Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Gənələr
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Parazitiform gənələr
Parazitiform gənələr (lat. Parasitiformes ) — Hörümçəkkimilər sinfinə aid dəstə. Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir. Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur.
Qəbələ
Qəbələ — Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir. Qəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir.
Govurqala (Qəbələ)
Govurqala — Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır. Qalanın cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun qərb tərəfi çox dağılmışdır.
Hacıalılı (Qəbələ)
Hacıalılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Coğrafiyaşünas Elxan Nuriyevin yürütdüyü fərziyyəyə əsasən "Hacallı" Hacı Əlili sözlərindən yaranıb. Müəllif Hacıalılı adında iri tayfanın məlum olmadığını, kəndin adının Hacı Əlinin adından yarandığını qeyd etmişdir. İsmayıl bəy Qutqaşınlı "Səfərnamə" əsərində Qutqaşından – Trabuzanadək bölməsində Hacallı barədə qeyd edir: Zövcəmiz Hacı Bikə düz yol ilə Hacıallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım.orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, Rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından (çıxıb), Ağdaş mahalında Ağcayazı(kəndində) mahmud bəyə qonaq olduq. Qutqaşından Hacıallıya üç ağac yarım və Hacıallıdan Ağcayazı kəndinə dörd ağac yarım yoldur. İndiki Hacallının yerləşdiyi ərazilər ilk Tunc dövründən yaşayış məskənidir. Erkən tunc dövrünün Hacallıda olan kurqan qəbir abidəsi buralarda yaşayış tarixinin eramızdan əvvəlki vaxtlara təsadüf etdiyinə əyani sübutdur. Süni suvarma sisteminin yaranması da məhz Tunc dövrünə təsadüf edir. Tunc alətlərdən istifadə etməklə Hacallı ərazisində yaşayan ilk insanlar şimaldan su kanalı çəkmiş, Pirəlli meşəsinin qaynama bulaqlarını isə mənbə kimi istifadə etmişlər.
Həzrə (Qəbələ)
Həzrə kəndi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılmışdır Kəndin keçmiş adı Vəndam Həzrəsi olmuşdur. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr "ocaq, pir" deməkdir. Həzrə "ev, ocaq, yaşayış yeri" deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühüm maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin müqəddəratında da önəmli rolu olmuşdur. Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında "Qalayeri" kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.
Kürd (Qəbələ)
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Küsnət (Qəbələ)
Küsnət — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnət adına həmçinin Quba rayonunda da rast gəlinir. Qəbələ rayonundakı Küsnət kəndinin sakinlərinin də elə Qubadan gəldiyi güman olunur. Kənd ağsaqqallarının dediyinə görə XIX əsrin əvvəllərində Quba rayonunun Küsnət kəndində iki tayfa arasında dava düşür, nəticədə tayfalardan biri öz yurdunu tərk etməli olur. Həmin tayfa öz var-dövlətini, qoyun sürülərini götürərək dağları aşaraq Qəbələyə (keçmiş Nuxa qəzası, Qəbələ sultanlığı) keçirlər. Dağların qoynunda yerləşən bu ərazini özlərinə yurd seçirlər və burada da məskunlaşırlar. Əhalinin bir qisminin isə erməni-müsəlman davası dövründə qadın və uşaqları qorumaq üçün Qubadan köçüb burda məskunlaşdığı deyilir. Azərbaycan maarifçi nəsrinin müəllifi general-mayor, əslən Qəbələdən (Qutqaşın mahalı) olan İsmayıl bəy Qutqaşınlı (1806–1869) yaylaqlanmaq üçün bura — Küsnət kəndinə gəlirmiş. Onun burada yay evi də olmuşdur. İ. Qutqaşınlının da əsasən, XIX əsrin birinci yarısında yaşayıb yaratdığını nəzərə alsaq, deməli, kənd sakinlərinin dediyi kimi bu kənd XIX əsrin ilk illərində və bəlkə də daha əvvəl yaranıbdır.
Laza (Qəbələ)
Laza — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Rəvayətə görə əhalinin əcdadları oraya Qusar rayonunun Laza kəndindən köçmüşlər. Kəndin yaranma tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəli hesab edilir. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan tayfalar laza tayfaları olduğundan kəndin adı da Laza olmuşdur. Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz silsiləsinin cənub yamacındadır. Laza oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Məlikli (Qəbələ)
Məlikli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Məlikli Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə məlikli camaatı yaşayır. Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə olunur. Kənd 1999-cu ildə yaradılmışdır. Məlikli oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd.
Nəsimi (Qəbələ)
Nəsimi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Qaradeyin (Qəbələ)
Qaradeyin — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Qaradeyin kəndi Kürd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradeyin kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonimin Qarategin (qara şahzadə) sözündən olduğu ehtimal edilir. Qaradeyin keçmişdə Azərbaycanda yaşamış kiçik bir elin adıdır. Kənd əhalisinin dediyinə görə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. Kəndin yaranma tarixi 1840-1850-ci illərə təsadüf edir. Belə ki, "1856 ilin Qafqaz təqvimi" (Кавказский календарь на 1856 год)] adlı kitabın 326-333-cü səhifələri Qəbələ ərazisi haqqındadır. Həmin bölmədə Qəbələ mahalında Qaradeyin adlı kəndin olması haqda məlumata rast gəlinir. Kəndlə magistral yolun arası 500 metrdir və təxminən 20 ev Qaradeyin dərəsinin yanında olduğundan bu yolu 2 km-ə qət edirlər. Vaxtilə qaradeyinlilər bu dərədə məskunlaşıblar.
Qarasuçay (Qəbələ)
Qarasuçay — Qəbələ rayonu ərazisində çay. Türyançayın qoludur.
Quşlar (Qəbələ)
Quşlar — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyançayın sahilində Daşüz silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk mənşəli Kuş (quş) etnonimindən yaranmışdır. Hazırda burada 600 nəfər əhali yaşayır. 134 təsərrüfatı və 370 hektar yararlı torpağı var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq və heyvandarlıqla yanaşı, kənd sakinləri yeni üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyl artdığından, 120 hektar sahədə yeni üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. Əhalinin dolanışığı istənilən səviyyədədir.
Qəbələ (dəqiqləşdirmə)
Qəbələ — Azərbaycanda şəhər, Qəbələ rayonunun inzibati mərkəzi. Qəbələ rayonu — Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşən, Qutqaşen köhnə adı ilə də bilinən rayon. Qəbələ sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. Qəbələ FK — Azərbaycanın eyni adlı şəhərini təmsil edən idman klubu.
Qəbələ (qəzet)
"Qəbələ" qəzeti – Qəbələdə nəşr olunan qəzet Qəbələ Rayon İcra Hakimiyyəti və redaksiya kollektivinin təsisçiliyi ilə nəşr olunan "Qəbələ" qəzeti 15 oktyabr 1933-cü ildə "Bolşevik mübarizi" adı ilə işıq üzü görmüşdür. Sonralar "Mübariz", "Yeni həyat", "Qalibiyyət", "Qəbələ" adları ilə çap olunmuşdur. Qəzet redaksiyasında çalışan redaktorlar: Nəriman Həsənov, Musa Nəcəfov, Umud Kərimov, Baba Qəhrəmanov, Canan Şirinov, Kərim Abdullayev, Ramazan İsmayılov, Əziz Əzizov, Tacəddin Şahdağlı, Nadir Rəsul oğlu Atakişiyev, Oqtay Məmmədov. Hazırda redaksiyaya Varis Yaqubov rəhbərlik edir. Qəzetin 1 sentyabr 2008-ci ilə olan nömrələrinin sayı 6790-a çatmışdır. A-3 formatlı "Qəbələ" qəzetinin hər nömrəsi 8-16 səhifədən ibarətdir.
Qəbələ (şəhər)
Qəbələ — Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir. Qəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir.
Qəbələ FK
Qəbələ FK — Azərbaycanın eyni adlı şəhərini təmsil edən futbol klubu. Sovet imperiyası vaxtında şəhəri Tütün Fermentasiya Zavodunun "TFZ" komandası təmsil edirdi. "Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı "Göy Göl" olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək "Gilan" qoyulub. 2005–2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə dəyişdirilib. Hazırda "Qəbələ" Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.
Qəbələ Müskürlü
Qəbələ Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qəbələ Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Müskürlü kəndi olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ rayonunun) xarabalıqları ətrafında yaşaması nəticəsində yaranmışdır. Oykonim "Qəbələ yaxınlığında Müskürlü kəndi" mənasındadır. Rayonun ərazisində Müskürlü adlı başqa bir yaşayış məntəqəsi də mövcuddur. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 506 nəfər əhali yaşayır.
Qəbələ RLS
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir. İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.
Qəbələ aeroportu
Qəbələ Beynəlxalq Hava Limanı - Azərbaycanın Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən aeroport. 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılmışdır. Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmış və açılışı da həmin ildə olmuşdur. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys Rusiyanın Uralskiye Avialinii şirkəti Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanmazdan öncə Azərbaycan və Türkiyə ordularının birlikdə keçirdikləri hərbi təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcı təyyarələri əvvəlcə Gəncə Beynəlxalq Hava Limanında, daha sonra isə Qəbələ aeroportunda saxlanılırdı. Həmin təyyarələr müharibə zamanı da Qəbələdə qalmağa davam etdi. Prezident İlham Əliyev xalqa müraciətində həmin təyyarələrin Azərbaycanda olmasını təsdiqləsə də, onların Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib, əgər müharibəyə hansısa üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə F-16 təyyarələrinin Azərbaycanı qoruyacağını deyib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3600 metr, örtüyün materialı isə asfaltdandır.
Qəbələ bələdiyyələri
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəbələ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəbələ qalası
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Qəbələ qəzeti
"Qəbələ" qəzeti – Qəbələdə nəşr olunan qəzet Qəbələ Rayon İcra Hakimiyyəti və redaksiya kollektivinin təsisçiliyi ilə nəşr olunan "Qəbələ" qəzeti 15 oktyabr 1933-cü ildə "Bolşevik mübarizi" adı ilə işıq üzü görmüşdür. Sonralar "Mübariz", "Yeni həyat", "Qalibiyyət", "Qəbələ" adları ilə çap olunmuşdur. Qəzet redaksiyasında çalışan redaktorlar: Nəriman Həsənov, Musa Nəcəfov, Umud Kərimov, Baba Qəhrəmanov, Canan Şirinov, Kərim Abdullayev, Ramazan İsmayılov, Əziz Əzizov, Tacəddin Şahdağlı, Nadir Rəsul oğlu Atakişiyev, Oqtay Məmmədov. Hazırda redaksiyaya Varis Yaqubov rəhbərlik edir. Qəzetin 1 sentyabr 2008-ci ilə olan nömrələrinin sayı 6790-a çatmışdır. A-3 formatlı "Qəbələ" qəzetinin hər nömrəsi 8-16 səhifədən ibarətdir.
Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Günbələ
Günbələ (fars. گنبله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 298 nəfər yaşayır (91 ailə).
Akariform gənələr
Akarifon gənələr (lat. Acariformes) — Hörümçəkkimilər sinfinə aid dəstə. Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi çox zəngindir. Bu dəstənin gənələri qalan bütün araxnidlərlə müqayisədə yumurtadan daha erkən inkişaf mərhələsində, qısa qarınlı altıayaqlı sürfə şəklində çıxırlar. Sürfə nimfaya çevrilir, o da üç dəfə qabığını dəyişərək yaşlı gənəyə çevrilir. Nimfal dövr ərzində qarıncığın seqmentləri və dördüncü cüt ətraflar əmələ gəlir. Akariform gənələrin xırda bir ibtidai qrupu vardır ki, onlarda həyat forması sürfədən yaşlı fərdə kimi dəyişmir. İbtidai formalar bütün ömürlərini nəm torpaqda çürümüş bitki qalıqları arasında keçirirlər və başqa gənələrə xas olan keçid fazaları onlarda olmur. Onlar həddən artıq nəmişlik sevəndirlər.
Allel genlər
Allel bir genin müxtəlif formalarını ifadə edir. Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Ağ gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Gentli Con
Gentli Con (ing. John of Gaunt (24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir. Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransa və İspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu. Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu.
Gügələ (Həştrud)
Gügələ (fars. گوگ الا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Bir gecədə (film)
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == Məzmun == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Gecələr keçir (mahnı)
Gecələr sənsiz (mahnı)
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
Bəyaz gecələr (dəqiqləşdirmə)
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Bəyaz gecələr (povest) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman.
"Ağ-qara" gecələr
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Bir gecədə (film, 1934)
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Bir gecədə baş verdi
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Günəşlə dolu dünya (film, 1973)
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.