Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir .
== Haqqında ==
Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır .
Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir .
Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur.