Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Fərid Fərcad
Fərid Fərcad (fars. فرید فرجاد‎; 1938, Tehran) — Fars əslli ABŞ vətəndaşı olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir. 8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur. Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir.
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. == Tarixi mənbələrdə == XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. == Nizaminin "Xosrov və Şirin" poemasında == Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fəryad
Fəryad (ing. "The Scream",norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı.
Fərid
Fərid — kişi adı.
Fəriman şəhristanı
Fəriman şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəriman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 86,428 nəfər və 20,925 ailədən ibarət idi.
Möhsün Fəxrizadə
Möhsün Fəxrizadə Mahabadi (fars. محسن فخریزاده مهابادی‎; 1958, Qum – 27 noyabr 2020) — İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri. == Həyatı == O nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış və bu sahədə universitetin Professoru olmuşdur. Qeyd etmək lazımdır ki, Möhsün Fəxrizadə Amerikanın Foreign Policy nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biridir.İsrailin baş naziri Benyamin Netanyahu bir neçə dəfə çıxışlarında İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri olan nüvə alimi Mohsen Fəxrizadənin bu ölkənin nüvə texnologiyası sahəsində mühüm şəxslərdən biri və İsrailin hədəfində olduğunu demişdi. == Korona epidemiyası ilə mübarizə == İranda Korona epidemiyası başlayarkən və Ağciyər, ürək xəstəlikləri baş verərkən, İran Müdafiə Nazirliyi İran Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək diaqnostika dəsti və ürək-damar xəstəliyi peyvəndi də daxil olmaqla lazımi avadanlıqları hazırlamışdır. İran Müdafiə Nazirliyinin korona peyvəndi artıq sınaq ərəfəsində idi. İran Müdafiə naziri Fəxrizadənin, Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri olaraq bu kəşfdə mühüm rol oynadığını bildirdi. == Ölümü == 27 noyabr 2020-ci ildə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olub. Günorta saatlarında bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum edib. Mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib.
Mərazad (Culfa)
Mərazad (fars. مرازاد‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (86 ailə).
İlqar Fətizadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. == Həyatı == İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
Şəhrizad (roman)
Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı.Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. == Məzmun == Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır. “Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Fərhad (1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) kənd Nişapur şəhristanı funksiyaları edir. == Coğrafi mövqeyi == Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Fərhad (ad)
Fərhad — Azərbaycanda geniş yayılmış kişi adı. Fərhad Ağayev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağazadə — Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Bədəlbəyli — pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı Fərhad Əhmədbəyli — Azərbaycanlı geoloq; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor. Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001–2005). Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fərhad xan Qaramanlı — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı Fərhad Xəlilov — Azərbaycan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad İsrafilov — Azərbaycan aktyoru. Fərhad Kərimov — azərbaycanlı hərbi jurnalist və teleoperator. Fərhad Yusifov — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Fərhad (dəqiqləşdirmə)
Fərhad və Şirin (xalça) - Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…] və ya 23 dekabr 1985, Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. == Həyatı == Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Fərhad Abdullayev
Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri (2003-cü ildən) == Həyatı == Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir.1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır. 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir. Fərhad Abdullayev pedaqoji və elmi fəaliyyətlə məşğul olur. Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.Ailəlidir, iki övladı var. == Təltif və mükafatları == Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir.
Fərhad Ağayev
Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu – 15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. == Döyüşlərdə iştirakı == Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.
Fərhad Ağazadə
Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. == Həyatı == Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır. F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır.
Fərhad Babayev
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar Mədəniyyət İşçisi,"Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru. == Həyatı == Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
Fərhad Cəfərquliyev
Fərhad Cəfərquliyev (tam adı: Fərhad Cəfərqulu oğlu Cəfərquliyev) — Naxçıvan MSSR Səhiyyə naziri. 2 dekabr 1951-ci ildə anadan olan Fərhad Cəfərqulu oğlu Cəfərquliyev orta təhsilini Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə almışdı. 1969-1975-ci illərdə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirmişdi. O, əvvəlcə qrup nümayəndəsi, sonra fakültə, daha sonra isə institut komsomol komitəsinin birinci katibi seçilmişdi. 1975-ci ilin avqust ayından 1976-cı ilin iyul ayınadək Bakı şəhər təcili tibbi yardım xəstəxanasında cərrahiyyə üzrə internatura keçən F.Cəfərquliyev sonrakı əmək fəaliyyətini Rusiyada davam etdirmişdi. O, 1976-cı ildən 1979-cu ilədək Voronej vilayətinin Xoxolsk rayon xəstəxanasında cərrah onkoloq işləmişdi. 1977-ci ilin avqust-dekabr aylarında M.Qorki adına Zaporojye Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkoloğiya üzrə kursda olmuşdu. F.Cəfərquliyev 1979-cu ildə Azərbaycan Respublikasına qayıdaraq Bakının “Qaranquş” sanatoriyasında şöbə müdiri, daha sonra Azərbaycan SSR Səhiyyə nazirliyinin Müalicə-profilaktika yardımı baş idarəsində həkim-inspektor vəzifələrində çalışmışdı. 1983-cü il iyulun 14-də Mingəçevir şəhər səhiyyə şöbəsinə müdir təyin edilən Fərhad Cəfərqulu oğlu Cəfərquliyev təşkilatçılıq qabiliyyətinə və bacarığına görə 6 il sonra, yəni 1989-cu il fevralın 9-da Naxçıvan MSSR-nın Səhiyyə naziri vəzifəsinə irəli çəkilmişdi. O, 1992-ci il sentyabr ayının 12-dək bu vəzifədə çalışaraq Muxtar respublikanın səhiyyə sisteminin daha da təkmilləşdirilməsi və inkişafı üçün böyük işlər görmüşdü.
Fərhad Eminov
Nikol Merizay
Nikol Merizay (7 avqust 1998) — Albaniyalı üzgüçü. Nikol Merizay Albaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikol Merizay birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.99 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aythya ferina
Qırmızıbaş qaraördək (lat. Aythya ferina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.