Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ficus elastica
Ficus elastica (lat. Ficus elastica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Euphorbia elastica
Euphorbia elastica (lat. Euphorbia elastica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Plastic Memories
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. == Məzmun == "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
Elastik büdcə
Elastik büdcə (elastik qiymətləndirmə, ing. flexible budget) — müxtəlif fəaliyyət səviyyələrində (satış həcmlərində) maddələrinin tənzimlənməsinə imkan verən büdcə. == Tərifi == Tərif İngilis professoru Kolin Druri elastik büdcəni müxtəlif fəaliyyət səviyyələri üçün düzəldilə bilən büdcə kimi müəyyən edir. Elastik büdcə elastik standart göstəricilərdən istifadə edir. Amerikalı professor Rey Qarrison elastik büdcəni müəyyən fəaliyyət həcmlərində biznes fəaliyyətinin istənilən səviyyəsində çəkiləcək xərcləri qiymətləndirən büdcə kimi müəyyən edir. Nəzarət oluna bilməyən amillər (məlum olmayan və müvafiq olaraq planlaşdırılmayan xarici şərait) büdcə maddələrində dəyişən xərcləri dəyişmiş (artırmış/azalmış), sabit xərclər isə dəyişməz qalmışdır. Hesabat dövrü başa çatdıqdan sonra menecer, idarəolunmaz fəaliyyət amillərinin təhrifedici təsiri olduqda, bu sapmaları nəzərə almağa başlayır. İlkin büdcə dəyişkən məsrəf maddələri baxımından faktiki fəaliyyət səviyyəsinə uyğunlaşdırılır (əgər istehsalın həcmi artıb/azalıbsa, o zaman birbaşa xərclər də artıb/azalıb), beləliklə, elastik büdcə tərtib edilir və sonra təhlil edilir. Amerikalı professor Çarlz Hornqrenin fikrincə, elastik büdcə planlaşdırılmış gəlirin və ya planlaşdırılan xərclərin həcminə əsaslanaraq, faktiki məhsulun (və ya satışın) həcminə uyğunlaşdırılaraq formalaşır. Elastik büdcə məhsulun faktiki istehsalının / satışının həcmindən və statik büdcədən — istehsal / satışın planlaşdırılmış səviyyəsindən istifadə edir.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər.Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Plastik
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
Arnold Classic
Arnold Classic — Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilən bodibildinq turniri Turnir əhəmiyyətinə görə bodibildinq üzrə dünya çempionatından daha üstündür və yalnız "Mister Olimpiya" turnirindən geri qalır. "Arnold Classic" kişi turniri ənənəvi olaraq Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilir. İlk dəfə "Arnold Classic" turniri 1989-cu ilin martın 11-də təşkil edilib. 2011-ci ildə ABŞ-nin Ohayo ştatının Kolambus şəhərində keçirilən "Arnold Classic" turnirinin qalibləri arasında yarışda ilk dəfə iştirak edən Azərbaycan yığmasının üzvü Vüqar Verdiyev (85 kq) də olmuş və o, bu mötəbər yarışın bürünc mükafatını qazanmışdır. Bu, yarışda ilk dəfə iştirak edən Azərbaycan yığması üçün böyük nailiyyətdir.
Elastiki qüvvə
Elastiki qüvvə — deformasiya zamanı yaranan qüvvə. Qüvvənin növündən asılı olaraq cismə tətbiq olunan qüvvə ona təcil verir, yaxud cismi deformasiyaya uğradır (ölçü və formanı dəyişdirir). Qüvvənin təsiri ilə baş verən deformasiyaya nəzər salaq. Qüvvənin təsiri kəsildikdən sonra cismin ilk ölçüsünün və formasının bərpa olunma dərəcəsinə görə iki növ deformasiyaya rast gəlinir. Təsir kəsildikdən sonra cisim tamamilə ilk ölçü və formasını alırsa, baş vermiş deformasiya elastiki deformasiya adlanır. Təcrübi faktlarla müəyyən olunmuşdur ki, elastiki deformasiya cismin fərdi xüsusiyyətindən asılı olmaqla yanaşı təsir edən qüvvənin müəyyən qiymətləri intervalında baş verir. Qüvvənin müəyyən qiymətindən sonra təsirin kəsilməsinə baxmayaraq cisim tam mənada ilk hala qayıda bilmir. Elə maddələr vardır ki, onlarda hətta çox kiçik qüvvənin təsiri ilə meydana gələn deformasiya təsir kəsildikdən sonra bərpa olunmur. Bu növ deformasiyalar plastik deformasiya adlanır. Plastik deformasiyanı yaradan qüvvənin ən kiçik qiyməti (yaxud, elastiki deformasiyanı yaradan qüvvənin mümkün olan ən böyük qiyməti) müxtəlif cisimlər üçün müxtəlifdir.
Plastik deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. == Haqqında == Deformasiya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastikBərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Plastik kartlar
Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul".Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur.Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) - hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması.Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər. İnsanlar alacaqları kartın mümkün olduqca daha çok yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Bu baxımdan kart ixrac edən və ya yayımında vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər arasında uyğun bir bazar yaratmağa çalışırlar. Plastik kartlar aşağıdakı imkanları verirlər: Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması.Çünki kart məxfi PİN-kodla qorunur və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı vəsait olduğu həcmdə qalır; Dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması; Ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin ödənilməsi; İnternet vasitəsilə həyata keçirilən “on-line” sifarişlərin ödənilməsi; Kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın alınması; Şəxsi məsrəflərin və gəlirlərin kart hesabı üzrə alınmış çıxarışların əsasında təhlil edilməsi və planlaşdırılması; Bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz, rəsmiləşdirilməsi ;.Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur: fiziki şəxslər üşün plastik kartlar nümayəndəlik xərcləri üçün korporativ kartlar maaş kartları .Ödəmələrin bu sisteminin tətbiqini beynəlxalq aləmdə daha da təkmil formada tətbiq etmək məqsədi ilə Qərbdə İSO ( İnternarional Standarts Organisation ) – Beynəlxalq Standartlar Təşkilatı yaradıldı.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Plastik Salyan FK
Plastik futbol klubu 1971-ci ildə Salyanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.
Plastik sürtkülərin təsnifatı
Sürtkü - sürtünmənin azaldılmasına yönəldilən özlülüklü maddədir. Sürtkülər – bərk, plastik, maye və qaz şəklində olan texniki sürtkü materiallarıdır. == Tətbiqi == Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədi ilə istifadə olunur. == Sürtkülərin təsnifatı == Sürtkülər - tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər.Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir. Bu tərkibdən başqa sürtkülərdə digər komponentlər də iştirak edir: hidratlaşmış kalsium sürtkülərində stabilləşdirici komponent kimi su iştirak edir; bəzi sabunlu sürtkülərdə yağların sabunlaşması zamanı ayrılan qliserin olur; sürtkülərin termiki emalı zamanı yağ əsasının oksidləşmiş məhsulları; sərbəst turşu və qələvilər.Sürtkülərin istismar xassələrini yaxşılaşdırmaq üçün onlara müxtəlif funksional təyinatlı aşqarlar və bərk əlavələr daxil edirlər. Beləliklə, sürtkülər əsas xassələri dispers mühit, dispers faza, aşqar və əlavələrlə müəyyən olunan mürəkkəb çoxkomponentli sistemdir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Kipləşdirici-yağlayıcı sürtkülər- hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. == Alınması == Plastik sürtkülərin hazırlanmasında ən əsas və vacib dispers faza kimi mineral sintetik və ya yarımsintetik yağlardan istifadə olunur. Dispers faza kimi yüksək özlülüklü yağları istifadə etdikdə yaxşı nəticələr almaq mümkündür. Metal tozu iştirak etmədən mis ftalosianid, kobalt ftalosianid, kepoflyuks aşqarlar götürüldükdə neft və qaz armaturları üçün yüksək keyfiyyətli kipləşdirici sürtkü almaq mümkündür. Bu sürtkülər üçün dispers faza kimi sintetik B-3V və ya mineral yağ qarışığı götürülməsi məsləhət görülür. Müəyyən edilmişdir ki, qaz magistrallarında paylayıcıları və kompressor stansiyalarında işlədilən qazda həll olmayan sürtkü alınması üçün baza komponenti kimi rasinal yağı götürmək və qatılaşdırıcı komponentlər olaraq rasinat kalsium, alkil-benzolsulfonat və antioksidant-ionol əlavə etmək lazımdır. Yüksək temperatur zonasında işləyən yiv sürtküləri almaq üçün baza komponenti kimi kerosindən istifadə edilmişdir yüksək temperatura davamlı sürtkü almaq üçün qatılaşdırıcı kimi alümosilikat götürülür və dispers faza kimi poliol efiri, naften karbohidrogenləri və s. istifadə olunur.