Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Böyük Qərbi Erq
Böyük Qərbi Erq (ərəb. العرق الغربي الكبير‎, Əl-Qarbi-əl-Qəbir — sahəsinə görə ikinci ən böyük erqə sahib səhra. Saxaranın tərkibini təşkil edir. Səhrada insan yamayış məntəqəsi yoxdur. Burada nə kəndə nə də yola rast gəlmək mümkün deyil. == Ədəbiyyat == Francis Tack, Paul Robin: Dünen: Sandmeere der Wüsten. National Geographic 2003, ISBN 3934385966, стр.
Böyük Şərqi Erq
Böyük Şərqi Erq (ərəb. العرق الشرقي الكبير‎, Əş-Şarki-əl-Qəbir — ən böyük erqə sahib səhra. Saxara səhrasının tərkibinə daxildir. Şimal-şərq hissəsi Tunis ərazisinə daxildir.
Ene Erqma
Ene Erqma (est. Ene Ergma 29 fevral 1944, Rаkvеrе) — Estoniyalı astrofizik və siyasətçi, Estoniya Elmlər Akademiyasının üzvü. 2003-2006 və 2007-2014-cü illərdə Riyqikoqunun (Estoniya Parlamenti) sədri olmuşdur. 2007-ci ilin may ayından Vətən Birliyi və Res Publica partiyası sədrinin müavinidir. == Təhsili == Ene Erqma Vilyandi şəhərində yerləşən yerləşən K. R. Yacobson adına (1962) liseyi bitirmişdir. Tartu Universitetinin Fizika şöbəsində (1962-1964) təhsil alır. 1969-cu ildə Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Astronomiya şöbəsini bitirib. Orada fizika-riyaziyyat elmləri namizədi adını alır (1972) və 1984-cü ildə "Ulduz təkamülünün son mərhələlərində termoyadro yanacağının qeyri-sabit yanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. == Elmi karyerası == Erqma Estoniya SSR Elmlər Akademiyasının Astronomiya İnstitutunda kiçik elmi işçi (1972-1974), daha sonra böyük elmi işçi, elmi katib, SSRİ Elmlər Akademiyası Astronomiya İnstitutunda elmi məsləhətçi (1974-1988) işləmişdir. 1988-1992-ci illərdə Tartu Universitetinin nəzəri fizika və astrofizika kafedrasının professoru, 1992-1998-ci illərdə nəzəri fizika institutunun müdiri olmuşdur.
Erqaş Cümənbülbüloğlu
Erqaş Cümənbülbüloğlu (1870–1937) — cığatay (özbək) xalq şairlərindən biri. == Həyatı == O, 1868-ci ildə hazırda Nurata adlanan yerin Kurkan qışlağında anadan olmuşdur. Erqaşın atası Cümən və onun əmiləri Cassaq və Yarləqəb məşhur şairlərdən olub, xalq arasında böyük hörmət qazanmışdılar. Erqaş çox ağır həyat keçirmişdir. O vaxtki ictimai quruluşun təsiri altında şair tamamilə yoxsul vəziyyətə düşmüş, buna görə də yaşadığı qışlağı tərk etmək məcburiyyətində qalmışdır. Xalq ədəbiyyatının mahir bilicisi Erqaş Cümənbülbüloğlunun yazıya köçürdüyü "Gündoğmuş" dastanı lirik-fəlsəfi məzmunu ilə daim diqqət mərkəzində olmuşdur. Bundan başqa "Əlibəy və Balibəy", "Rövşənxan", "Gündüzlə ulduz", "Qızcıbəy" dastanları da onun qələmində yazıya köçürülmüşdür. Erqaş Cümənbülbüloğlu repressiya qurbanlarındandır, o, 1937-ci ildə həbs olunmuş və güllələnmişdir.
Erqenekon dastanı
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir.
Erqonomik klaviatura
Erqonomik klaviatura – klavişlərlə sürəkli iş zamanı əllər üçün zərərli nəticələrin heçə endirilməsini əsas götürərək layihələndirilmiş klaviatura. Klaviaturaların əksəriyyətində klavişlər yazı makinalarında olduğu kimi bir xətt boyunca yerləşir. Bu cür dizayn insan üçün rahatlıq düşüncəsinə deyil, yazı makinasının mexanikasının qoyduğu məhdudiyyətlərə əsaslanır; nəticədə əlləri çox zaman qeyri-təbii vəziyyətdə saxlamaq lazım gələr. Yazı makinalarının mexanikası ilə əlaqəli olan məhdudiyyətlərə əməl etmək zərurətindən azad olan çağdaş erqonomik klaviaturaların konstruktorları çox zaman hansısa əlavə imkanlar (məsələn, klavişlərin alternativ tərtibatı, ovuclar üçün dayaqlar və s.) nəzərdə tuturlar. Erqonomik klaviaturanın imkanlarının dəqiq diapozonu istehsalçıdan və konkret modeldən asılı olur. Belə modellərdən biri Microsoft Natural Keyboard klaviaturasıdır.
Erqonomika
Erqonomika (q.yun. ἔργον— iş, fəaliyyət və νόμος — «qanun») — vəzifə səlahiyyətlərinin, iş yerlərinin və əmək obyektlərinin, həmçinin kompüter proqramlarının işçinin fiziki və psixi imkanlarından irəli gələrək təhlükəsiz və səmərəli çalışqanlığı üçün uyğunlaşdırılması haqqında elmdir.Tətbiqi elmləri (psixologiya, fiziologiya, antropologiya, kibernetika, fizika, riyaziyyat, biomexanika, gigiyena, pedaqogika, iqtisadiyyat, texniki elmlər və s.) özündə cəmləşdirir. == Fəaliyyəti == Erqonomika istehsalat proseslərində insan ilə texnikanın qırılmaz vəhdətini və bu vəhdətin hərtərəfli sintez və analizini izah edir. Erqonomika məsələ həllində bütün elmi üsullardan geniş istifadə edir. Onun tədqiqat predmeti olan insani əməyin, təfəkkürün və ünsiyyətin məhsulu kimi qəbul olunur. İş prosesində qəza və təhlükəli halların 70%–i icraçının fiziki, psixoloji–fizioloji və psixi imkanlarının içra olunan işlə uyğunlaşdırılmamasından irəli gəlir. Son 30 ildə insan əməyi öz yerini sadə fiziki güc mühitindən mürəkkəb ağıl fəaliyyəti mühitinə vermişdir. Başqa sözlə, peşənin əsas ağırlığı mühərrikin biomexaniki mühiti üzərinə deyil, insanın psixologiyası üzərinə düşür. Beləliklə, əmək fəaliyyətinin əsas hissəsi ağılın mürəkkəb və gərgin işi, diqqət, yaddaş və təfəkkür vasitəsilə həyata keçirilir. == Məqsədi == QİYŞ–in üzvü olan ölkələrin alim və mütəxəssislərinin erqonomik məsələrə dair Birinci Beynəlxalq konfrasında (1972–ci il) qeyd edilmişdir ki, erqonomika insanın əmək prosesindəki imkan və qabiliyyətini öyrənir.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Erd
Erd (mac. Érd) — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər. == Tarixi == Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir. Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var.1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu. 20-ci əsrin əvvəllərində Erd Karolyi ailəsinin mülkü oldu.
Eşq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Req
Req — (rus. рег, ing. reg) Əlcazair Saxa­rasında düzənlik daşlı səh­ranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvi­nin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşın­mış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəl­liflər R. Liviya səhrasındakı “serir” termininin sinonimi hesab edirlər.
İrq
İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. == Məzmun == Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqlarına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur. İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır.
Alban Berq
Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[…], Vyana – 24 dekabr 1935[…], Vyana)—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu == Həyatı == Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi. 1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı. Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Avropa (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid ) ifadə edirdi.
Avropoid (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid ) ifadə edirdi.
Avstraloid (irq)
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir. == Haqqında == Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.
Berq boğazı
Berq boğazı — Aral dənizindəki keçmiş boğaz, Şimali Aral dənizi (Kiçik Aral) və Cənubi Aral dənizi ilə (Böyük Aral) birləşdirir. Əvvəllər Kokaral adasının şərq tərəfini qurudan ayırırdı. Boğazın ərazisində Sırdərya çayı Şimali Arala tökülür. Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşir. Aral dənizinin öyrənilməsində böyük töhfə verən hidroloq Lev Berqin adını daşıyır. == Tarix == Aral dənizinin səviyyəsində azalma başlamazdan əvvəl eni 45 km-ə qədər və orta dərinliyi 13 m təşkil edirdi. 1968-1969-cu illərdə Auzı-Kokaral boğazının yoxa çıxmasından sonra Kiçik Aral dənizi ilə Böyük Aral dənizini birləşdirən yeganə boğaz olur. 1970-80-ci illərdə kəskin şəkildə dayazlaşır. Boğaz Aralsk və Muynak limanları arasında gəmiçilik üçün əhəmiyyətli olduğundan, gəmilərin keçməsini təmin etmək üçün 1981-dən 1990-a qədər dərinləşdirmə işləri aparılmışdır. Ancaq suyun səviyyəsindəki eniş davam edir.
Berq hersoqluğu
Berq hersoqluğu — Almaniyanın indiki Reyn vilayətində yerləşən tarixi dövlət idi - əvvəlcə bir qraflıq, daha sonra hersoqluq olmuşdu. Paytaxtı Düsseldorf idi. 12-ci əsrin əvvəllərindən 19-cu əsrə qədər müstəqil bir siyasi qurum kimi mövcud olmuşdur.
Berq çömçəxulu
Berq çömçəxulu (lat. Benthophilus leobergius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzər dənizinin endenik canılısdır. Xəzər dənizinin bütün hövzəsi boyunca yayılmışdır. Bircə dənizin daxili Volqa çayının aşağı axarları istisnadır. Səfidrud çayı və Oğurca adası ətrafında müşahidə edilirlər. Uzunluqları 10 sm çatır.
Bizim era
Bizim era, b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. == Ədəbiyyat == Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Con Erp
Con Erp (ing. John Earp; d. 1860, Sutton, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Con Erp 1860-cı ildə İngiltərənin Sutton şəhərində anadan olmuşdur.
Coğrafi irq
COĞRAFİ İRQ – bir növün populyasiyasının ümumi arelın bir hissəsində məskunlaşaraq birbirindən taksonomik cəhətdən fərqlənməsi. Populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir.Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Donald Erb
Donald Erb (17 yanvar 1927 – 2008) — amerikalı bəstəkar. == Həyatı == Donald Erb 17 yanvar 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub.
Enq Li
Enq Li (ing. Ang Lee, Çin dilində 李安 (Lǐ Ān); 23 oktyabr 1954[…]) — Tayvanlı rejissor və prodüser. == Mükafatları == Əng Li Berlin Film Festivalında iki dəfə (1993, 1996) "Qızıl Ayı" laureatı, iki dəfə "Qızıl Aslan" Venesiya Film Festivalı (2005, 2007) qalibi olmuşdur. İki dəfə "Qızıl Qlobus" (2001, 2006) qalibi və xarici dildə ən yaxşı film nominasiyası üzrə "Oskar" (2000, 2006, 2013) (Crouching Tiger, Hidden Dragon) və Ən yaxşı rejissor (Qozbel dağ və Pinin həyatı) mükafatına layiq görülmüşdür.
Eqq adası
Eqq adası (ing. Egg Island, aleut. Ugalĝa;) — Aleut adaları qrupuna, Foks adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı ərazisinə daxildir. Unalaşka adasının şərq ucunda və Sedanka adasının şimal-şərq ucundan çox uzaqda yerləşir. Aleut adalarının ən şərq adasıdır. Ada 1.259 km² ərazini əhatə edir və yaşayış yoxdur. Onun əsl adı leytenant Qavril Sarıçev tərəfindən verilmiş Yaiçnı (Yumurtalı) adı olur. Çağdaş ada rus dilindən tərcüməsidir. Onun indiki adı İmperator Rusiya Hərbi Dəniz Qüvvələrinin leytenantı Qavril Sarıçev tərəfindən verilmiş rus adının tərcüməsidir.
Eri-TV
Eri-TV və ya EriTV, Eritreya Televiziyası (ing. Eritrean Television) kimi də tanınımış - Eritreya Dövlət Televiziya şəbəkəsi Eritreyanın paytaxtı - Əsməra şəhərində yerləşir. Eritreya Dövlət İnformasiya Nazirliyi tərəfindən idarə olunur. Televiziya 24 saat ərzində 3 əsas telekanalı özündə birləşdirir: Eri-TV (Eri-TV1), Eri-TV2 və Eri-TV3, eləcə də 7 tematik telekanalı :ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children) yayımlayır. Televiziya şəbəkəsi Eri-TV Eritreyada yeganə telekompaniyadır. Eritreya daxilində Eri-TV tamaşaçılarının sayı təxminən 6 milyon nəfərdir. Xaricində isə, əsasən, qonşu ölkələrdə, ABŞ-da və Kanadada, Avropa və Yaxın Şərq ölkələrində miqrantlar və imiqrantları nəzərə almaqla Eri-TV-nin tamaşaçılarının sayı bir neçə milyondan artıqdır. Kanal 1960-cı ilin yanvar ayından yayımlanmağa başlandı. Eritreya müstəqillik qazandıqdan dərhal sonra 1993-cü ildə mövcud forma və görünüşü əldə etdi. Əslində, Eri-TV1 kimi tanınan televiziya kanalı verilişləri, əsasən, 4 dildə: Tiqrin, tiqre, ərəb və ingilis dillərində, həmçinin, amxar, oromo, somali və italyan dillərində yayımlayır.
Eri (Pensilvaniya)
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Eri Sato
Rola (ローラ, Rora) və ya əsl adı ilə Eri Sato (佐藤えり, Sato Eri, 30 mart 1990, Tokio[d]) – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti, actress aktrisası və müğənnisi. Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır. Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır. 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır. Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir. Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir. == Şəxsi həyatı == Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır. 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur. Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür.
.org
.org (ing. organizations) — yuxarı səviyyəli ümumi domendir. Başqa domenlərin meyarlarına uyğun olmayan qeyri-kommersiya təşkilatları nəzərdə tutulmuş yuxarı səviyyəli birinci domenlərdən biridir. İndi məhdudiyyətlərsiz istifadə olunur. Müasir internet şəbəkəsində geniş yayılmışdır. Vikipediya bu domendən istifadə edir. 1 yanvar 1985-ci ildə ICANN qərarı ilə yaradılmışdır. Domenin idarəsi Public Interest Registry ( 2003-cü ildən) altındadır.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Fərq
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Azadliq.org
"Azadlıq" radiosu (Radio Free Europe/Radio Liberty (RFE/RL)) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Radio Free Europe/Radio Liberty tərəfindən 1950-ci ildə qurulmuş və John Foster Dulles, rəhbərliyindəki qurum CIA tərəfindən Anti-Kommunizm təbliğat etmək məqsədiylə xüsusilə Soyuq Müharibə dövründə sıx şəkildə istifadə edilmişdir. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün "Azadlıq" radiosunun verlişlərini dinləyir. == Tarixi == 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə "Azadlıq" radiosu Münhendən Praqaya köçüb. "Azadlıq" radiosu Çexoslovakiya Federal Parlamentinin əvvəlki binasında yerləşən yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. "Azadlıq" radiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. "Azadlıq" radiosu aşağıdakı dillərdə verilişlər yayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna.