1. İl hesabının başlandığı zaman, tarix başlanğıcı. Yeni era (İsanın doğulduğu zənn edilən gündən başlanan tarix).
– Ellips, parabola kimi həndəsi obrazlar 2000 il eramızdan əvvəl yunan riyaziyyatçılarına məlum idi.
2. kit. Böyük tarixi əhəmiyyəti olan dövr. İslam mədəniyyətinin meydana gəlməsi ilə bəşəriyyət mənəviyyatı tarixində yeni bir era açıldı.
3. geol. Yer tarixinin ən böyük xronoloji bölgüsü.
Yerin Günəşdən ayrıldığı vaxtdan etibarən keçirdiyi tarix müxtəlif era və dövrlərə ayrılır.