Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Corel Draw
CorelDraw — qrafik redaktor. Vektor qrafikası ilə işləmək üçün istifadə olunur. CorelDraw proqramı əsasən rəssam və dizaynerlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Proqramdan istifadə etmək üçün onun imkanlarından istifadə etməyi bacarmaqla yanaşı rəssamlıq, dizayn və müxtəlif illüstrasiyaları yerinə yetirmək bacarığı da olmalıdır. == Təyinatı == Vektor qrafikası redaktorları arasında özünəməxsus yer tutan CorelDraw proqramı çox tez-tez yenilənir. CorelDraw proqramı nəşriyyat, poliqrafiya, reklam fəaliyyətində çox geniş istifadə edilir. Bunun da səbəbi onun vasitəsilə müxtəlif formalı və ölçülü təsvirlərin yaradılmasının mümkün olmasıdır. Vektor təsvirlərinin ölçüləri faylın həcminə təsir etmir. Ona görə də vektor qrafikasının köməyilə yaradılmasının reklam plakatlarını, bannerlər və s. bu kimi faylları çox asanlıqla daşıyıcı disklərə yazmaqdan əlavə, e-mail ilə də göndərmək olur.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik vә lirik ilә yanaşı, 3 әsas әdәbi növdәn biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması )və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Dcraw
Dcraw — Raw faylları, PPM və TIFF formatlarına çevirmək üçün pulsuz kompüter proqramıdır və Dave Coffin tərəfindən ANSI C dilində yazılmışdır . Raw formatının yeni tətbiqləri ilə dcraw yeni rəqəmsal kameraları dəstəkləmək üçün daim yenilənir . Dcraw çox populyardır və həm pulsuz, həm də kommersiya xarakterli çoxlu sayda RAW proqramlarını dəstəkləyir.dcraw UNIX fəlsəfəsinə uyğun olaraq yazılmışdır : Proqram əmr xətti skriptləri (skriptləri) yaratmaq üçün istifadə etməyə imkan verən əmr xətti rejimində istifadə edilə bilər . == Dcraw istifadə edən GUI proqramları == XnView şəkil görüntüləyicisidir. Helicon Filter rastr qrafik redaktorudur. Mac OS X üçün dcRAW-X EasyHDR HDR şəkilləri yaratmaq üçün proqramdır . LibRAW === Raw şəkil çeviriciləri === UFRaw həm də GIMP qrafik redaktoru üçün plagindir .
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Dram (dəqiqləşdirmə)
Dram (teatr), Səhnə üçün yazılmış teatr pyesi. Dram (ədəbi növ), aktyorları üçün yazılmış epizodları emosional - fantastika janrında göstərmə sənətidir.
Dram (janr)
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik vә lirik ilә yanaşı, 3 әsas әdәbi növdәn biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması )və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Dram filmi
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Dram teatrı
Dram Teatrı — opera, balet, kukla və pantomim teatrları ilə yanaşı teatrın janrlarından biri.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar.Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb.Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir. == Süjet == Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir. Əsər tarixi faktlarla zəngindir, gerçəkləri ehtiva edir, həmçinin şair tərəfindən tarixi vəsiqələrə obyektiv münasibət gözlənilməklə bərabər mövzuya təəssübkeşliklə yanaşılıb.
Vaqif (dram)
Vaqif — Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramıdır. Bu əsər Səməd Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzusundadır. Vaqif ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. Vaqif 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. Vaqif dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan Səməd Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes Səməd Vurğunun yazdığı ilk səhnə əsəridir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür. == Mövzu == Əsərin əsas mövzusu görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin həyatı və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsidir. Əsərin əsas konfiliktini Ağa Məhəmməd Şah Qacarla ona qarşı duran Azərbaycan qüvvələrinin müstəqillik uğrundakı mübarizəsi təşkil edir.Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir.
İnsan (dram)
'İnsan dramı' Səməd Vurğun -un 1945 ci ildə yazdığı və həmin ildə tamaşaya qoyulan "İnsan" fəlsəfi dramında şair gələcək həyatı , romantik vüsətlə əks etdirmiş., müharibəni odu-alovu içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı : " mən "İnsan" adlı beş pərtəli böyük mənzum dramı üzərində işləyirəm. İnsan mənim dördüncü mənzum dramımdır. Bu əsər üzərində işləmək mənə zövq verir. Çünki tarixi mövzularda yazdığım əvvəlki üç əsərimdən fərqli olaraq burada mən ilk dəfə öz müasirlərimi obrazlarına müraciət etmişəm və onların nəvələrini göstərməyə çalışmışam. Səməd Vurğun- un "İnsan" dramı bu günumüzlə səsləşən səhnə əsəridir.
Drag queen
Dreq-kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Aleks Dram Houks
Aleks Dram Houks (ing. Alex Drum Hawkes; 1927 – 1977, Kinqston) — ABŞ botaniki. == Əsərləri == Editor of The Horticulture Publications, Coconut Grove, Florida Editor of COOKERY NOTES (1960s-70s) Coconut Grove, Florida (FL.) Recipes by Alex D. Hawkes South Florida Cookery: Unique Recipes from the Tropics and Elsewhere (1964) Wake-Brook House, Coral Gables, Florida Tropical Cookery (1960s) The Shrimp Cookbook: 140 Wonderful Ways To Serve Shrimp (1966) Culinary Arts Institute, Chicago, Illinois A World of Vegetable Cookery: An encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (1968) Simon & Schuster, New York [Rev. ed. 1984] illustrations by Bill Goldsmith Cooking with vegetables : an encyclopedic treasury of recipes, botany, and lore of the vegetable kingdom (REVISED) Eating Out in Jamaica: A Unique Guide to Good Eating (1971) DMP Publications Ltd., Kingston, Jamaica The Rum Cookbook (1972) William Collins & Sangster, Jamaica Photography by Maria La Yacona The Flavors of The Caribbean & Latin America: a personal collection of recipes (1977) Viking, New York illustrations by Lynda West Compiled & Foreword by Elisabeth Lambert OrtizQəzet, televiziya, radioGarden Club of the Air (1960) WTHS-TV, Miami,Florida The Miami Herald (1960s) Miami News (1960s) The Tropical Gardener (1961) WTHS-TV, Miami,Florida Tropical Gardener (1962) Radio - WFFG, Marathon, Florida Keys (World's Finest Fishing Grounds) St.
Azərbaycan Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. == Tarixi == Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Ağdam Dram Teatrı
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri.Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır. == Tarixi == Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir. 1923-cü ildə teatra "dövlət teatrı" statusu verilmiş[mənbə göstərin], 1937-ci ildən isə teatra Ə. Haqverdiyevin adı verilmişdir. İlk günlərdən teatrın yaradıcı kollektivində Əməkdar Artistlər Qaflan Muradov və Narınc Məlikova çalışırdı. 1937—1941-ci illərdə teatrda qoyulmuş C. Cabbarlının "Aydın", S. Vurğunun "Vaqif", G. Mdivaninin "Vətən namusu", Z. Hacıbəyovun "Evliykən subay", Ü. Hacıbəyovun "O olmasın, bu olsun", N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" kimi tamaşaları öz ideya mükəmməlliyi ilə seçilirdi. Teatr Azərbaycan əsərləri ilə yanaşı, rus, belarus, gürcü dramaturgiyasına da müraciət edirdi. Zəngin repertuara baxmayaraq, müharibədən sonrakı dövrdə bir çox əyalət teatrlarında olduğu kimi, teatrın yaradıcılıq səviyyəsi günün tələbələrindən olduqca aşağı dururdu.
Ağdaş Dram Teatrı
Ağdaş Dram Teatrı — Nəcəf bəy Vəzirov adına Ağdaşda fəaliyyət göstərmiş Dövlət Dram Teatrı. == Tarixi == 1939-cu ilin sonlarında yaradılıb və Nəcəf bəy Vəzirovun adı verilib. İlk tamaşası 1 yanvar 1940-cı ildə Sabit Rəhmanın "Toy" komediyası olub. Bundan sonra Üzeyir Hacıbəyovun Leyli və Məcnun operası səhnəyə qoyulmuşdur. Teatrın bədii rəhbəri ayrı-ayrı vaxtlarda Məmmədəli Qasımov, Cəlil Bağdadbəyov, Yusif Yulduz, Ağəli Dadaşov və İbrahim Qaradağlı olublar. Rəssamlar Bəhram Əfəndiyev, Tələt Şaxtaxtinski, Əsgər Abbasov, Gülməmməd Əliyev, İvan Qorbunov müxtəlif tamaşalara səhnə tərtibatı veriblər. Musiqi hissə müdiri müxtəlif vaxtlarda Əhməd Ağdamski və Əkrəm Əfəndiyev idi. Truppanın üzvləri: Məmmədəli Qasımov, Ümid İsrafilov, Arif Hacıyev, Rasim Səmədov, Əbülqasım Məmmədov, Cəmil İmanov, Ağaisa Məmmədov, Habil Məmmədov, Məhərrəm Novruzov, Qafar İsgəndərov, Rza Nadirov, Ağaibrahim Əzizov, Mustafa Süleymanov, Bəhram Çələbiyev, Böyükağa Abbasov, Məmmədtağı Cəfərov, Yəhya Əhədzadə, Habil İsmayılov, Qəzənfər İsmayılov, Rasim Səmədov, Rəhimə Tağıyeva, Rübabə İmanova, Şərqiyə Pepinova, Səfurə Həsənzadə, Tamara Abbasova, Şəfiqə Hüseynova, Şərqiyə Həsənova, Lyuba İmanova, Yelena Çtanova, Olya Nadirova, Marusya Hacıyeva, Rəhilə Tağıyeva, Cəmilə Bədirli. Xalq artistlərindən kaman ustası Habil Əliyev (musiqi dəstəsində) və Gəncə Teatrının aparıcı sənətkarlarından olan Sədayə Mustafayeva bir müddət bu kollektivdə çalışıblar. Rejissor və aktyor İbrahim Qaryağdı 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Başqırdıstan Dram Teatrı
Başqırdıstan Dram Teatrı (tam adı: Məjit Qafuri adına Başqırdıstan Dram Teatrı; başq. Мәжит Ғафури исемендәге Башҡорт дәүләт академия драма театры) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində fəaliyyət göstərən dram teatrı. == Tarixi == Teatrın əsası 4 dekabr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi qoyulmuşdur. İlk bədii rejissoru və direktoru V.Q. Murtazin-İmanski olmuşdur. 1922-ci ildən Ufaya köçürülmüş, Ufa Dövlət nümunəvi teatrının tatar-başqırd truppası ilə birləşdirilmişdir. Burada başqırd və tatar müəlliflərinin pyesləri, həmçinin rus və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu. 1929-1930-cu illər teatr üçün dönüş mövsümü olmuşdur. Belə ki, həmin mövsümdə teatr başqırd ədəbi dilinə keçmiş və Moskvadakı Malı Teatr ilə yaradıcılıq əməkdaşlığı haqqında müqavilə bağlamışdır. Teatrın tarixində V.Q. Murtazin-İmanski, Z.İ. Bikbulatova, T.M. Biktaşeva, L.V. Valiyev, V.Q. Qalimov, T.Q. İmaşev, R.V. İsrafilov, M.A. Maqadeyev, A.K. Mübarəkov, Ş.M. Murtazina, A.Q. Sadıkova, R.S. Sırtlanov, Q.R. Şamukov, X.Q. Yarullin və başqalarının böyük rolu olmuşdur. 1935-ci ildən akademik dram teatrı statusuna malikdir.
Cəlaləddin Xarəzmşah (dram)
Cəlaləddin Хarəzmşah— türk yazıçısı Namiq Kamalın 1885-ci ildə yazdığı dramı. == Məzmunu == Namiq Kamalın tariхi mövzuda qələmə aldığı Cəlaləddin Хarəzmşah dramı Хarəzmşahlar dövlətinin hökmdarı Sultan Cəlaləddinin həyat və siyasi fəaliyyətindən bəhs еdir. Sırf vətənpərvərlik, qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Хarəzmşahın mоnqоl istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana хəttini təşkil еdir.
Dram (film janrı)
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Elmer Drew Merrill
Elmer Drew Merrill (ing. Elmer Drew Merrill; 15 oktyabr 1876 – 25 fevral 1956) — ABŞ botaniki. O, Filippində iyirmi ildən artıq fəaliyyət göstərdi və burada Asiya-Sakit Okean regionunun florası üzrə tanınmış bir nüfuza çevrildi. Karyerası ərzində o, 500-ə yaxın nəşrin müəllifi olub, təxminən 3000 yeni bitki növünü təsvir edib və bir milyondan çox herbari nümunəsi toplayıb. Elmi fəaliyyəti ilə yanaşı o, bacarıqlı idarəçi, kollec dekanı, universitet professoru və elmi jurnalların redaktoru olub.
Liza - Dram Kraliçası
"Liza - Dram Kraliçası" (ing. Lisa the Drama Queen) — "Simpsonlar" cizgi serialının iyirminci mövsümünün doqquzuncu seriyasıdır və ilk dəfə 25 yanvar 2009-cu ildə yayımlanmışdır. Britaniyalı kinoaktrisa Emili Blant Cülyetta obrazını səsləndirərək seriyada qonaq aktyor kimi iştirak etmişdir. Brayan Kelli seriala beş mövsümlük fasilədən sonra ssenari müəllifi kimi geri qayıtmışdır. == Məzmun == Liza incəsənət sinifində olarkən, onun kimi Coş Qrobandan xoşu gələn Cülyetta Hobbs adlı ağıllı bir qızla tanış olur. Qızlar özlərinə onları real dünyadan uzaqlaşdıran uydurulmuş dünya yaradırlar. Onlar özlərinin kraliça olduğu və hamının bərabər yaşadığı bu dünyanı "Equalia" adlandırırlar. Lakin tezliklə Liza yaratdıqları uydurma dünyaya çox aludə olur və bu səbəbdən də dərslərini pis oxumağa başlayır. Marc Cülyettanın davranışlarını izlədikdən və onun yaxınları ilə görüşdükdən sonra qızının psixi sağlamlığı barədə narahat olmağa başlayır. O, Lizanın rəfiqəsilə görüşməsinə mane olmağa çalışır.
Müsəlman Dram Cəmiyyəti
Müsəlman Dram Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş teatr cəmiyyəti. == Haqqında == 1916-cı ilin mayında Bakıda təsis olunmuş, 1920-ci ilədək fəaliyyət göstərmişdir. Birinci iclasında Sadıq bəy Hacınski (sədr), Mir Yaqub Mehdiyev (sədr müavini), Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Əlibəyov (idarə heyətinin üzvləri), Bala bəy Xocayev (katib), Əliheydər Babayev (daxıldar — xəzinədar), Əhməd bəy Hacınski, Süleyman Abdullayev cəmiyyətin üzvü seçilmişlər. Cəmiyyətin məqsədi nizamnaməsində deyildiyi kimi "teatr və səhnəni ticarət halından çıxarıb, sənət halına vəz" etməkdən, teatr qüvvələri hazırlamaqdan ibarət olmuşdur. Müsəlman Dram Cəmiyyəti 1916-cı ilin 19 oktyabrında çağırılmış növbəti iclasında Abbas Mirzə Şərifzadənin üç il müddətinə Xarkov şəhərinə Eylin studiyasının dram kursunda təhsil almağa göndərilməsi haqqında qərar qəbul etmişdi. Müsəlman Dram Cəmiyyəti üzvlərdən, xeyriyyəçilərdən alınan ianələr və teatr tamaşalarından toplanan vəsait hesabına yaşayırdı.