FƏXRİ
FƏND
OBASTAN VİKİ
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Fəqan Məmmədov
Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib.Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Vahid oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Məmmədov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Fəqan Xudaverdiyev
Fəqan Baxış oğlu Xudaverdiyev (7 avqust 1975; Qaravəlli, Ağcabədi rayonu – 22 avqust 2008; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində şəhid olmuşdur. == Həyatı == Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil almış, ardınca Bakı Ali Birləşmiş Komandalıq Məktəbində təhsilini davam etdirmişdir. 1997-ci ildə "Taktiki Motatıcı Qoşunların Komandiri — Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis" ixtisası ilə hərbi təhsilini uğurla başa vuraraq Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində taqım komandiri kimi xidmətə başlamışdır. 1998-1999-cu illərdə zabitlər üçün təşkil olunmuş təkmilləşdirmə kursunu müvəffəqiyyətlə tamamlamışdır. Ölümündən əvvəl Azərbaycan Respublikasının Silahlı Quvvələrinin Hərbi Akademiyasına daxil olmuş, lakin şəhid olduğundan təhsilini tamamlaya bilməmişdir. Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub. Şəhidin dörd övladı yadigar qalıb. == Hərbi xidməti == Fəqan Xudaverdiyev 1997-ci ildə leytenant rütbəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətə başlayıb.
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi.
Fəqan Ziyadov
Fəqan Ziyad oğlu Ziyadov (1 yanvar 1995; Mustafaağalı, Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəqan Ziyadov 1995-ci ildə Bərdə rayon Mustafaağalı kəndində doğulmuşdur. 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra MAHHXHQ kimi ordu sıralarına qayıtmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fəqan Ziyadov Talış, Suqovuşan, Ağdam, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmış və 30 oktyabrda şəhid olmuşdur. Bərdədə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fəqan Əliyev
Fəqan Əliyev (d. 1945-Ağcabədi rayonu) — texnika elmləri doktoru,Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti,Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri,Birləşmiş Oksford Akademiyasının fəxri Professoru == Həyatı == Fəqan Qənbər oğlu Əliyev 1945-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olub. == Təhsili == 1969-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Moskvada aspirantura üzrə Fizika və İnşaat İnstitutunu bitirdikdən sonra 1977-ci ildə elmlər namizədliyi və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. == Elmi fəaliyyəti == F.Əliyev binaların enerji idarə etmə və nəzarət sisteminin problemləri, inkişaf və alternativ enerji texnologiyasının həyata keçirilməsi sahəsində tədqiqatlar ilə məşğul olmuşdur. Onun işi “avtomatlaşdırılmış idarə vasitəsi ilə Bakı şəhərində böyük İdman Kompleksində enerjiyə qənaətin optimallaşdırılması və kompüter sistemlərinə istifadə üzrə nəzarətdir”. Keçmiş SSRİ Xalq Təsərrüfatı Akademiyasının fərqlənmə diplomu ilə təltif edilib. F.Əliyev layihələşmədə iştirak edib və 25-dən çox binanın tikilməsinə rəhbərlik edib. Məsələn Respublika velosiped yolu, Atletik Arena, Bakı İdman Sarayı(indiki Heydər Əliyev adına İdman və Konsert kompleksi)Respublika Tibbi-Atletik Sağlamlıq Mərkəzi, Mingəçevir şəhərində Dövlət Olimpiya Qayıqdaşıma Bazası və s.Professor Fəqan Əliyevin fəaliyyəti ekosistem müdafiəsi və müxtəlif binaların və strukturların radiasiya təhlükəsizliyidir. Bura xüsusən sənaye inkişafının ekoloji problemləri və neft-qaz əməliyyatları daxildir.Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Finlandiya, Türkiyə, İran, Rusiya, Pakistan və başqa MDB ölkələrində keçirilən forumlarda konfranslar verib.
Fəqan Umudov
Fəqan Umudov (1 aprel 1979) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Fəqan Umudov 1979-cu il aprelin 1-də anadan olub. == Karyerası == Fəqan Umudov 1998-ci ildə Eyndhoven şəhərində, 2002-ci ildə isə Samsun şəhərində baş tutan Avropa Çempionatlarının final görüşündə məğlub oldu və gümüş medallara sahib oldu.
Fəqan Xudaverdiyev (şəhid)
Fəqan Baxış oğlu Xudaverdiyev (7 avqust 1975; Qaravəlli, Ağcabədi rayonu – 22 avqust 2008; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonu ərazisində şəhid olmuşdur. == Həyatı == Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil almış, ardınca Bakı Ali Birləşmiş Komandalıq Məktəbində təhsilini davam etdirmişdir. 1997-ci ildə "Taktiki Motatıcı Qoşunların Komandiri — Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis" ixtisası ilə hərbi təhsilini uğurla başa vuraraq Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində taqım komandiri kimi xidmətə başlamışdır. 1998-1999-cu illərdə zabitlər üçün təşkil olunmuş təkmilləşdirmə kursunu müvəffəqiyyətlə tamamlamışdır. Ölümündən əvvəl Azərbaycan Respublikasının Silahlı Quvvələrinin Hərbi Akademiyasına daxil olmuş, lakin şəhid olduğundan təhsilini tamamlaya bilməmişdir. Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub. Şəhidin dörd övladı yadigar qalıb. == Hərbi xidməti == Fəqan Xudaverdiyev 1997-ci ildə leytenant rütbəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətə başlayıb.
Əlireza Fəqani
Əlireza Fəqani 21 Mart 1978-ci ildə İranda doğulub. 2008-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcələi futbol hakimidir. Fəqani 2015-ci il Asiya Çempionlar Liqası Finalı, 2015 Asiya Kuboku Finalı, 2015 FİFA Klublararası dünya Çempionatının finalını, 2016 Olimpiyadanın finalını idarə edib. Həmçinin 2017-ci ildə FİFA Konfederasiyalar Kuboku və 2018-ci ildə Rusiyada keçirilən FİFA Dünya Kubokunda oyunlara təyin edildi. === Haqqında === 1978-ci il martın 21-də İranın Məşhəd şəhəri yaxınlığında yerləşən Keşmar şəhərində anadan olmuşdur. Onun ləqəbi Behrooz (بهروز) idi. Atası Məhəmməd Fəqani (محمد فغانی) də futbol hakimi idi. Fəqani əvvəllər özünü futbolçu kimi çalışdırsa da sonda hakim olacağı qərarına gəlmişdir. == FİFA Referesi karyerası == Fəqani 2008-ci ildə FİFA referesi olub. Yalnız bir illik beynəlxalq təcrübədən sonra Faqani 2009-cu ildə AFF prezidenti Kuboku finalında oyunu idarə etmək əmri aldı.

Digər lüğətlərdə

гля́нцевый матч парсе́к преоблада́ющий пустова́ние циклотро́н четырехведерный забуксова́ть корми́ло лета́ прогресси́вность разводя́щий фриги́йский best-seller cispadane coactive New Jerusalem perforator pickup feeder preordination pulverulent venatical изморось ненецкий сочувствовать