Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Senecio lancifer
Senecio lancifer (lat. Senecio lancifer) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Mitsubishi Lancer
Mitsubishi Lancer — Yapon avtomobil istehsalçısı Mitsubishi tərəfindən 1973-cü ildən bu günə kimi istehsal olunan sedan. Digər adları: Colt Lancer, Dodge/Plymouth Colt, Chrysler Valiant Lancer, Chrysler Lancer, Eagle Summit, Hindustan Lancer, Soueast Lioncel, Mitsubishi Carisma, Galant Fortis. Modelin adı "lance" (nizə, cida) adlanan döyüş alətindən istifadə edən əsgərlərdən irəli gəlir.
Rockwell B-1 Lancer
B-1B Lancer, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) arsenalında olan uzun mənzilli strateji bombardmançı təyyarə. Boeing B-52 Stratofortress və Northrop B-2 Spirit ilə birlikdə ABŞ uzunmənzilli bombardmançı qüvvələrinin onurğasını təşkil edir.1973–1974 və 1983–1988-ci illər arasında istehsal edilmişdir. Əsas funksiyası: Uzun Mənzilli, çoxməqsədli, ağır bombardman İstehsalçı: Boeing, North America (əvvəllər Rockwell International, North American Aircraft); Hücum elektron sistemlərini: Boeing Military Airplane; Müdafiə elektron sistemlərini: EDO Corporation Motor: Dörd General Electric F101-GE-102 turbofan afterburnerli motor İtələmə gücü: Afterburnerlərə bərabər motor başı 13607 Kq.
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Gamze Taşcıer
Gamze Taşcıer (1982, Ankara) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Gamze Taşcıer 1982-ci ildə Ankara şəhərində anadan olub. 2004-cü ildə Ankara Universiteti Əzcaçılıq bölməsindən məzun olub. Əczaçı olaraq çalışıb. Əczaçılar Birliyinin üzvü olub. Qadın və uşaq hüquqları, sosial təminat, səhiyyə və əczaçılıq siyasəti sahələrində araşdırmaları və layihələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2016, 2018, 2020-ci illərdə CHP Məclis üzvü seçilib. Noyabr 2023-cü ildə CHP İdarə Heyətinin çalışma və sosial təminat nazirliyindən məsul sədr müavini seçilib. 2018 və 2023-cü illərdə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Faciə (janr)
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Faciə janrı
Faust (faciə)
"Faust. Faciə" (alm. Faust. Eine Tragödie.‎), çox vaxt sadəcə "Faust" — İohan Volfqanq Götenin əsas əsəri sayılan fəlsəfi dram. Doktor Faustun əfsanəsinin ən məşhur versiyasını ehtiva edir. Göte 60 il Faust düşüncələri üzərində işləmişdir. Birinci hissə (alm. Faust: der Tragödie erster Teil‎) 1790-cı illərdə yazılmış, 1806-cı ildə tamamlanmış, iki il sonra nəşr edilmişdir və təkrar nəşrlər zamanı Göte tərəfindən bir neçə dəfə yenidən işlənmişdir (sonuncu dəfə 1828-ci ildə). İkinci hissənin üstündə (alm. Faust: der Tragödie zweiter Teil‎) Göte ahıl çağında işləyirdi; 1832-ci ildə ölümündən sonra işığ üzü görmüşdür.
"Neft Daşları"nda faciə
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Nadir şah (tarixi faciə)
Nadir şah (tarixi faciə) — Nəriman Nərimanov çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün "Nadir şah" əsərində hadisələri Azərbaycanın XVIII əsr tarixindən — Şah Sultan Hüseyn Səfəvinin dövründən təsvir edir. Tarixi faciədə Nadir amansız quldur, yenilməz sərkərdə, müdrik dövlət başçısı kimi verilmişdir. "Nadir şah"da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır. Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində hadisələr Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründən başlayır. Dramaturq İranda hökm sürən özbaşınalığı və zülmü Şah Sultan Hüseynin dövlət başçısı kimi zəif olması ilə izah edir. Şah Sultan Hüseyn bütün gününü eyş-işrətdə keçirir. O, dövlətin daxili və xarici vəziyyətindən tamamilə xəbərsizdir. Bütün dövlət işlərini birinci vəziri Ədhəm xanın ixtiyarına vermişdir. Hakimiyyət başına keçmək arzusunda olan Ədhəm Şah Sultan Hüseynin ona olan etimadından və zəifliyindən sui-istifadə edir, ölkədə baş verən hadisələri ondan gizlədir, beləliklə, dövlətin iqtisadi və müdafiə qüdrətinin zəifləməsinə imkan yaradır. Odur ki, yerli hakimlər mahallarda özbaşınalıq edir.
Neft Daşlarında faciə (1957)
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.