Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düşənbə
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Döşəmə
Döşəmə — otağın bir hissəsi, mərtəbələr və ya aşağı mərtəbə ilə zirzəmi arasındakı xüsusi örtük. == Konstruksiyası == Döşmə iki məskən arasında dəmir-beton və ya taxta konstruksiyadan hazırlanır. Mərtəbələr arasında üst hissə döşəmə, alt hissə isə tavan rolunu oynayır. Arakəsmədən başqa döşəmə həmçinin mebellər üçün dayağa da çevrilir.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Düşənbə şəhəri
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnersiyasız Düşünmə (1988)
Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
Parça döşəmə plov
Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
İnersiyasız düşünmə (film, 1988)
Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
Disemma
Qonaqotu (lat. Passiflora) — qonaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Anthactinia Bory ex M.Roem. Asephananthes Bory Baldwinia Raf. Ceratosepalum Oerst. Cieca Medik. Decaloba M.Roem. Disemma Labill. Granadilla Mill. Monactineirma Bory Murucuja Medik.
Hisense
Hisense (çin. 海信集团; pinyin: hǎi xìn jí tuán) — baş ofisi Çinin Şandun əyalətinin Qingdao şəhərində yerləşən çoxmillətli məişət əşyaları və elektronika istehsalçısı. Bu şirkət, ictimai şirkət tipində olub, eyni zamanda da törəmə şirkətləri olan dövlət müəssisəsidir. Hisense şirkətinin iki ictimai şirkət tipində olan şirkəti mövcuddur. Hisense Electric Co Ltd Şanxay Fond Birjasında qeydiyyatdan keçmişdir (SSE: 600060). Hisense Kelon Electrical Holdings Co Ltd şirkəti isə Shenzhen (SZSE: 000921) və Honq Konq (SEHK: 921) birjalarında qeydiyyatdan keçmişdir. Hisense şirkətinin Çində 13 istehsal müəssisəsi mövcuddur. Sözügedən istehsal müəssisələri Quangdong, Guizhou, Huzhou, Jiangsu, Liaoning, Linyi, Shandong, Sichuan, Yangzhou, Yingkou, Sincan, Zibo və Pekin bələdiyyələrinin əyalətlərində/şəhərlərində yerləşir. Bu istehsal müəssisələrindən bir neçəsi isə Çindən kənarda, yəni Macarıstan, Cənubi Afrika, Misir, Əlcəzair, Fransa və Meksikada yerləşir. Hisense müxtəlif brend adlar altında məhsulların satışını həyata keçirir.
Adrian Visente
Adrian Visente Yunta (11 iyun 1999) — İspaniyalı taekvondoçu. Adrian Visente İspaniyanı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adrian Visente birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Özbəkistanın nümayəndəsi Suxrob Bobobekov üzərində 14:11 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə İrlandiyanın nümayəndəsi Cek Uolli ilə üz-üzə gəldi və rəqibinə 37:17 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Visente Braziliyanın nümayəndəsi Adriano Alveş ilə üz-üzə gəldi və rəqibinə 7:15 hesabı ilə uduzdu.
Visente Aleyksandre
Visente Pio Marselino Aleysandre (26 aprel 1898[…], Sevilya[…] – 14 dekabr 1984[…], Madrid[…]) — ispan şair. İspan şairi Visente Aleysandre-i-Merlo Seviliyada, dəmir yol tikintisi mühəndisinin ailəsində anadan olmuşdu. 1913-cü ildə Madriddəki Tereza Kollecini ("Kolexio Tereziano") bakalavr dərəcəsi ilə bitirmişdi. Ali təhsil almaq üçün Madrid universitetinin hüquq fakültəsini seçsə də, daha çox ispan ədəbiyyatı seminarlarında iştirak edirdi. Sevdiyi müəlliflər sırasına Homer, Şiller, Dostoyevski və b. daxil idilər. Sonralar bu siyahıya ötən əsrin əvvəllərində ispandilli ölkələrdə çox populyar olan Nikaraqua modernist-şairi Ruben Dario da əlavə edilmişdi. Universiteti hüquqşünas və iqtisadçı ixtisası ilə bitirdikdən sonra Visente bir müddət Madrid ticarət məktəbində çalışmış, hətta hüquq və iqtisadiyyata dair məqalələr çap etdirmişdi. Bununla yanaşı, çapı haqqında ciddi düşünmədiyi şeirlər də yazmışdı. Və poeziyaya bağlılığını sirr kimi hamıdan gizli saxlamışdı.
Visente Aleysandre
Visente Pio Marselino Aleysandre (26 aprel 1898[…], Sevilya[…] – 14 dekabr 1984[…], Madrid[…]) — ispan şair. İspan şairi Visente Aleysandre-i-Merlo Seviliyada, dəmir yol tikintisi mühəndisinin ailəsində anadan olmuşdu. 1913-cü ildə Madriddəki Tereza Kollecini ("Kolexio Tereziano") bakalavr dərəcəsi ilə bitirmişdi. Ali təhsil almaq üçün Madrid universitetinin hüquq fakültəsini seçsə də, daha çox ispan ədəbiyyatı seminarlarında iştirak edirdi. Sevdiyi müəlliflər sırasına Homer, Şiller, Dostoyevski və b. daxil idilər. Sonralar bu siyahıya ötən əsrin əvvəllərində ispandilli ölkələrdə çox populyar olan Nikaraqua modernist-şairi Ruben Dario da əlavə edilmişdi. Universiteti hüquqşünas və iqtisadçı ixtisası ilə bitirdikdən sonra Visente bir müddət Madrid ticarət məktəbində çalışmış, hətta hüquq və iqtisadiyyata dair məqalələr çap etdirmişdi. Bununla yanaşı, çapı haqqında ciddi düşünmədiyi şeirlər də yazmışdı. Və poeziyaya bağlılığını sirr kimi hamıdan gizli saxlamışdı.
Alvaro Visente
Alvaro Visente Domenek (isp. Álvaro Vicente Doménech ; 25 yanvar 1928, Valensiya) — İspaniya boksçusu. O, 1948 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Alvaro Visente 25 yanvar 1928-ci ildə İspaniyanın Alberike şəhərində anadan olmuşdur. 1950–1951-ci illərdə peşəkar boksda mübarizə aparmışdır. 16 avqust 1950-ci ildə keçirilən ilk döyüşdə ispaniyalı Fransisko Mir üzərində nokautla qalib gəlmişdir. Ümumilikdə 4 peşəkar döyüş keçirmiş, 3 qələbə qazanmışdır, 1 məğlubiyyət almışdır.
Visente Kalabuiq
Visente Kalabuiq Saus (isp. Vicente Calabuig Saus; 3 mart 1953) — İspaniya həndbolçu, sol cinah oyunçusu. O, 1980 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Visente Kalabuiq 3 mart 1958-ci ildə İspaniyanın Moxente bələdiyyəsində anadan olmuşdur. O, sol cinah müdafiəçisi kimi həndbol oynayırdı. Valensiyada "Markol" və "Qranolyers" komandaları üçün oynamışdır. 1976-cı ildə "Qranolyers" ilə Kubok Qalibləri Kubokunun ilk buraxılışını qazanmışdır. 1979–1983-cü illərdə "Barselona"da çıxış etmiş, burada iki dəfə İspaniya çempionu (1980, 1982), bir dəfə isə İspaniya kubokunun qalibi (1983) olmuşdur. 1979-cu ildə İspaniya millisində Çexoslovakiyaya qarşı debüt etmişdir. O, həmin il Dünya Çempionatının "B" divizionunun qalibi olmuşdur.
Visente Orteqa
Visente Orteqa Vila (isp. Vicente Ortega Vila; 11 sentyabr 1950 – 2006) — İspaniya həndbolçusu və futbolçusu. O, 1972 Yay Olimpiya Oyunlarının iştirak etmişdir. Visente Orteqa 11 sentyabr 1950-ci ildə İspaniyanın Solyana şəhərində anadan olmuşdur. Valensiyadakı Dominikan Atalar Kollecində oxuyarkən həndbol oynamağa başlamışdır. 1966/67 mövsümündə gənclər arasında İspaniya çempionu olmuşdur. O, qısa fasilələr ilə Valensiyanın "Markol" klubunda çıxış etmişdir. Fasilələr müddətində "Qandiya" futbol klubunda oynamışdır. 1970/71 mövsümündə İspaniya kubokunu qazanmışdır. Sonra bir neçə mövsüm "Atletiko Madrid" HK-də çıxış etmiş, sonra "Markol"a qayıtmış və burada həndbol karyerasını bitirmişdir.
İsinmə hərəkəti
İsinmə hərəkəti — nümayiş və ya praktikadan əvvəl həyata keçirilir. Atletlər, müğənnilər, aktyorlar və başqaları əzələlərini istifadə etmədən əvvəl qızdırırlar. Bu güclü hərəkətlər üçün əzələləri hazırlayır. İstilik hərəkətləri əzələləri spazmalardan və zədələrin qarşısını alır.
Diksinmə (film, 2004)
Diksinmə (ing. Creep) 2004-cü ildə rejissor Kristofer Smit tərəfindən ekranlaşdırılan qorxu filmidir. == Məzmun == Keyt (Franka Potente) şən, əylənməyi sevən bir qadındır. Bir gün gec bitən qonaqlıdan sonra yorğun halda London metro stansiyalarından birinə daxil olur və orada sonuncu qatarı gözlərkən yuxuya gedir. Ayılanda görür ki, sonuncu qatar da yola düşüb və metronun qapıları isə artıq bağlanıb. Metrodan çıxmağa çalışan qız yeraltında yaşayan qorxunc bir manyakın tələsinə düşür. Bundan sonra təhlükəli və tükürpədici siçan pişik oyunu başlayır. Keyt həmçinin yeraltında dəhşətli hadisələrin şahidi olur. Maraqlısı bundadır ki, bu manyak evsiz insanları işgəncə ilə öldürəndən sonra qurbanının əti ilə yeraltında saxladığı siçanları doyurur. İndi bircə yol qalır ya ölməli, ya da öldürməli..
Visente Blasko İbanyes
Visente Blasko İbanyes — ispan yazıçısı. Visente Blasko İbanyesin "Apokalipsisin dörd atlısı" (1916), "Bizim dəniz" (1918) romanlarında Birinci dünya müharibəsi təsvir edilir. Bəzi hekayələri ("Qatar tüfeylisi", "Dənizdə" və s.) Azərbaycan dilinə tərcümə olunmuşdur. Valensiya əsərləri arasında "Xutor" və "Kurtizanka Sonnika"dır. "Qan və qum" romanında matadorun həyatı və eşqi təsvir edilir.
Visente Kalderon Stadionu
Stadion Madrid şəhərində yerləşir.Həmçinin La Liqa oyunlarına ev sahibliyi edir.Belə ki, Atletiko Madrid Futbol Klubu öz ev oyunlarında bu stadionun xidmətindən yararlanır.57 minlik azarkeş tutumuna malikdir.1966-cı ildə tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. 1982-ci il FİFA Dünya Kubokunun bəzi önəmli matçları bu arenada baş tutmuşdur.Stadion klubun unudulmaz prezidentinin şərəfinə adlandırılmışdır.
Xuan Visente Qomez
Xuan Visente Qomes (24 iyul 1857[…] – 17 dekabr 1935[…]) — Venesuela hərbçisi, dövlət xadimi və prezidenti. Venesuelanın 1908-1935-ci illərdə diktatoru. Qomez La Mulerada yaşayan tanınmış And torpaqları mülkədar ailəsində anadan olub. Mal-qaraya çobanlıq edən Qomez,demək olar ki, təmiz bir hindli idi. İyirmi beş yaşında atasını itirdikdən sonra, ailənin başçısı Qomez oldu. Üç il sonra onu Taçira Dövlət Muxtar Ordusunun polkovniki təyin edən Kipriano Kastro ilə tanış olur. 1892-ci ildə keçmiş prezident Xoakin Krespo konstitusiya böhranından istifadə edərək,Kipriano Kastroya qarşı silahlı üsyan qaldırdı,lakin məğlub oldu. Qomez və Kastro 1899-cu ilə qədər Kolumbiyaya sürgün edildilər. Eyni ildə prezident İqnasio Andrade Trokonisə qarşı uğurlu qiyamdan sonra,öncə Taçiranı daha sonra Karakası tutdular. Qomez Federal Bölgə Qubernatoru seçildi.
Visente Foks Kesada
Visente Foks Kesada (isp. Vicente Fох Quesada;2 iyul 1942[…], Mexiko) — Meksika siyasətçisi və dövlət xadimi, 2000–2006-cı illərdə Meksika Prezidenti. O, sağ mərkəzçi Milli Fəaliyyət Partiyasından (PAP) seçilmişdir. Vinsente Foks 1942-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində ispandilli varlı ailədə anadan olmuşdur. Onun anası bask immiqrant, atası isə yerli meksikalı idi. Foks İberoamerikan Universitetində oxumuşdur. O, 1974-cü ildə Harvard Biznes Məktəbindən idarəetmə bacarıqları üzrə sertifikat əldə etmişdir. Karyerasına "Coca-Cola" şirkətində məhsul transferi üzrə supervayzer kimi başlamışdır. Дабагян Э. С. Висенте Фокс. Политический портрет.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
San-Visente-del-Raspeç
San-Visente-del-Raspeç (isp. San Vicente del Raspeig) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 40,55 km² hissəsini əhatə edir. 2015-cu ildə hesablamalara görə əhali 63307 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 6 km uzaqlıqda yerləşir. 2008-ci il yanvarın 1-dən siyahıya alınmaya görə San-Visente-del-Raspeç ərazisinin əhalisi 51,507 nəfər idi. Universitetdə oxuyan və şəhərdə yaşayan tələbələrin siyahıya alınması zamanı şəhərdə və ikiqat qeydiyyatdan keçmiş miqrant əhalisinin sayı 2005-ci ildə 64.000 çatmışdır.. Şəhərdəki fəal əhali artımı, şəhərin Alikante ilə birlikdə bir metropol sahəsi ilə birləşməsinə başlandıqdan sonra, 70-80-ci illərdə şəhərin genişlənməsinə və inkişafına səbəb oldu. San-Visente əhalisinin 6,09% -i əsasən Latın Amerika və digər Avropa ölkələri vətəndaşlarıdır. Yol əlaqələri barədə şəhər çox əhəmiyyətli yollarının kəsişməsində yerləşir və şəhərin Alikante və Alikante-Elçe hava limanlarının sahilləri ilə əlaqələri var.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə) — 15, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 78 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 14.266 xal toplayan İsveçrə idmançısı Ciulia Steingruber, gümüş medalı 14.200 xal toplayan Rusiya idmançısı Aliya Mustafina, bürünc medalı isə 13.800 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. Təsnifat mərhələsində - ölkənin 78 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.