Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bruch
Karl Fridrix Bruç (ing. Carl Friedrich Bruch;11 mart 1789, Çvaybrükgen – 21 dekabr 1857, Mayns) – Alman ornitoloqu. == Bruçun təsnif etdiyi quşlar == Pelecanus crispus Larus hartlaubii Larus hemprichii Ichthyaetus hemprichii Rissa brevirostris.
ANT Group
APA Group
APA Group — Azərbaycanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan media holdinq. Əvvəlki adı ilə “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == Həmçinin bax == Global Media Group Gündəlik Teleqraf (media qrup) Səs Media Qrupu Yeni Çağ (media qrup) Yeni Müsavat (media qrup) Modern Media Qrupu Day (media-şirkət) == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
ATEF Group
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
BESIX Group
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
BT group
British Telecommuncations (azərb. "Britiş Telekommunikeyşnzs") (BT Group, dünyanın ən böyük telerabitə şirkətlərindən biridir. Baş qərargahı İngiltərənin paytaxtı Londonda yerləşən şirkət 170-dən çox ölkədə xidmətlərini icra edir. == Tarixi == 1980-ci ildə Böyük Britaniyada rabitə xidmətlərini təklif edən "Post Office Telecommunications" dövlət şirkətinin özəlləşməsi ilə yaranıb.
Evsen Group
Hyve Group
Hyve Group, keçmiş adı ilə ITE Group — beynəlxalq sərgi və konfransların təşkilatçısı olan şirkətlər qrupu. Qrup hər il 14 ölkədə 130-dan çox ticarət sərgisi və konfransı təşkil edir və dünyanın 17 ofisində 1200-dən çox işçi çalışır. Şirkətin əsas devizi, müştəriləri üçün yüksək təcrübə və investisyanın qaytarılmasını təmin edən, məzmuna əsaslanan, mütləq iştirak gərəkdirən tədbirlərdən ibarət dünyanın aparıcı portfoliosu ilə təmin etməkdir. London fond birjasında siyahıya alınmışdır.
KCOM Group
KCOM Qrupu (əvvəllər Kingston Communications və KC kimi tanınan) Böyük Britaniya kommunikasiya və İT xidmətlər provayderi. Onun qərargahı Kinqstonda , Köln şəhərində, Yorkşire Şərq Ridingin də yerli sakinlərə və müəssisələrə İnternet və telefon xidmətlər göstərmək üçün yaradılıb və bu şəkildə London Fond Birjasında qeyd olunur . Kottingham və Beverly-də başqa telekommunikasiya fəaliyətini göstərən şirkət yoxdu və ancaq KCOM qrup bu fəaliyyəti göstərir == Tarix == 22 Avqust 1902-ci ildə Hall Koorparasiyasına (daha sonra Hall Şəhər Şurası oldu) 1899-cu ildəki Teleqraf qanunlarına əsasən Kullinq bölgəsində Kinqston şəhərində telefon sistemi qurmaq üçün lisenziya verildi, ilk telefon stansiyasını 28 noyabr 1904-cü ildə xidmətə başladı O zaman İngiltərənin ətrafında bir sıra bələdiyyə telefon şirkətləri vardı, bunların hamısı - Kənar istisna olmaqla - tədricən Britaniya Telekoma (BT) qoşulmaq üçün üçün PTT telefon şöbəsinə yerləşdirildi. 1914-cü ildə Lüksemburqun lisenziyasını yeniləmək təklifi şəhərdəki "Milli Telefon Şirkəti" infrastrukturunun 192,000 funt sterlinqli lik hissəsi ilə şərtləndirildi. Şura, ölkənin tək qalan bələdiyyə telefon quruluşunun gələcəyini təmin etdi 1922-ci ildə ilk Rotary avtomatik mübadilə məntəqəsi yaradıldı .Müəssisə 1934-cü ildən isə Strovver birjalarında yer alırdı. Rotary və Strovger mübadiləsi müvafiq olaraq 1975 və 1988-ci fəaliyyətini tam təmin edə bildi. KCOM, Hall City FK və Hall FK reqbi liqa komandasının oynadığı oyunlara ev sahibliyi edən KCOM Stadionuna və Hall Kingston Rovers reqbi liqa komandasının oyunlarını oynadığı KCOM Cravenə adını vermişdir . Hər iki stadion Hall Şəhər Şurasına aiddir.
KME Group
КМЕ Group - Mis və mis ərintilərindən məhsullar istehsal edən sənaye konsernidir. Avropada fəaliyyət göstərən konsern öz sahəsində dünyada aparıcı yerlərdən birini tutur. Avropanın bütün ölkələrində qədim tarixi ənənələrə və dərin köklərə malik olan КМЕ Group bu gün beynəlxalq aləmdə nüfuz qazanmış bir təşkilatdır. Dünyanın mis və mis ərintiləri məhsulları bazarında aparıcı yer tutur. Beynəlxalq menecerlər komandası tərəfindən idarə olunan КМЕ Group şirkətinin beş qitədə nümayəndəliyi var. Bunun sayəsində müştərilər daim individual dəstək görürlər. Korporativ birlik və innovasiyalar konsernin əvəzolunmaz prinsipləridir.
Maxima Group
Maxima Group — Baltikyanı ölkələrdə, Polşa və Bolqarıstanda fəaliyyət göstərən supermarketlər şəbəkəsi. Litva və Baltikyanı ölkələrin ən böyük ticarət şirkətidir. 2013-cü ildə buraya Litva, Latviya, Estoniya və Bolqarıstanda 508 mağaza daxil idi. Super mağazalar şəbəkəsi 65 mindən çox marka məhsulu təklif edir. Şirkətdə 30 mindən çox insan çalışır. Qərargahı Vilnüs şəhərindədir. == Tarixi == 1992-ci ildə Vilnüsdə açılan ilk Maxima mağazaları bir müddət sonra Baltikyanı ölkələrdə ən məşhur supermarket şəbəkəsinə çevrildi. 2001-ci ildə Riqa və Pyarnuda ilk Maxima supermarketləri açıldı. Hazırda Latviyadakı bazar payının 24% -ni "Maxima Latvija" filialı tutur 2007-ci ildə Estoniyada Maxima XX mağazaları açıldı və bir il sonra ilk Maxima XXX Pyarnuda peyda oldu. Estoniya bazarında payı 54 mağaza ilə 14% təşkil edir.
Nurgun Group
Nurgün Şirkətlər Qrupu fəaliyyətinə 1994-cü ildən başlamışdır.
Palmali Group
Palmali Şirkətlər Qrupu (ing. Palmali Group of Companies) — 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupu. == Yaranma tarixi == "Palmali Şirkətlər Qrupu" 1998-ci ildə Türkiyədə yaradılmışdır. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlamışdır. Əməliyyatlar İstanbuldakı baş ofisdən idarə edilir. Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir. Bundan başqa, gəmi daşımacılığını 100% idarə nəzarət etmək üçün şirkətin Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Salonik, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri mövcuddur. Şirkət ən azı İSO 9001:2000, İSO 14001:2004 və İSM kodun tələblərinə cavab verən menecment sisteminin istismarıyla məşğuldur.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Samsung Group
"Samsung" sənaye qrupu (kor. 삼성 그룹 — Samseong Georup) — Cənubi Koreyanın ən inkişaf etmiş, beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi dünyada tanınan korporasiya. Samsung dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətidir. 1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Cənubi Koreyanın Seul şəhəridir. Əsası Li Ben Çxol tərəfindən, 1938-ci ildə qurulmuşdur. İdarə heyəti Başçısı Lee Kun-Hee'dir. Samsung müxtəlif şirkətlərdən ibarət olan bir qrup olub, bunlardan ən əhəmiyyətlisi, Samsung Elektroniks'dir. == Şirkətinin Li Ben Çxoldan sonrakı taleyi == "Samsung" 1991–1992-ci illərdə mobil qurğuların və mobil telefoniyanın ilk istehsalını yekunlaşdırdı. Şirkət məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir.
Synergy Group
Synergy Group — Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupu / holdinq. 2010-cu ildə təsis edilmiş Synergy Group MMC Azərbaycanda fəaliyyət göstərmiş ən iri özəl investisiya şirkətlərindən biri olub. Synergy Group MMC qeyri-neft sektorunda müxtəlif şirkətləri idarə edib. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq işçi heyəti çalışıb. Qrup istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə, bank işi sahələri üzrə irimiqyaslı investisiyalar edib. Şirkətlərin böyük bir qismi Bakıdan kənarda yerləşməklə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhfəsini verib. Holdinqin nizamnamə kapitalı 50 milyon manat olub.
Telegraph Group
"Telegraph Media Group Limited" ("TMG"; əvvəllər "Telegraph Group") — Birləşmiş Krallıq şirkəti. Şirkət "The Daily Telegraph" və "The Sunday Telegraph" qəzetlərinin sahibidir. Devid və Frederik Barkley aylarla davam edən gərgin tender və məhkəmə çəkişmələrindən sonra şirkəti 30 iyul 2004-cü ildə ABŞ biznesmeni Konrad Blekin nəzarətində olan "Hollinger Inc." şirkətindən satın almışdır.r. 2015-ci ildə "TMG" 51 milyon funt-sterlinq əməliyyat mənfəəti əldə etmişdir. "The Guardian"a sızan yoxlanılmamış hesablara görə, vergidən əvvəl mənfəət 47 milyon funt sterlinq, 3 yanvar 2016-cı il tarixinədək 53 həftə ərzində dövriyyə isə 319 milyon funt sterlinq olmmuşdur. Əgər bu rəqəmlər doğrudursa, deməli, hər iki hesab üzrə 2014-cü il göstəricilərinə nisbətdə artım yaşanmışdır.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
İmprotex Group
NSO Group
NSO Group Technologies (NSO, şirkətin təsisçilərinin adları olan Niv, Şalev və Omri götürülmüşdür) İsrail kiber-kəşfiyyat şirkətidir. Şirkət smartfonlara sıfır kliklə uzaqdan nəzarət edə bilən xüsusi casus proqramı olan Pegasus ilə tanınır. 2017-ci ilə qədər şirkətdə təxminən 500 nəfər işlədiyi qeyd olunur NSO, bir neçə hökuməti terror və cinayətlə mübarizə aparmağa kömək edən texnologiya ilə təmin etdiyini iddia edir. Şirkət yalnız xüsusi dövlət orqanları ilə əməkdaşlıq etdiyini qeyd edir. Pegasus casus proqramı İsrail tərəfindən silah kimi təsnif edilir və satışı və ixracı yalnız hökumət ilə razılaşma olduqdan sonra həyata keçirilir. Bir sıra məlumatlara görə, NSO Group casus proqram təminatı müxtəlif ölkələrdə insan haqları fəallarını və jurnalistləri hədəf almaq üçün istifadə edilib, Pakistana qarşı dövlət casusluğu üçün, İsrail vətəndaşlarına qarşı icazəsiz daxili nəzarət üçün istifadə edilib. İsrail polisi və səudiyyəli dissident Camal Qaşıqçının Səudiyyə hökumətinin agentləri tərəfindən öldürülməsində rol oynayıb. 2019-cu ildə ani mesajlaşma şirkəti WhatsApp və onun ana şirkəti Meta Platforms (o zaman Facebook kimi tanınırdı) ABŞ-nin Kompüter Fırıldaqlığı və Sui-istifadə Aktı çərçivəsində NSO-nu məhkəməyə verdiyi mətbuatda qeyd olunur. 2021-ci ildə Apple ABŞ-də NSO-ya qarşı məhkəmə iddiası qaldırmışdır və ABŞ NSO Qrupunu ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd fəaliyyət göstərdiyinə görə öz qara siyahısına daxil etdi və ABŞ şirkətlərinə NSO məhsullarını qadağan etmişdir. == Korporativ profil == === Ümumi baxış === NSO Group Q Cyber Technologies şirkətlər qrupunun törəmə şirkətidir.
Sumitomo Group
Sumitomo Group (住友グループ, Sumitomo Gurūpu) — Yaponiya korporativ qrupu və keyretsu. Öz köklərini İkinci Dünya müharibəsindən sonra dağılmış dzaybatsu qruplarından alır. Müharibədən əvvəlki dövrün dzaybatsusundan fərqli olaraq, tənzimləmə gücünə malik nəzarət edən şirkət yoxdur. Əvəzində qrupdakı şirkətlər bir-birinin payına sahibdirlər, lakin onlar müntəzəm görüşlər vasitəsilə məlumat mübadiləsi və planların əlaqələndirilməsi ilə məhdudlaşırlar. == Tarixi == "Sumitomo Group"-un kökləri Kyotoda 1615-ci ildə keçmiş buddist rahib Masatomo Sumitomo tərəfindən qurulan kitab mağazasına qədər uzanır. İndiki dövrdə qrupun idarə olunması onun XVII əsrdə yazılmış "Təsisçinin vəsiyyətləri"ni rəhbər tutur. Mis emalı şirkəti ön plana çıxarmışdır. Masatomo Sumitomonun qaynı Ryemon Soqa mis emalının Qərb üsullarını öyrənmişdir. O, 1590-cı ildə hərfi mənada "bahar dükanı" mənasını verən "Izumiya" adlı əritmə biznesini qurmuşdur. Ryemon mis filizindən gümüşün çıxarılmasına imkan verən texnikaları təkmilləşdirmişdir.
Absheron Hotel Group
"Absheron Hotel Group" — Paşa Holdinqə məxsus otellər qrupu.
BG Group Place
BG Group Place hündürlüyü 192 m olan Texasın Hyuston şəhərindən yerləşən 46 mərtəbəli binadır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt BG Group Place на Hines Green is the new tall in Houston skylines.
Boston Consulting Group
Boston Consulting Group — 1960-cı illərdə yaradılmış şirkət. BCG matrisin əsasını 2 hipotez təşkil edir: Seqmentinin lideri olan şirkət istehsal xərclərində rəqabət üstünlüyünə malikdir, bu isə bazarda ən yüksək rentabelliyə malik olmaq deməkdir. Sürətlə böyüyən seqmentlərdə effektiv fəaliyyət göstərmək üçün şirkət məhsulun yüksək səviyyədə istehsalına sərmayə yatırmalıdır və ya aşağı templər ilə bazarda mövcud olan məhsulun inkişaf xərclərini azaltmalıdır. Bir cümlə ilə modeli ərz etsək: BCG matrisi hesab edir ki, müəssisə uzunmüddətli karlı inkişafını təmin etmək, yeni seqmentdə güclənə bilmək üçün uğurlu biznes sahəsindən gələn gəlirləri cəmləməli və yetkin inkişafda olan biznes sahələrinə sərmayə yatırmalırdır. BCG modelinin əsas mənası şirkətin məhsul çeşidlərinin inkişfında prioritetləri və gələcək investisiyalar üçün əsas sahələri müəyyən etməkdir. Metod bu suala cavab verməkdə köməkçi olacaqdır: “Bu cür məhsul və ya xidmətlərə edilən investisiyalar gəlir gətirəcəkmi?” BCG modelində hansı məhsulları təhlil etmək olar? Şirkətin ayrı istiqamətli fəaliyyət sahələri. Məsələn: Sığorta və qazlı içkilər; Şirkətin ayrı qruplardan olan, amma eyni bazar iştirakçısı olan. Məsələn: Həyat sığortası və avtomobil sığortası; Şirkətin eyni mal qrupundan olan məhsullar. Məsələn: avtomobilin KASKO və İcbari sığortası.
Sprus-Qrouv
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.