Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Hell Energy
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Tesla Energy
Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti. 2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi. Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi.
CenterPoint Energy Plaza
CenterPoint Energy Plaza — Hyustonda yerləşən 226 m hündürlüyü olan 47 mərtəbəli binadır. Qüllənin tam tikilməsi 1996-cı ildə başa çatdırılmışdır.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Bluetooth Low Energy
Bluetooth Low Energy, həmçinin Bluetooth LE, əvvəllər Bluetooth Smart — səhiyyə, fitness, mayaklar, təhlükəsizlik və ev əyləncəsi sahələrində yeni tətbiqlərə yönəlmiş, "Bluetooth Special Interest Group" (Bluetooth SIG) tərəfindən dizayn edilmiş və bazara çıxarılmış simsiz şəxsi şəbəkə texnologiyası. Klassik "Bluetooth"dan müstəqildir və uyğunluğu yoxdur, lakin "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) və LE birlikdə mövcud ola bilərlər. Orijinal spesifikasiya "Nokia" tərəfindən 2006-cı ildə "Wibree" adı altında işlənib hazırlanmışdır. 2009-cu ilin dekabrında "Bluetooth Low Energy" adı ilə "Bluetooth 4.0"a inteqrasiya edilmişdir. Klassik "Bluetooth" ilə müqayisədə "Bluetooth Low Energy" oxşar rabitə diapazonunu qoruyur. Bu, əhəmiyyətli dərəcədə azaldılmış enerji istehlakı və xərci təmin etmək üçün nəzərdə tutulmuşdur. iOS, "Android", "Windows Phone" və "BlackBerry", həmçinin "macOS", "Linux", "Windows 8", "Windows 10" və "Windows 11" daxil olmaqla mobil əməliyyat sistemləri lokal olaraq "Bluetooth Low Energy"ni dəstəkləyirlər. == Uyğunluq == "Bluetooth Low Energy" əvvəlki (çox vaxt "klassik" adlanır) "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) protokolundan fərqlidir, lakin iki protokolun hər ikisi bir cihaz tərəfindən dəstəklənə bilər. "Bluetooth 4.0" spesifikasiyası cihazlardan hər hansı birini, ya da LE və BR/EDR sistemlərinin hər ikisini həyata keçirməyə icazə verir. "Bluetooth Low Energy" klassik "Bluetooth" ilə eyni 2,4 GHz radio tezliklərindən istifadə edir.
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.
Enerji
Enerji (ἐν = daxili, və ἔργον = təsir etmək) — fiziki kəmiyyət. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Beynəlxalq ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir. Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən ortaya atılır. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi.
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
Alternativ enerji
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı. Alternativ bitkilər daha çox gələcəyə yönələn təbii sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ quru bitki mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişafdan geri qalmış ölkələr (Kriota,Fələstin Senüar Azərbaycan və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında EES və GES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə SES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ enerjidən istifadəni çoxaltmamalıyıq == Bərpaolunan enerji növləri == === Külək enerjisi === Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175–219) 10/12 kVt/saat, yaratdığı güc isə (20–35) 10/9 kVt kimi qiymətləndirilir.
Eesti Energia
Eesti Energia — beynəlxalq enerji konserni. 1939-cu ildə Estoniyada qurulmuşdur. Baltikyanı ölkələrdə, Finlandiya, İordaniyada və ABŞ-da fəaliyyət göstərir. Enerji istehsalı üçün əsas xammal Estoniya elektrik enerjisinin 90% -ni yandırdıqda istehsal edən yanar şistidir. Son zamanlarda alternativ enerji mənbələri — külək və hidroelektrik stansiyalarından istifadə edərək ehtiyatlara qənaət edən texnologiyalar tətbiq olunur. 2009-cu ilin may ayında qrup imicni dəyişir. Törəmə müəssisələrdə iyirmi fərqli loqotipdən istifadə etmək əvəzinə, Estoniyanın hər yerində tək bir ad və loqo tətbiq edilir. Xarici bazarda təşkilat Enefit markası altında fəaliyyət göstərir. Eesti Energia o vaxtdan bəri müxtəlif istiqamətlərdə — xammal hasilatı və daşınması, elektrik enerjisi və istilik istehsalı, daşınması və satışı, eləcə də şist yağı istehsalı ilə işlərini idarə edir. Səhmləri Estoniya hökumətinə məxsusdur.
Enerji böhranı
Enerji böhranı enerji qaynaqlarının tərkibində yaranan darboğaz və ya qiymət artımı sonra ortaya çıxan vəziyyətə verilən addır. Məşhur ədəbiyyatda xüsusilə elektrik şəbəkələrində və avtomobillər üçün yanacaq tədarükü çətinliyi üçün istifadə olunur. Son illərdə sənaye inkişaf və əhali artımıyla birlikdə enerji üçün qlobal tələb böyük bir artım göstərmişdir. Dünyanın ehtiyaclarını qarşılayacaq miqdarda kifayət qədər enerji olacaq mı?McKinsey Qlobal İnstitutu, günümüzdən 2020-ci ilə qədər inkişaf etmiş ölkələrin tələbinin dünya enerji tələbinin haradasa 80-%ini meydana gətirəcəyini, bu tələbin 32-%nin Çindən, 10-%sə Orta Şərqdən qaynaqlanacağını nəzərdə tutur. MİT-in (Massachusetts Institute of Technology) etdiyi bir araşdırma, dünya səviyyəsində enerji tələbinin 2050-ci ilə qədər günümüzdəkilərin üç qatına çıxa biləcəyini təxmin etməkdədir. İlk neft böhranı, 1973–74də meydana gəldi. 1973 Ərəb-İsrail müharibəsi, neft çıxaran bir neçə ərəb ölkəsinin ABŞ və İsrail ilə ittifaqlıq edən ölkələrə neft nəqlini durdurmasına səbəb oldu. Sənayeləşmiş ölkələr: Daha yüksək neft qiymətləri aşağı nisbətli iqtisadi böyüməyə, daha yüksək bir inflyasiya nisbətinə, böyük ticarət açıqlarına və işsizliyin artmasına səbəb oldu. Bunlar, milli barışığı poza bilər və siyasi sistemin sabitlik və hökumətini baltalayabilər. İnkişaf etməkdə olan dünya: İnkişaf etməkdə olan ölkələrdə idxal edilən neftin qiyməti də artdı və bu vəziyyət bəzilərinin ehtiyac duyduqları neftin ödənişini ödəyə bilmək üçün nəhəng borclar altına girməsinə səbəb oldu.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Enerji supergücü
Enerji super gücü (ing. Energy superpower) — digər ölkələrə xam neft, təbii qaz, kömür və s. kimi böyük miqdarda enerji ehtiyatları verən və nəticədə, dünya bazarlarına siyasi və ya iqtisadi üstünlük əldə etmək üçün təsir etmə potensialına malik olan ölkə. Enerji super güc ölkələrinə Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, İran və Venesuela daxildir. ABŞ böyük şist qaz ehtiyatlarına görə potensial enerji gücü kimi qeyd olunur.
Ermənistanda enerji
Ermənistada enerji — Ermənistan iqtisadiyyatının bir qolu. 2014-cü ilin sonunda ölkədə 7,75 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdir. Adambaşına istehlak təxminən 2037 kVt/saat təşkil edir. 2012-ci ilin məlumatlarına görə ölkədə elektrik enerjisinin ən böyük payı istilik elektrik stansiyalarının (İrəvan və Razdan) — 42 %, ardınca su və külək elektrik stansiylarının — 29% -dən çox — və Metsamor Atom Elektrik Stansiyasının — 29% -dən az — payına düşür. == Tarixi == SSRİ dağılmazdan əvvəl Ermənistan enerji sistemi Zaqafqaziyanın vahid enerji sisteminin tərkib hissəsi idi. Bu da öz növbəsində SSRİ-nin vahid enerji sisteminin bir hissəsi idi. Ermənistanın enerji sektoru elektrik enerjisi ixracatçısı olarkən digər Sovet respublikalarından gətirilən yanacaqdan (qaz, yanacaq yağı, nüvə yanacağı) istifadə edirdi. 1960–1970-ci illərdə tikilən istilik elektrik stansiyaları (İES) və 1977-ci ildə işə salınan Metsamor Atom Elektrik Stansiyası (AES) regional əhəmiyyət daşıyırdı (bu xüsusilə AES-lərə aiddir). 1989-cu ildən bu yana Zaqafqaziyanın enerji sistemləri bölündü, lakin 1996-cı ildə ikinci nüvə enerji qurğusunun yenidən işə salınması, enerji sektorundakı struktur islahatları və İran-Ermənistan yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi qonşu ölkələrə, xüsusən də Gürcüstan və İrana elektrik enerjisi ixracına imkan verdi. Bu Gürcüstana elektrik enerjisi çatışmazlığını qismən ödəməyə, Ermənistan isə mövcud elektrik enerjisi istehsal gücündən istifadə etməyə imkan verir.
Geotermal enerji
Geotermal enerji — bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində yerin təkindən daxil olur. Geotermal enerji yer qabığının müxtəlif dərinliklərində yığılmış isti su, buxar və qazlardan ibarətdir.
Hidroelektrik enerji
Hidroelektrik enerji — sürətlə axan suyun enerjisiylə çevirilən elektrik generatorlarından əldə edilən elektrikdir. Hidroelektrik enerji stansiyaları içmə, istifadə etmə ya da sənaye suyu təmin etmək məqsədiylə çayların önü kəsilərək yaradılan su anbarında qurulmaqdadır. Hidroelektrik stansiyanın ana hissələri cəbri borular, hidrolik turbinlər, generatorlar, transformatörler ilə su axışını və elektrik enerjisi paylamasını nəzarət edən köməkçi təchizatlardır. Cəbri borular suyu aşağıya doğru turbinlərə çatdıran böyük borular ya da tunellərdir. Turbinlər, axan suyun hidrolik enerjisini mexaniki enerjiyə çevirən maşınlardır. Transformatörler üreteçlerden əldə edilən alternativ gərginliyi uzaq məsafələrə çatdırmaq üzrə çox yüksək gərginlik dəyərlərinə yüksəltməkdə istifadə edilər.
Kinetik enerji
Kinetik enerji — cismin və ya zərrəciyin öz hərəkəti hesabına malik olduğu enerjiyə deyilir. Kinetik enerji cismin kütləsi ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir: Ek=mv2/2 Kinetik enerji haqqında teorem: Sabit qüvvənin işi kinetik enerjinin dəyişməsinə bərabərdir. Kinetik enerji cismin kütləsindən və sürətindən asılıdır. Cismin kinetik enerjisi müsbət skalyar kəmiyyətdir. Kinetik enerjini həmçinin: Ek= pv/2 kimi ifadə etmək olar.
Potensial enerji
Potensial enerji termini ilk dəfə Şotland mühəndisi və fiziki Villiam Renkin tərəfindən XIX əsrdə elmə daxil edilmişdir. Potensial enerji U-maddi cismin konservativ qüvvələr sahəsində yerləşməsi hesabına iş görmə qabiliyyətini xarakterizə edən skalyar fiziki kəmiyyətdir. BS-də enerjinin ölçü vahidi Coul qəbul edilmişdir. Yerin cazibə sahəsində Ep aşağıdakı düsturla hesablanır: E p = m g → h {\displaystyle \mathrm {Ep=m{\vec {g}}h} } m- cismin kütləsi, g- sərbəst düşmə təcili, h- şərti qəbul edilmiş sıfır səviyyəsindən cismin ağırlıq mərkəzinə qədər olan hündürlükdür.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qazaxıstanda enerji
Qazaxıstan energetikası— Qazaxıstanda enerji və elektrik enerjisi istehsalı, istehlak və idxalı təsvir edir. Qazaxıstanın enerji siyasəti Qazaxıstanın enerji ilə əlaqəli siyasətini təsvir edir. Qazaxıstan böyük enerji ehtiyatlarına (neft, qaz, kömür, uran) malikdir və enerji dövlətidir. 2017-ci ilin sonunda Qazaxıstanda elektrik enerjisi istehsalının həcmi 103,14 milyard kVt / saat (2018-ci ilin sonunda 106,8 milyard kVt / saat [1]) təşkil etdi. Qazaxıstan elektrik enerjisinin xalis ixracatçısıdır. 2017-ci ildə elektrik enerjisi istehsalında profisit 4,53 milyard kVt / saat təşkil etmişdir. Qazaxıstan xalis enerji ixracatçısıdır. Qazaxıstanda neft, qaz, kömür və uran ehtiyatları var. Qazaxıstan Müstəqil Dövlətlər Birliyində (MDB) lider enerji istehsalçısıdır. Dünyanın ən böyük uran filizi istehsalçısı və ixracatçısı olmaqla yanaşı, əsas neft, qaz və kömür istehsalçısıdır.
Kimyəvi enerji
Kimyəvi enerji — kimyəvi reaksiya zamanı yaranan və ya digər maddələrə çevrilən bir maddənin potensialıdır. Kimyəvi rabitələrin yaranması və ya məhvi enerjinin ayrılması ( ekzotermik reaksiya ) və ya udulması ( endotermik reaksiya ) ilə baş verir. Populyar ədəbiyyatda kimyəvi enerji termini ən çox ekzotermik reaksiya nəticəsində bir maddə və ya maddələr qarışığının buraxdığı enerjiyə aiddir. Kimyəvi termodinamikada kimyəvi potensial termini istifadə olunur. Daha dar mənada yanacağın yanmasından əldə edilən kimyəvi enerjiyə xüsusi yanma istiliyi deyilir.
Gürcüstanda enerji
2016-cı ildə Gürcüstanın ümumi ilkin enerji təchizatı (TPES) 4,793 Mtoe təşkil etmişdir. 2016-cı ildə elektrik enerjisi istehlakı 11,5 TVt/saat olmuşdur. Elektrik enerjisi istehsalı 11,6 TVt/saat olmuşdur. Bunun da 81 faizi su elektrik enerjisindən, 19 faizi təbii qazdandır. Gürcüstan 2030-cu ilə qədər davamlı biokütlə idarəçiliyi təcrübələrini həyata keçirmək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Ölkənin ətraf mühitə zərər verə biləcək daha az istixana qazları istehsal etməklə yanaşı, yaradılan bərpa olunan enerjini də artırmağa davam edəcək. == Külək enerjisi == Gürcüstanda külək enerjisi 20 MVt gücündə olan və tikintisi 2013-cü ildə tamamlanan bir külək enerjisi stansiyasından ibarətdir. Hal-hazırda yeganə mövcud külək stansiyası Şida-Kartli diyarında, onun regional paytaxtı Qori şəhəri yaxınlığında yerləşir. Gürcüstan hökumətiTbilisi yaxınlığında yeni dəniz külək stansiyasının yaradılmasını planlaşdırır. Növbəti illərdə hökumət külək enerjisini 20%-ə yüksəltmək üçün mövcud külək stansiyalarının sayını artırmaq üçün bir plan yaratmışdır.
Türkiyədə enerji
Türkiyədə enerji mənbələri azdır, əsasən xaricdən asılı vəziyyətdədir. 1997-cı ildə elektrikin 38,5%-i hidroelektrik olmaqla 71,7%-i yerli mənbələr hesabına təmin olunurdusa, 2020-ci ildə daxildən bu tələbatın ödənilməsinin 35%-ə düşməsi ehtimal edilir. Enerjinin dəyişikliyə və çevrilməyə məruz qalmamış vəziyyətinə ilkin enerji mənbələri deyilir: neft, təbii qaz, kömür, hidravlik, nüvə, biokütlə, qabarma və çəkilmə, külək və günəş enerjisi kimi. İlkin enerji məhsullarının istehsalı ilə ikinci dərəcli enerji mənbələri əldə edilir: Elektrik, dizel, benzin, daş kömür, petrokok, LPG kimi. Adambaşına enerji istehlakı dünyada 1,87 ton neft ekvivalenti, Türkiyədə 1,59 ton neft ekvivalentidir. Adambaşına elektrik istehlakı dünyada 3155 kilovatt-saat, Türkiyədə 3058 kilovatt-saatdır. Dünyada orta hesabla adambaşına karbon emissiyası 4,88 ton, Türkiyədə 4,31 tondur. İlkin mənbələrin payıː 33,1% neft, 30,3% kömür və 23,7% təbii qaz, 6,4% hidravlik, 4,9% nüvə, 1,6% digər bərpa olunan enerji mənbələri (günəş, külək, bioyanacaq, geotermal) formasında sadalana bilər. Dünyada elektrik ardıcıl olaraq 41% kömürdən, 21% təbii qazdan, 16% isə hidroelektrikdən əldə edilir. 2011-ci ildə 32 228,9 min ton neft ekvivalenti enerji istehsal edilmişdir.
Senerq
Senerq (fr. Sénergues, oks. Senèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12268. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 30 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 279 nəfər (15-64 yaş) arasında 199 nəfər iqtisadi fəal, 80 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 66.1%).