Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Telman Hacıyev (fleytaçı)
Hacıyev Telman Muxtar oğlu — Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor. Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1964-cü il P. İ. Çaykovski adına Moskva dövlət konservatoriyasını fleyta üzrə əyani aspiranturanı bitirmişdir. Musiqi estetikası elminə maraq göstərərək fəlsəfə elmləri doktoru, professor V. K. Skaterşikovun elmi rəhbərliyi ilə 1972-ci ildə «Azərbaycan musiqi mədəniyətində sosializm realizmi metodunun problemi» mövzusunda fəlsəfə elmləri namizədi dissertasiyası müdafiə etmişdir. 1975-1976-cı illərdə SSRİ mədəniyyət nazirliyi xətti ilə Misir Ərəb Respublikasında Qahirə konservatoriyasının professoru vəzifəsində işləmiş və Qahirə, İsgəndəriyyə, Naqhamadi, Xeluan şəhərlərində solo konsertlər vermişdir. 1984-cü ildə «İncəsənətin sosial fəallığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə professor elmi adı verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Həmin ildən Bakı Musiqi Akademiyasında yaradılmış incəsənət nəzəriyyəsi və tarixi kafedrasınının müdiridir.
Fleyta
Fleyta — nəfəslə çalınan musiqi aləti. == Söz açımı == İtalyanca "flauto" sözü "külək, meh" deməkdir. == Tarixçə == Qədim tarixə malikdir. Keçmişdə qamışdan düzəldilən fleytanı şaquli (uzununa) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir, hal-hazırda üfqi (eninə) vəziyyətdə tutularaq çalınır. 1832-ci ildə alman fleytaçısı T. Byom tərəfindən təkmilləşdirilmişdir . XVIII yüzillik qoboy və köndələn fleytanın yerinin orkestrdə görünməsinin, möhkəmlənməsinin şahididir. Ilk dəfə fleytanı opera orkestrində daimi alət kimi tətbiq edən Lülli olmuşdur. Onun orkestrindəki fleyta dikinə (blokfleyta) ifa olunurdu. Dikinə və ya ucluqlu fleytanı qarşıda düz saxlayırdılar.
Sehrli fleyta
Sehrli fleyta — (alm. Die Zauberflöte‎), Volfqanq Amadey Motsartın 1791-ci ildə Emanuel Şikanederin librettosuna bəstələmiş olduğu opera. Operanın premyerası 30 sentyabr 1791-ci ildə Auf der Viden, Vyanada oynanılmışdır. Librettonun süjeti isə bir neçə xalq nağılından götürülmüşdür. Gecə kraliçasının qızı sehrbaz Zarastro tərəfindən oğurlanır. Gecə kraliçası qızını qurtarmaq üçün, köməkçi və sehrli fleyta verib, şahzadə Taminonu yola salır. Şahzadə sehrbazın tərəfinə keçərək bir sıra sınaqlarla üzləşir. Şahzadə Tamino dağlarda azıb qalır. Gecə kraliçasının quluqçuları olan üç qadın onu ilandan xilas edirlər. Tamino ayılanda quş tilovçusu Papagenonu görür.
Qamış fleyta mağarası
Qamış fleyta (çin. 芦笛岩) — Çində yerləşən mağara. Mağara öz adını çöldə böyüyən, tütək düzəldilə bilən qamış növündən almışdır. Flute mağarası çoxlu sayda stalaqmit və digər qaya birləşmələri ilə doludur. İçəridə mürəkkəblə yazılmış 70-dən çox yazı var ki, onların da Tang sülaləsi dövründə eramızın 792-ci ilə aid edilməsi mümkündür. 1940-cı illərdə Yapon qoşunlarından qaçan bir qrup qaçqın tərəfindən yenidən kəşf edilmişdir. Reed Flute mağarası müxtəlif stalaktitlər və stalaqmitlərlə doludur. Mağaranın 70-dən çox mürəkkəb yazılarından ən qədimi bu dövrə aiddir. Səyahətnamələr, şeirlər və ya digər yazılar olsun, bu yazılar Reed Flute mağarasının qədim ziyarətçilərinin qeydini təmin edir və bu günə qədər müasir ziyarətçilər üçün divarları bəzəyir. Bu divarlar, saysız-hesabsız su eroziyası nəticəsində o qədər müxtəlif növ təbii qaya strukturları yaratmaq üçün aşınmış əhəng daşından hazırlanmışdır ki, Reed Flute Mağarasına "Təbiət İncəsənət Sarayı" ləqəbi verilmişdir.