Dilqəm Nağıyev

Dilqəm Nağıyev (24 iyun 1975, Mingəçevir17 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Dilqəm Nağıyev
Dilqəm Heydər oğlu Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1975(1975-06-24)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993-1995
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Bakıdakı "N" saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13 – 17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etdi. Qarşı tərəfdən açılan atəş gənc Dilqəmin arzularla dolu ömrünü qırdı…

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Mingəçevirdəki 9 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.