Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Farslaşmış cəmiyyət
Farslaşmış cəmiyyət (ing. Persianate) — fars dili və ədəbiyyatı, İran mədəniyyəti, incəsənəti və/yaxud kimliyinə əsaslanan və ya ondan güclü şəkildə təsirlənən cəmiyyət."Persianate" termini Marşall Qudvin Simms Hocson tərəfindən yaradılmış bir neologizmdir. O, 1974-cü ildə yazdığı "The Venture of Islam: The expansion of Islam in the Middle Periods" kitabında bunu belə müəyyənləşdirmişdir: "Fars dilinin yüksəlişi sırf ədəbi nəticələrdən daha çox idi: Bu, islam dünyasında yeni ümumi mədəni oriyentasiya daşımağa xidmət etmişdir…. Müsəlmanlar arasında sonradan yaranan yüksək mədəniyyətə malik daha çox yerli dillərin əksəriyyəti… əsas ədəbi ilhamları üçün tamamilə və ya qismən fars dilindən asılı qalmışdı. Biz fars dilində daşınan və ya farscadan alınmış ilhamı əks etdirən bütün bu mədəni ənənələri genişləndirməklə "Persianate" adlandıra bilərik".Termin etnik farsları, həm də əsasən etnik cəhətdən qeyri-fars olan, lakin linqvistik, maddi və ya bədii mədəni fəaliyyətləri fars mədəniyyətindən təsirlənmiş və ya ona əsaslanmış cəmiyyətləri nəzərdə tutur. XIX əsrdən əvvəlki farslaşmış cəmiyyətlərə misal olaraq Səlcuqilər, Teymurilər, Moğollar, və Osmanlı sülalələrini göstərmək olar.
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.