Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlireza Fəqani
Əlireza Fəqani 21 Mart 1978-ci ildə İranda doğulub. 2008-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcələi futbol hakimidir. Fəqani 2015-ci il Asiya Çempionlar Liqası Finalı, 2015 Asiya Kuboku Finalı, 2015 FİFA Klublararası dünya Çempionatının finalını, 2016 Olimpiyadanın finalını idarə edib. Həmçinin 2017-ci ildə FİFA Konfederasiyalar Kuboku və 2018-ci ildə Rusiyada keçirilən FİFA Dünya Kubokunda oyunlara təyin edildi. === Haqqında === 1978-ci il martın 21-də İranın Məşhəd şəhəri yaxınlığında yerləşən Keşmar şəhərində anadan olmuşdur. Onun ləqəbi Behrooz (بهروز) idi. Atası Məhəmməd Fəqani (محمد فغانی) də futbol hakimi idi. Fəqani əvvəllər özünü futbolçu kimi çalışdırsa da sonda hakim olacağı qərarına gəlmişdir. == FİFA Referesi karyerası == Fəqani 2008-ci ildə FİFA referesi olub. Yalnız bir illik beynəlxalq təcrübədən sonra Faqani 2009-cu ildə AFF prezidenti Kuboku finalında oyunu idarə etmək əmri aldı.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Baba Fiqani
Baba Fiqani (? — ö. 1519) — Fars ədəbiyatında "səbk-i Hindi"nin qurucusu sayılan İran şairi. == Həyatı == Baba Fiqani Şirazda dünyaya gəlmişdi. 925-ci (1519-cu) ildə öldüyü sırada altmış yaşını keçmiş olduğuna görə 860–865 (1456–1461) illər arasında doğulduğu söylənilə bilinir. Gəncliyində ata-baba məsləyi olan bıçaqçılıqla məşğul oldğundan bu sıralarda yazdığı şeirlərdə "bıçaqçı" anlamına gələn Səkkaki təxəllüsünü işlədirdi. Ancaq divanında bu təxəllüsü ilə yazılmış hərhansı bir şeirinə rast gəlinmədi. Fiqani otuz yaşına qədər Şirazda yaşadı, daha sonra Xorasana getdi. Bir müddət qaldığı Heratda başda Əbdürrəhman Cami olmaq üzərə bəzi şairlərlə görüşdüysə də onlardan gözlədiyi münasibəti görə bilmədi. Təbrizə gedərək burada tanış olduğu şairlər vasitəsiylə Ağqoyunlu hökmdarı Sultan Yaqub bəyin sarayına daxil oldu.
Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Xəqani Axundov
Xəqani Axundov — Qarabağ müharibəsi iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Axundov Xəqani Həsən oğlu 10 may 1950-ci il tarixdə anadan olmuşdur. Uşaqlıq illərini ata yurdu Kürdhacı kəndində keçirdi, orada böyüyüb boya-başa çatdı. 1957-ci ilin payızında Kürdhacı kənd ümumtəhsil orta məktəbinin I sinfinə getdi. 1967-ci ilin yazında Laçın rayonunun Kürdhacı kənd orta ümumtəhsil məktəbinin X sinifini müvəffəq qiymətlərlə bitirən Xəqani Axundov həmin il imtahan verərək 21 avqust tarixdə müvəffəqiyyətlə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. Təhsilini burada uğurla başa vuraraq Şuşa Kənd Təsərüfatı Texnikumunun həmin şöbəsini bitirmişdi. 1970-ci ildə hərbi xidmətə yola düşdü və Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək 1972-ci ildə dogma el-obasına, Laçına, Kürdhacı kəndinə qayıtdı. Kənddə "28 aprel kolxozu"nda ilk əmək fəaliyyətinə başladı. == Döyüşlərdə iştirakı == Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbçi kimi tanıtmışdır.
Xəqani Bayramov
Xəqani Məmməd oğlu Bayramov (17 noyabr 1990, Təzəkənd, Beyləqan rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Bayramov 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi. Bahar adlı qızı və Rəsul adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Bayramov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Cəbrayılov
Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor. == Həyatı == Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib.
Xəqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.
Xəqani Fətiyev
Xəqani Hüseynəli oğlu Fətiyev (30 iyun 1989; Cəlilabad rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Fətiyev 1989-cu il iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Xəqani Fətiyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Fətiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Fətiyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Həbiboğlu
Xəqani Həbiboğlu (Verdiyev Xəqanı Həbib oğlu; d. 18 aprel 1966, Şaplar, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. == Həyatı == Xəqani Həbiboğlu 1966-cı il aprel ayının 18-də Kəlbəcər rayonunun Şaplar kəndində müəllim ailəsində anadan olub. 1973-cü ildə Şaplar kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Sonra təhsilini Kəlbəcər şəhər 1 saylı orta məktəbində davam etdirib. 1981-ci ildə həmin məktəbin tam kursunu bitirib.1983-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsnin riyaziyyat-fizika şöbəsinə daxil olub. Birinci kursu başa vurduqdan sonra, 1984-1986-cı illərdə Ukraynada ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra universitetdə təhsilini davam etdirib və 1990-cı ildə riyaziyyat-fizika müəllimi ixtisasına yiyələnib. Hal–hazırda öz ixtisası üzrə müəllim işləyir. == Ailəsi == Ailəlidir üç övladı var.
Xəqani Murtuzəliyev
Xəqani İsa oğlu Murtuzəliyev (11 oktyabr 1984; Zaqatala rayonu, Azərbaycan SSR — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.
Xəqani Məcnunov
Xəqani Vaqif oğlu Məcnunov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Məcnunov Xəqani Vaqif oğlu 1974-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1981-ci ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1991-ci ildə həmin məktəbi qurtarıb. 1992-ci ildə milli ordumuzun tərkibində bir çox döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyon dağıldığına görə 1993-cü ilin oktyabrında evə qayıdıb. 1993-cü il dekabr ayının 24-də məskunlaşdıqları Qəbələ rayonundan çıxıb Şəki rayonunun Baş Göynük kəndinin ərazisində məskunlaşan əmisi evinə gedib. 28 dekabr 1993-cü ildə oradan döyüşə yollanıb və həmin gün Ağdam rayonunun Salahlı Kəngərlisi istiqamətində gedən döyüşdə əsir düşüb. == Mənbə == Laçın yurdu (jurnal) № 2(5), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012.
Xəqani Məmmədov
Xəqani Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Xəqani Məmmədov (tarixçi) — tarix elmləri doktoru,professor. Xəqani Məmmədov (futbolçu) — azərbaycanlı futbolçu.
Xəqani Nəsibov
Xaqani Aydın oğlu Nəsibov (1 may 1991; Kortala, Balakən, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xəqani Nəsirov
Xəqani Kamran oğlu Nəsirov (29 iyun 1982; Xankəndi, Azərbaycan SSR — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Nəsirov 1982-ci il iyunun 29-da Xankəndi şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Xəqani Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Nəsirov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsirov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Səfərli
Xəqani İlqar oğlu Səfərli (14 oktyabr 1991; Bakı, Xətai rayonu, Azərbaycan – 4 oktyabr 2020; Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Xəqani Səfərli 1991-ci il oktyabrın 14-də Bakının Xətai rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəqani Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəqani Səfərli oktyabrın 4-də Murovdağ döyüşləri zamanı itgin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Xəqani Səfərliyə "şəhid" statusu verilmişdir.
Xəqani Əliyev
Xəqani Füzuli oğlu Əliyev (12 iyun 1990, Çanaxbulaq, Yardımlı rayonu – 28 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Əliyev 1990-cı il iyunun 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəqani Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi QulamlıXəqani Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Əskərov
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Əskərov Xəqani
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəqan Məmmədov
Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib.Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Vahid oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Məmmədov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Fəqan Xudaverdiyev
Fəqan Baxış oğlu Xudaverdiyev (7 avqust 1975; Qaravəlli, Ağcabədi rayonu – 22 avqust 2008; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində şəhid olmuşdur. == Həyatı == Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil almış, ardınca Bakı Ali Birləşmiş Komandalıq Məktəbində təhsilini davam etdirmişdir. 1997-ci ildə "Taktiki Motatıcı Qoşunların Komandiri — Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis" ixtisası ilə hərbi təhsilini uğurla başa vuraraq Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində taqım komandiri kimi xidmətə başlamışdır. 1998-1999-cu illərdə zabitlər üçün təşkil olunmuş təkmilləşdirmə kursunu müvəffəqiyyətlə tamamlamışdır. Ölümündən əvvəl Azərbaycan Respublikasının Silahlı Quvvələrinin Hərbi Akademiyasına daxil olmuş, lakin şəhid olduğundan təhsilini tamamlaya bilməmişdir. Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub. Şəhidin dörd övladı yadigar qalıb. == Hərbi xidməti == Fəqan Xudaverdiyev 1997-ci ildə leytenant rütbəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətə başlayıb.
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi.
Fəqan Ziyadov
Fəqan Ziyad oğlu Ziyadov (1 yanvar 1995; Mustafaağalı, Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəqan Ziyadov 1995-ci ildə Bərdə rayon Mustafaağalı kəndində doğulmuşdur. 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra MAHHXHQ kimi ordu sıralarına qayıtmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fəqan Ziyadov Talış, Suqovuşan, Ağdam, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmış və 30 oktyabrda şəhid olmuşdur. Bərdədə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Zegani
Zegani (gürc. ზეგანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 280m hündürlüktə, Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329..
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərxani
Fərxani — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Dehqani
Dehqani — XIII əsr Anadolu şairi. == Həyatı == == Yaradıcılığı == *** Əcəb bu dərdimin dərmanı yoxmu? Ya bu səbir etməyin oranı yoxmu? Yanaram mumlayın başdan ayağa Nədir bu yanmağın payanı yoxmu? Gülər düşmən mənim ağlamağıma Əcəb, şol kafirin imanı yoxmu? Dəlibdir ciyərimi qəmzən oxu Ara, ürəkdə gər peykanı yoxmu? Su kimi qanımı torpağa qardın Nə sanırsan qəribin qanı yoxmu? Cəmali-hüsnünə məğrur olursan Kəmali-hüsnünün nöqsanı yoxmu? Bəyim, Dehqaniyə ölməzdən öncə Tapuna irməyin imkanı yoxmu?
Deqadi
Deqadi — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Deqadi Astara rayonunun Şüvi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Tədqiqatçıların fikrincə, oykonim Talış dilindəki de (iki), qalkə (ev) və di (kənd) komponentlərindən düzəlib, "iki evli kənd" mənasındadır. Kəndin əsasını iki ailə qoyduğu üçün belə adlandırılmışdır. == Etimologiyası == Talış dilində de (dü) "iki" qa (kə) "ev" və dı "kənd" deməkdir. Degadi (Qoşakənd). == Yolları == 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.