Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Falmer şəlalələri
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Oleq Falzer
Oleq Falzer — bəstəkar. == Həyatı == == Karyerası == 1966-cı ildə ADK-nı (Cövdət Hacıyevin bəstəkarlıq sinfi üzrə) bitirmiş və “Musiqi nəzəriyyəsi” kafedrasında çalışmışdır. Yaradıcılığında kamera janrlarına üstünlük vermiş, solo alətlər — viola, orqan, arfa və fortepiano üçün sonatalar, “Azərbaycan kvarteti”, İ.Takubokunun sözlərinə “5 tanka” və s. əsərləri bəstələmişdir. 1989-cu ildə O.Felzer ABŞ-yə köçmüş və burada fəaliyyətini davam etdirmişdir. Onun “Zabul simfoniyası” 1993-cü ildə bəstələnmişdir. Bəstəkarın Azərbaycana mənəvi bağlılığını ifadə edən bu əsər “Zabul” muğamının mövzuları əsasında müasir bəstəkarlıq texnikası ilə yaradılmışdır. Əsər ilk dəfə 1996-cı ildə ABŞ-də (dirijor J.Sachs), Bakıda isə ölümündən sonra ilk dəfə 2008-ci ildə (dirijor V. Runçak) səsləndirilmişdir.
Sayfon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystikSayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Syphon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystikSayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Valter Benyamin
Valter Benyamin (alm. Walter Benjamin‎; 15 iyul 1892[…], Berlin – 26 sentyabr 1940[…]) — alman filosofu. Kulturoloq, estetik, ədəbi tənqidçi, esseist və tərcüməçi. == İstinadlar == == Ədəbiyyat == Tiedemann R., Studien zur Philosophie W. Benjamins, Fr./M., 1965. Momme Brodersen: Walter Benjamin. Leben, Werk, Wirkung. (= Suhrkamp BasisBiographie 4). Suhrkamp, Frankfurt am Main 2005, ISBN 3-518-18204-8. Werner Fuld: Walter Benjamin. Eine Biographie.
Valter Kronkayt
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…] – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. == Həyatı == Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Kronkite
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…] – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. == Həyatı == Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Lübke
Valter Lübke(22 avqust 1953 – 2 iyun 2019) - alman siyasətçi. 1999-cu ildən başlayaraq 10 il ərzində Hessen əyaləti landtaqının üzvü olub. Siyasətçi 2019 may ayında regional hökumətin rəhbəri vəzifəsində çalışmasının 10 illiyini qeyd edib. Angela Merkelin partiyası olan Xristian Demokrat İttifaqına aid idi. 2019-cu il iyunun 2-də Volter Lübke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb.
Valter Model
Otto Moris Valter Model (alm. Otto Moritz Walter Model‎; 24 yanvar 1891[…] – 21 aprel 1945[…], Ratingen, Prussiya[d]) — alman hərb xadimi, general-feldmarşal.
Valter Natan
Valter Natan (3 aprel 1962) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Valter Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Valter Nernst
Valter Nernst(alm. Walther Hermann Nernst‎, 25 iyun 1864, Brizen — 18 noyabr 1941, Ober-Sibelle) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Brizendə (indiki Bomcezno, Polşa) (1864–1941) anadan olmuş, Alman fiziki və fiziki- kimyaçısı, Nernst Valter Fridrix 1883–1887-ci illərdə Sürix, Qrats, Berlin və Vürsburq Universitetlərində oxumuşdur. 1890–1905-ci illərdə Gettingen Universitetində işləmiş, 1891-ci ildə professor elmi adı almışdır. Termokimya sahəsində həyata keçirdiyimühüm tədqiqat işlərinə görə 1920-ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Valter Nernst 18 noyabr 1941-ci ildə vəfat edib.
Valter Oyken
Valter Oyken alm. Walter Eucken‎ (1891-1950)—Alman iqtisadçısı. == Həyatı == == İqtisadi fəaliyyəti == Neoliberalist missiyanın mühüm qollarından biri olaraq Alman məktəbi fərqlənir. Alman neoliberalist məktəbinin fərqləndirici əsaslarında Keynizçdaha çox dövlət tənzimlənməsi və bazar rəqabəti mexanizminin müdafiəsi dayanır. Bu məktəbin ən görkəmli nümayəndələri sırasında isə Valter Oyken /1891-1950/ və postfaşist almaniyasının praktik memar-konstruktoru Lüdviq Erxard /1897-1977/ simaları durur. Alman neoliberalizminin banisi Valter Oyken özünün 1940-cı ildə nəşr etdirdiyi "Milli iqtisadi nəzəriyyənin əsasları" əsərində alman sosioloqu, tarixçi, iqtisadçı və hüquqşünası M.Veberin "ideal tiplər" metodologiyasının bazası üzərində təsərrüfatın iki: "azad bazar" və "mərkəzi idarəçilik" tiplərinin mövcudluq vəziyyətini irəli sürmüşdü. Birinci tip V.Oykenə görə azad qiymətlər mexanizmi ilə təqdim olunan bazar vasitəsi ilə idarə edilən daha mükəmməl iqtisadiyyatdır. İkinci tip isə bazar mexanizmini təcrid edən, istisnalı olaraq mütləq iqtisadi komandalı formadadır. Bununla belə heç bir təsərrüfat tipi "xalis formada" mövcud ola bilməz. Onlar yalnız real iqtisadiyyatın təyinedici keyfiyyəti prinsipində çıxış edə bilərlər.
Valter Skott
Ser Valter Skott (ing. Sir Walter Scott; 15 avqust 1771[…], Edinburq – 21 sentyabr 1832[…]) — şotland mənşəli vəkil, şair, yazıçı, tarixçi, tarixi roman janrının banisi. == Həyatı == Valter Skott Edinburqda imkanlı şotland hüquqşünası Valter Conun (1729–1799) və Edinburq universitetinin tibb professorunun qızı Anna Rezerfordun (1739–1819) ailəsində anadan olmuşdur. O, ailədə 9-cu uşaq idi, bu ailədə böyüyən 13 uşaqdan yalnız 6-sı salamat qalmışdır. 1772-ci ilin yanvarında uşaq iflici xəstəliyinə tutulan Valter Skotun sağ ayağı hərəkət qabiliyyətini itirmiş və o, ömrü boyu şikəst qalmışdır. Uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirən Valter Skott Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmuşdur. Fiziki qüsurlarına baxmayaraq hələ yeniyetmə yaşlarında o, ətrafındakıları iti ağlı və fenomal yaddaşı ilə heyrətləndirirdi. Valter Skott 1778-ci ildə Edinburqa qayıtmışdır. 1779-cu ildən Edinburq məktəblərində təhsil alan Valter Skott 1785-ci ildə Edinburq kollecinə daxil olmuşdur. Kollecdə təhsil alarkən o, alpinizmə dərin maraq göstərmiş, fiziki cəhətdən möhkəmlənmiş, yaşıdları arasında natiqlik qabiliyyəti ilə fərqlənmişdir.
Valter Ulbrixt
Valter Ernst Paul Ulbrixt (alm. Walter Ernst Paul Ulbricht‎; 30 iyun 1893, Leypsiq – 1 avqust 1973, Berlin) — alman kommunist siyasətçisi, Almaniya Sosialist Vahid partiyasının baş katibi və 1950-ci ildən 1971-ci ilədək Şərqi Almaniyanın başçısı. Berlin divarının tikilməsinin təşəbbüskarı kimi sayılır. Ulbrixt 1950-ci illərdə Şərqi Almaniyada iqtisadi islahatlar keçirmişdi. 1960-cı illərin sonunda, həm respublika daxilində, həm də xaricdə nüfuzunu itirmiş, siyasi cəhətdən təcrid olunmuşdur. Berlin divarının tikilməsi nəinki qərb ölkələrdə, hətta Şərqi Bloku dövlətlərin arasında Ulbrextin rəhbərliyini ciddi şəkildə gözdən salmışdır. İqtisadi islahatlar Ulbrextin arzu etdiyi nəticələri gətirmədiyi halda, qonşu ölkələrin Şərqi Almaniyaya yardım verməməsi vəziyyəti daha da gərginləşirdi. Nəhayət, SSRİ-in rəhbərliyi ilə münaqişəsi nəticəsində, Ulbrext 1971-ci ildə istifayə verməyə məcbur edilir. Ulbrextin Berlin divarın tikilməsinə iki ay qalmış Berlindəki presskonferansda Qərb Almaniyalı jurnalistin verdiyi sualına cavabı məşhurdur. O, divarın tikilməsi və şəhəri ikiyə bölünəcəyilə bağlı dedi-qoduları israrla rədd edərkən dedi: "Mən sizin sualınızı belə başa düşürəm ki, Qərbi Almaniyada bizim ADR paytaxtının inşaatçıları hansısa divarın tikilməsinə səfərbər edəcəyimizi arzu edən insanlar var?
Valter Vallberq
Valter Vallberq (24 mart 2000) — İsveçli fristaylçı. Valter Vallberq İsveçni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Valter Vallberq birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Vallberq ümumilikdə 73.61 xal toplayaraq öz cığırında 19-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Valter zoğalı
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Valter Çandler
Valter Çandler (5 oktyabr 1887, Cekson[d], Tennessi – 1 oktyabr 1967, Memfis, Tennessi) — Tennessi ştatından olan ABŞ siyasətçisi,Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının üzvü. == Valter Çandler və Azərbaycan == Baltik ölkələri, Azərbaycan və Gürcüstanın mənafelərini müdafiə etmək haqqında bu ölkələrin nümayəndələri ilə müqavilələr imzalamışdır. Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə Çandlerlə iki müqavilə imzalamışdı (1919, sentyabr). Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan nümayəndə heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan respublikasının mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Az sonra II müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi.
Valter Şoniya
Valter Şoniya (rus. Ва́льтер Шо́ния; 22 mart 1936) — Rusiya dövlət xadimi, diplomat. 1992–1995-ci illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. == Həyatı == Valter Şoniya 22 mart 1936-cı ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1964-cü ildən diplomatik fəaliyyətə başlayıb.1964-1975-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində, SSRİ-nin Türkiyə səfirliyində və İstanbul Baş konsulluğunda çalışıb. 1980-1986-cı illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində birinci katib, SSRİ-nin Laos səfirliyində və SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində məsləhətçi vəzifələrini tutub. 1986-1992-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində ekspert və SSRİ-nin Türkiyə səfirliyində müşavir kimi çalışıb.1992-ci il martın 2-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib. Valter Şoniya 1995-ci il iyun ayının 26-na qədər Azərbaycanda səfir kimi çalışıb. O, ölkə tarixində həmin illərdə baş verən ən önəmli ictimai-siyasi hadisələrin şahidi olub, danışıqlarda iştirak edib.
Valter Bote
Valter Vilhelm Georg Bote (alm. Walther Wilhelm Georg Bothe‎; 8 yanvar 1891[…] – 8 fevral 1957[…], Heydelberq, Baden-Vürtemberq) — alman fiziki, 1954-cü ildə fizika üzrə Nobel mükafatı laureatı. O, nüvə fizikasına mühüm töhfə verib. == Bioqrafiyası == == Uşaqlıq və gənclik iləri (1891–1920) == Bote saat ustası Fridrix Bote və dərzi Şarlotta Botenin qızı Hartunqun ailəsində anadan olub. Uşaqlığını Oranienburqda keçirib. Bote iti zehni və ciddi məntiqi təfəkkürü ilə ətrafındakılardan çox seçilirdi, musiqi və rəssamlıq qabiliyyətinə malik idi. 1908-ci ildə Berlindəki ali real məktəbində universitetə hazırlıq kurslarını bitirdi. Bundan sonra o, 1908–1913-cü illərdə Berlin Universitetində fizika, riyaziyyat, kimya və musiqi üzrə təhsil alıb. O, təhsili üçün pulu əsasən repetitorluq, qeyri-adi işlər və təqaüdlər hesabına qazanırdı. 1913-cü ildə müəllimlik üçün dövlət imtahanını verdi və bundan sonra bir müddət Berlin Ali Kənd Təsərrüfatı Məktəbində işlədi.
Valter Vayt
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Bədbəxt"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır. Volter təcrübəli kimyaçı idi və həmtəsisçisi olduğu texnologiya şirkətini satmazdan əvvəl burada çalışırdı. Partnyorlarına milyardlar qazandıran Volter məyus şəkildə Albukerkedə məktəb müəllimi işləyirdi. O, həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən, 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. Sağalmaz xəstəliyə düçar olan Volter yaxında öləcəyini bilir və bu səbəbdən ölümündən sonra ailəsi üçün pul qoymağa qərar verir. Kimya biliklərinə sahib olan Volter keçmiş şagirdi Cessi Pinkman (Aaron Pol) ilə bir araya gəlir və ikisi metamfetamin istehsal edib satmağa başlayır. Volter serial davam etdikcə qəddarlaşmağa doğru gedir, sonralar narkobarona çevrilir və kimliyini gizlətmək üçün "Heyzenberq" ləqəbindən istifadə edir. Volter törətdiyi bu çirkin əməllərdən Skaylerin bacısı əri DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşı Henk Şreyderin (Din Norris) xəbərdar olmasını istəmir. == Yaranması == "The Sopranos" serialından ilham alan Vins Qilliqan istəyirdi ki, "Bədbəxt"in baş qəhrəmanı Toni Soprano kimi yaxşı adamdan pis adama çevrilsin.
Hellmut Valter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.