Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Eksuma
Eksuma (ing. Exuma) — Baham adalarında rayon. Rayonun tərkibində 360-dan çox ada var. == Tarixi == Eksumada əvvəlcə aravaklar və lukayanlar yaşayırdı. Onlar XV əsrdə əsarət altına alınmışdır. XVII əsrə qədər adalarda yaşayış olmamış, dəniz quldurları tərəfindən sığınacaq kimi istifadə edilmişdir. == İnzibati bölgü == Eksuma Baham adalarının 32 rayonundan biridir. Rayon mərkəzi Corc-Taundur. Rayonun sahəsi 290 km2, əhalisi - 7,314 nəfərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Эксумские острова // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Ekzema
Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasını Hebra, Kapoşi, Polotebnev və başqa alimlər söyləmişlər. 1894-cü ildə T. P. Pavlov ekzemalı xəstələrdə dəri hissiyyatının artmasını söyləmişdir. Müəllif göstərmişdir ki, dəri hissiyyatı təkcə xəstəlik nahiyəsində deyil, ondan xeyli uzaqlarda, görünüşcə sağlam dəridə də artır. Bundan başqa artmış dəri hissiyyatı xəstəliyin kliniki elementləri qurtardıqdan sonra belə müşahidə olunur. Sonralar İ. V. Qolovanov, P. V. Nikolski, S. T. Pavlov, E. A. Dosıçev və başqaları ekzemalı xəstələrdə dəri hissiyyatının artması barədə T. P. Pavlovun fikirlərini bir daha təsdiq etmişlər.
Evtina
Evtina (q.yun. euthyne) — Klassik Yunanıstan qanunvericiliyinə görə vəzifədə olma müddəti başa çatdıqdan sonra vəzifəli şəxs tərəfindən təqdim edilən hesabat. Evtina iki mərhələdən ibarət olub dövlət büdcəsindən ayrılmış vəsaitlərin sərf edildiyi fəaliyyətlərin on nəfərdən ibarət loqistai (mühasiblər) tərəfindən yoxlanılması ilə başlayırdı. Bu mərhələ loqos adlanırdı. İkinci mərhələ isə evtinai adlanırdı və bu mərhələdə bule tərəfindən təyin edilmiş on nəfərdən ibarət evtinoinin məmurlardan hər hansı birinin davranışına etiraz etmək imkanı var idi. Bu vəzifəli şəxslər isə ittihamları rədd edə və ya məhkəmələrə verə bilərdilər. Əgər yoxlama qeyri-qənaətbəxş hesab olardısa, iş andlılar məhkəməsinə verilirdi və vəzifəli şəxs sui-istifadədə, israfçılıqda və ya rüşvətxorluqda ittiham edilirdi. Vurulmuş zərərin on misli miqdarında cəriməyə qədər cəza tətbiq edilə bilərdi.
Fatima
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Octima
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Ebrima Sohna
Ebrima Sohna (14 dekabr 1988-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə klubunda yarımmüdafiəçi kimi çıxış edən Qambiyalı professional futbolçudur.
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimalın tarixçəsi == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Ekarma adası
Ekarma (yap. 越渇磨島) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada Ekarma vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 1170 metrdir. Ada paralel olaraq 8 km, meridian istiqamətdə isə 5 km məsafədə uzanır. Sahəsi 30 km² təşkil edir. İçməli su yoxdur. Ancaq isti kükürdlü sulsra rast gəlinir.
Ekarma boğazı
Ekarma boğazı (rus. Экарма (Пролив)) — Sakit okeanına daxil olan Ekarma adasını Şioşkotan adasından ayırır. Oxot dənizini Severvina boğazı ilə birləşdirir. Uzunluğu 25 km, ən dar eni isə 8 km təşkil edir. Dərinliyi 900 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Nikonova, Qratovıy, Razvalnıy, Başmaçnıy, Cuprova (Şiaşkotan) və Lyutbıy, Kruqlıy (Ekarma) burunları vardır. Şərq sahillərində çoxlu sualtı və suüstü daşlı qayalıqlar vardır. Şiaşkotan adası yaxınlığında Drobnıy adası və Başmaçıy qayası vardır. Cənub-Şərqdə Zakatnıy buxtası yerləşir.
Ekvtime Takaişvili
Ekvtime Semyonoviç Takaişvili (gürc. ექვთიმე სიმონის ძე თაყაიშვილი; 4 yanvar 1863 və ya 1863 – 21 fevral 1953 və ya 1953, Tbilisi) — Gürcü tarixçi, arxeoloq və ictimai xadim, pravoslav müqəddəsi. == Həyatı == Quriyanın qərb hissəsindəki Lixauri (gürc. ლიხაური) kəndində zadəgan Simon Takaişvilinin ailəsində anadan olmuşdur. Valideynlərini erkən yaşda itirdikdən sonra qohumlarının himayəsində böyümüşdür. 1883-cü ildə Kutaisi klassik gimnaziyasını gümüş medalla bitirmişdir. 1887-ci ildə Sankt-Peterburq Dövlət Universitetindən məzun olmuşdur. 1887–1917-ci illərdə Tiflisin müxtəlif nüfuzlu məktəblərində, o cümlədən Tiflis zadəgan gimnaziyasında Gürcüstanın tarixi mövzusunda mühazirələr oxumuşdur. Bu illərdə elmi və təhsil fəaliyyətlərində fəal iştirak etmişdir. 1907–1921-ci illərdə Gürcüstanın Tarix və Etnoqrafiya Cəmiyyətinin rəhbəri olub.
Etimad Başkeçid
Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi. == Həyatı == Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. 2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.
Etimad Əsədov
Etimad Əsədov (20 dekabr 1963, Ağdam rayonu – 16 oktyabr 2018, Bakı) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri. == Həyatı == Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib. 1982–1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb == Qarabağ müharibəsində iştirakı == 1991-ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.
Fatima (şəhər)
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Fatima Mustafina
Fatima Mustafina (tam adı: Fatima Xəmitovna Mustafina, başq. Мостафина Фатима Хәмит ҡыҙы; 26 dekabr 1913, Dinqizbay[d], Nikolayev qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 2 noyabr 1998, Ufa, Başqurdıstan, Rusiya) — pedaqoq, partiya və dövlət xadimi, fəlsəfə elmlər namizədi, RSFSR əməkdar məktəb müəllimi, Başqırd Komsomol Regional Komitəsinin birinci katibi (1936—1944), Sovet İttifaqı Kommunist Partiyası Başqırdıstan Regional Komitəsinin Elm və Təhsil Qurumları Bölməsinin rəhbəri (1951—1955), Başqırd Muxtar Sovet Sosialist Respublikasının Təhsil Naziri (1955—1971). == Bioqrafiya == Fətimə Xamitovna Mustafina 26 dekabr 1913-cü ildə Samara vilayətinin Puqaçev rayonunun Dinqizbay kəndində anadan olmuşdur (indi Rusiya Federasiyasının Samara vilayəti Bolşeyçerniqovvski rayonu). Onun uşaqlığı Povoljedəki 1921—1922-ci il aclığına təsadüf edir. Onun atası Xamid bəy ailəsinin korluq çəkməməsi üçün əlindən gələni etmişdir. Bu zaman Xəmit Mustafin ailəsini cənuba Daşkəndə aparmışdır. Ancaq Xəmit Mustafin təyinat nöqtəsinə çatmadan Tif xəstəliyinə tutulur və həlak olur. Fatimanın anası Əzizə uşaqları xilas etmək məqsədi ilə uşaq evlərinə verir. Bir necə ildən sonra Əzizə xanım övladları ilə birlikdə Ufaya, Başqırdıstana qayıdır. 1930-cu ildə Fatimə Mustafina Başqırdıstan Dövlət Universitetinə daxil olmuşdur.
Ketmia trionum
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Octima × canescens
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Etimad telefonu
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. == Məzmun == Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. == Film haqqında == Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Etimad İsmayılov
Etimad İsmayılov (azərb. Etimad İlyas oğlu İsmayılov‎) — Azərbaycanlı iş adamı, ictimai xadim. Azərbaycan Respublikasının ədliyyə naziri olmuş İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı. Etimad İsmayılov Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olub və atası tərəfindən 1992-ci ildə təsis edilmiş Ədalət Partiyasının fəallarından biri olub. Uzun müddət Ədalət Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. 2011-ci ildə jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurduqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb və biznes fəaliyyətlərini buradan idarə edib. İş adamı 2018-ci ilin 9 sentyabr tarixində Türkiyənin İstanbul şəhərinin Florya səmtində yerləşən ofisində 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi kimi çalışmış, sabiq polkovnik Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. Hadisənin iki şəxs arasındakı biznes maraqları üzərində yaranmış anlaşılmazlığa görə baş verdiyi ehtimal olunub. == Həyatı == Etimad İsmayılov 1969-cu ilin 22 iyun tarixində Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı Bakı şəhərində anadan olub. Orta təhsilin Bakıda tamamladıqdan sorna təhsil almaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yollanıb.
Atopik ekzema
Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Normativ etika
Normativ etika — fəlsəfi intizam, mövcud əxlaq normalarını, əxlaqi təlimləri öyrənən etika bölməsidir. Nəzəri etikanın bir hissəsi - normalar elmidir. Normativ etikaya iki baxımdan baxıla bilər: idrak və qeyri-idrak. Eyni zamanda, qeyri-idrakçı bir mövqe baxımından normativ etika əxlaqi şüurun bir elementi kimi qiymətləndirilir və təsvir etikası əxlaq haqqında bilik olaraq buna qarşı çıxır. Koqnitiv baxımdan normativ etika əxlaqdan fərqlənmir və beləliklə, öz araşdırma obyekti olduğundan nizam və əxlaq haqqında biliklər qarışıqdır. Bəzi müasir idrak alimləri norma etikasının elmi nəzəriyyə kimi qəbul edilməməsi lazım olduğunu iddia edirlər, çünki onun mövzusu ciddi şəkildə ümumiləşdirilməyib sistemləşdirilə bilməz. Hər hansı bir rasionalistik əxlaq normativ etikanın, o cümlədən tətbiq olunan etikanın və konkret mənəvi təlimlərin sahələrindən biri sayıla bilər. Erkən ellinizm dövründə meydana gələn və qədim dünyanın sonuna qədər təsirini qoruyan bir fəlsəfi məktəb. Məktəb adını Stoa Poykile (yun. στοά ποικίλη, hərfən «boyalı portiko»), adından almışdır, burada stoaçılığın banisi olan Zenon Kitiyski əvvəlcə müstəqil müəllim kimi fəaliyyət göstərmişdir.
Etika normaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Pəktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Pəktiya
Pəktiya vilayəti (puşt. پکتيا) — Əfqanıstanın 34 vilayətindən biri. Vilayətin sahəsi 6.432 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 499.2 min nəfər, inzibati mərkəzi Gərdiz şəhəridir. Əhalisinin 91%-ni puştunlar, 9%-ni taciklər təşkil edir. Vilayət inzibati cəhətdən Zədra, Gərdiz, Cani Xel, Seyid Qara, Şvaq, Dənd və Patan, Çamqani, Caci, Licə Məngəl, Əhmədabad və Zarmat rayonlarına bölünür.
Pəktika vilayəti
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Pəktiya vilayəti
Pəktiya vilayəti (puşt. پکتيا) — Əfqanıstanın 34 vilayətindən biri. Vilayətin sahəsi 6.432 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 499.2 min nəfər, inzibati mərkəzi Gərdiz şəhəridir. Əhalisinin 91%-ni puştunlar, 9%-ni taciklər təşkil edir. Vilayət inzibati cəhətdən Zədra, Gərdiz, Cani Xel, Seyid Qara, Şvaq, Dənd və Patan, Çamqani, Caci, Licə Məngəl, Əhmədabad və Zarmat rayonlarına bölünür.