DİRRİK₁

is. Səbzəvat, göyərti və s. əkilən yer; bostan. Dirrik bitkiləri.
– Bəzi adamlar da öz dirrik yerlərində çalışırdı. S.Rəhimov.
…Bayram bəzən işə getmirdi.
Öz həyətinin çəpərini möhkəmləndirir, ağaclarına qulluq edir, suyu öz həyətinə gətirib dirriyini, ağaclarını suvarırdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİRRİK dirrik bax bostan
  • DİRRİK bostan

Omonimlər

  • DİRRİK DİRRİK I is. Yaşayış. Ağlamaq istəyirəm, gözlərimdən yaş gəlmir; Bu nə güzəran, bu nə dirrikdir? (S.Vurğun)

Etimologiya

  • DİRRİK Diri sözü ilə bağlıdır (əsli:dirilik). Yaşamaq (diri qalmaq) üçün ayrılan və əkilən bostan və s. deyiblər
DİRRİK₂
DİRRİKÇİ
OBASTAN VİKİ
Dirrik cəfərisi
Dirrik cəfərisi (lat. Petroselinum crispum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cəfəri cinsinə aid bitki növü.
Dirrik ispanağı
Dirrik ispanağı (lat. Spinacia oleracea) — pəncərkimilər fəsiləsinin i̇spanaq cinsinə aid bitki növü.
Dirrik pərpərəni
Dirrik pərpərəni (lat. Portulaca oleracea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü. == Kulinariyada == Azərbaycan mətbəxində dirrik pərpərəni geniş istifadə olunur. Kükü və adi qayğanaqla və marinad halında yeyilir. Hələ SSRİ çağında marinadlaşdırılmış halda başqa respublikalara, ayrı-ayrı ölkələrə ixrac olunurdu.
Dirrik südləyəni
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.

Digər lüğətlərdə