Erudisiya
Etalon
OBASTAN VİKİ
Esperanto
Esperanto (fr. esperer – ümid etmək) — 1887-ci ildə polşalı oftalmoloq və linqvist Lüdviq Lazar Zamenhof tərəfindən yaradılmış beynəlxalq süni dildir. Onun 1905-ci ildə çap etdirdiyi "Fundamento de Esperanto" adlanan kitabında sözügedən dilin qrammatikası və əsas müddəalarına yer verilmişdir. Özünü Dr.Esperanto deyə qələmə verən Zamenhof müxtəlif xalqlar arasındakı ünsiyyət problemini həll etməyi qarşıya məqsəd qoyaraq bu dili yaratmışdır.Günümüzdə ən populyar süni dil olmasına baxmayaraq qarşıya qoyulmuş hədəfə, yəni beynəlxalq ünsiyyət vasitəsi olma planlarına çata bilməmişdir. == Etimologiya == "Esperanto" sözü fransız dilində "ümid etmək" mənasını verən "esperer" sözündən götürülmüşdür.Kök və şəkilçiyə ayrılması "esper+ant+o" şəklindədir.Ümid edən insan mənasını ifadə edir. Əsl adı Linqvo İnternaçia olan bu dil, Zamenhofun 1887-ci ildə çap etdirdiyi "Unua Libro" kitabında özünü "Doktoro Esperanto" adlandırması ilə birlikdə dil də bu adla anılmağa başlandı. == Tarix == Əslən Polşadan olan Zamenhofun yaşadığı mühitdə daha çox polyakca, rusca və yiddiş dilindən istifadə olunurdu.O, bu insanların bir-biriləri ilə gündəlik ünsiyyətini asanlaşdırmaq üçün dəyişilməz 16 əsas qanuna istinad edən, istisnasız və əksər sözlərini Avropa dillərindən alan bir dil ixtira etməyi hədəflədi. Zamenhof kiçik yaşlarından bu planını həyata keçirmək barəsində düşünürdü.İlk vaxtlar, o, latın dili və ya yunan dilindən birini sadələşdirmək fikrində olmuşdu.Lakin, sonradan latın dilini öyrənərkən bu dilin çox qarışıq qrammatikası olduğu qənaətinə gəlmiş və tamamilə yeni bir dil yaratmağın daha məqsədəuyğun olduğunu fikirləşmişdir. İngilis dilini öyrəndiyi vaxtlar o, feilin şəxslərə görə uzlaşmasını mənasız hesab etmiş və bunlarsız qrammatikanın daha asan ola biləcəyini düşünmüşdü.Ancaq yenə də söz əzbərləməkdə bir sıra çətinliklər çəkməyə davam edirdi.Rus dili öyrənməyə başlayarkən isə bu məsələni suffiks şəkilçiləri vasitəsi ilə yeni düzəltmə söz yaradaraq minimuma endirə biləcəyini dərk etmişdi.Beləcə öz dilinin leksionunu danışanlarının sayına görə digər dil qruplarından öndə gedən Roman dilləri və German dilləri qruplarından təşkil etməyə başladı. 1881-ci ildə dildə baş verən ən böyük yeniliklərə "w" hərfinin "v" hərfi ilə əvəz olunması,cəm şəkilçisinin -es yerinə -oj olaraq dəyişdirilməsi,sözlərə təsirlik hal şəkilçisinin (l') artırılmağa başlanması,feillərdə hecanın istisna olaraq son hecaya düşməsi qaydasını dəyişdirərək sözdə bütün sözlərin bir qayda olaraq axırdan 2-ci hecaya düşməsi qaydasının təsdiq edilməsi,á, ć, é, ħ, -ó, ś, ź kimi hərflərin əlifbadan çıxarılması və feil sonluqlarının dəyişdirilməsini misal göstərmək olar.
Esperanto Akademiyası
Esperanto Akademiyası (esp. Akademio de Esperanto, ing. Academy of Esperanto) — dilin əsas prinsipləri ilə ardıcıl olaraq Esperanto dilinin təkamülünü nəzarət edən müstəqil bir dil akademiyası. Fransa Akademiyasından bir az modellənmişdir, Esperanto dilinin yaradıcısı olan Lüdviq Lazar Zamenhof tərəfindən Esperantonun Birinci Ümumdünya Esperanto Konqresi tərəfindən təklif edildi və qısa müddət sonra Lingva Komitato (azərb. Dil Komitəsi‎) adı altında quruldu. Bu Komitənin Akademio (azərb. Akademiya‎) adlı bir "üstün komissiyası" var idi. 1948-ci ildə, ümumi bir yenidənqurma çərçivəsində, Dil Komitəsi (esp. Lingva Komitato) və Akademiya (esp. Akademio ) Esperanto Akademiyasını yaratmaq üçün bir araya gəldi.
Esperanto Kursu
Esperanto Kursu (esp. Kurso de Esperanto) — Esperanto dilində 12 hissəli pulsuz və açıq mənbəli bir dil kursu proqramıdır. Kurs, xüsusilə optimize edilmiş öyrənmə məşqləri səbəbiylə iki həftə içində Esperanto dilinin təməlini öyrənmək üçün hazırlanmışdır. Proqram tələffüz və dinləmə anlayışını inkişaf etdirmək üçün istifadə edilən bütün sözlərin dinləmə testlərindən istifadə edir. İstifadəçi, mikrofondan istifadə edərək Esperanto dilində danışma cəhdlərini lentə ala və onları nümunələrlə müqayisə edə bilər. Hər hissənin sonunda və bütün Esperanto dili kursunun sənədləşdirilməsi üçün istifadəçi imtahandan keçə bilər və bu xüsusiyyətlərdən istifadə edə bilər: Testlər imtahanın cavablarını düzəltmək üçün kurs rəhbərlərinə pulsuz olaraq verilə bilər. Bu düzəliş xidməti, Almaniya Esperanto Gənclik Təşkilatı da daxil olmaq üzrə Esperanto Hərəkatının könüllüləri tərəfindən təmin edilməkdədir. Esperanto Kursu, Kvebek Esperanto Cəmiyyəti (esp. Esperanto-Societo Kebekia, fr. Société québécoise d'espéranto) və digər kurslar tərəfindən inkişaf etdirilən 10 saatlıq bir kursa söykənir.
Esperanto adası
Esperanto adası — Zed adaları arxipelaq qrupunun ən böyük və ən şimal-qərbdəki adasıdır. Ada Antarktidanın Varna yarımadasının Livinqston adasının şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Hündür nöqtəsi 290 m, uzunluğu 950 m, eni 900 m, səthinin sahəsi isə 56 hektardır. Ada qonşu ada olan Fanaqoriya adasından 70 m, Livinqston adasının Vilyams burnundan isə 2.7 km şimal-qərbdə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada süni dillərdən biri olan Esperanto dilinin adını daşıyır. == Yerləşməsi == Esperanto adası 62°25′43″ c. e. 60°10′23″ q.
Esperanto dili
Esperanto (fr. esperer – ümid etmək) — 1887-ci ildə polşalı oftalmoloq və linqvist Lüdviq Lazar Zamenhof tərəfindən yaradılmış beynəlxalq süni dildir. Onun 1905-ci ildə çap etdirdiyi "Fundamento de Esperanto" adlanan kitabında sözügedən dilin qrammatikası və əsas müddəalarına yer verilmişdir. Özünü Dr.Esperanto deyə qələmə verən Zamenhof müxtəlif xalqlar arasındakı ünsiyyət problemini həll etməyi qarşıya məqsəd qoyaraq bu dili yaratmışdır.Günümüzdə ən populyar süni dil olmasına baxmayaraq qarşıya qoyulmuş hədəfə, yəni beynəlxalq ünsiyyət vasitəsi olma planlarına çata bilməmişdir. == Etimologiya == "Esperanto" sözü fransız dilində "ümid etmək" mənasını verən "esperer" sözündən götürülmüşdür.Kök və şəkilçiyə ayrılması "esper+ant+o" şəklindədir.Ümid edən insan mənasını ifadə edir. Əsl adı Linqvo İnternaçia olan bu dil, Zamenhofun 1887-ci ildə çap etdirdiyi "Unua Libro" kitabında özünü "Doktoro Esperanto" adlandırması ilə birlikdə dil də bu adla anılmağa başlandı. == Tarix == Əslən Polşadan olan Zamenhofun yaşadığı mühitdə daha çox polyakca, rusca və yiddiş dilindən istifadə olunurdu.O, bu insanların bir-biriləri ilə gündəlik ünsiyyətini asanlaşdırmaq üçün dəyişilməz 16 əsas qanuna istinad edən, istisnasız və əksər sözlərini Avropa dillərindən alan bir dil ixtira etməyi hədəflədi. Zamenhof kiçik yaşlarından bu planını həyata keçirmək barəsində düşünürdü.İlk vaxtlar, o, latın dili və ya yunan dilindən birini sadələşdirmək fikrində olmuşdu.Lakin, sonradan latın dilini öyrənərkən bu dilin çox qarışıq qrammatikası olduğu qənaətinə gəlmiş və tamamilə yeni bir dil yaratmağın daha məqsədəuyğun olduğunu fikirləşmişdir. İngilis dilini öyrəndiyi vaxtlar o, feilin şəxslərə görə uzlaşmasını mənasız hesab etmiş və bunlarsız qrammatikanın daha asan ola biləcəyini düşünmüşdü.Ancaq yenə də söz əzbərləməkdə bir sıra çətinliklər çəkməyə davam edirdi.Rus dili öyrənməyə başlayarkən isə bu məsələni suffiks şəkilçiləri vasitəsi ilə yeni düzəltmə söz yaradaraq minimuma endirə biləcəyini dərk etmişdi.Beləcə öz dilinin leksionunu danışanlarının sayına görə digər dil qruplarından öndə gedən Roman dilləri və German dilləri qruplarından təşkil etməyə başladı. 1881-ci ildə dildə baş verən ən böyük yeniliklərə "w" hərfinin "v" hərfi ilə əvəz olunması,cəm şəkilçisinin -es yerinə -oj olaraq dəyişdirilməsi,sözlərə təsirlik hal şəkilçisinin (l') artırılmağa başlanması,feillərdə hecanın istisna olaraq son hecaya düşməsi qaydasını dəyişdirərək sözdə bütün sözlərin bir qayda olaraq axırdan 2-ci hecaya düşməsi qaydasının təsdiq edilməsi,á, ć, é, ħ, -ó, ś, ź kimi hərflərin əlifbadan çıxarılması və feil sonluqlarının dəyişdirilməsini misal göstərmək olar.
Esperanto ədəbiyyatı
Esperanto ədəbiyyatı- əslində bu süni dilin rəsmi yayımının əvvəlində, Esperanto dilinin yaradıcısı , Polyak oftalmotoloq Lüdviq Lazar Zamenhof tərəfindən başlamışdır. Zamenhof inkişaf etdirməkdə olduğu dilə şeir və məqalələri tərcümə edərək dilin zənginliyini və aydınlığını test etmiş və bir neçə tərcüməsini dilin ilk kitabı olan Unua Libro nun əlavələri olaraq nümayiş etdirmişdir. Dilin başqa erkən mühazirəçiləri şeirlər, hekayələr və inşalar yazmışlar. Henri Vallienne Esperanto dilində ilk romanı yazan şəxs olmuşdur. Bir ovuc şeirin xaricində Esperantonun ilk 20 ilindəki ədəbiyyat məhsullarının çoxu bu gün yalnız tarixlə bağlı dəyər olaraq qalmışdır. İki dünya müharibəsi arasında bir neçə yeni şair və yazar ilk əsərlərini nəşr etdilər, bunların içində hələ yeni sayılan bu dildə mükəmməl əsərlər yazanlardan bəziləri bunlardır: Julio Baqi, Yevgeno Mihalski, Kalman Kalocsay, Henrix Luyken və Jean Forge. Müasir yazarlar arasında Klaude Piro və Vilyam Auld yer alır ki, sonuncusu Ədəbiyyat üzrə Nobel mükafatına bir neçə dəfə namizəd olaraq göstərilmişdir. Gözləri görməyən və Yaponiya ilə Çində 1910 və 1920-ci illərdə yazan və dərs verən Rusiyalı Esperantist Vasili Yerosenkonun əsərləri ilə başlayaraq Brayl əlifbasında da bir çox Esperanto dilind yazılmış əsər nəşr olunmuşdur. Harold Brown da Esperanto dilində bir çox müasir əsərlər yazmışdır. Bu günə qədər Esperanto dilində 25.000-dən çox əsər dərc edilmiş və ən böyük Esperanto kitab xidməti verən Esperanto Dünya Dərnəyi (World Esperanto Association) 4.000-dən çox kitabı öz kataloqunda birləşdirmişdir.
Esperanto Ensiklopediyaları
Esperantoda Ensiklopediyalar (esp. Enciklopedio de Esperanto) — Bütün Esperanto mövzularında ensiklopediya yaratmaq üçün bir neçə fərqli cəhd edilmişdir. Müasir bir Esperantist ensiklopediyaya Vikipedio (Esperanto dilli Vikipediya) və ya "Enciklopedio Kalblanda" aiddir. == 1913 Ensiklopediyası == 1913-cü ildə Petro Stoyan, hər mövzu üçün ayrı monoqrafiyalarla davamlı nəşr olunacaq bir "Universal Monoqrafiya Ensiklopediyası"nı (esp. Universala Slipa Enciklopedio) təklif etmişdi. O zamanda ilk beş monoqrafiya ("Ensiklopediya və Onun Gələcəyi" (esp. La Enciklopedio Kaj Ĝia Estonteco), "Zamandakı Kinematik Nəzəriyyə" (esp. Kinematic Teorio Ĝustatempe), "La Espero" Himni, "Xüsusi Adların Transkripsiyası" (esp. Transskribo De Propraj Nomoj) və "Yığıncaq" (esp. Renkontiĝo), Levenzonun bir şeiri) nəşr olundu.
Yaponiyada esperanto
Yaponiyada esperanto ən populyar süni dil hesab olunur. Yaponiyanın esperanto ilə tanışlığı 1880-ci illərin sonu və 1890-cı illərin əvvəlində baş vermişdir. Yaponiyanın esperanto icması 1920-ci illərdə ən böyük qeyri-avropalı esperanto icması olmuşdur. Yaponiya Esperanto İnstitutu ölkədəki ən böyük esperanto təşkilatıdır. 1965-ci ildə Tokioda, 2007-ci ildə isə Yokohamada Ümumdünya Esperanto Konqresi baş tutmuşdur. Yaponiyada esperentodan bəhs edən ilk mənbə 1880-ci illərin sonuna – volapük dilinə marağın yarandığı dövrə aiddir. Oka Asaciro esperantoya maraq göstərmiş ilk yapon şəxs olmuşdur. Onun esperanto dili ilə ilk tanışlığı 1891-ci ildə bir alman kitab evində baş vermişdir. O, esperanto və volapük dillərindən təsirlənərək öz süni dilini – zilenqo dilini yaratmışdır. Yaponiyada esperanto hərəkatının başladığı il kimi 1906-cı il qəbul olunur.
Beynəlxalq Esperanto Həftəsi
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. == Adı == JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. == Mənşəyi və təsiri == Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. == Esperanto dilli Vikipediyanın keyfiyyəti == 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.
Ümumdünya Esperanto Konqresi
Esperanto Dünya Konqresi (Esperanto dilində: Universala Kongreso də Esperanto , qısaltma UK )- az qala qırılmayacaq qədər və yüz ildən çox bir rekordla beynəlxalq Esperanto konqreslərin arasında ən uzun ənənəyə malikdir. Konqreslər Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi xaricində 1905-ci ildən bəri mütəmadi olaraq hər il keçirilməkdədir. 1920-ci ildən bəri təşkilatçı Beynəlxalq Esperanto Assosiasiyası (Universala Esperanto-Asocio veya UEA) olmuşdur. Konqreslər hər il təkrarlanır və ortalama 2000 iştirakçını qonaq edir (Birinci Dünya Müharibəsindən bəri bu rəqəm konqresin edildiyi yerə bağlı olaraq 800 ilə 6000 arasında dəyişir). Ortalama təmsil edilən ölkə sayı 60-dır. Bəzi ixtisaslaşmış təşkilatlar öz illik iclaslarında bir neçə yüz iştirakçı yığmaqdadır. Dünya Konqresi ümumiyyətlə iyulun son həftəsi və ya avqustun ilk həftəsində keçirilir və şənbə günündən şənbə gününə qədər 8 gün davam edir. 1980-ci ilə qədər qədər konqreslər 1965-ci ildəki Yaponiya konqresi istisna olmaqla Avropa və ABŞ-də keçirilməkdədir. O tarixdən sonra Braziliya, Kanada, Çin, Kuba, Cənubi Koreya, Avstraliya, İsrail və Vyetnam kimi ölkələrdə də reallaşdırılmışdı.
Kurso de Esperanto
Esperanto Kursu (esp. Kurso de Esperanto) — Esperanto dilində 12 hissəli pulsuz və açıq mənbəli bir dil kursu proqramıdır. Kurs, xüsusilə optimize edilmiş öyrənmə məşqləri səbəbiylə iki həftə içində Esperanto dilinin təməlini öyrənmək üçün hazırlanmışdır. Proqram tələffüz və dinləmə anlayışını inkişaf etdirmək üçün istifadə edilən bütün sözlərin dinləmə testlərindən istifadə edir. İstifadəçi, mikrofondan istifadə edərək Esperanto dilində danışma cəhdlərini lentə ala və onları nümunələrlə müqayisə edə bilər. Hər hissənin sonunda və bütün Esperanto dili kursunun sənədləşdirilməsi üçün istifadəçi imtahandan keçə bilər və bu xüsusiyyətlərdən istifadə edə bilər: Testlər imtahanın cavablarını düzəltmək üçün kurs rəhbərlərinə pulsuz olaraq verilə bilər. Bu düzəliş xidməti, Almaniya Esperanto Gənclik Təşkilatı da daxil olmaq üzrə Esperanto Hərəkatının könüllüləri tərəfindən təmin edilməkdədir. Esperanto Kursu, Kvebek Esperanto Cəmiyyəti (esp. Esperanto-Societo Kebekia, fr. Société québécoise d'espéranto) və digər kurslar tərəfindən inkişaf etdirilən 10 saatlıq bir kursa söykənir.
Esperantoda Ensiklopediyalar
Esperantoda Ensiklopediyalar (esp. Enciklopedio de Esperanto) — Bütün Esperanto mövzularında ensiklopediya yaratmaq üçün bir neçə fərqli cəhd edilmişdir. Müasir bir Esperantist ensiklopediyaya Vikipedio (Esperanto dilli Vikipediya) və ya "Enciklopedio Kalblanda" aiddir. == 1913 Ensiklopediyası == 1913-cü ildə Petro Stoyan, hər mövzu üçün ayrı monoqrafiyalarla davamlı nəşr olunacaq bir "Universal Monoqrafiya Ensiklopediyası"nı (esp. Universala Slipa Enciklopedio) təklif etmişdi. O zamanda ilk beş monoqrafiya ("Ensiklopediya və Onun Gələcəyi" (esp. La Enciklopedio Kaj Ĝia Estonteco), "Zamandakı Kinematik Nəzəriyyə" (esp. Kinematic Teorio Ĝustatempe), "La Espero" Himni, "Xüsusi Adların Transkripsiyası" (esp. Transskribo De Propraj Nomoj) və "Yığıncaq" (esp. Renkontiĝo), Levenzonun bir şeiri) nəşr olundu.

Digər lüğətlərdə