Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.
Divaştiç
Divaştiç(soğd. δy-w’šty-c) (VII əsr, Səmərqənd – 722, Tacikistan) — Soqdianalı afşin. == Həyatı == Türkeşlərin qüdrətinin artması soqdiyalılara ərəb zülmünün qəddarlığından qurtarmaq ümidi verirdi. 720–721-ci illərdə Soqdiyada üsyan baş verdi. Ərəblər üsyanı son dərəcə tez yatırtdılar. Lakin üsyan yenidən 724-cü ildə baş qaldırdı, bu dəfə türkeşlər qaçqınlara köməyə gələ bildilər. Ərəblər son dərəcə qətiyyətli hərəkət etdilər. Üsyanın rəhbəri kəndli Divaştiç əsir alındı və çarmıxa çəkildi. Buna baxmayaraq, türkeşlər və sağ qalmış qaçqınlar Soqdiyada ərəb hakimiyyətini məhv etdilər. Yalnız 728-ci ildə təkrar hücum sayəsində Soqdiyada şəhər yenidən ərəblərin əlinə keçdi.