Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alia2 Foundation
Alia2 Foundation — Məqsədi uşaqların qaçırılması və onlara təcavüz edilməsinin qarşısını almaq üçün internet üzərindən uşaqların istismar edilməsini dayandırmaq olan İspaniya qeyri-kommersiya təşkilatı. Alia2 valideynlərə və uşaqlara yeni texnologiyalardan məsuliyyətli şəkildə necə istifadə edildilməli olduğunu öyrətməklə bu təhlükəyə qarşı mübarizə aparmaq üçün digər ictimai qurumlar ilə birlikdə çalışır.
Blender Foundation
== Filmoqrafiya == Sintel Böyük Dovşan Bak Fillərin Arzusu Yo Frenki!
Civilitas Foundation
"Sivilitas" fondu (erm. Սիվիլիթաս հիմնադրամ, ing. The Civilitas Foundation) — mərkəzi İrəvan şəhərində yerləşən Ermənistan qeyri-kommersiya təşkilatı. 2008-ci ilin oktyabrında Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan tərəfindən təsis edilmişdir. Hal-hazırda Apo Bogigiyanın rəhbərliyində olan təşkilat bir inkişaf agentliyi və düşüncə mərkəzidir. "Sivilitas" fondunun məqsədi vətəndaş cəmiyyətini gücləndirmək, Ermənistanda demokratiyanı, iqtisadi inkişafı və təhsili təşviq etmək, eləcə də bir sıra aktual siyasi məsələlərdə Ermənistanla beynəlxalq ictimaiyyət arasında dialoqun keyfiyyətini artırmaqdır. "Sivilitas" fondunun fəaliyyəti nəticəsində Ermənistanla erməni diasporu arasındakı əlaqələr güclənmişdir. Təşkilatın adı yunan dilindəki "Sivilitas" sözündən yaranmışdır. == CivilNet Media == "Sivilitas" fondunun onlayn media orqanı olan "CivilNet" 21 sentyabr 2011-ci il tarixində Oskanyan tərəfindən başladılmışdır. Fond "CivilNet" vasitəsi ilə erməni və ingilis dillərində müsahibələr, məqalələr və həftəlik icmal videoları kimi məzmun hazırlayır.
Mozilla Foundation
Mozilla Foundation (moz://a kimi üslublaşdırılıb) — açıq mənbəli "Mozilla" layihəsini dəstəkləmək və kollektiv şəkildə idarə etmək üçün mövcud olan ABŞ qeyri-kommersiya təşkilatı. 2003-cü ilin iyul ayında qurulan təşkilat inkişaf prosesini idarə edən siyasətləri müəyyən edir, əsas infrastrukturu idarə edir, "Mozilla" ticarət nişanlarına və müəllif hüquqlarına nəzarət edir. Onun iki vergi tutulan törəmə müəssisəsi var: bir çox "Mozilla" tərtibatçısını işə götürən və "Mozilla Firefox" veb-brauzerinin buraxılışlarını koordinasiya edən "Mozilla Corporation", "Mozilla Thunderbird" e-poçt müştərisi üzərində işləmək və onun buraxılışlarını əlaqələndirmək üçün tərtibatçıları işə götürən "MZLA Technologies Corporation". "Mozilla Foundation" təşkilatı "Netscape"ə bağlı "Mozilla Organization" tərəfindən təsis edilmişdir. Təşkilat hazırda ABŞ-nin Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki Silikon vadisində yerləşir. "Mozilla Foundation" özünü "İnternetdə açıqlığı, innovasiyanı və iştirakçılığı dəstəkləyən qeyri-kommersiya təşkilatı" kimi təsvir edir. Təşkilat "Mozilla"nın "internetin ictimai rifah, eləcə də həyatın kommersiya aspektlərinə fayda verməyə davam etməsi üçün vacib olduğuna inandığı" 10 prinsipi sadalayan "Mozilla" manifestini rəhbər tutur. "Netscape" 23 fevral 1998-ci ildə "Mozilla Application Suite" dəstinin işlənib hazırlanmasını əlaqələndirmək üçün "Mozilla Organization" təşkilatını yaratmışdır. Sonradan AOL "Mozilla Organization"da rolunu kəskin şəkildə azaltmışdır. "Mozilla"nın "Netscape" olmadan varlığını davam etdirməsini təmin etmək üçün 15 iyul 2003-cü ildə "Mozilla Foundation" fəaliyyətə başlamışdır.
Wikimedia Foundation
Vikimediya Fondu (ing. Wikimedia Foundation Inc.) — ABŞ qeyri-kommersiya təşkilatı. Yerli qanunlara əsasən xeyriyyə fondu kimi qeydiyyata alınmışdır. Qərargahı Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Ən çox onlayn ensiklopediya olan Vikipediya üçün hostinq platforması kimi tanınır. Bu, həmçinin digər əlaqəli layihələrə və viki proqramı olan MediaVikiyə ev sahibliyi edir. Vikimedia Fondu 2003-cü ildə Florida ştatının Sent-Pitersberq şəhərində Cimmi Vels tərəfindən yaradılmışdır. Bu, o vaxta qədər Velsin kommersiya şirkəti "Bomis" tərəfindən idarə olunan Vikipediya, Vikilüğət və digər viki layihələrini maliyyələşdirmək üçün qeyri-kommersiya vasitəsi kimi yaradılmışdır. Fond özünü əsasən Vikipediya oxucularından e-poçt kampaniyaları, Vikipediya və digər əlaqəli layihələrdə yerləşdirilən illik fandreyzinq bannerləri vasitəsilə toplanan milyonlarla kiçik ianələr hesabına maliyyələşdirir. Bunlar xeyriyyə təşkilatları və texnoloji şirkətlərin qrantları, həmçinin 2022-ci ildən başlayaraq "Wikimedia Enterprise"dan əldə olunan xidmət gəlirləri ilə tamamlanır.
Free Software Foundation
Azad proqram təminatı fondu (APTF; ing. Free Software Foundation, FSF) – azad proqram təminatı hərəkatını və xüsusən də GNU Layihəsini dəstəkləmək üçün 1985-ci il oktyabr ayında Massaçusets ştatının Boston şəhərində Riçard Stallman tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı. Yarandığı vaxtdan 1990-cı illərin ortalarına qədər Fondun vəsaitləri ilk növbədə pulsuz proqram təminatı yazmaq üçün tərtibatçıların işə götürülməsi üçün istifadə olunurdu. 1990-cı illərin ortalarından axırlarına qədər pulsuz proqram təminatı bir çox şirkətlər və şəxslər tərəfindən yaradılmışdır, ona görə də Fondun əməkdaşları və könüllüləri əsasən azad proqram təminatı sahəsində hüquqi və təşkilati məsələlərlə məşğul olurlar. == Tarixi == Azad proqram təminatı fondu 1985-ci ildə ödənişsiz proqram təminatının işlənib hazırlanmasını dəstəkləyən qeyri-kommersiya korporasiyası kimi təsis edilmişdir. Bu, dərsliklərin və lentlərin satışı kimi mövcud GNU layihələrini davam etdirmiş, ödənişsiz proqram təminatı sisteminin tərtibatçılarını işə götürmüşdür. Azad proqram təminatı fondu o vaxtdan bəri bu fəaliyyətləri davam etdirir, həmçinin azad proqram təminatı hərəkatını müdafiə edir. APTF həmçinin, bir neçə ödənişsiz proqram lisenziyasının idarəedicisidir. Yəni, APTF dərc edir və lazım gəldikdə düzəlişlər etmək imkanına malikdir. 2001-ci ilin sonunda o vaxtkı icraçı direktor Bredli Kun Moqlen, Devid Turner və Piter Braunun köməyi ilə bu səyləri APTF-nin GPL Uyğunluq Laboratoriyalarında rəsmiləşdirmişdir.
Apache Software Foundation
Apache Software Foundation (ASF) — bir sıra açıq mənbə proqram təminatı layihələrini dəstəkləmək üçün amerikan qeyri-kommersiya korporasiyası (ABŞ-də 501(c) (3) təşkilatı kimi təsnif edilir). ASF Apache HTTP Serverinin bir qrup tərtibatçısı ilə yaradılmış və 25 mart 1999-cu ildə birləşdirilmişdir. 2021-ci ilə olan məlumata görə təxminən 1000 üzvü mövcuddur. Apache Software Foundation tərtibatçıların mərkəzləşdirilməmiş açıq mənbə icmasıdır. Onların yaratdığı proqram təminatı pulsuz və açıq mənbəli proqram təminatı (FOSS) üçün icazə verilən açıq mənbə lisenziyası olan Apache Lisenziyasının şərtləri əsasında paylanır. Apache layihələri əməkdaşlıq, konsensusa əsaslanan tərtibat prosesi və açıq və praqmatik proqram lisenziyası ilə xarakterizə olunur, yəni proqram təminatını pulsuz əldə edən tərtibatçılara onu pulsuz olmayan şərtlərlə yenidən paylamağa imkan verir. Hər bir layihə, layihəyə fəal töhfə verən texniki ekspertlərdən ibarət öz-özünə seçilmiş komanda tərəfindən idarə olunur. ASF meritokratiyadır, yəni fondun üzvlüyü yalnız Apache layihələrinə fəal töhfə vermiş könüllülərə verilir. ASF ikinci nəsil açıq mənbə təşkilatı hesab olunur, ona görə də kommersiya dəstəyi platformanın bağlanması riski olmadan təmin edilir. ASF-nin məqsədlərinə Apache layihələrində çalışan könüllülərin hüquqi müdafiəsini təmin etmək və "Apache" brendinin başqa təşkilatlar tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq daxildir.
Electronic Frontier Foundation
Electronic Frontier Foundation (EFF) və ya Elektron Sərhəd Fondu — San-Fransiskoda yerləşən beynəlxalq qeyri-kommersiya rəqəmsal hüquqlar fondu. Fond 10 iyul 1990-cı ildə Con Qilmor, Con Perri Barlou və Mitç Kapor tərəfindən elektron vətəndaş azadlıqlarını təşviq etmək üçün yaradılmışdır. EFF məhkəmədə hüquqi müdafiə üçün vəsait təmin edir, amicus curiae brifinqləri təqdim edir, fərdləri və yeni texnologiyaları hüquqi təhdidlərdən müdafiə edir, hökumətin sui-istifadəsini ifşa etmək üçün çalışır, hökumətə və məhkəmələrə bələdçilik edir, siyasi aksiyalar və kütləvi göndərişlər təşkil edir, şəxsi azadlıqları və onlayn vətəndaş azadlıqlarını qoruduğuna inandığı bəzi yeni texnologiyaları dəstəkləyir, müvafiq xəbər və məlumatların bazasını və internet saytlarını idarə edir, şəxsi azadlıqları və ədalətli istifadəni poza biləcəyinə inandığı potensial qanunvericiliyə nəzarət edir və ona etiraz edir və qanunsuz hesab etdiyi patentləri ləğv etmək niyyəti ilə sui-istifadə edən patentlərin siyahısını tələb edir.
Free Knowledge Foundation
Free Knowledge Foundation (FKF) — azad proqram və azad standartlar da daxil olmaqla açıq biliyi təşviq etmək məqsədi daşıyan təşkilat. 2004-cü ildə təsis edilmişdir və İspaniyanın Madrid şəhərində yerləşir. Pablo Maxon 2004-cü ildən FKF-nin prezidentidir. 2005-ci ildə Fond Riçard Stolmanı Fəxri Patron təyin etmişdir. 2006-cı ildə FKF Avropa Azad Proqram Təminatı Fondunun ortaq təşkilatı olmuşdur. == Libremeeting == FKF "LibreMeeting" – Madrid Beynəlxalq Pulsuz Bilik Görüşünü təşkil edir. Adətən Madriddən 50 km məsafədə yerləşən Miraflores-de-la-Syerra şəhərindəki La-Kristalera Mülkündə keçirilir. Fond "libre.org" mükafatlarını "LibreMeeting"də təqdim edir. Bu mükafatlar azad biliyi təbliğ edən insanlara və ya təşkilatlara verilir. == Digərləri == FKF "Libremeeting"dən başqa tədbirlər də təşkil edir və azad proqram təminatı və azad bilik ilə bağlı müvafiq beynəlxalq tədbirlərdə məruzəçilərlə iştirak edir.
Open Knowledge Foundation
Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış, lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir. "Open Knowledge Foundation"ın məqsədləri bunlardır: Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək. "OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi. "Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək. Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN. Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək. Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.
Open Web Foundation
Open Web Foundation (OWF) — inkişaf etməkdə olan veb texnologiyaları üçün spesifikasiyaların hazırlanması və qorunmasına həsr olunmuş ABŞ qeyri-kommersiya təşkilatı. Fond "Apache Software Foundation" (ASF) kimi açıq mənbə modelini izləyir. İştirak edən şəxslər arasında "Apache"nin vitse-prezidenti və idarə heyətinin üzvü Geyr Maqnusson və "O'Reilly Media"nın baş direktoru Tim O'Rayli var. "Open Web Foundation" 24 iyul 2008-ci ildə "O'Reilly Open Source Convention" (OSCON) elan edilmişdir. "Facebook", "Google", "MySpace", "Six Apart", "Plaxo" və s. OWF-i dəstəklədiyini açıqlamışdır. OWF vasitəsilə "Google" və "Facebook" indi "Facebook Connect" və "OpenSocial" platformaları arasındakı fikir ayrılıqlarını həll edə biləcəkləri uyğun məkana sahibdirlər, həmçinin istifadəçilərinin bir-biri ilə əlaqə saxlaması üçün standart üsul üzərində işləyirlər. OWF, həmçinin bu protokolların və inkişaf etməkdə olan texnologiyaların qarşılıqlı əlaqəsinə dair texniki təfərrüatları, eləcə də siyasət təfərrüatlarını təqdim edir. 2008-ci ildə "Microsoft"dan Dare Obasanxo "Open Web Foundation"nun əməkdaşlarının IETF və ya digər tənzimləmə standartlarından yan keçməkdə ittiham etmişdir. Veb saytına görə, "Open Web Foundation" aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir: BBC Facebook Google Microsoft Myspace O'Reilly Plaxo Six Apart SourceForge Vidoop Yahoo "Open Web Foundation" üzvlük əsaslı bir təşkilatdır.
World Wide Web Foundation
World Wide Web Foundation — ümumdünya internetinin inkişafı və əlçatanlığı məsələləri ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Təşkilatın qurulması Tim Berners-Li tərəfindən 14 sentyabr 2008-ci il tarixində Vaşinqton şəhərində elan edildi. 15 noyabr 2009-cu ildə isə təşkilat fəaliyyətinə başladı. Təşkilatın vəzifələri "ümumdünya internetin azadlığı və açıqlığı", "internetin imkanlarının və etibarlılığının genişləndirilməsi" və "planetdə hər bir insanın şəbəkəyə çıxışının təmin edilməsi" elan edilir. Bu məqsədlərə nail olmaq üçün vəqf üç istiqamətdə işləyir ː Veb-elm və tədqiqat Veb-texnologiyalar və təcrübələr Cəmiyyət üçün Ümumdünya şəbəkəsi Berners-Li fondunun təqdimatı zamanı veb saytlardakı informasiya etibarlığını göstərən bir sistemin yaradılmasının zəruriliyini bildirdi ː Məlumatların dəqiqliyi mənbələr tərəfindən təsdiqlənən kimi saytlarda etibarlılığa dair işarələr qoymaq üçün yeni sistemlərə zərurət yaranır. Fondun ilk layihəsi Afrikanın kənd təsərrüfatında veb-texnologiyaların təşviqi və aztəminatlı gənclər üçün onlayn kontentin yaradılması üzrə tədris kurslarının dəstəklənməsi oldu. Bu layihənin həyata keçirilməsində fonda Amsterdam Universiteti (Niderland) böyük yardım göstərir. İkinci layihə Rio-de-Janeyro (Braziliya) şəhərində yerləşən rəqəmsal texnologiyaların mövcudluğu mərkəzi ilə birlikdə təşkil edilir. Səylər gənclərin mobil telefonlar vasitəsilə internet kontentinin yaradılmasına yönəldilmişdir. 2012-ci ildə World Wide Web Foundation dünya ölkələrində internet inkişafının reytinqini təqdim etdi.
The Apache Software Foundation
Apache Software Foundation (ASF) — bir sıra açıq mənbə proqram təminatı layihələrini dəstəkləmək üçün amerikan qeyri-kommersiya korporasiyası (ABŞ-də 501(c) (3) təşkilatı kimi təsnif edilir). ASF Apache HTTP Serverinin bir qrup tərtibatçısı ilə yaradılmış və 25 mart 1999-cu ildə birləşdirilmişdir. 2021-ci ilə olan məlumata görə təxminən 1000 üzvü mövcuddur. Apache Software Foundation tərtibatçıların mərkəzləşdirilməmiş açıq mənbə icmasıdır. Onların yaratdığı proqram təminatı pulsuz və açıq mənbəli proqram təminatı (FOSS) üçün icazə verilən açıq mənbə lisenziyası olan Apache Lisenziyasının şərtləri əsasında paylanır. Apache layihələri əməkdaşlıq, konsensusa əsaslanan tərtibat prosesi və açıq və praqmatik proqram lisenziyası ilə xarakterizə olunur, yəni proqram təminatını pulsuz əldə edən tərtibatçılara onu pulsuz olmayan şərtlərlə yenidən paylamağa imkan verir. Hər bir layihə, layihəyə fəal töhfə verən texniki ekspertlərdən ibarət öz-özünə seçilmiş komanda tərəfindən idarə olunur. ASF meritokratiyadır, yəni fondun üzvlüyü yalnız Apache layihələrinə fəal töhfə vermiş könüllülərə verilir. ASF ikinci nəsil açıq mənbə təşkilatı hesab olunur, ona görə də kommersiya dəstəyi platformanın bağlanması riski olmadan təmin edilir. ASF-nin məqsədlərinə Apache layihələrində çalışan könüllülərin hüquqi müdafiəsini təmin etmək və "Apache" brendinin başqa təşkilatlar tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq daxildir.