Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feyxoa
Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır. == Əhəmiyyəti == Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır. == Təbii yayılması == Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir.
Adi feyxoa

Sellov feyxoası
Feijoa

Elxan Şeyxov
Elxan Cəfər oğlu Şeyxov (11 mart 1951, Naxçıvan) — Azərbaycanın teatr aktyoru.[mənbə göstərin] Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2008). == Həyatı == 1951-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan teatrında aktyor kimi çalışan Elxan Şeyxov Sadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Məhəmməd xan ("Nadir şah", N. Nərimanov), Leonardo ("Sükut divarı", P. Messina), Miri bəy ("Dirilən adam", M. Cəlal), Möhnət ("Məhsəti" , K. Ağayeva), Sərvər ("O olmasın , bu olsun", Ü. Hacıbəyov) və bu kimi 100-ə yaxın rollar oynamışdır. Prezident mükafatçısı olmuşdur (2007) və 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına layıq görülmüşdür.
Feijoa sellowiana
Meyxoş (Germi)
Meyxoş (fars. ميخوش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (33 ailə).
Meyxoş Abdullah
Abdullayev Meyxoş Kamil oğlu (02.02.1962) — azərbaycanlı şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000). == Həyatı == Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. (1984-1982). Tərxis olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır (1984). Təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləmişdir. (1984-cü ildən). Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır.İlk qələm təcrübələri "Yeni gün", "Nəğmələr", "Son söz", "Xeyir və şər" və s. qəzetlərdə çıxmışdır. "Doktor Qəzənfər haqqında xatirələr" (2000), "Cəlilabad baytar işçiləri" (2000), "Didərgin ruhlar" (2001) kitabları "Azərnəşr"də kütləvi tirajla buraxılmışdır.
Natavan Şeyxova
Natəvan Şua qızı Şeyxova (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, Xalq Artisti… == Həyatı == Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur. Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma"kafedrasında təhsil alıb. Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır. == Ailəsi == Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır.
Natəvan Şeyxova

Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. == Həyatı == Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. == Mənbə == Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Yusif Şeyxov
Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri. 2018-ci 2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində çalışmışdır. == Həyatı == Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. == Fəaliyyəti == Yusif Şeyxov 13 yaşında məşhur olarkən Sehrli xalat filmində pioner Eldar rolunda çəkilib. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə isə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb.
Şua Şeyxov
Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.Rejissor 1970-ci ildə Bakıda vəfat edib. == Ailəsi == Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == Teatr səhnəsindəki işləri == Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalarFüzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar == Filmoqrafiya == Ordenli Azərbaycan (film, 1938) Xalq şairi (film, 1947) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Əməyə eşq olsun (film, 1950) Sağlamlığın düşmənləri (film, 1950) Neft kəşfiyyatçıları (film, 1950) Doğma xalqıma (film, 1954) Qabaqcıl sovxozda (film, 1955) O olmasın, bu olsun (film, 1956) Kölgələr sürünür (film, 1958) Qəribə əhvalat (film, 1960) Paltar fabriki (film, 1962) Sabahın xeyir, Bakı!
Feyyo adası
Feyyo adası (dan. Femø) — Baltik dənizində, Danimarkaya məxsus olan ada. Lollann adasından şimalda yerləşir. Adanın sahəsi 16,00 km², əhalisi isə 574 nəfər təşkil edir (2009). Əhali Vesterbyu və Osterbyu kəndlərində yaşayır. İqlimi mülayim dəniz tipidir. Qışı qısa, yayı isə sərin keçir.
Feyra-di-Santana Dövlət Universiteti
Feyra-di-Santana Dövlət Universitet (port. Universidade Estadual de Feira de Santana və ya qısaca UEFS) — Braziliyanın Feira de Santana şəhərində yerləşən dövlət universiteti.
Feya Balabinanın binası (Rostov-na-Donu)
Feya Balabinanın binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Şaumyan küçəsi, ev 58 ünvanında yerləşir. Bina üç mərtəbədən ibarətdir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində, eklektika stilində inşa edilmişdir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Şaumyan küçəsi, ev 58 ünvanında yerləşən bina eklektika stilində inşa edilmişdir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Binada böyük rus balerinası Feya İvanovna Balabina 1924-cü ilə qədər yaşamışdır. 1920-ci ildən sonra bina ümumi yaşayış binası kimi istifadəyə verilmişdir. Tarixi bina iki dünya müharibəsini zərər görmədən bu günlərə qədər gəlib çata bilmuşdir.