Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etalon
Etalon (fr. etalon) — müəyyən edilmiş qayda ilə təsdiq edilmiş, yenidən istehsal və saxlanması üçün istifadə edilən fiziki ölçü vahidi 1)meyar, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi;2) məcazi mənada: hər hansı bir şey üçün ölçü nümunəsi, müqayisə üçün nümunə, əyar;3) ölçü vahidlərinin elm və texnikanın səviyyəsinə müvafiq böyük dəqiqliklə əks etdirilməsinə, saxlanılmasına və verilməsinə xidmət edən ölçü nümunəsi və ya ölçü cihazı. Məsələn, metrin etalonu. Milli etalon — ölkə daxilində istifadə üçün rəsmi qəbul edilmiş etalon. Beynəlxalq etalon — beynəlxalq razılaşma nəticəsində qəbul edilmiş etalon. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jan Talon
Jan Talon (8 yanvar 1626 – 23 noyabr 1694) — Yeni Fransanın birinci intendantı. Talon 2 dəfə Kral XIV Lyudovik və onun naziri Jan Batist Kolbert tərəfindən Kanada, Akadiya və Nyufaundlendə ədalətin, ictimai asayişin, maliyyənin intendantı kimi xidmət etmək üçün təyin edilmişdir: 1665–1668 və 1670 −1672. Talon kaloniyanın iqtisadi əsasını kürk ticarətindən kənd təsərrüfatına dəyişdirməyə çalışdı, lakin daha çox əhali olmadan buna nail olmaq mümkün deyildi. Talon Yeni Fransaya 800-dən çox kralın qızları (filles du roi) kimi tanınan mühacirlər də daxil olmaqla mühacirlərin gəlməsini təşkil etdi. Onlar burada evlənmək üçün gələn gənc yetim qızlar idilər. Talon evlilik təqaüdləri və körpə mükafatları sayəsində əhalinin artımını canlandırdı. Evlənəndə və yenidən uşaq sahibi olanda cütlüklərə maliyyə kompensasiyası verilirdi. O pivə hazırlamaq üçün kətan və mayaotu kimi yeni məhsullar təqdim edərək, gəmiqayırma zavodu və odun sənayesi başladaraq, dağ-mədən sənayesini ruhlandıraraq Yeni Fransanın iqtisadiyyatını fərqliləşdirməyə çalışdı. Talon Kanadanın Kvebek şəhərində 1668-ci ildə "La Brasseries due Roy" adında ilk pivə zavodunu açdı. Talon həmçinin əhalini, kənd təsərrüfatı istehsalını və çiçəklənən koloniyanın özəl sektorunun artırmaq üzərində işləyirdi.
Patris Talon
Patris Giyom Atanas Talon (fr. Patrice Guillaume Athanase Talon; 1 may 1958, Vida[d]) — Benin siyasətçisi və iş adamı, 6 aprel 2016-cı ildən Benin Prezidenti. Talon fon kökənlidir və Vidada anadan olmuşdur. Onun kökəni kölə tacirlərindən gəlir. Atası Vidadan, anası Abomeydəki Qedeqbe ailəsindəndir. Seneqalın Dakar Universitetində bakalavr dərəcəsini bitirdikdən sonra Parisdəki Mülki aviasiya milli məktəbinə daxil olmaq istəmişdir. Pilot olmaq arzusunda olan Talon tibbi müayinədən keçə bilmədi və bu arzusu yerinə yetmədi. 1983-cü ildə Talon qablaşdırma və kənd təsərrüfatı təchizatı ticarətinə başladı. 1985-ci ildə Beninə qayıtdı və pambıqçılara kənd təsərrüfatı məhsulları təmin edən Qitələrarası Paylama Şirkətini qurdu. 1990-cı ildə Dünya Bankının Qərbi Afrika iqtisadiyyatını liberallaşdırmaq üçün verdiyi tövsiyələrdən sonra Benin pambıq istehsalı zəncirindən çəkilməyə çağrıldı.
Northrop T-38 Talon
Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir. 1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir. T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər.
Talon of the Hawk
Talon of the Hawk — Nyu-Cersidən olan rok qrupu The Front Bottoms(en)-un ikinci studiya albomu. 21 may 2013-cü ildə Bar/None tərəfindən buraxılıb. Bütün mahnılar The Front Bottoms tərəfindən yazılmış və bəstələnmişdir.
Aesalon
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Edafon
Edafon — torpaq orqanizmlərinin cəmi. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Espalon
Espalyon (fr. Espalion, oks. Espaliu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12096. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 25 km şimal-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 4341 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 2598 nəfər arasında (15-64 yaş) 1880 nəfər iqtisadi cəhətdən fəal, 718 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.4%, 1999-cu ildə 71.4%).
Etanol
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. Etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. Laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Eşallon
Eşallon (fr. Échallon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01152. 2010-ci ildə əhalinin sayı 772 nəfər təşkil edirdi. Fransa rayonlarının siyahısı Vikianbarda Eşallon ilə əlaqəli mediafayllar var. Rəsmi sayt (fr.) "Eşallon" (fransız). Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu.
Letelon
Letelon (fr. Lételon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03143. 2008-ci ildə əhalinin sayı 128 nəfər təşkil edirdi. 2007-ci ildə 81 yaşda (15-64 yaş arasında) 56 nəfər iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,1%, 1999-cu ildə 72.7%). Fəal olan 56 nəfərdən 46 nəfər (25 kişi və 21 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi. 25 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 11 nəfər - təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Xalon
Xalon (isp. Jalón) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 34,59 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3269 nəfərə çatmışdır.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4. Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir. Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi.
Etolin adası
Etolin adası (ing. Etolin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir. Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmur. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır.
Falco aesalon
Ördəktutan qızılquş və ya sərçəçalan (lat. Falco columbarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək, sərçəkimilərə aid kiçik quşlarla qidalanan bu qızlıquş növünün adı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən 2019-cu ildə sərçəçalan kimi dəyişdirilib. Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Qanadları qısadır. Üst tərəfi və başı tünd-göy, alt tərəfi isə cizgili ağımtıl-kürəndir. Quyruğu köndələn zolaqlıdır. Dişisinin bel tərəfi qonurdur. Avropa, Asiya və Şimali Amerikada yayılıb. Qışlamaq üçün Afrikaya köçür.
Katalon dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Teflon lent
Teflon lent — su və qaz borularını sızdırmazlıq üçün santexnika işində istifadə olunan bir cihazdır. Boru İngiliscə Vikipediya Farsca Vikipediya Vikianbarda Teflon lent ilə əlaqəli mediafayllar var.
Stalin mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. SSRİ İosif Stalin Mükafat "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
Vasili Stalin
Vasili İosifoviç Stalin (Cuqaşvili) (24 mart 1921, Moskva – 19 mart 1962, Kazan; gürc. ვასილი იოსების სტალინი (ჯუღაშვილი), rus. Василий Иосифович Сталин (Джугашвили)) — Sovet hərbi təyyarəçisi. General-leytenant (1949). İosif Stalinin kiçik oğlu. Polkovnik (1942) General-mayor (1946) General-leytenant (1949) Василий Сталин на сайте «Авиаторы Второй мировой». Василий Сталин на сайте «Красные соколы». Киевский телеграф. «Она не бросила сына вождя». Фото В.И. Сталина на сайте «Полки и самолёты».
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Eqlön
Eqlön (fr.