Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Pale Emperor
The Pale Emperor — Marilyn Mansonın onuncu studiya albomu.
Godspeed You! Black Emperor
Godspeed You! Black Emperor – (əvvəlki yazılışı ilə Godspeed You Black Emperor!, adətən GYBE or GY!BE olaraq qısaltılır.) 1994-cü ildə yaranmış, Quebec əsilli post rock qrupudur. == Qrup haqqında == Albomlarını Constellation Records ilə yayımlayan ilk qrupdur və Montreal post rock səhnəsinin ən önəmli qruplarından biri sayılır. İlk albomlarını 1997-ci ildə yayımladıqdan sonra 1998-dən 2002-yə qədər hər il turneyə çıxdılar. 2003-cü ildə qrup üzvlərinin musiqi maraqlarının fərqli yönlərdə olduğunu və qərarsız olduqlarını bildirdilər. Qrupun dağılacağı ilə bağlı söz-söhbətlər yayılsa da qrup 2010-cu ildə bir turne üçün təkrar birləşdi. 2012-ci ildə isə Coachella Valley festivalında səhnə aldılar.
Aşil Amperör
Aşil Amperör (fr. Achille Emperaire; 16 sentyabr 1829[…], Eks-an-Provans[d] – 8 yanvar 1898[…], Eks-an-Provans[d]) — fransız rəssam-impressionist, Pol Sezannın dostu. == Həyat və yaradıcılığı == Aşil Amperör xəstəlik ilə doğulmuş və bütün həyatı boyu liliput qalmışdır. 1844–1856 illəri arasında doğma şəhərində rəsm və rəsm tədqiq etmişdir.
Cabar Əkpərov
Zeynal Əkpərov
Zeynal Əkpərov (Zeynal İba oğlu Əkpərov; d. 28.09.1952, Cəlilabad rayonu, Privolnı kəndi) — genetik, aqronom, seleksiyaçı alim, bioloq, botanik, fizioloq, aqrar elmlər üzrə elmlər doktoru, Genetik Ehtiyatlar İnstitutunun direktoru (2002). AMEA-nın müxbir üzvü (2014). 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1971-ci ildə Privolnı kənd orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə) “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə, 1978-1981-ci illərdə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. 1987-ci ildə Moldova Respublikasının Elmlər Akaemiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-2010-cu illərdə ET Əkinçilik İnstitutunda və AMEA Genetik Ehtiyatlar İnstitutunda bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və idarə olunmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması istiqamətində apardığı tədqiqatların nəticəsində 2010-cu ildə ET Əkinçilik İnstitutunda seleksiya və toxumçuluq ixtisasında “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.140-dan çox elmi əsərin (66-i xaricdə), 5 kitabın (2-i xaricdə), o cümlədən 3 monoqrafiyanın, 2 kitabçanın, 2 tövsiyənin müəllifidir. Bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və yeni sortların yaradılması,Bitkilərin becərilmə texnologiyasının elmi əsasları 1996 - “Seleksiya nailiyyətləri haqqında”, 1998 - “Toxumçuluq haqqında”, 2011 - Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması, 2004-2011 Bitki Genetik Ehtiyatlarının Mühafizəsi üzrə Milli Genbankın yaradılması, Milli toxum genefondunun burada toplanması və mühafizəsinin təşkili, 2004 - Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycan Respublikasında biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzənin hazırlanması, 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Biomüxtəlifliyin Qorunması və davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın hazırlanması, 1996-2006 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə I və II Ölkə Hesabatlarının hazırlanması, 2006-2010 - Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması, 2009-2010 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Dünya Hesabatının hazırlanması, 2004-2006 - Respublikanın zəngin bitki müxtəlifliyi olan Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazalarının yaradılması 2010-2011 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının yeni variantının hazırlanması, 2011 - Bitki Genetik Ehtiyatları üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanması 1981-1988 - ET Əkinçilik İnstitutunda kiçik elmi işçi 1988-1992- ET Əkinçilik İnstitutunda böyük elmi işçi 1992-2000- ET Əkinçilik İnstitutunda elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri 2000-2002 - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir 2002-ci ildən bu günə kimi AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. 1. Əliyev C.Ə., Əkpərov Z.İ., Nəbiyev M.H. Azərbaycanda suvarma şə-raitində soyanın becərilməsi, Azərnəşr, Bakı, 1982, 54 s.