Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fayl
Fayl (informatika)
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Fel
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s... Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s... Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s... Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s... == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
Batch (fayl)
Batch — DOS, OS/2 və Microsoft Windows-da bir skript faylıdır. Sadə mətn sənədində saxlanılan, komanda sətri tərcüməçisi tərəfindən icra ediləcək bir sıra əmrlərdən ibarətdir. Bir toplu iş faylı, tərcüməçinin interaktiv şəkildə qəbul etdiyi hər hansı bir əmri ehtiva edə bilər və IF, FOR və GOTO etiketləri kimi toplu sənəd daxilində şərti budaqlanma və döngünü təmin edən konstruksiyalardan istifadə edə bilər. .Bat fayl sonluğu DOS və Windows-da istifadə olunurdu.Daha sonra Windows NT və OS/2-ə .cmd əlavə edildi. Digər mühitlər üçün fərqli sonluq ola bilər, məsələn, 4dOS, 4OS2 və 4NT. Toplu faylların ətraflı işlənməsi versiyalar arasında əhəmiyyətli dərəcədə dəyişdi. Bu məqalədəki bəzi detallar bütün toplu sənədlərə, digər detallar yalnız müəyyən versiyalara aiddir.
Fail Mayılov
Mayılov Fail Əlibala оğlu — şəhid == Həyatı == - 1971 ci ildə Neftçala rayonu Şorkənd kəndində anadan olmuşdu. Kənd orta məktəbini bitirdikdən sonra Saylan peşə məktəbində təhsil almışdır. Vətənin düşmən hücumuna məruz qaldığı bir dövürdə əlinə silah alıb döyüşə yollanan mərd oğullar içində Faildə vardı. Lakin onun döyüş yoluda ömür yolu kimi çox qısa və keşməkeşli keçdi. 1992 ci ilin sentyabr ayında Fail döyüşlərin birində şəhidlik zirvəsinə yüksəldi.Məzarıdoğma kəndlərindədi. Şorkənd natamam orta məktəbi Failin adını daşıyır.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istfadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Farel Vilyams
Farrel Vilyams (ing. Pharrell Williams 5 aprel 1973, Virciniya Biç, Virciniya) — ABŞ müğənnisi, bəstəkar; və prodüseri. == Həyatı == Farrel Vilyams musiqi tarixində "Get Lucky", "Happy" və "Frontin" kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır.
Fayl (Portuqaliya)
Fayl (port. Fail) — Portuqaliyada Vizeyə (fregeziya) daxil olan şəhərlərindən biridir. Vizey bələdiyyəsinin əsas hissəsidir.
Fayl (dəqiqləşdirmə)
Fayl (informatika)
Fayl (informatika)
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: “İnformatika-7”, “Lesson1”, “sgfg123”, “Bölüm_1”. Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | “ simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi “görünən” disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
Mael Ambonquilat
Mael Ambonquilat (9 noyabr 1997) — Qabonlu üzgüçü. Mael Ambonquilat Qabonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mael Ambonquilat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.21 saniyəlik nəticəsi ilə 75-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Müvəqqəti fayl
Müvəqqəti fayl – temporary file (temp file) ~ временный файл ~ geçici dosya ~ müvəqqəti fayl – əməliyyat sisteminin, yaxud hər hansı başqa proqramın yaddaşda, yaxud diskdə yaratdığı fayl; müvəqqəti fayl iş seansı zamanı istifadə olunur, sonra isə məhv edilir. Müvəqqəti saxlama yeri – temporary storage ~ временное запоминающее устройство ~ geçici bellek ~ hesablamalar, çeşidləmə, yaxud veriliş zamanı müvəqqəti olaraq aralıq verilənləri yazmaq üçün ayrılmış yaddaş, yaxud yaddasaxlama qurğusunun bölümü. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məntiqi fayl
Məntiqi fayl (en. logical file) – konseptual baxımdan: yaddaşda və ya saxlama qurğusunda fiziki gerçəkləşdirilməsindən asılı olmayan fayl. Məsələn, məntiqi fayl, yazıların kəsilməz sırasından ibarət ola bilər, baxmayaraq ki, fiziki olaraq o, disk boyunca və ya hətta bir neçə diskə paylanmış ayrı-ayrı kiçik fraqmentlərdə saxlanıla bilər. Eləcə də, məntiqi fayl verilənlər bazasından götürülmüş sütunların (sahələrin) və sətirlərin (yazıların) müəyyən altçoxluğundan ibarət ola bilər. Bu halda məntiqi fayl (baxılan verilənlər), yalnız müəyyən tətbiqi proqrama və ya istifadəçiyə gərəkli olan informasiyadır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qael Monfils
Qael Monfils (1 sentyabr 1986 Paris, Fransa) Fransız tennisçi. Monfilsin karierindəki ilk ATP təklər finalı 2005-ci ildə Polşada Sopotda Alman Florian Meyerə qarşı oldu. Monfils iki ay sonra isə yenə finala çıxdı. Ancaq bu səfər işlər onun üçün yaxşı getmədi və məğlub oldu. İndi 3 çempionluğu vardır. Roland Garrosda David Ferreri mağluğp edərək 2001-ci ildən bəri yarı-finala çıxan ilk Fransız tennisçi olmağı bacarmışdır.
Toni Fadel
Toni Fadel (ing. Anthony Michael "Tony" Fadell; d. 7 noyabr 1969, Detroyt, Miçiqan, ABŞ) — Livan əsilli amerikalı ixtiraçı; musiqi sənayesində inqilab kimi dəyərləndirilən əfsanəvi "iPod" pleyerinin yaradıcısı kimi məşhurlaşıb; həmçinin "ağıllı" termostatın istehsalçısı olaraq tanınır. == Həyatı == Toni Fadel 7 noyabr 1969-cu ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində anadan olmuşdur. Toni Fadel kompüter elmlərinə xüsusi maraq göstərib. Yeniyetmə vaxtı proqramlaşdırma üzrə məktəb kursunu bitirir və "Apple II" ilk kompüterini alır. O, müsahibələrinin birində öz həyatından danışaraq deyir: "Mən 1987-ci ildə Miçiqan Universitetinin kompüter texnikası fakültəsinə daxil oldum. Amma bu məşğuliyyət mənim kompüterə olan marağımı təmin etmirdi. Buna görə də mən maarifləndirici proqram təminatı və "Apple IIgs" kompüteri üçün prosessorların hazırlanması ilə məşğul olan şirkətin əsasını qoydum". Fadel sonra əlavə edir: "1991-ci ildə universitetdən ayrıldım, öz xəyallarımı gerçəkləşdirmək üçün Silikon Vadisinə yola düşdüm.
Vael Qonim
Google" korporasiyasının Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim İran müxalifətinə müraciət edib. İran müxalifətçiləri fevralın 14-də Tehranda etiraz yürüşünə çıxmağa hazırlaşırlar. "İranlılara məsləhət görərdim ki, vaxtılə biz onlardan öyrəndimiyiz təki, indi də onlar bizdən öyrənsinlər. Xalq istəyəndə hər şeyə nail ola bilər. Məqsədlərimizə inanırıqsa, birləşmişiksə, istənilən arzularımızı gerçəkləşdirə bilərik", - Qonim deyib. O, etiraf edib ki, Misir prezidenti Hüsni Mübarəkə qarşı kütləvi xalq etirazlarını hər vasitə ilə genişləndirməyə çalışıb. İki həftə həbsxanada olan Qonim Misir ictimaiyyətinin tələblərindən sonra azad edilib və xalq hərəkatının liderlərindən birinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, prezident Hüsni Mübarəkin istefasından sonra yaradılacaq keçid hökumətində Qonim nazir postu ala bilər. Vael Qonim isə siyasətçi olmayacağını, inqilab başa çatandan sonra işinə qayıdacağını deyib.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndekslənmiş fayl
İndekslənmiş fayl (ing. indexed file ~ ru. индексированный файл ~ tr. dizinli dosya) – yazılarına erişmək üçün indeksi olan fayl. Belə faylda yazını tapmaq üçün öncə uyğun elementi indeks faylında tapmaq lazımdır. Orada yazını tanıdan (identifikasiya edən) açar sahəsi və onun məntiqi, yaxud fiziki ünvanı olur. Müxtəlif açarlar üzrə axtarışı asanlaşdırmaq üçün faylın bir neçə indeksi ola bilər. İndeksləmə mexanizmi yazılara birbaşa erişməni təmin edir və faylın ardıcıl gözdən keçirilməsində vaxt itkisindən qaçmağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İni fayl
İni fayl (ing. INI file (Initialization file)) – Microsoft Windows, Windows NT, OS/2 əməliyyat sistemləri və bəzi tətbiqi proqramlarda: sistemin (proqramın) bəzi parametrlərini kökləmək üçün fayl. Windows əməliyyat sisteminin ilk versiyasında meydana çıxıb. Windows 1.01 versiyasında yalnız bir WIN.INI faylı vardı, Windows 3.0 sistemində SYSTEM.INI faylı da əlavə olunmuşdu. Sonra isə onların sayı sürətlə və nəzarətsiz artmağa başladı. INI-faylları adi mətn fayllarıdır, onlara istənilən mətn redaktorunda baxmaq və redaktə etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lael Breynard
Lael Breynard (1 yanvar 1962, Hamburq) — 23 may 2022-ci ildən Federal Ehtiyat Sisteminin 22-ci vitse-prezidenti vəzifəsində çalışan amerikalı iqtisadçı. Sədr müavini vəzifəsindən əvvəl Breynard 2014-cü ildən Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının üzvü vəzifəsində çalışıb. O, əvvəllər 2010–2013-cü illərdə ABŞ Maliyyə Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsində fəaliyyət göstərib. Amerikalı diplomatın qızı olan Breynard Hamburqda anadan olub və uşaqlığını Qərbi Almaniya və Polşada keçirib. O, 1983-cü ildə Uesleyan Universitetini bitirib və 1989-cu ildə Harvard Universitetində Milli Elm Fondunun əməkdaşı kimi PhD dərəcəsi alıb. O, 1997-ci ildə Klinton administrasiyasına iqtisadi məsləhətçi kimi qoşulmazdan əvvəl altı il Massaçusets Texnologiya İnstitutunda professor olub. Daha sonra 2001–2009-cu illərdə Brukinqs İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. Breynard 23 mart 2009-cu ildə Barak Obama tərəfindən Xəzinədarlıq Departamentində Beynəlxalq Əlaqələr üzrə Xəzinədarlıq katibinin müavini vəzifəsinə təyin edilib. O, 20 aprel 2010-cu ildə ABŞ Senatında 78–19 səslə bu vəzifəyə təsdiqləndi və eyni gündə and içdi. Cəmiyyətdə FED-in idarə heyətinə uyğun namizəd olacağına dair ciddi fikirlər olsa da, 2013-cü il noyabrın 8-də istefa ərizəsini verdi.Elizabet Eşburn Dukun istefasından sonra Breynard 13 yanvar 2014-cü ildə Stenli Fişer və Cerom Pauel ilə birlikdə FED-in idarə heyətinə namizəd göstərildi.
Rael Cons
Rael Cons (1 may 1982, Lids, Qərbi Yorkşir[d]) — ingilis bəstəkarı və multiinstrumental ifaçısı. O daha çox Mrs. Harris Goes to Paris, My Cousin Rachel, Suite Française və Harlots kimi ekran işlərindəki bəstələri ilə tanınır. == Karyera == Rael 2004-cü ildə Surrey Universitetini Musiqi və Səs Yazma üzrə Tonmeister dərəcəsi ilə bitirmişdir. O rejissor Mat Uaytkros ilə Oasis: Supersonic və Coldplay: A Head Full of Dreams filmlərində əməkdaşlıq edib.
Le-Fel
Le-Fel (fr. Le Fel, oks. Lo Fèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12093. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 35 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 171 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 99 nəfər arasında (15-64 yaş) 72 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 65.2%).
Direktoriya (fayl sistemləri)
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Carl Axel Magnus Lindman
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.