Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feriye sarayı
Feriye sarayı — Boğaziçi sahilində indiki Beşiktaş mahalı ilə Ortaköy mahalı arasında Çırağan küçəsi boyunca uzanan Osmanlı saraylarının köhnə adıdır. Bu gün saraylar müxtəlif qurumlar tərəfindən təhsil məqsədləri üçün istifadə olunur. Boğaziçi sahillərində Osmanlı sülaləsi üçün inşa edilən ilk saray 1856-cı ildə istifadəyə verilən Dolmabahçe Sarayı idi. Daha sonra 1872-ci ildə Çırağan sarayı tikildi. Lakin bu iki saray Osmanlı ailəsi üçün kifayət etmədikdə, Çırağan Sarayı ilə Ortaköy məscidi arasındakı sahil zolağında əlavə binalar tikildi. Balyan ailəsinə mənsub memarlar tərəfindən tikilən bu binalar ikinci dərəcəli tikililər və ya yan binalar mənasını verən Feriye sarayları adlanırdı. == Memarlıq xüsusiyyətləri == Dəniz kənarında üç əsas binadan, cariyələr palatası və kiçik iki mərtəbəli binadan ibarət binalar qrupunun arxasında yol kənarında əlavə tikililər var. Bu saraylarda sultanın münasib hesab etdiyi sülalə üzvləri və qış mənzili olmayan insanlar yaşayırdılar. Sarayların sahəsi təxminən 3.000.000 m2-dir. 30 may 1876-cı il çevrilişi ilə taxtdan endirilən Əbdüləziz 4 gün Topkapı sarayında qaldı və qaldığı yerdən razı qalmadığı üçün Feriye Sarayına köçürüldü.
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəthiyə
Fəthiyə rayonu - Türkiyə Respublikası Muğla əyalətinin 13 rayonundan biri == Tarixi == E.ə. VI əsrdə Fəthiyə bölgəsi Əhəmənilər İmperiyasına daxil oldu. E.ə. V əsrdə isə Delos Birliyinə daxil olur. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər.
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Fərqanə Qasımova
Fərqanə Qasımova (6 avqust 1979, Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Fərqanə vilayəti
Fərqanə vilayəti — Özbəkistanda vilayət.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Fərəhiyə (Miyanə)
Fərəhiyə (fars. فراهيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (15 ailə).
Fəthiyə körfəzi
Fəthiyə körfəzi - Türkiyə Respublikasının Muğla əyalətinin Fəthiyə rayonunun yaxınlığında yerləşir. 36.640-lik paralellə 28.968-lik meridian arasında yerləşir. Müxtəlif ada və yarımadaların yerləşdiyi körfəzdir. Şimaldan cənuba doğru zgöçək İskələsindən İblis burnuna qədər 25 km uzunluğunda və qərbdən şərqə doğru Qurtoğlu burnundan Fəthiyə iskələsinə qədər 30 km genişliyindədir. Körfəzin ən dərin yeri 490 m-dir. Dənizə doğru sahilləri girintili-çıxıntılıdır. Şərq hissəsində şimala doğru bir çox qədim yaşayış yerləri su altındadır. Körfəzin şərqində Köhnə Meğri, Qızılada, Dovşan adası, Qatrancık adası və çox girintili qərb sahilində çoxlu sayda kənd, körfəz, ada və yarımada yerləşir. Cənub-qərbdən şimal-qərbə doğru Bozdağ yarımadası, Donuz adası, Tərsanə adası, Hacıxəlil adası, Yassıca adası, Göçək adasıdır.
Fəthiyə məscidi
Teodoks Pammakaristos Monastırı (Yunanca: Θεοτόκος ἡ Παμμακάριστος, azərb. “Həzrəti Məryəm ana”‎) və ya Fəthiyyə Məscidi İstanbulun Fateh regionunun Çarşamba ərazisində yerləşən bir məsciddir. Əslində, XIII əsrin sonlarında Bizansın tanınmışlarından biri olan Mihail Glabas Tarkaniotes tərəfindən kilsə kimi inşa edilmişdir. Konstantinopolun tutulmasından sonra 1454-cü ildən başlayaraq patriarxlıq olaraq istifadə edilmişdir. 1601-ci ildəki İran müharibələri zamanı Gürcüstan və Azərbaycanın işğalından sonra işgalın xatirəsi olaraq məscidə çevrilmişdir. Fəthiyyə məscidi məscidə çevrilərkən kilsənin apsisi dağıdılaraq qiblə istiqamətində bir mehrabla əvəzlənmiş, minarə və mədrəsə tikilmişdir. Respublika dövründə bir muzeyə çevrildi, içindəki mozaika və fresklər 1955-ci ildə Amerika Bizans İnstitutu tərəfindən tapıldı və sonradan tikilən tağ sökülmüş və əvvəlki vəziyyətinə uyğun olaraq sütunlarla əvəz edilmişdir. 1960-cı illərdə yenidən məscid kimi açılmışdır. Məscidin divarları daş və kərpic qarışığıdır. Yunan yazıları xarici divarlarda və binanın içindəki mozaikalarda müşahidə olunur.
Fəxriyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Mərqişə (Çaypara)
Mərqişə (fars. مرقشه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (57 ailə).
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Berqiya
Bergiya
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.