Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Elcan
Elcan — kişi adı.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir. Mənası "tabe olan xan" deməkdir.Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir. == Qaşqaylarda == Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Aldan (şəhər)
Aldan (saxa Алдан) — Rusiyada, Saxa Respublikasında şəhər. Aldan rayonunun mərkəzidir. Böyük Never dəmiryol stansiyasından 648 kilometr şimalda, avtomagistral üstündədir. Qızıl və mika istehsal edilir. Maşın təmiri zavodu, elektrik stansiyası, politexnikum, tibbi məktəbi var. 1924-cü ildə yaradılmışdır. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Алдан // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Aldan ulusu
Aldan ulusu (saxa Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Aldan şəhəridir. == Tarixi == Rayon 5 may 1930-ci ildə qurulmuşdur. == Coğrafiyası == Rayon Saxa Respublikasının cənubunda, Aldan qalxanında yerləşir. Burad yaşı 3 milyard ildən çox olan ən qədim kristal qaya formasiyaları üzə çıxır. Rayonun ərazisi 156,8 min km²-dir. Bölgədəki ən yüksək nöqtə 2.264 m-dir (Qonam çayının yuxarı hissəsində olan bir dağ). Rayonun böyük çayları: Aldan, Unqra, Timpton, Qonam, Uçur, Amqa. Bütün çaylar sürətli axına malikdir. Bölgə çökəkliklər və qarışıqlarla zəngindir.
Aldan yaylası
Aldan yaylası (rus. Алда́нское наго́рье) — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var. == İstinadlar == == Xarici keçidlər == Под общей редакцией акад. В. М. Котлякова. Алданское нагорье // Словарь современных географических названий.
Aldan çayı
Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir. == Etimalogiyası == Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir və ya (evenq dilində) elden dəmir mənası verir. == Coğrafiyası == Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır. == Hidrologiyası == Aldan əsasən qar və yağış suları ilə qidalanır.
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Elcan Bayramov
Elcan Qoşqar oğlu Bayramov (3 avqust 2001, Xanlar rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Bayramov 3 avqust 2001-ci ildə Göygöl rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Elcan Bayramov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Bayramov 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Bayramov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Cəlilov
Elcan Famil oğlu Cəlilov (26 fevral 1996, Tovuz rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Cəlilov 1996-ci il fevralın 26-da Tovuz rayonunda anadan olub. 2003-2014-cü illərdə A. Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elcan Cəlilov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elcan Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elcan Cəlilov noyabrın 7-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Muradov
Elcan Eldəniz oğlu Muradov (3 iyul 2001; Gəncə, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Muradov 3 iyul 2001-ci ildə Gəncə şəhərində Eldəniz Muradovun ailəsində anadan olmuşdur. 2007-2017-ci illərdə Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elcan Muradov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Muradov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə nəşi neytral zonadan götürülərək Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elcan Məmmədov
Elcan Zöhrab oğlu Məmmədov (9 avqust 1989, Mirbəşir rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində Zöhrab və Sahilə Məmmədovların ailəsində anadan olub. 1996–2007-ci illərdə Sabunçu rayonunda N. Rzayev adına 169 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007–2010-cu illərdə isə Azərbaycan Texniki Universitetində "Maşınqayırma" üzrə ali təhsil alıb. Gülnarə Məmmədov ilə ailəli idi. Ayan adında bir qızı və Ramal adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elcan Məmmədov 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra o, 2018-ci ildə Silahlı Qüvvələrin TTM-də üçaylıq təlimlərdə oldu və "leytenant" hərbi rütbəsi aldı. 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2020-ci ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Elcan Məmmədov 2020-ci ilin 12 – 15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.
Elcan Namazov
Elcan Hisayyət oğlu Namazov (1 iyun 1997, Dəmirçilər, Qazax rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2003-2014-cü illərdə E. Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elcan Namazov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Namazov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elcan Rəhimli
Elcan Ədalət oğlu Rəhimli (26 avqust 1992; Alpout, Bərdə, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Rəhimli 1992-ci ildə Bərdə rayonunda dünyaya gəlib. Məktəbi bitirdikdən sonra 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elcan Rəhimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Bərdədə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elcan Rəhimov
Elcan Rəhim oğlu Rəhimov (6 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Kəpəz === Rəhimov Kəpəz akademiyası vasitəsilə inkişaf etmişdir. Rəhimov əsas komanda ilə debütünü 30 oktyabr 2016-cı ildə etmişdir. O, 80-ci dəqiqədə Zirə klubu ilə qarşılaşmada Tural Qürbətovu əvəz etmişdir. Həmin görüşdə Kəpəz Azərbaycan Premyer Liqası görüşündə Zirəyə 2-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Qubadlı rayonunda anadan olub 1992-ci ildə birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Eldar Abasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib.
Eldar Abbasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib.
Eldar Abdinov
Eldar Abdinov (Eldar Rzaqulu oğlu Abdinov; 20 aprel 1952, Ərkivan kəndi, Masallı) — 1-ci, 2-ci, 3-cü dərəcəli "Əmək şöhrəti" nişanları, "Kömür sənayesi fəxri əməkdaşı" nişanı, "Şəhər qarşısında xidmətlərinə görə" nişanı ilə təltifçisi, Qazaxıstanın Ekibastuz şəhərinin Milli Məclisinə 6 dəfə deputat seçilmişdir, Əməkdar təqaüdçü. == Həyatı == Eldar Abdinov 20 aprel 1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1958–68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970–72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd Eldar Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır. 20 il ərzində "Boqatır Akses Komir" MMC-də Yeməkxana müdiri vəzifəsində çalışıb.
Eldar Abdullayev
Eldar Firuddin oğlu Abdullayev (23 iyul 1982, Sumqayıt – 18 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. Ailəli idi. Aysu və Asya adında, həmçinin 2021-ci il fevralın 2-də dünyaya gələn Ahu adında üç qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.