1. Əhvalat, hadisə, vaqiə, təsadüf, macəra.
[Vəzir:] A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi.
Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə, … göz yaşları neysan yağmuru kimi tökülüb otları islatdı.
// İş, məsələ mənasında. Bu, həlli çətin olan bir qəziyyədir.
2. Məntiqdə: hökm, fikir, müddəa.
…Biz daima bir-birinə zidd olan iki qəziyyəni birbirinə qarışdıraraq, bir qəziyyə saymışıq.