Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kral Yakovun Bibliyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Sergey Kirovun heykəli
Sergey Kirovun heykəli — 1939-cu ildə Sergey Kirovun şərəfinə inşa edilmiş heykəl. 20 Yanvar hadisəsindən sonra 5 yanvar 1991-ci ildə sökülüb. Heykəl 1939-cu ildə, məşhur memar Pinxos Sabsay və Lev İlin tərəfindən hazırlanmışdır. 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdikdən sonra, əhali Şəhidlər Xiyabanı ilə eyni ərazini bölüşən heykəli istəmirdilər. Ona görə də Azərbaycan rəhbərliyi, Kommunist Partiyasının 1-ci katibi Ayaz Mütəllibov və hakim sovet elitası heykəlin götürülməsi ilə bağlı qərar verirlər. Ancaq Moskvanı qəzəbləndirməmək üçün hansısa bir ciddi səbəb göstərmək lazım idi. Bunun üçün heykəlin yerləşdiyi relyefdən istifadə etmək qərara alınır. Rəsmi açıqlama yayılır və orada elan olunur ki, Bayıl yamacında başlanan sürüşmə heykəlin yıxılması üçün ciddi təhlükə yaradıb. Fəsadları aradan qaldırmaq üçün heykəlin sökülməsi vacibdir. Bundan sonra xüsusi texnika ilə heykəl sökülür, hissələrə bölünərək maşınlara yüklənir və Dağüstü Parkdan bidəfəlik aparılır.
Sergey Kirovun qətli
Sergey Kirovun qətli — 1934-cü il dekabrın 1-də Smolnıda Leninqrad partiya təşkilatının rəhbəri, Siyasi Büro, Orqbüronun üzvü və Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sergey Mironoviç Kirovun qətli həyata keçirilib. Qətl Leonid Nikolayev tərəfindən törədilib. Nikolayev Kirova ilk sui-qəsd cəhdini 1934-cü il oktyabrın 15-də etməyi planlaşdırırdı. Həmin gün o, Kirovun Kamennoostrovski prospektindəki evinin yaxınlığında mühafizəçilər tərəfindən saxlanılsa da, partiya bileti və silah icazəsi təqdim edildikdən sonra sərbəst buraxıldı. 1934-cü il dekabrın 1-də saat 16:30 radələrində Nikolayev Kirovun Smolnıdakı evinin üçüncü mərtəbəsindəki dəhlizdəki kabinetinin yaxınlığında pusquya saldı və onun başına tapançadan atəş açdı. Qatil özünü ataraq intihar etmək istəsə də, huşunu itirdi. O, şok vəziyyətdə hadisə yerində saxlanılaraq 2 saylı psixiatriya xəstəxanasına yerləşdirilib və orada lazımi prosedurlar aparıldıqdan sonra axşam saat 9 radələrində özünə gəldi. Nikolayev və onun NKVD-dən olan tanışlarına qarşı “Leninqrad mərkəzi”nin rəhbərlik etdiyi gizli Zinovyev təşkilatında iştirak ittihamı ilə cinayət işi başlandı. NKVD-nin rəhbərləri Q.Yaqoda və onun müavinləri keçmiş müxalifətçilərin - Zinovyevin, Kamenevin və onların tərəfdarlarının Kirovun qətlində əli olması ilə bağlı Stalinin onlara tətbiq etdiyi versiyanı "yumşaq" təxribat etməyə çalışırdılar. Bununla belə, N. İ. Yejov çekistlərin narazılığına səbəb olaraq istintaqı “düzgün” istiqamətə yönəltdi.
Sergey Kirovun öldürülməsi

S. M. Kirovun heykəli (Rostov-na-Donu)
S. M. Kirovun heykəli — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Seqey Mironoviç Kirovun şərəfinə ucaldılmışdır. Abidənin müəllifləri hekəltaraş Zinovi Moiseeviç Vilekski və arxitektor Viktor Vasileviç Barinov olmuşdur. Abidə Puşkinskaya küçəsi ilə Kirovski prospektlərinin kəsişdiyi yerdə ucaldılmışdır. Abidə 1939-cu ildə ucaldılmışdır. Regional mədəni irs siyahısına daxildir. Sergey Mironoviç Kirov Rostovda 1918-ci ilin yazında olmuşdur. O, burada Don Respublikası sovetlərinin I qurultayında iştirak etmişdir. Kirovun abidəsi 1939-cu ilin 30 aprel tarixində çox saylı insan topluluğunun keçirdiyi mitinqdə açılışı gerçəkləşdirilmişdir. Əvvəllər bu yerdı Pokrovskaya kilsəsi yerləşirdi.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qrekovun villası
Qrekovun villası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin dördüncü yarısında inşa edilmişdir. Çexov küçədi, ev 121 ünvanında yerləşir. 4 fevral 1976-cı il qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Qrekov villası Taqanroq şəhərində klassizm stilində inşa edilən ən yaxşı binalsrdan biridir. Şəhərin tipik bağçalı binalarına bənzəyir. Hər kolonna lepkalar ilə bəzədilmişdir. Əsas çıxış ön fasadda yerləşməməsi onun çatışmazlıqlarından sayılır. Villa Çexov küçəsi ilə Sobornaya xiyabanın kəsişdiyi ərazidə 1820-ci ildə inşa edilmişdir. Bina Dmitri Yevfokimoviç Qrekov binanı oğlu Timofey Dmitrieviç Qrekov üçün tikfirmişdi.
Qiromun oğlu Drust
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
Qovun sukatı
Qovun sukatı — Qovundan hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.