Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dişlər
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Dişlək (film, 1966)
Dişlək (餌, Esa), (ing. The Bite) — 1966-cı ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Dişlək — Internet Movie Database saytında.
Deyləm
Deyləm (ərəb. ديلام‎, fars. دیلمان‎) — Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geniş anlamla tarixi Deyləm bölgəsini əhatə edir. == Tarixi == Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər.
Dillər
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dinlər
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Diplom
Diplom - hər hansı bir şəxsə, ilkin peşə, orta ixtisas, ali təhsili bitirərkən və yaxud uğurlu bitirərkən təqdim olunan, elmi və ya digər sahələrdə müəyyən bir dərəcəyə yüksəldiyini göstərən, bir iş, sənət yaxud da peşə bölmələrində çalışa bilmək üçün istənilən təhsil ocağı (məktəblər, universitetlər, kurslar) tərəfində hazırlanıb verilən rəsmi sənəd, icazə və yaxud şəhadətnamə.
Dirhəm
Dirhəm — çəki ölçü vahidi. == Ümumi məlumat == Dirhəmin müxtəlif ədəbiyyatlarda 2,9645 q-a, ( 3,12 q-a, 3 q-a) bərabər olduğu göstərilir. IX-XII əsrlərdə dirhəm 2,975 q olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 463.
Vişləq
Vişləq-i Ülya (Xoy)
Dilim
Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul). Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır. == Coğrafi yerləşməsi == Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km². == Tarixi == 1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır. B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir.
İşlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Amorf dillər
Amorf dillər - Sözdəyişdirici şəkilçiləri olmayan dillərdir ki, belə dillərdə qrammatik mənalar ya yanaşma əlaqəsi, ya da köməkçi sözlər vasitəsilə ifadə olunur. Məs.: çin dili. Sözün tam mənasında amorf dil yoxdur.
Aqqlütinativ dillər
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Affiksli dillər
Affiksli dillər — Flektiv dillərdən fərqli olaraq söz formalarmı affikslərin köməyilə düzəldən dillər. Hind-Avropa və türk dilləri buna misal ola bilər.
Analitik dillər
Analitik dillər - Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliklərdən və s. istifadə edən dillər. Məs.: fransız, ingilis, alman dilləri analitik dillərdəndir.
Bəndər Deyləm
Bəndər Deyləm — İranın Buşehr ostanının şəhərlərindən və Deyləm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19 829 nəfər və 4,426 ailədən ibarət idi.
Deyləm şəhristanı
Deyləm şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Deyləm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,079 nəfər və 6,362 ailədən ibarət idi.
Dilqəm Nağıyev
Dilqəm Nağıyev (24 iyun 1975, Mingəçevir – 17 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır. == Döyüşlərdə iştirakı == Bakıdakı "N" saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13 – 17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etdi. Qarşı tərəfdən açılan atəş gənc Dilqəmin arzularla dolu ömrünü qırdı… == Ailəsi == Subay idi.
Dilqəm Quliyev
Dilqəm Quliyev (tam adı: Quliyev Dilqəm Qasım oğlu; 6 avqust 1950, Noraşen rayonu) — pedaqogika üzrə elmlər doktoru (2018), professor (2004), beşnövçülük (1970) və sərbəst güləş üzrə SSRİ idman ustası (1972), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), "Əməkdar bədən tərbiyəsi və idman xadimi" (2006), "İdmançı" qəzetinin baş redaktoru (1998), Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının (1998), Azərbaycan Respublikası Jurnalistlər Birliyinin (1994), Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının (2008), Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvü, Milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədri (2014), 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin Fəxri üzvüdür. == Həyat və fəaliyyəti == Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. === Təhsili === 1958–1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb. 1972-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildə təyinatla həmin Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun "Güləşmə və onun metodikası" kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun (keçmiş Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu) dissertantı olub. 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya pedaqogika üzrə fəlsəfə doktoruluq dissertasia müdafiə etmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövləi İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu bitirib. (Qeydiyyat nömrəsi "851") 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı (keçmiş Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu ) olub.
Dilqəm Tağıyev
Dilqəm Bəbir oğlu Tağıyev (6 yanvar 1950, Kəlbəcər rayonu) — Azərbaycanlı kimyaçı alim, AMEA-nın vitse-prezidenti, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Dilqəm Bəbir oğlu Tağıyev (1950)-ci il (6) yanvarda həkim ailəsində anadan olmuşdur. (1966)-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə əyani şöbəsinə qəbul olunaraq hələ tələbəlik illərindən elmi tədqiqatlara böyük maraq göstərmiş və ilk elmi işini (1969)-cu ildə çap etdirmişdir. Tartu, Minsk, Tiflis və Novosibirsk şəhərlərində keçirilən tələbə və aspirantların konfranslarında elmi məruzələrlə çıxış etmiş, birinci və üçüncü dərəcəli diplomlara, fəxri fərmanlara layiq ğörülmüşdür. Dərs əlaçısı olmaqla bərabər eyni zamanda ictimai işlərdə də fəal iştirak etmiş, (1970)-ci illərdə Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Universitet komsomol komitəsinin büro üzvü və Bakı şəhəri komsomol komitəsinin üzvü seçilmiş, Azərbaycan komsomolunun XXVII qurultayının nümayəndəsi olmuşdur . Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə fəlsəfə doktoru (1975) və elmlər doktoru (1984) dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. (7) yanvar (1975-ci) ildə SSRİ EA Üzvi Kimya İnstitunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Dilqəm Əhməd
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı. 2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb. == Həyatı və təhsili == Dilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərİNDƏ 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. 2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb.
Dilqəm Əsgərov
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Dinlər tarixi
Dinlər tarixi — tarix boyunca mövcud olmuş, bu günümüzə qədər gələn və gəlib çatmayan bütün dinlərin yaranışı, inkişafı, inanc, ibadət və əxlaqi dəyərləri öyrənən elm sahəsidir. == Dinlərin mənşəyinin öyrənilməsi məsələsi == Dinlərin yaranması məsələsi ilə ilk növbədə XIX əsrin ortalarında müstəqil elm sahəsinə çevrilməyə başlayan dinşünaslıq məşğul olur. Bununla belə, din məsələsinə maraq bəşəriyyətin bütün tarixi boyunca mövcud olub. Hələ qədim zamanlarda insanlar tanrılara inamı (politeizmi) dərk etməyə çalışırdılar. Məsələn, yunan şairi Hesiod (e.ə. VIII-VII əsrlər) “Teoqoniya” (“Tanrıların mənşəyi haqqında”) əsərində yunan mifologiyasının ilk sistemli təsvirini verməyə çalışmış və burada da o, tanrıların mənşəyi haqqında öz fikirlərini ifadə etmişdir. Bununla belə, onun mifologiyasını mənimsəyən II minillikdə Mesopotamiyada, Finikiyada, Kiçik Asiyanın cənub-şərqində, Suriyanın və Mesopotamiyanın şimalında yaşamış hetlər və XIV əsrdə fəth edilmiş hurrilər arasında meydana çıxan bu əsərə bənzər parçalar və ya təkrarlar var”. Əvvəlcə insanlar dinin meydana gəlməsini müxtəlif yollarla izah etməyə çalışırdılar: o, təbii mənşəlidir, yoxsa vəhy dinidir; yaxud sosial mənşəlidirmi? Məsələn, hökmdarlar tərəfindən icad edilmişdir ki, öz dövlətlərində insanlar ədalətli və fəzilətli olsunlar (Miletli Hekatey). Sofist filosoflar dini ictimai hadisə baxımından şərh edirdilər, məsələn, Afinanın tiran hökmdarı Kritius insanları qorxu içində saxlamaq üçün aldatma nəzəriyyəsi irəli sürmüşdür.
Flektiv dillər
Flektiv dillər — dillərin morfoloji quruluşca üçüncü tipi. Onlara flektivləşdirən, üzvi, formal, fuziyalı, insirafi dillər də deyillər. A. Şlegelə görə, sintetik və analitik tipli ola bilər. Flektiv dillərin digər dillərdən daha fərqli yaranma üsulları mövcuddur. Bunlar fonetikaya aid xüsusiyyətlər sayılır. Məs:Samir olduğu kimi qalir, saitlər düşür. == Dillərin təsnifatı == Alman alimi V. fon Humboldt (1767-1835) dilləri bu əlamətlərə görə müəyyənləşdirməyi tövsiyə edirdi: 1. Dildə əlaqələrin ifadəsi (nisbi əlaqələrin ifadəsi). 2. Cümlənin əmələ gəlməsi qaydası.
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. == Tarixi == Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. == Formal dillər üzərində əməliyyatlar == === Dil, onun əlifbası və söz === Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Nostratik dillər
Nostratik dillər, bu termini ilk dəfə 1903-cü ildə yazdığı Türkische Lautgesetze adlı məqaləsində danimarkalı dilçi Holger Pedersen işlətmişdir. Hind-Avropa dilləri ilə əlaqəli dillərin mövzu edildiyi bu məqalədə istifadə edilən nostratik termini Latın dilindəki "nostrates" (bizim ölkənin insanları) sözündən gəlməkdədir. Pedersenin bu fərziyyəsi SSRİ sahəsində inkişaf sahəsi tapmışdır. 1960-cı illərin əvvəllərində Sovet dilçisi Vladislav İlliç-Svitıç tərəfindən fərziyyə inkişaf etdirilərək nəzəriyyəyə çevrilmişdir. İlliç-Svitıç; Hind-Avropa, Ural, Altay, Kartvel, Hami-Sami və Dravid dilləri arasındakı oxşarlıqlar üzərində dayanmışdır. Nostratik dillərin ümumi lüğəti üçün işlərini davam etdirən İlliç-Svitıç proyektini bitirə bilmədən 1966-cı ilde vəfat etmişdir. İlliç-Svitıçın işləri daha sonra Vladimir Dıbo tərəfindən Opıt sravneniya nostratiçeskih yazıkov adı ilə 1971-ci, 1976-cı və 1984-cü illərdə üç cilddə çap olunmuşdur. Aron Dolqopolski, Sergey Starostin və Vladimir Dıbo kimi alimlər bu sahədəki işlərinə davam etmişlərdir.
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Disney+
Disney+ — "The Walt Disney Company" şirkətinə məxsus abunə əsaslı ABŞ video striminq xidməti. Platforma əsasən "Walt Disney Studios" tərəfindən istehsal olunan film və teleserialları yayımlayır, həmçinin "Disney", "Pixar", "Marvel", "Ulduz müharibələri" və "National Geographic" brendlərinin məzmununu reklam edir. "Disney+" platformasında orijinal filmlər və seriallar yayımlanır. "Disney+" 12 noyabr 2019-cu ildə ABŞ, Kanada və Niderlandda fəaliyyətə başlamışdır. Bir həftə sonra xidmət Avstraliya, Yeni Zelandiya və Puerto-Rikoda, 24 mart 2020-ci il tarixindən isə bəzi Avropa ölkələrində əlçatan olmuşdur.
Displey
Displey – kineskoplu qurğu, cihaz; təsvir, nümayiş, sərgi, vitrin, tablo, ekran; daha geniş mənada – nümayiş vasitəsi, alət, kompüterlərdə maye-kristal ekran. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mişleş
Mişleş (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunda kənd. Mişleş (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd.
Sistem
Sistem (yun. σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda bir-biri ilə bağlı obyekt və resursların birliyi. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. Sistem mühitin daxilində obyekt və subyektlərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir–biri ilə sıx bağlı olan obyektlər birliyidir. == Həmçinin bax == Sistematika Termodinamika Fəlsəfə == Mənbə == Alexander Backlund (2000). "The definition of system". In: Kybernetes Vol. 29 nr. 4, pp.
Hislər
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri).Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur. Tablo fond birjasının məcburi atributlarındandır.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām) — monoteist ibrahimi dinlərdən biri.. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Dinle
Dinle (türk. Dinle) — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir."Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur. Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
DSLAM
Digital subscriber line access multiplexer və ya qısaca DSLAM — çox vaxt telefon stansiyalarında yerləşən və çoxsaylı müştəri rəqəmsal abunəçi xətti (DSL) interfeyslərini multipleksləşdirmə üsullarından istifadə edərək yüksək sürətli rəqəmsal rabitə kanalına birləşdirən şəbəkə cihazı. Onun kabel interneti (DOCSIS) analoqu CMTS-dir. == Rolu == DSLAM avadanlığı bir çox modem portlarından məlumatları toplayır, onların səs və məlumat trafikini multipleksləmə vasitəsilə bir mürəkkəb kompozit "siqnalda" birləşdirir. Cihazın arxitekturasından və quraşdırılmasından asılı olaraq, DSLAM öz ATM, Frame Relay və/və ya İP şəbəkəsi, PTM-TC protokol toplusundan istifadə edən IP-DSLAM üzərindən DSL xətlərini birləşdirir. Daha sonra birləşmiş trafik 10 Gbit/s-ə qədər sürətdə NSP adlanan giriş şəbəkəsi vasitəsilə telekommunikasiya şirkətinin magistral sviçə yönəldilir. DSLAM şəbəkə sviçi kimi fəaliyyət göstərir, çünki onun funksionallığı OSI modelinin ikinci qatındadır. Buna görə də, o çoxlu IP şəbəkələri arasında yalnız ISP cihazları və son istifadəçi əlaqə nöqtələri arasındakı trafikin istiqamətini dəyişdirə bilməz. DSLAM trafiki BRAS-a (broadband remote access server) yönləndirilir, burada son istifadəçi trafiki daha sonra ISP şəbəkəsi vasitəsilə İnternetə yönləndirilir. Qoşulduğu DSLAM ilə yaxşı əlaqə quran Customer-premises equipment (CPE) təkmilləşdirilmiş telefon səsi və məlumat xətti siqnalizasiya xüsusiyyətlərindən, onun dəstəklədiyi bant genişliyinə nəzarət və kompensasiya imkanlarından istifadə edə bilər. DSLAM telefon stansiyasında yerləşə və ya yerləşməyə bilər.
Abiqeyl Dillen
Abiqeyl Dillen (ing. Abigail Dillen; XX əsr) — ətraf mühit üzrə hüquqşünas və ətraf mühit təşkilatı olan Earthjustice-in rəhbəri. Dünyadakı bir çox iqlim təşkilatları onun işini "presedent qurmaq" olaraq adlandırır. Buna misal olaraq yolsuz ərazilərin mühafizəsi ideasını göstərmək olar. Marie Claire jurnalı onu 2020-ci ilin zaman ustası adlandırır. == Fəaliyyət == Dillen Kaliforniyanın Berkli Universitetinin Hüquq Məktəbində hüquq doktoru dərəcəsi alır və 2000-ci ildən o, Earthjustice ilə əməkdaşlıq edir. O, Earthjustice-də təmiz enerji və kömür proqramlarını idarə edir. O, 2018-ci ildə Trip Van Noppenin yerinə baş direktor vəzifəsini tutur. Dillen "All We Can Save" ("Bütün, nə ki, biz qurtara bilərik") antologiyasının müəllifidir. O, həmçinin USA Today, Huffington Post, The Hill, EcoWatch və digər xəbər platformalarına məqalələr təqdim edir.
Akustik sistem
Akustik sistem — səs texnikasında bir ümumi gövdədə quraşdırılmış, yaxud ayrı-ayrı bir neçə gövdədə yerləşdirilmiş bir və ya bir neçə səsucaldandan ibarət səs şüalandırıcısı. Akustik sistemin konstruktiv tərtibatı səsucaldanın mütəhərrik sistemi ilə ətraf mühitin parametrlərinin akustik uzlaşdırılmasını təmin etməlidir. Akustik sistemin əsas göstəriciləri nominal güc, səs tezlikləri diapazonu və tam elektrik müqavimətidir. Nominal güc səsləndirmənin (səscanlandırmanın) ucalıq həddini göstərir (2 Vt-dan 100 Vt- adək). Səsləndirmə zamanı akustik sistemdəki qeyri-xətti və tezlik təhrifləri sistemin qoşulduğu səs siqnalları gücləndiricisi vasitəsilə qismən (passiv akustik sistem), sistemin tərkibində qurulmuş gücləndirici vasitəsilə isə demək olar ki, tam (aktiv akustik sistem) kompensə edilir. Nominal gücü 6Vt-dan çox olan akustik sistemlərdə səsləndirmə keyfiyyətini yüksəltmək üçün tezlik diapazonu akustik süzgəclər vasitəsilə 2–4 zolağa (ayrı-ayrı səsucaldanlarla canlandırılır) ayrılır. Bəzi akustik sistemin tərkibində səsləndirmə səviyyəsini orta (500–5000 Hs) və yüksək (5–20 kHs) səs tezlikləri diapazonunda tənzimləyən qurğu (tənzimləyici) olur. Akustik sistemin konstruksiya xüsusiyyətləri və texniki xarakteristikaları, əsasən, onların istifadə sahəsi və tətbiq şəraiti ilə müəyyən olunur. Konsert zallarında, kinoteatrlarda və s. yerlərdə səsi 140 dB-ə qədər (səsin qavranmasının eşitmə üçün zərərli olan həddədək) ucalıq diapazonunda keyfiyyətli canlandıra bilən akustik sistemdən istifadə edilir.