Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayrı-seçicilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçicilik

Dəmirçilik
Dəmirçilik — orta əsrlərdə əsas əmək alətləri və silahlar dəmirdən düzəldilirdi. Dəmir həm də tikintidə, təsərrüfatda və məişətdə geniş tətbiq olunurdu. Tədqiqatlar dəmirçiliyin həm şəhər, həm də kəndlərdə mövcudluğunu təsdiqləyir. == Azərbaycanda dəmirçiliyin inkişafı == Azərbaycanın zəngin dəmir fılizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Dəmirçiliklə bağlı istehsalat komplekslərinin qalıqları arxeoloji qazıntılarla Şamaxı, Beyləqan, Qəbələ və Şabran şəhər yerlərində üzə çıxarılmışdır.. === Dəmirçiliyin tarixi === Qarabağda bəsit istehsal texnikasına əsaslanan filizəritmə işində, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Bunun üçün fıliz parçaları kömür ilə birlikdə kürənin odluğuna yığılırdı. Qoşa körük vasitəsilə yaradılmış yüksək hərarət nəticəsində filiz əridikcə kürənin odluğunda qaynar metal ərintisi kütləsinə çevrilirdi. Ərintidə əmələ gələn pasa mütəmadi əlaraq qədgir vasitəsilə çıxarılıb təmizlənirdi. Lakin sırf dəmir əldə etmək üçün bu kifayət etmirdi.
Dəvəçilik
Dəvəçilik — Heyvandarlığın bir növü olub, dəvə saxlama və dəvə ilə yük daşıma işindən ibarətdir. Əsasən səhra, yarımsəhra və quru çöl ərazilərində yayılmışdır. Dəvəçilikdə süd, ət və yun əldə edilir. Üstəlik dəvədən minik və yük vastəsi kimi istifadə olunur. Bu kənd təsərrüfatı sahəsi ərəb və islam ölkələrinin arid ərazilərində yayılmışdır. 1997-ci ildə dünyada 19,63 mln baş dəvə olmuşdur. Bunun 6,1 mln başı Somalidə, 3,1 mln başı Sudanda yetişdirilmişdir. Üstəlik milyon baş Hindistan, Mavritaniya, Pakistan, Efiopiya ərazilərində mövcud olmuşdur. Mərkəzi Asiya və Qazaxıstan ərazilərində üç cins ikihürgüclü (Kalmıs, Qazax, və Monqol) və bir cins Bir hürgüclü (Arvana) dəvə yerişdirilir.
Dəyişiklik
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Azərbaycanda dəvəçilik
Azərbaycanda dəvəçilik — Azərbaycan Respublikası ərazisində dəvələrin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2-0.3 min baş arası olması qeyd edilir. Sumayıtın Corat qəsəbəsində dəvə ətindən hazırlanmış Corat qutabı hazırlanır.
Azərbaycanda zəliçilik
Azərbaycanda zəliçilik — Azərbaycan Respublikası ərazisində zəlilərin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycan 1984-cü ildən "Qırmızı kitab"a daxil edilən zəlinin təbii şəraitdə rast gəlinən nadir ölkələrdən biridir. Digər ölkələr Rusiyanın cənubu, Ukrayna, Macarıstan, İsrail və Fransadır. Azərbaycanda zəlinin 17 növü var. Ən çox "Hirudo-orientalis", yəni zəlinin ən yaxşı növü sayılan Şərq zəlisi məhz Azərbaycanda geniş yayılıb. Vaxtilə Azərbaycanda zəlini süni yolla artırmaq üçün biofabrik olub. SSRİ dövründə Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı var idi. Hazırda bu ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, zəlilər təbii surətdə artıb-çoxalır; göllərdən tutulurlar. Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olanlar var. == Tədqiqi == AMEA Zoologiya İnstitutunda zəliçilik kursları var.
Sosial dəyişiklik
Ümumi bir ifadə olaraq, istifadə formalarına görə "sosial dəyişiklik" Sosial strukturdakı dəyişiklik: təbiət, təşkilatlar, sosial davranış və ya cəmiyyət içindəki sosial münasibətlər, insanların bir yerdə yaşaması və daha çox şey üçün istifadə edilə bilər. Fərdi və ya paylaşılan dəyərlər baxımından bir qrupa təsir göstərən hər hansı bir davranış və ya hadisə, Bu, cəmiyyətin dəyişməsinə səbəb olacaq bir şeyə qərəzli bir münasibət (daha çox subyektiv mənada) göstərməyi ifadə edə bilər. Bu termin tarixi tədqiqatlarda, iqtisadiyyatda və siyasət elmində iqtisadi böyümə və inkişaf, demokratikləşmə, qloballaşma və siyasi sistemlərin fərqi və ya uğursuzluğu kimi mövzuları əhatə etmək üçün istifadə olunur. Bu termin inqilab və paradiqma qədər geniş anlayışları əhatə edə bilər və ya kiçik şəhərlərin idarə etdiyi cəmiyyətlərdə baş verən dəyişikliklərə qədər daraldıla bilər. Sosial dəyişiklik anlayışı fərdlər qrupunun bəzi xarakterik xüsusiyyətlərinin ölçüsünü də nəzərdə tuta bilər. Bu termin müntəzəm olaraq cəmiyyətin xeyrinə müsbət olduğu qəbul edilən dəyişiklikləri təsvir etsə də, həyat tərzinin mövcudluğuna mane olan və ya zərər verən nəticələri və ya yan təsirləri də təsvir edə bilər. Sosial dəyişiklik sosial işdə və sosial elmdə bir problemdir, eyni zamanda siyasi elmlər, iqtisadiyyat, tarix, antropologiya və digər sosial elm sahələrini də əhatə edə bilər. Yaradılan bir çox sosial dəyişiklik formaları arasında sosial dəyişikliklər üçün teatr, birbaşa fəaliyyət, əks mövqe, qərəzlilik, ictimai təşkilatlanma, inqilab və siyasi aktivlik mövcuddur.
Subasımı (dənizçilik)
Subasımı, üzən bir cismin daşırtdığı (yerini dəyişdirtdiyi) suyun miqdarıdır. Cismin suyun altındakı hissəsinin həcmi ilə suyun sıxlığının hasilinə bərabərdir.</br> F = mcisim x g F qaldırma = V batma xd maye xg (Mayenin qaldırıcı qüvvəsi cismi qaldırdığı üçün qaldırıcı qüvvə və cismin çəkisi bir-birinə bərabərdir.) mcisim x g = Vbatan x d maye x g (Lazımi sadələşdirmələr aparıldıqda;) Vbatan x dmaye = mcisim </br>Nəticə etibarı ilə cismin suda yerdəyişməsi və ya yerdəyişməsinin həcmi obyektin həcminə bərabər olur.</br> Qeyd: Bu üsulla batan cisimlərin kütləsi ölçülə bilməz.
Sənicilik (Urmiya)
Sənicilik (fars. سنجيليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (29 ailə).
Beynəlxaq Dənizçilik Təşkilatı
Milli Dəyişiklik Cəmiyyəti
Məhəmməd Əl-Baradei tərəfindən yaradılıb. 2009-cu ildə BAEA direktoru vəzifəsindən gedən əl-Baradey Misirdə siyasi fəaliyyətə başlayacağını bəyan etdi. Az bir vaxtda Misirin tanınmış jurnalistləri, yazıçılar, siyasətçilər, sənətçilər və başqa tanınmış şəxslər əl-Baradeyin yaratdığı hərəkata qoşuldular. Qeyd edək ki, hələ iki il əvvəl əl-Baradey Misirdə həm parlament (2010-cu ildə keçirildi), həm də prezident (bu il keçirilməsi planlaşdırılır) seçkilərində iştirak edəcəyini bəyan etdi.
Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Dənizçilik məktəbinin binası (Taqanroq)
Dənizçilik məktəbinin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 10 ünvanında yerləşir. 1840-cı illərdə inşa edilmişdir. == Tarixi == 1808-ci ildə Nikolayev Taqanroqda Şmidt küçəsi ev 14 ünvanında bina inşa edir. İlk əvvəllər bina gömrük təsisatları üçün istifadə edilmişdi. Sonradan binada iqtisad məhkəməsi yerləşirdi. 1813-cü il məlumatına görə isə binada tikinti komitəsi yerləşirdi. 1819-cu ildə kofayət qədər ərazinin olmaması səbəbindən binanın ikinci mərtəbəsi inşa edilmişdir. 1844 - 1853 illərdə knyaz Livene burada kansilyari açmışdır. Binanın girişinfə hər zaman gözətçi olmuşdur.
Koreya Milli Dənizçilik Muzeyi
Koreyanın Milli Dənizçilik Muzeyi (Koreya dilində 국립 해양 박물관) bir Koreya dəniz muzeyi və Koreya Respublikasında üçüncü ən böyük muzeydir. Muzey 9 iyul 2012-ci ildə açıldı və Busan, Yeongdo-gu, Dongsam-dong-da yerləşir. Koreyanın Milli Dənizçilik Muzeyi, dəniz mədəniyyəti və sənayesi irsini araşdırmaq, qorumaq və tədqiq etməklə dəniz sənayesini və mədəniyyətini tanıtmaq üçün qurulan Koreyanın təmsilçi dəniz muzeyidir. Bir mədəniyyət kompleksinə çevrilən muzey, insanlara təhsil proqramları təqdim edərək, sərgilər təşkil edərək və ziyarətçilərlə qarşılıqlı əlaqə quraraq okeanın dəyərini başa düşməyə və yaşamağa imkan verir. == Tarixçəsi == 2006 Koreya Milli Dəniz Muzeyinin yaradılması layihəsi üçün əvvəlcədən texniki-iqtisadi əsaslandırma aparıldı. Muzey, Koreya Milli büdcəsinə dair konqres qərarı zamanı 2007 BTL layihəsi olaraq elan edildi. 2007 Fizibilite və uyğunluq araşdırması ilə obyektlərin əsas planı hazırlandı. Koreya Milli Dənizçilik Muzeyi obyektlərinin əsas planı açıqlandı. Koreyanın Milli Dənizçilik Muzeyinin inşası üçün Məsləhət Komitəsi yaradıldı. 2008 İcra müqaviləsinin sona çatması üçün danışıqlar başladı.
"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı
"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edilənlər == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir. == Taxılma qaydası == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca "GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi — Azərbaycanda fəaliyyət göstərmiş ali hərbi təhsil müəssisəsi. == Haqqında == Bakı Ali Hərbi Dənizçilik Məktəbində 1992-ci ildən başlayaraq dənizçi zabitlərlə yanaşı Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin də hazırlığı təşkil olunmuşdur. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanı ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib ona Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adı verilmişdir. 1999-cu ildən məktəbdə NATO standartlarına uyğun tədris proqramı həyata keçirilir və bu proqrama uyğun olaraq məktəb Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. 1999-cu ildən yeni proqramla tədris keçən kursantlara 4 il təhsil aldıqdan sonra "leytenant" hərbi rütbəsi verilir və onlar Dənizçilik Məktəbinin nəzdində təşkil edilmiş 1 illik zabit ixtisas kursunda təhsillərini davam etdirirlər. 20 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Bununla da məktəbin respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu artdı. 1999-cu ildən məktəbdə dəyişikliklərlə əlaqədar təhsil yeni proqramlara keçmişdir. 2003-cü ildə bu proqramlar təkmilləşdirilərək Azərbaycan Respublikasının müdafiə naziri və təhsil naziri tərəfindən təsdiq olunmuşdur.
Bakı Ali Hərbi Dənizçilik Məktəbi

Rostov Dənizçilik Uçilişinin sinif binası
Rostov Dənizçilik Uçilişinin sinif binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1896-cı ildə Rostov Dənizçilik Uçilişinin sinif binası kimi inşa edilmişdir. Binanın layihəsi Vladimir Kaproviç Şkitkoya məxsusdur. Rostov Dənizçilik Uçilişinin sinif binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Don diyarı ərazisində, Rostov-na-Donu ərazisində 1876-cı ildə dənizçilik sinifləri təşkil olunmuşdur. İlk əvvəl siniflər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi. Müəsissə üçün bina 1896-cı ildə inşa edilmişdir. Bina Verxnebulvarn küçəsində qərarlaşır. Layihənin rəhbəri Vladimir Kaproviç Şkitko olmuşdur. 1914-cü ildə binanın yaxınlığında Rostov Dənizçilik Uçilişinin əsas korpusu inşa edilmişdir.
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır.
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci — Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. == Təcrübə == Kollec tələbələrinin əksəriyyəti təcrübəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC strukturuna aid müəssisələrdə keçirlər. Təcrübə müddətində Xəzər Dəniz Neft Donanmasına və "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna daha çox tələbə cəlb edilir. Qeyri-dəniz profilli ixtisaslarda təhsil alan tələbələr isə ixtisasa uyğun olaraq müxtəlif müəssislərdə təcrübə keçirlər. == Tarixi == Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarına əsasən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməklə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci özünün 87 illik fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyinə verilmişdir. Belə ki, Kollec 1930–1945-ci illərdə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin tabeliyində olmaqla Zaqafqaziya Dəniz Balıq Sənayesi Texnikumu, 1946–1955-ci illərdə Azərbaycan SSR Balıq Sənayesi Nazirliyinin, 1956–1959-cu illərdə Xalq Təsərrüfatı Şurasının, 1960–1962-ci illərdə Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlandırılmışdır. 1963–1980-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsinin ("Xəzərbalıq") və 1980–1991-ci illərdə həmin nazirliyin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyinin ("Xəzərbalıq"), 1992-ci ildən 2000-ci ilin birinci yarısına kimi "Azərbalıq" Dövlət Konserninin, 2000-ci ilin ikinci yarısından etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən isə 2010-cu ildən etibarən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılmışdır. Azərbaycan Dənizçilik Kolleci Respublikanın orta ixtisas təhsil müəssisələri sırasında özünəməxsus dəsti-xətti olan, Qafqaz regionunda yeganə təhsil ocağıdır ki, balıq sənayesi üçün ixtisaslı balıqçı kadrları hazırlamışdır.
Beynəlxalq Dənizçilik, Kəşfiyyat və Ətraf Mühit Filmləri Festivalı
Beynəlxalq Dəniz Filmləri Festivalı, kəşfiyyat və ətraf mühit (fr. Festival international du film maritime, d'exploration et d'environnement de Toulon) - Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində daxil olan Tulon kommunasında keçirilən beynəlxalq film festivalı. Festival 1954-cü ildən etibarən hər il təşkil olunur və əsasən sualtı dünya, dəniz və ətraf mühit mövzuları ilə bağlı filmlər nümayiş olunur. Sualtı fotoqrafiyanın qabaqcıllarından sayılan Fransada festival ilk illər də, həvəskar şəkildə təşkil edilib, 80-cı illərdən etibarən isə daha ciddi büdcə və iştirakçı sayı ilə baş tutmuşdur. Tədbir YUNESKO və Beynəlxalq Kino və Televiziya Şurası tərəfindən də dəstəklənməkdədir.