yaşayıb. İbsen 1862-ci ildə yazdığı "Məhəbbət komediyası"nda o dövrün norveç məmurlarının satirik obrazını, 1864-cü ildə qələmə aldığı "Taxt-tac uğrunda savaş" adlı tarixi dramında isə mütərəqqi tarixi missiyanı həyata keçirən qəhrəman obrazını yaradıb.
Metrik tenzor
Differensial həndəsədə metrik tenzor – səthə toxunan iki v və w vektorlarını qəbul edib bir həqiqi ədəd qaytaran funksiyaya deyilir. Bu tenzor, vektorların Evklid həndəsəsindəki skalyar hasili ümumiləşdirir. Skalyar hasil, iki vektor arasındakı məsafə və bucağı təyin edən əməliyyat olduğu üçün, metrik tenzor, bu əməliyyatı istənilən növ çoxobrazlı üzərindəki vektorlar üçün etməyə imkan verir. Əgər istənilən sıfırdan fərqli v vektoru üçün g(v, v) > 0 şərti ödənilirsə, o zaman metrik teznor müsbət-müəyyən kimi xarakterizə olunur. Metrik tenzoru müsbət-müəyyən olan çoxobrazlıya Riman çoxobrazlısı deyilir. Riman çoxobrazlısında iki nöqtəni birləşdirən ən qısa əyri, geodezik adlanır. Beləliklə, Riman çoxobrazlısında uzunluq anlayışı olduğuna görə, yəni istənilən p və q nöqtəsi üçün p -dən q -ya qədər məsafəni hesablayan d(p, q) funksiyası mövcud olduğuna görə Riman çoxobrazlısı metrik fəza hesab olunur. Digər tərəfdən, metrik tenzora məsafə funksiyasının törəməsi kimi baxa bilərik: metrik tenzor çoxobrazlıdakı sonsuz kiçik məsafəni verir. Metrik tenzorun koordinat bazisinə görə komponentləri simmetrik matris təşkil edir. Bu komponentlər koordinat sisteminin dəyişilməsi zamanı kovariant çevrilməyə məruz qalır.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Dərviş
Dərviş (qaz. Диуана, Дәруіш), (fars. درویش‎) — səyahət edən, fiziki dünyadan imtina edən, mənəvi dünyada yaşayan, sufiliyi təbliğ edən dindar insan. Dərvişlər hər zaman özlərini Allah-taala, peyğəmbər və əhli-beytin mədhiyyəçiləri sayıblar. "Dərviş öz evini çiynində gəzdirər" deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dərvişlik orta əsrlərdə yayılmağa başlayıb. Diyarbadiyar gəzən dərvişlər əsasən Allahın şəninə, peyğəmbərimiz və onun əhli-beytinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri təbliğ edən mərsiyələr deyərmişlər. İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. "Dərviş" fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər deyillər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.
Dəvdək
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Qəsrik
Qəsrik (Salmas)
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Əsrik
Əsrik nahiyəsi
Əyrik
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.