Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Estetika
Estetika (yun. aisthētikós — hiss edən, hissiyyatlı) — insanın dünyaya dəyərlilik münasibətinin spesifik təzahürü olaraq estetik sahəni və insanların bədii fəaliyyət sahəsini öyrənən fəlsəfi elm, hisslər haqqında elm. Bir termin kimi ilk dəfə XVIII əsrin alman filosofu Aleksandr Baumqarten işlətmişdir. Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir. == Estetika sözünün mənası == Estetika yunan sözüdür. "Aisthetiko" hiss edən, həssas mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi fəaliyyət növüdür. Estetik tərbiyə incəsənətin bir növüdür.
İnternet estetikası
İnternet estetikası və ya mikroestetika — bəzən moda üslubu, submədəniyyət və ya musiqi janrı ilə müşayiət olunan, adətən internetdən yaranan və ya onun üzərində populyarlaşan vizual sənət üslubu. 2010-cu və 2020-ci illər ərzində onlayn estetika xüsusilə "Tumblr", "Pinterest", "Instagram" və "TikTok" kimi sosial media platformalarında artan populyarlıq qazanmış, tez-tez insanlar tərəfindən fərdiliyini və yaradıcılığını ifadə etmək üçün istifadə olunmuşdur. Onlar eyni maraqları bölüşən insanlar arasında icma və aidiyyət hissi yaratmaq üçün də istifadə edilə bilər. Estetika termini "akademik mənşəyindən tamamilə ayrılmış" kimi təsvir edilmişdir və ümumiyyətlə sifət kimi istifadə olunur. İnternet estetikası vizual üslubu ilə xarakterizə olunur və müəyyən edilir. "Vogue" əməkdaşı Sara Spellinqs qeyd etmişdir: "The Atlantic" əməkdaşı Ketlin Tiffeni bildirmişdir: Estetika üçün bir çox adlar, "The Washington Post"a görə, "hardkor" sözündən yaranan "-kor" kimi şəkilçilərdən istifadə edilir. "Dark academia", "Cottagecore", "Art Hoe", "Coquette/Nymphet" və "Weirdcore" kimi internet estetikası hesab olunan cərəyanlar "Tumblr"da yaranmışdır. "Fandom"da yerləşdirilən "Estetika Viki" onlayn estetika ilə bağlı geniş məlumat bazasına sahib olduğuna görə tez-tez istinad edilir. "The Atlantic"ə görə, viki 2020-ci ildə trafikdə 9,974% artım əldə etmişdir. 2022-ci ildə "Vox" jurnalisti Rebekka Cenninqs "TikTok"dan bir çox trendin bir trend altına düşdüyü fikrini müdafiə etmişdi.
Şəhərin estetikası (film, 1973)
Filmdə respublikamızın paytaxtı Bakının arxitekturası, mənzərəli bulvarı, şəhərin küçələri, yeni tikintiləri, tarixi abidələri, müasir üslubda tərtib olunmuş reklamlar öz əksini tapmışdır. Kinolentdə eyni zamanda belə bir gözəl şəhərin estetik gözəlliyiniə xələl gətirən qüsurları da göstərilir və tənqid olunur. Film Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
Estetik cərrahiyə
Estetik cərrahiyə — tibbdə xarici görünüşün dəyişdirilməsi məqsədilə həyata keçirilən cərrahiyyə. İstər insanda, istər heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır. ABŞ-də isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik (eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat — dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür. == Estetik cərrahiyənin növləri == Plastik əməliyyatların bir neçə növü mövcuddur. Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır.
Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir . == Haqqında == Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır . Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir . Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur.
Etnik estetik cərrahiyə
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.
Evtektika
Evtektika — iki və ya bir neçə komponentin qarışığından ibarət olan və bu maddələrin mümkün bütün qarışıqlarından komponentləri eyni vaxtda ayrılaraq ən aşağı temperaturda kristallaşan ərinti. Evtektika təşkil edən sülb fazalar kimyəvi element fərdləri və ya minerallar ola bilər. Bərk fazaların sayına görə ikiqat, üçqat və i.a. evtektika ayrılır. Evtektika həm də ərimə qabiliyyətini göstərən diaqramda iki və ya bir neçə minerallın (komponent) ən tez əriyən qarışığına müvafiq gələn yeganə nöqtədir. Bu nöqtədə ərinti eyni vaxtdə kristallaşan komponentlərlə doymuş olur və evtektik quruluş əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Statika
Statika - cisimlərin tarazlıq qanunlarını öyrənən mexanika bölməsidir. Vektorial kəmiyyətlər həm ədədi qiyməti həm istiqaməti həm də tətbiq noqtəsi ilə olculur. Məs: Quvvə, yerdəyismə V V V → {\displaystyle {\overrightarrow {V}}} . Vektorlar paralelogram qanunu və ya üçbucaq qanunu istifadə edilərək əlavə edilir. Qüvvə bir cismin digər bədənin üzərində hərəkətidir. Qüvvə ya itələmə, ya da çəkmədir və bir cismi hərəkət istiqamətində hərəkət etdirməyə meyllidir. Bir qüvvənin hərəkəti böyüklüyü, hərəkət istiqaməti və tətbiq nöqtəsi ilə xarakterizə olunur. Beləliklə, qüvvə vektorial fiziki kəmiyyətdir, çünki təsiri hərəkətin böyüklüyünə bərabər istiqamətə də bağlıdır. Ölçü vahidi BS-də 1N (Nyuton). Bir hissəcikin statik tarazlığı statikdə vacib bir anlayışdır.