ƏRZ
ƏRZ
OBASTAN VİKİ
Həşərətül-ərz
"Həşərətül-ərz" — İranda nəşr olunmuş qəzet. == Tarixi == Qəzet 1908-ci ildə Təbrizdə nəşrə başlamışdır. Həftəlik nəşr edilən bu qəzetdə rəngli, yumoristik şəkillərə də rast gəlmək olurdu. Cənubi Azərbaycanda "Azərbaycan" dərgisindən sonra "Həşəratül-ərz" ikinci satirik mətbu orqanı idi. Qəzetdə rəssamlıq işlərini Tahirzadə Behzad yerinə yetirirdi. Onun karikaturaları gülüş və məsxərə hissi doğurur əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən tutmuş ən aşağı vəzifəli dövlət məmurlarına qədər, hamının canına vəlvələ salırdı. Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırdı: Bir gün Məşrutə inqilabından söhbət gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş bir rəssamı axtarırlar. "Həşəratül ərz"də çap olunmuş bu karikaturada şah çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz tutub edam edərdilər".
Dəbbətül-ərz
Dəbbətül-ərz (ərəb. دابة_الأرض‎) — İslamda Qiyamət gününün əsas əlamətlərindən biridir. Quranın Nəml surəsində, bu canlı günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək. Canlıda Musanın əsası və Süleymanın möhürü olacaq. == Ümumi məlumat == Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq. Əhdi-ətiqdə əjdahaşəkilli bir varlıqdan müxtəlif adlarla (livyatan, rahav) bəhs edilir (Əyyub 3:8, 9:3, 26:12; Zəbur 74:13, 89:10, Yeşaya 30:7, 51:9-10). Əhdi-cədiddə şeytana bərabər tutulan bu varlığın və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda isə məğlub olacağı göstərilir (Vəhy 12:13, 13:11-18, 16:13-14, 20:2-3, 7-10). Bu düşüncənin Babil mədəniyyətindən gəlməsi fikri mövcuddur. Dəccal (antixrist) anlayışının yaranmasında Dəbbətül-ərzin təsirinin olması qeyd edilir.
Dəhvul ərz
Dəhvul ərz — Müsəlmanlara görə Yer kürəsinin Kəbə evinin altından genişlənməsi günüdür və o gün Hicri-Qəməri təqvimi ilə Zilqədə ayının 25-nə təsadüf edir. Müsəlmanlara görə bu gün il ərzində olan ən fəzilətli günlərindən biridir. Müsəlmanlar üçün o günün orucu çox fəzilətli və məqbul sayılır. İslamı rəvayətlərdə buyurulur ki, Dəhvul ərz gününün orucu yetmiş ilin orucuna bərabərdir. O günün orucunun yetmiş ilin kəffarə orucuna bərabər olması vurğulanır. Hər kəs o günü orucu tutub, gecəsini ibadətlə keçirsə, onun üçün yüz ilin ibadəti yazılar və bu günü oruc tutan şəxs üçün göylər və yer arasında olan hər bir şey istiğfar edər. O gün elə bir gündür ki, Allahın rəhməti hər yeri bürüyür. == İstinadlar == == Mənbə == Əbədi nur jurnalının elmi heyəti. "Kəbə tövhid əhli üçün tikilən ilk evdir" (az.). ebedinur.net.
Osmanov Ərzuman
İSTİQAMƏTLƏNDİRMƏ İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2020)
Pir Məhəmməd Ərzincani
Pir Məhəmməd Ərzincani (Ərzincan və ya Osmanlı imperiyası – 1465, Ərzincan və ya Osmanlı imperiyası) — mənşəcə türk olan böyük sufi alimi. == Həyatı == Pir Məhəmməd Bəhaəddin Ərzincani Ərzincanın Üzümlü ilçəsinin Qaraqaya (Keləriç) kəndində doğulmuşdur. Mədrəsə təsilini aldıqdan sonra Ərzincanda uzun müddət tələbə yetişdirmişdir. Daha sonra Şirvana gələrək Seyid Yəhya Bakuviyə şagird olmuşdur. Şirvanda nə qədər qaldığını bilinmir. Ancaq Xəlvətilik təriqətinin ədəb və üsulunu öyrəndikdən sonra şeyxin əmri ilə xalqı irşad etmək üçün Ərzincana göndərilir. Öz kəndində (Qaraqaya) bir zaviyə və məscid inşa etdirib, burada irşad fəaliyyətinə başlayır. Mənbələrin verdiyi məlumata görə, Ərzincani cümə günləri Ərzincandakı Cameyi-Kəbirə gələrək burada söhbət və vəz edər, təsəvvüfə aid gözəl sözlər söyləyərmiş. Şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənlə iki dəfə görüşmüşdür. Uzun Həsən Fateh Sultan Mehmetlə hərbə qərar verəndə şeyxi ziyarət edərək dəstəyini almaq istəmiş, ancaq buna nail ola bilməmişdir.
Qışlaq-i Ərzbəy (Hurand)
Qışlaq-i Ərzbəy (fars. قشلاق ارض بيك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Rusiya İmperiyasının Ərzurum vilayəti
Ərzurum vilayəti (rus. Эрзерумская область) — Şərqi Anadoluda, 1878–ci ildə Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati vahid. 1878-ci ilin əvvəlində Osmanlı İmperiyasının keçmiş Ərzurum vilayətinin rus ordusu tərəfindən tutulmuş hissələrində Ərzurum vilayəti (rus. Эрзурумский область) təşkil edildi. Bundan qısa müddət sonra dairə rəislərinə mümkün qədər dəqiq olmaqla tüstü və təxmini əhali sayı göstərilməklə vilayətdəki yaşayış məntəqələrinin siyahılarının tərtib edilməsi əmri verildi. Siyahılar kənd müdirlərinin və şəhər muxtarlarının nəqli əsasında tərtib edilirdi. 1878-ci ilin may ayının 13-nə çatdırılan siyahılar yekun işlənilmə üçün erməni əsilli ermənişünas tarixçi Aleksandr Eritsova verildi. Eritsov tərəfindən yaşayış yerlərinin adlarının düzgün transkipsiyası bərpa edilməyə çalışılmış, hesablanan yekunlar dəqiqləşdirilmiş, siyahıya izah və əlavələr daxil edilmişdir. == Mənbə == VI. Приложенія. 2) Списокь населенныхь пунктовь бывшей Эрзерумской области, находившейся во временномь управленіи Россіи, составленный А. Д. Ерицовымь, стр.
Çat (Ərzurum)
Çat — Ərzurum ilinin ilçəsi. İlçə Ərzurum və Ərzincan arasındakı sərhəd bölgədə yerləşir. == Tarixçə == Çat ilçesi 18-ci əsrin başlarında Osmanlı Sipahilər tərəfindən mahala 17 km uzaqlıqda olan bağlıca Beldesi ətrafında qurulmuş. I. Dünya Döyüşündən sonra Kığı mahalına bağlanmış, daha sonra coğrafi mövqeyi səbəbiylə Tercan mahalına bağlanmışdır. Yavi bucaq mərkəzi ikən 1936-cı ildə Aşağıçat Köyü ilçe Mərkəzi olmuş, 1939-cu ildə inzibati bağlılığı dəyişdirilərək Aşkale mahalına bağlanmışdır. 1946-ci ildə Oyuklu kəndi adı altında Ərzurum vilayətinə bağlanmışdır. 1954-cü ildə isə Oyuklu Köyü Çat adı altında ilçe mərkəzi halına çevrilmişdir. == Coğrafiya == Ilçe Ərzurum ilinin cənubunda iştirak edən Palandöken dağların cənub qərbindəki 1960 rakıma sahib, vulkanik və qayalıq, ətrafı təpələrlə əhatə bir ərazi görünüşü kəsb edən yüksək platolar geniş sahələrə yayıldığı, çoxca düzgün ərazinin olmadığı qismən şoran və duzlu torpaqlara sahib bir quruluşda olan ilçe şərqində Tekman mahalı, Qərbində Tercan ilçesi, şimalında Ərzurum ili və Cənubda Bingöl ili, Karlıova və Yedisu mahalları ilə çevrilidir. 1986-ci ildə xidmətə girən Ərzurum - Bingöl Quru yolu mahalda keçməkdədir. Ərzurum ilinə 52 km uzaqlıqda olan ilçe Bingöl ilinin Karlıova mahalına 61 km məsafədədir.
Üzümlü (Ərzincan)
Üzümlü — Ərzincanın 9 ilçəsindən biri. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 12.913 nəfər yaşayır. == Bələdiyyə == Üzümlü bələdiyyəsi 1924-ci ildə quruldu.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Ərzaq mağazası (film, 1937)
Ərzev
Ərzev (ərəb. أرزيو‎, fr. Arzew) — Əlcəzairin şimalında, Vəhran vilayətində kommuna və liman şəhəri. == Coğrafi mövqe == Kommuna vilayətin şimal-şərq hissəsində, dəniz səviyyəsindən 131 metr (430 ft) yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 400 kilometr (250 mil) qərbdə və Vəhran vilayətinin inzibati mərkəzindən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir.
Ərziküş
Ərziküş — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 21 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir. == Toponimikası == Ərziküş Siyəzən rayonunda çay. Gilgilçayının sağ qoludur. Ərazisindən axdığı kəndin adındandır.
Ərzil (Vərziqan)
Ərzil (fars. ارزيل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (125 ailə).
Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
Ərzin (Urmiya)
Ərzin (fars. ارزين‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (10 ailə).
Ərzincan
Ərzincan — Türkiyənin Ərzincan ilinin inzibati mərkəzi.
Ərzincan Binali Yıldırım Universiteti
Erzincan Binali Yıldırım Universiteti — 2006-ci ildə Türkiyənin Erzincan şəhərində qurulmuş dövlət universiteti. == Fakültələr == Erzincan Binali Yıldırım Universitetində başlıca 12 fakültə vardır. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Ərzincan barışığı
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. == Mənbə == Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998.
Ərzincan bəyliyi
Ərzincan bəyliyi — Anadoluda olan türk dövləti. 1243-cü ildə Kösedağ döyüşündən sonra Elxani monqolları Anadoluda faktiki hökmdar oldular, lakin XIV əsrdə Elxanilər dağıldıqdan sonra Elxanilərin keçmiş sərkərdələri və məmurları, eləcə də Elxani boyunduruğu altında olan tayfalar müstəqillik elan etdilər. Ərzincan bəyliyi də onlardan biri idi. == Tarixi == Ərzincan və çevrəsi 1379-cu ilə qədər Ərətna dövləti sınırları içərisində qalmış və sırasıyla Əxi Ayna bəy və Pir Hüseynin idarəsində idi. Pir Hüseyinin ölümündən sonra (1379) isə Ərzincan və çevrəsinə Mütahhərtən hakim oldu. == Mütahhərtənin mənşəyi və Ərzincana hakim olması == Mütahhərtənin tatarlara mənsub olduğu söylənməkdə isə də, onun Uyğur türklərindən olan Ərətna ilə əqraba olması daha mühtəməldir. Mütahhərtənin Ağqoyunlu Əhməd bəyin kürəkəni olduğu bilinir. Qaynaqlarda adı Tahartən, Tahirtən və Mütahhərtən şəklində keçən bu Ərzincan əmiri Pir Hüseynin ölümündən sonra Ərzincan bəyliyi taxtına keçdi. Müstəqilliyini elan edərək öz adına sikkə basdıran və xütbə oxudan Mütahhərtənə qarşı ilk reaksiya Ərətna bəyliyindən gəldi. Ərətna bəyliyinin irəli gələnləri Əlaəddin Əli bəyə müraciət edərək, Ərzincanın Ərətna ailəsi ilə olan ilgisini irəli sürərək bu şəhərin qurtarılmasını istəmişdilər.
Ərzincan döyüşü
Ərzincan döyüşü (1507)
Ərzincan ili
Ərzincan ili — Türkiyədə il.
Ərzincan zəlzələsi (1939)
Ərzincan zəlzələsi — 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş vermiş zəlzələ. 27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan ilində baş vermiş zəlzələ tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi. Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunmuşdu. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb oldu. Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı. Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub.
Ərznamə
Ərznamə və ya Ərz–i Ləşkər — atası Uzun Həsənin adından əyaləti idarə edən Sultan Xəlil bəyin 1476–cı ildə Farsda, Bənd–i Mirdə həyata keçirdiyi hərbi baxış haqqında təsvirdir. Cəlaləddin Dəvani tərəfindən farsca qələmə alınmışdır. Əsər Fars əyalətində mülki və hərbi rəsmilərin siyahısı ilə yanaşı, həm də mühüm statistik məlumatları ehtiva edir.
Ərzni
Ərzni, Arzni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdən xatırlanır. == Əhalisi == Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
Bakı–Tbilisi–Ərzurum boru xətti
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. == Tarixi == 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Ərzurum Ulu Məscidi
Ərzurum Ulu Məscidi — Türkiyənin Ərzurum vilayətinin Yakutiyə rayonunda yerləşən məscid. Şəhərin ən qədim və ən böyük məscidi olan Ərzurum Ulu məscidi Atabəy məscidi kimi də tanınır. 1179-cu ildə Saltukilərdən Məlik Nəsirəddin Məhəmməd bəyin (1174–1185) dövründə tikilmişdir. == Tarixi == Malazgird döyüşündən sonra Anadoludakı ilk Türk bəyliyi Ərzurumda qurulan Saltuklu Bəyliyi olmuşdur. Bu bəylik Ərzurumu da özünə paytaxt elan etmişdir. Saltuklu bəyliyinin qurucusu Malazgirdin qələbəsində mühüm rol oynamış Əmir Saltukdur. Malazgird qələbəsindən sonra Bizans imperatoru IV Romanos Diogenin ölümü və müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə Sultan Alparslan sərkərdələrinə Anadoluda fəthləri davam etdirmələrini əmr etdi. Bunun əsasında Əmir Saltuk Ərzurum və ətrafını fəth edərək Saltukilər bəyliyini qurdu. Böyük Səlcuqlu dövlətindən yaranan Saltuklu Bəyliyi ilə Səlcuqlu memarlığı da Ərzuruma daxil oldu. Ərzurum vilayətində öz dövrünün nəhəng tikililəri indi tarixi abidələrdir.

Digər lüğətlərdə