Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Gəmidə
Gəmidə (film, 1998) — film. Gəmidə (hekayə, 1949) — Cerom Selincerin hekayəsi.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Cəzirə BK
Cəzirə - Qahirə şəhərini təmsil edən Misir basketbol klubu, Misir çempionatında çıxış edir.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş yaşamı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. == Uşaqlıq və gənclik illəri == Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Fəzilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Gözilə (Sərdəşt)
Gözilə (fars. گزيله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (59 ailə).
Gəlizə (Əhər)
Gəlizə (fars. گليزه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (40 ailə).
Məzidə Qadınəfəndi
Məzidə Qadınəfəndi (d. 3 mart 1869 — ö. 21 yanvar 1909) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı xanımı. == Həyatı == Məzidə xanım 1869-cu ildə əslən abxaz olan Kaymat bəy Mikanba və Fəryal Marşanın qızı olaraq dünyaya gəlmişdir. Əminə Nazikəda xanımın anası Fatma Aredbanın qohumu idi. Çox kiçik yaşlarında Ulduz sarayına xidmət etməsi üçün saraya təslim edildi. Bu illərdə Sultan Əbdülhəmidin nəzərini cəlb etmiş, 2 fevral 1885-ci ildə Ulduz sarayında evlənmişdi. Bir il sonra 19 dekabr 1886-cı ildə Sultan Əbdülhəmidin ən sevimli oğlu olan Mehmed Burhanəddin Əfəndini dünyaya gətirdi. Ulduz sarayı parkındakı kiçik köşkdə yaşamağa başlayan Məzidə xanım, ərinin devrilməsindən 3 ay əvvəl 21 yanvar 1909-cu ildə uzun zamandır əziyyət çəkdiyi mədə xəstəliyindən vəfat etdi.
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. == Tarixi == Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nəzifə Abasova
Nəzihə Muhiddin
Nəzihə Muhiddin (türk. Nezihe Muhiddin Tepedelengil; d. 1889, İstanbul, Osmanlı İmperiyası – 10 fevral 1958, İstanbul, Türkiyə) — osmanlı-türk aktivist, jurnalist, yazar, qadın hüquqları müdafiəçisi. == Həyatı == Nəzihə Muhiddin 1889-cu ildə İstanbulda, Üsküdar ilçəsinin Kandilli səmtində Zəhra xanım ilə prokuror və cəza hakimi Muhiddin bəyin ailəsində dünyaya gəlmişdir. Evdə xüsusi təhsil alaraq, fars, ərəb, alman və fransız dillərini öyrənmişdir. İlk gənclik illərindən etibarən siyasi və ictimai məsələlərə, qadın hüquqlarına həssas biri kimi formalaşmışdır. Dayısının qızı Naqiyə xanım ilə anasının ədəbiyyat və ictimai problemlərlə bağlı apardıqları müzakirələr, Naqiyə xanımın evdə təşkil etdiyi toplantılar onun sonrakı baxışlarının formalaşmasında baza rolunu oynamışdır. 1909-cu ildə Maarif Nəzarətinin imtahanından keçərək Qız İdadi Məktəbində fənn dərsi müəllimi kimi işə başlamışdır. Sonradan İttihad və Tərəqqi Qız Sənaye Məktəbinə müdir olmuş; gimnastika, dil, piano, dərzilik dərslərindən müəllimlik etmişdir. Daha sonra Səlcuq Hatun Sultanisi, Qız Həyat Məktəbi və İzmir Hilal Sultanisidə müdir olmuşdur.
Nəzihə Zeynalova
Nəzirə Yaqubova
Yaqubova Nəzirə Qulamşah mirzə qızı (28.1.1898 - 1990) - Azərbaycanın ilk pianoçu xanımlarından biri, Gürcüstanın əməkdar həkimi, poliqlot. == Həyatı == Nəzirə xanım Qulamşah mirzə qızı 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdi. Atası Qulamşah mirzə Qacar Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi. 1910-cu ildə Tiflis Musiqi məktəbinə, 1914-cü ildə Petroqrad konservatoriyasına daxil olmuşdu. Bir müddət özünü tibbdə də sınamışdı. Petroqrad Tibb institutunu da bitirmişdi. Nəzirə xanım azərbaycan, fars, ərəb, rus, gürcü, ingilis, fransız və alman dillərini bilirdi. == Fəaliyyəti == Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur.
Xəzinə (1970)
== Məzmun == Xəzər dənizində xəzinə axtarışı ilə bağlı əhvalat filmin əsasını təşkil edir.
Xəzinə bileti
Xəzinə bileti — xəzinə idarəsinin bir qayda olaraq büdcə kəsirini ödəmək üçün buraxdığı kağız pul (qızıla dəyişdirilmir); keçmiş sosialist ölkələrində xırda kupyuralı kağız pullar, keçmiş SSRİ-də 1, 3 və 5 manatlıq.
Xəzinə qayası
Xəzinə qayası — Şuşanın cənub-qərb hissəsində yerləşən ərazi. == Tarixi == Şuşanın cənub-qərb hissəsində yerləşən "Xəzinə qayası"nın hündürlüyü 200, eni 100 sajenə (1 sajen 2,134 metr uzunluq ölçüsüdür) bərabərdir. Adın yaranması haqqında belə bir rəvayət var: Ağa Məhəmməd şah Qacar qətlə yetiriləndən dərhal sonra hakimiyyəti ələ alan İbrahimxəlil xanın qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir onun Qarabağdan və hərbi səfərlərdə olduğu başqa yerlərdən topladığı çoxlu sərvəti, qızıl-gümüşü, zinət əşyalarını, külli miqdarda pulu və digər qiymətli əşyaları mis qablara doldurub başqalarının əlinə keçməməsi üçün gizlətməyi qərara alır. Həmin qabları gecə vaxtı iki erməni nökərin belinə yükləyib Qırxpilləkəndən Daşaltıya enərək Kirs dağının ətəyində, sıldırım qayaların altında daşlı-kəsəkli bir yerdə basdırır. Geri qayıdanda sirrin açılmaması üçün həmin erməniləri qayadan atır. Elə o vaxtdan da onun sərvətini gizlətdiyi yer el arasında "Xəzinə dərəsi", yaxud da əksər vaxtlarda "Xəzinə qayası" adlanır. Sonralar xəzinəni tapmaq üçün bəzi adamlar orada dəfələrlə axtarış aparsalar da, heç nəyə nail ola bilməyiblər".
Əl-Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Əl Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Nəzixə Zeynalova
Nəzixə Cəfər qızı Zeynalova (1944, Şamxor – 2017, Şəmkir rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Nəzixə Zeynalova 1944–cü ildə Şəmkirdə anadan olmuşdur. 1965-ci ildə əmək fəaliyyətinə başladı, Şamxor rayonunu Rüstəm Əliyev adına kolxozda adi kolxozçu, sonra qrup rəhbəri və kolxoz komanda lideri oldu. 1972-ci ildə Nəzixə Zeynalova hər hektara 50-dən çox sentner pambıq aldı. 1981-ci ildə SSRİ Ali Sovetinin Fərmanı ilə, 1980-ci ildə plan və sosialist tədbir həyata keçirilməsi, dövlət taxıl, pambıq, üzüm və kənd təsərrüfatı və heyvandarlıq digər məhsullar istehsalı və satışını artırmaq üçün onuncu beşillik plan əldə edilməsində xidmətlərinə görə Nəzixə Zeynalova Sosialist Əməyi Qəhrəmanı, Lenin Ordeni və Oraq və Çəkic medalı ilə təltif olunmuşdur. 11 iyun 2002-ci ildə Prezident təqaüdü ilə təltif olunub. O, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon Təşkilatının Qadınlar Şurasının sabiq sədri idi. Təzəkənd 361-ci dairədən doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin sədr müavini, Respublika Plan və Büdcə Komissiyasının üzvü idi. 8. çağırış SSRİ Ali Soveti Millətlər Sovetinin 222 saylı Şamxor dairəsindən deputat seçilmişdir.
Gəzin (Xuzistan)
Gəzin (fars. گزین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəzin kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 500 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 165 nəfəri kişilər və 160 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir.
Gəzin dehestanı
Gəzin dehestanı (fars. دهستان گزین‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanının Rüğeyvə bəxşində inzibati-ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 372 ailədə 670 nəfəri kişilər və 685 nəfəri qadınlar olmaqla cəmi 1.355 nəfərdir. İnzibati cəhətdən 14 kəndi əhatə edir.
Əzizə Ağahüseynqızı
Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Əzizə Ağahüseynqızı 1960-cı ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdiir. 1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsində oxumuşdur. 2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir. Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir. == Əsərləri == "Ürəyim qəm adası", Bakı, "Vektor" nəşrlər evi, 2005. səh.122, 500 tiraj. "Payız yağışı", Bakı, 2016.
Əzizə Cəfərzadə
Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. == Yaradıcılığı == Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır.
Challenger Kosmik Gəmisi Qəzası
Challenger Kosmik Gəmi qəzası, 28 yanvar 1986-cı ildə raketin qalxmasından 73 saniyə sonra partlayış baş verməsi ilə baş verən qəzadır. Qəza nəticəsində 7 astronavt həyatını itirmişdir. Partlayış yanacaq sızması səbəbindən olmuşdur. == Qəzanın səbəbi == Challenger Kosmik Gəmisinin qalxışının həyata keçəcəyi gündən əvvəlki gün gecə havanın temperaturu olduqca aşağı düşdü və bəzi mühəndislər qalxışın ləğv edilməsi istiqamətində fikirlər bildirmişdirlər lakin buna baxmayaraq, qalxış NASA tərəfindən təsdiq edilmişdir və kosmik gəminin qatı yanacaq çənlərinin hissəsi olan təhlükəsizlik kəmərlərinə soyuq səbəbindən zərər dəydiyi üçün öz funksiyalarını yerinə yetirə bilmədilər və uçuşun 73 -cü saniyəsində gəmidə partlayış baş verdi. Partlayış gəminin Yer səthindən 48.000 fut (15 km) yüksəklikdə olduğu zaman baş verdi.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. ..Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə.
Yeğişe
Yeğişe (erm. Եղիշէ; d. 410 – ö. 475) — V əsr erməni tarixçisi. Yeğişenin "Vardan və erməni müharibəsi haqqında" əsərində 450 – 451-ci illərdə erməni xalqının Sasani əsarətinə qarşı apardığı mübarizəsi və sairə barədə məlumat verilir. Əsər Ermənistan və qonşu ölkələrin tarixinin öyrənilməsində mühüm mənbədir. Əsərdə Qafqaz Albaniyası, Atropatena, Avarayr döyüşü (451), Azərbaycanın qədim tayfaları, şəhərləri və sairə haqqında da məlumat var. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı.Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. == Məzmun == Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.
Edişə
Edişə (Cəlilabad)
Aleksandropol qəzası
== Kəndləri ==
Alitus qəzası
Alitus qəzası — Litvanın 10 qəzasından biri. == Ərazisi == Alitus qəzasının ərazisi 5 425 km2-dır.
Arazbar qəzası
Arazbar — Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərindən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Ultan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. == Mənası == Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Arazbar – Arazkənarı yurd deməkdir. XIX əsrə bağlı qaynaq və ədəbiyyatlarda göstərilir ki, "bar", "var" sözləri Azərbaycan dilində "oba yeri", "hər hansı bir icmanın yurdu" mənalarını ifadə edir.
Areola vəzisi
Areola vəzisi və ya Montqomeri vəziləri döş giləsini əhatə edən areolada olan yağ vəziləridir. Areola və döş giləsini yağlanmış və mühafizə edilmiş vəziyyətdə saxlamaq üçün yağlı ifrazatlar (lipoid mayesi) ifraz edirlər. Bu sekresiyalardakı uçucu birləşmələr yeni doğulmuş körpələrin iştahı üçün qoxu stimulyatorları kimi də çıxış edə bilirlər. Dərinin səthində görünən vəzi hissələri “Montgomery tuberculosis” adlandırılır. Dairəvi qabarlar areolada və döş giləsininin üzərində yerləşir. Onlar döş gilələri stimullaşdırıldıqda üzə çıxa və ya qaldırıla bilərlər. Səthin açıqda olan hissəsinin üzərindəki dəri yağlanır və areolanın qalan hissəsindən daha yumşaq vəziyyətə gətirilir. Hamiləlik dövründə tuberkuloz daha aydın görünür.
Atom gəmisi
Atom gəmisi - nüvə-güc qurğusu ilə işləyən gəmilərin ümumi adı. Müxtəlif təyinatlı mülki və hərbi Atom gəmiləri (buzqıran gəmi, tanker, sualtı gəmi, aviasiya gəmisi və s.) olur. Güc qurğuları üzvi yanacaqla işləyən gəmilər ilə müqayisədə atom gəmiləri əlahiddə üzmə və yüksək gediş sürətini uzun müddət saxlama qabiliyyətinə malikdir. İlk dəfə 1950-ci ildə sualtı gəmini nüvə energetika qurğusu ilə təchiz etməklə yüksək taktiki-texniki göstəricilərə (suyun altında 80 km/saat sürətlə hərəkət, 1000 m-ədək dalma dərinliyi, suyun, o cümlədən buzun altında limanlara çıxmadan uzaq ölkələrə üzmə qabiliyyəti) nail olundu. Güc qurğusuna istilik neytronları, yaxud cəld neytronlarla işləyən nüvə reaktoru, reaktorda hasil olunan istiliyi mexaniki və ya elektrik enerjisinə çevirən buxar, yaxud qaz turbinli enerji qurğusu daxildir. Avar vintləri turbinlə, yaxud da elektrik mühərriki ilə hərəkətə gətirilir. Atom gəmisinin nüvə-energetika qurğusu adi atom-elektrik stansiyası kimi bir, iki və üç konturlu istilik sxemi ilə işləyə bilər. İstilikdaşıyıcı və işlək cism kimi su, su buxarı, qaz, maye metallar və üzvi maddələr tətbiq edilir. Nüvə-güc qurğusu ilə buzqıran gəmilər, yük, yük-sərnişin gəmiləri, konteyner daşıyan gəmilər, sualtı gəmilər, yedək və elmi tədqiqat gəmiləri təchiz olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Avtomobil qəzası
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb olur Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896 günü baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Axalsıx qəzası
Axalsıx qəzası (rus. Ахалцихский уезд, gürc. ახალციხის მაზრა, Axaltsixis mazra) — Rusiya imperiyası (Tiflis quberniyası tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Axısqa paşalığının Rusiya İmperiyasına birləşdirilmiş qismində yaşayan kişi cinsindən 17.463 nəfər olan əhalinin 12.036 nəfərini ermənilər, 3.644 nəfərini azərbaycanlılar, 1.021 nəfərini gürcülər, 762 nəfərini isə yəhudilər təşkil edirdi.
Axaltsixe qəzası
Axalsıx qəzası (rus. Ахалцихский уезд, gürc. ახალციხის მაზრა, Axaltsixis mazra) — Rusiya imperiyası (Tiflis quberniyası tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Axısqa paşalığının Rusiya İmperiyasına birləşdirilmiş qismində yaşayan kişi cinsindən 17.463 nəfər olan əhalinin 12.036 nəfərini ermənilər, 3.644 nəfərini azərbaycanlılar, 1.021 nəfərini gürcülər, 762 nəfərini isə yəhudilər təşkil edirdi.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Azərbaycan gəmisi
Azərbaycan — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Azərbaycan" gəmisinə həsr olunmuşdur.
Ağdam qəzası
Ağdam qəzası — Azərbaycan SSR tərkibində 1923–1929-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. == Tarixi == 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.Sovet dövründə Ağdam Qəza İcraiyyə Komitəsi yarandı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min km²), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. km².), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.
Ağdaş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.