ƏRZ

is. [ ər. ]
1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar.
□ Ərz etmək (qılmaq) – təqdim etmək.
Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli.

2. köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver.
□ Ərz etmək (eləmək) – bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi.
[Həsən bəy:] Xeyr, Məşədi İbad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov.
Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə.
[Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq.

Ərz olsun… – məlum edirəm ki, nəzərinizə çatdırıram ki… (hörmətlə müraciət).
Ərz olsun, məlaikələr padşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl).

Ərz olunmaq – deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq.
3. Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as.
– Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı).
Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli.
[Dilmanc:] …Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏRZ şikayət — xahiş — rica
  • ƏRZ yer
  • ƏRZ dünya — aləm — cahan
  • ƏRZ I ərz bax 1. dünya; 2. yer 1 II ərz bax izhar

Omonimlər

  • ƏRZ ƏRZ I is. [ ər. ] Yer, torpaq. Ərzi qan içində yox; Azad və xoşbəxt görək (Ə.Cəmil). ƏRZ II is. [ ər
ƏRZ
ƏRZ-HAL
OBASTAN VİKİ
Dəbbətül-ərz
Dəbbətül-ərz (ərəb. دابة_الأرض‎) — İslamda Qiyamət gününün əsas əlamətlərindən biridir. Quranın Nəml surəsində, bu canlı günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək. Canlıda Musanın əsası və Süleymanın möhürü olacaq. == Ümumi məlumat == Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq. Əhdi-ətiqdə əjdahaşəkilli bir varlıqdan müxtəlif adlarla (livyatan, rahav) bəhs edilir (Əyyub 3:8, 9:3, 26:12; Zəbur 74:13, 89:10, Yeşaya 30:7, 51:9-10). Əhdi-cədiddə şeytana bərabər tutulan bu varlığın və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda isə məğlub olacağı göstərilir (Vəhy 12:13, 13:11-18, 16:13-14, 20:2-3, 7-10). Bu düşüncənin Babil mədəniyyətindən gəlməsi fikri mövcuddur. Dəccal (antixrist) anlayışının yaranmasında Dəbbətül-ərzin təsirinin olması qeyd edilir.
Dəhvul ərz
Dəhvul ərz — Müsəlmanlara görə Yer kürəsinin Kəbə evinin altından genişlənməsi günüdür və o gün Hicri-Qəməri təqvimi ilə Zilqədə ayının 25-nə təsadüf edir. Müsəlmanlara görə bu gün il ərzində olan ən fəzilətli günlərindən biridir. Müsəlmanlar üçün o günün orucu çox fəzilətli və məqbul sayılır. İslamı rəvayətlərdə buyurulur ki, Dəhvul ərz gününün orucu yetmiş ilin orucuna bərabərdir. O günün orucunun yetmiş ilin kəffarə orucuna bərabər olması vurğulanır. Hər kəs o günü orucu tutub, gecəsini ibadətlə keçirsə, onun üçün yüz ilin ibadəti yazılar və bu günü oruc tutan şəxs üçün göylər və yer arasında olan hər bir şey istiğfar edər. O gün elə bir gündür ki, Allahın rəhməti hər yeri bürüyür. == İstinadlar == == Mənbə == Əbədi nur jurnalının elmi heyəti. "Kəbə tövhid əhli üçün tikilən ilk evdir" (az.). ebedinur.net.
Həşərətül-ərz
"Həşərətül-ərz" — İranda nəşr olunmuş qəzet. == Tarixi == Qəzet 1908-ci ildə Təbrizdə nəşrə başlamışdır. Həftəlik nəşr edilən bu qəzetdə rəngli, yumoristik şəkillərə də rast gəlmək olurdu. Cənubi Azərbaycanda "Azərbaycan" dərgisindən sonra "Həşəratül-ərz" ikinci satirik mətbu orqanı idi. Qəzetdə rəssamlıq işlərini Tahirzadə Behzad yerinə yetirirdi. Onun karikaturaları gülüş və məsxərə hissi doğurur əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən tutmuş ən aşağı vəzifəli dövlət məmurlarına qədər, hamının canına vəlvələ salırdı. Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırdı: Bir gün Məşrutə inqilabından söhbət gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş bir rəssamı axtarırlar. "Həşəratül ərz"də çap olunmuş bu karikaturada şah çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz tutub edam edərdilər".
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Pir Məhəmməd Ərzincani
Pir Məhəmməd Ərzincani (Ərzincan və ya Osmanlı imperiyası – 1465, Ərzincan və ya Osmanlı imperiyası) — mənşəcə türk olan böyük sufi alimi. Pir Məhəmməd Bəhaəddin Ərzincani Ərzincanın Üzümlü ilçəsinin Qaraqaya (Keləriç) kəndində doğulmuşdur. Mədrəsə təsilini aldıqdan sonra Ərzincanda uzun müddət tələbə yetişdirmişdir. Daha sonra Şirvana gələrək Seyid Yəhya Bakuviyə şagird olmuşdur. Şirvanda nə qədər qaldığını bilinmir. Ancaq Xəlvətilik təriqətinin ədəb və üsulunu öyrəndikdən sonra şeyxin əmri ilə xalqı irşad etmək üçün Ərzincana göndərilir. Öz kəndində (Qaraqaya) bir zaviyə və məscid inşa etdirib, burada irşad fəaliyyətinə başlayır. Mənbələrin verdiyi məlumata görə, Ərzincani cümə günləri Ərzincandakı Cameyi-Kəbirə gələrək burada söhbət və vəz edər, təsəvvüfə aid gözəl sözlər söyləyərmiş. Şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənlə iki dəfə görüşmüşdür. Uzun Həsən Fateh Sultan Mehmetlə hərbə qərar verəndə şeyxi ziyarət edərək dəstəyini almaq istəmiş, ancaq buna nail ola bilməmişdir.
Qışlaq-i Ərzbəy (Hurand)
Qışlaq-i Ərzbəy (fars. قشلاق ارض بيك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Rusiya İmperiyasının Ərzurum vilayəti
Ərzurum vilayəti (rus. Эрзерумская область) — Şərqi Anadoluda, 1878–ci ildə Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati vahid. 1878-ci ilin əvvəlində Osmanlı İmperiyasının keçmiş Ərzurum vilayətinin rus ordusu tərəfindən tutulmuş hissələrində Ərzurum vilayəti (rus. Эрзурумский область) təşkil edildi. Bundan qısa müddət sonra dairə rəislərinə mümkün qədər dəqiq olmaqla tüstü və təxmini əhali sayı göstərilməklə vilayətdəki yaşayış məntəqələrinin siyahılarının tərtib edilməsi əmri verildi. Siyahılar kənd müdirlərinin və şəhər muxtarlarının nəqli əsasında tərtib edilirdi. 1878-ci ilin may ayının 13-nə çatdırılan siyahılar yekun işlənilmə üçün erməni əsilli ermənişünas tarixçi Aleksandr Eritsova verildi. Eritsov tərəfindən yaşayış yerlərinin adlarının düzgün transkipsiyası bərpa edilməyə çalışılmış, hesablanan yekunlar dəqiqləşdirilmiş, siyahıya izah və əlavələr daxil edilmişdir. VI. Приложенія. 2) Списокь населенныхь пунктовь бывшей Эрзерумской области, находившейся во временномь управленіи Россіи, составленный А. Д. Ерицовымь, стр.
Çat (Ərzurum)
Çat — Ərzurum ilinin ilçəsi. İlçə Ərzurum və Ərzincan arasındakı sərhəd bölgədə yerləşir. Çat ilçesi 18-ci əsrin başlarında Osmanlı Sipahilər tərəfindən mahala 17 km uzaqlıqda olan bağlıca Beldesi ətrafında qurulmuş. I. Dünya Döyüşündən sonra Kığı mahalına bağlanmış, daha sonra coğrafi mövqeyi səbəbiylə Tercan mahalına bağlanmışdır. Yavi bucaq mərkəzi ikən 1936-cı ildə Aşağıçat Köyü ilçe Mərkəzi olmuş, 1939-cu ildə inzibati bağlılığı dəyişdirilərək Aşkale mahalına bağlanmışdır. 1946-ci ildə Oyuklu kəndi adı altında Ərzurum vilayətinə bağlanmışdır. 1954-cü ildə isə Oyuklu Köyü Çat adı altında ilçe mərkəzi halına çevrilmişdir. Ilçe Ərzurum ilinin cənubunda iştirak edən Palandöken dağların cənub qərbindəki 1960 rakıma sahib, vulkanik və qayalıq, ətrafı təpələrlə əhatə bir ərazi görünüşü kəsb edən yüksək platolar geniş sahələrə yayıldığı, çoxca düzgün ərazinin olmadığı qismən şoran və duzlu torpaqlara sahib bir quruluşda olan ilçe şərqində Tekman mahalı, Qərbində Tercan ilçesi, şimalında Ərzurum ili və Cənubda Bingöl ili, Karlıova və Yedisu mahalları ilə çevrilidir. 1986-ci ildə xidmətə girən Ərzurum - Bingöl Quru yolu mahalda keçməkdədir. Ərzurum ilinə 52 km uzaqlıqda olan ilçe Bingöl ilinin Karlıova mahalına 61 km məsafədədir.
Üzümlü (Ərzincan)
Üzümlü — Ərzincanın 9 ilçəsindən biri. 2016-cı ilin məlumatına görə ilçədə 12.913 nəfər yaşayır. Üzümlü bələdiyyəsi 1924-ci ildə quruldu.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Ərzaq mağazası (film, 1937)
Ərzev
Ərzev (ərəb. أرزيو‎, fr. Arzew) — Əlcəzairin şimalında, Vəhran vilayətində kommuna və liman şəhəri. Kommuna vilayətin şimal-şərq hissəsində, dəniz səviyyəsindən 131 metr (430 ft) yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 400 kilometr (250 mil) qərbdə və Vəhran vilayətinin inzibati mərkəzindən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir.
Ərziküş
Ərziküş — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 21 nəfərdir. Ərziküş Siyəzən rayonunda çay. Gilgilçayının sağ qoludur. Ərazisindən axdığı kəndin adındandır.
Ərzil (Vərziqan)
Ərzil (fars. ارزيل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (125 ailə).
Qala-i Ərzəxoran (Mahnişan)
Qala-i Ərzəxoran (fars. قلعه ارزه خوران‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (39 ailə).
Ərzincan döyüşü (1507)
Ərzincan döyüşü — 1507-ci ildə Osmanlı imperiyasının şahzadəsi olan və Trabzon valisi Səlimlə Səfəvilər arasında baş vermiş döyüşdür. 1505-ci ildə Şah İsmayılın qardaşı İbrahim 3 min nəfərlik kiçik bir qoşunla Səlimin əyaləti olan Trabzona yağma yürüşünə çıxdı. Lakin onun ordusu Səlim tərəfindən məğlub edildi və o, geri çəkilməyə məcbur oldu. Geri çəkilən ordunu təqib edən Səlim onlara daha bir zərbə vurmağa nail oldu və onların cəbhəxanasını ələ keçirdi. 1507-ci ildə Səfəvi hökmdarı I İsmayıl Anadoludakı Dulqədiroğulları bəyliyi üzərinə yürüşə çıxdı. Yürüş zamanı Osmanlı imperiyasının ərazilərindən keçən I İsmayıl, həm də bu ərazilərdəki türk tayfalarından ordu topladı, halbuki bu tayfalar Osmanlı subyektləri idilər. II Bəyazid buna diqqət etmədi və cavab tədbiri görmədi. Lakin Trabzon valisi şahzadə Səlim Ərzincana hücum etdi və Şah İsmayılın ona qarşı göndərdiyi birləşməni məğlub etdi. Növbəti il Səlim Gürcüstana yürüş etdi və yürüşün nəticəsində qərbi Gürcüstandakı İmereti və Quriya Osmanlı hakimiyyəti altına keçdi. Bir digər Səfəvi hücumu 1510-cu ildə baş verdiş Şah İsmayılın qardaşının komandanlıq etdiyi yürüş yenə də məğlubiyyətlə nəticələndi.
Ərzincan döyüşü (1916)
Ərzincan döyüşü (rus. Эрзинджанское сражение, türk. Erzincan Muharebesi) — 1916-cı ilin iyulunda, Birinci Dünya müharibəsi zamanı Rusiya və Osmanlı imperiyalarında arasında Ərzincanda baş tutmuş döyüş. 1916-cı ilin fevralında Nikolay Yudeniç Ərzurum və Trabzon şəhərlərini ələ keçirmişdir. Trabzon rusları Qafqazda əlavə qüvvələr qəbul etmək üçün liman ilə təmin etmişdi. Ənvər Paşa Vehib paşanın olan 3-cü Orduya Trabzonu geri almağı əmr etmişdir. Vehibin hücumu uğursuz olmuş və general Yudeniç 2 iyuldaəks hücum keçmişdir. Rusların hücumu türklərin rabitə mərkəzi olan Ərzincanı hədəf almışdı. Vehib paşa qoşunlarını geri çəkilməyə məcbur qalmış və yarısı əsir kimi alınmaqla 34,000 əsgəri itirmişdir. Nəticədə, 3-cü Ordu ilin qalan hissəsi üçün təsirsiz hala gəlmişdir.
Ərzəxoran (Mahnişan)
Ərzəxoran (fars. ارزه خوران‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (46 ailə).
Bakı–Tbilisi–Ərzurum boru xətti
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. == Tarixi == 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
İbrahim Haqqı Ərzurumi
Ərzurumlu İbrahim Haqqı (18 may 1703, Ərzurum ili – 22 iyun 1780, Siirt) — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır. Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir. Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir. Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.
Ərzən Xatun türbəsi
Ərzən Xatun türbəsi (türk. Erzen Hatun Kümbeti) — Türkiyənin Bitlis ilinin Əhlət ilçəsində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. Abidə Türkiyənin Əhlət şəhərinin Əhlət Mərkəz məhəlləsində, Şeyx Nəcməddin türbəsi ilə yanaşı yerləşir. Ərzən Xatun türbəsi şimal fasadında tikilmə tarixi H.707-ci ili verir, lakin mövzu ilə bağlı ilk araşdırma aparan A. Şərif Beyqu tikinti kitabəsində binanın hicri ilini 799-cu il kimi qeyd etmişdir. Kitabə türbənin cənub fasadında pəncərə lenti kimi düzülmüş, təxminən 65x36 sm ölçüdə ağ daş üzərində qabartma texnikası ilə beş sətirdə həkk olunmuşdur. Osmanlıdan əvvəlki dövr üslubuna uyğun gələn cəli süls yazısı bədii olmaqdan daha çox funksionallıq baxımından əhəmiyyətlidir. Kitabədə yazır: "Yarəbb bu şərif və xoşbəxt qübbənin altında yatan salihə, iffətli, şəhidə, böyük xatun, Allahın rzasına və rəhmətinə möhtac 798-ci ilin zilhiccə ayında vəfat etmiş olan Əmir Əli qızı Ərzən Xatuna yardım və rəhmətini əsirgəmə" Tarixçi B. Konyara görə abidə Qaraqoyunlu tayfa ittifaqına daxil olan Ərzən bəylərindən Əmir Əlinin qızı Ərzən Xatunun məzarı üzərində ucaldılmışdır. Ə. Doğanay və B. Doğan da əsəri Qaraqoyunlu dövrünə aid edirlər. 1. Qərb pəncərəsində yerləşən kitabənin mətni aşağıdakı kimidir "١شھد الله -انھ لا الھ الا ھو ٢ -و الملئكة و اولو ا لعلم قائما با لقسط ٣لا-الھالاھوالعزیزالحكیمان ٤ - اعند الله لدینالا سلام" Tərcüməsi belədir — "Allah, mələklər və ədalət sahibləri Ondan başqa məbud olmadığına şəhadət vermişlər.
Ərzurum-Qars bölməsi
Ərzurum-Qars bölməsi— Şərqi Anadolu bölgəsinin dörd hissəsindən biridir. Bu hissədə dağlar üzərində uzanan yaylalar və inkişaf etmiş düzənliklər vardır. Bölmə geniş yaylalara malikdir və çox hündürdür. Onun dəniz səviyyəsindən orta hündürlüyü təxminən 2000 metrdir. Kontinental iqlimə malik bölgədə qış çox soyuq keçir. Bura Türkiyənin ən soyuq yeridir. Daha yüksək ərazilərdə havanın temperaturu -40 °C-ə çatır. Yayda burada hava ümumiyyətlə yağışlı olur. Sadəcə İğdırın hündürlüyü aşağı olduğu üçün burada fərqli iqlim hökm sürür. Bölmənin bu hissəsində pambıq, buğda, şəkər çuğunduru, tərəvəz və meyvə becərmək mümkündür.
Ərzurum Texniki Universiteti
Ərzurum Texniki Universiteti (türk. Erzurum Teknik Üniversitesi, ETÜ) — Türkiyənin Ərzurum şəhərində yerləşən dövlət universiteti. Universitet Türkiyə Böyük Millət Məclisinin 2010-cu ildə qəbul etdiyi qanuna əsasən yaradılıb. Universitetdə bakalavr və magistratura təhsili 2012-ci ildə başlamışdır. Az müddətdə Ərzurum Texniki Universiteti regionda tədqiqat mərkəzinə çevrilməyi bacarmışdır. Universitetdə ümumilikdə 6 fakültə fəaliyyət göstərir: Ədəbiyyat fakültəsi Elmlər fakültəsi İqtisadiyyat və Biznesin İdarə Edilməsi fakültəsi Mühəndislik və Memarlıq fakültəsi Sağlamlıq Elmləri fakültəsi İdman Elmləri fakültəsi Universitetdə 3 institut fəaliyyət göstərir: Elm və Texnologiya İnstitutu Sosial Elmləri İnstitutu Səhiyyə Elmləri İnstitutu Xarici Dillər Kolleci Maşınqayırma İnşaat Mühəndisliyi Elektrik-Elektronika mühəndisliyi Kompüter mühəndisliyi Sənaye mühəndisliyi Kimya mühəndisliyi Memarlıq Şəhər və Regional Planlaşdırma Daxili Memarlıq Fakültədə kompüter laboratoriyaları, iş otaqları və şöbə elmi-tədqiqat laboratoriyaları var. YTTAM qapalı sahəsi olan bölgənin ən böyük tədqiqat mərkəzlərindən biridir. Burada 1000 nəfər üçün nəzərdə tutulmuş xüsusi təmiz havası olan(Cleanroom) otağı, 2 sinif otağı, 22 müxtəlif ölçülü tədqiqat laboratoriyaları, 1 məşq zalı, 1 iclas zalı, 4 işçi otağı, 4 iş ofisi və 1 istirahət otağı xidmət göstərir. Universitetin Mərkəzi kitabxanası hər gün 08.00–22.00, şənbə günləri 10.00–20.00 saatları arasında açıqdır. Kitabxana ilə yanaşı, hər bir fakültədə tədris zalları fəaliyyət göstərir.
Ərzurum Ulu Məscidi
Ərzurum Ulu Məscidi — Türkiyənin Ərzurum vilayətinin Yakutiyə rayonunda yerləşən məscid. Şəhərin ən qədim və ən böyük məscidi olan Ərzurum Ulu məscidi Atabəy məscidi kimi də tanınır. 1179-cu ildə Saltukilərdən Məlik Nəsirəddin Məhəmməd bəyin (1174–1185) dövründə tikilmişdir. Malazgird döyüşündən sonra Anadoludakı ilk Türk bəyliyi Ərzurumda qurulan Saltuklu Bəyliyi olmuşdur. Bu bəylik Ərzurumu da özünə paytaxt elan etmişdir. Saltuklu bəyliyinin qurucusu Malazgirdin qələbəsində mühüm rol oynamış Əmir Saltukdur. Malazgird qələbəsindən sonra Bizans imperatoru IV Romanos Diogenin ölümü və müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə Sultan Alparslan sərkərdələrinə Anadoluda fəthləri davam etdirmələrini əmr etdi. Bunun əsasında Əmir Saltuk Ərzurum və ətrafını fəth edərək Saltukilər bəyliyini qurdu. Böyük Səlcuqlu dövlətindən yaranan Saltuklu Bəyliyi ilə Səlcuqlu memarlığı da Ərzuruma daxil oldu. Ərzurum vilayətində öz dövrünün nəhəng tikililəri indi tarixi abidələrdir.

Digər lüğətlərdə