SPORTS-GROUND

n idman meydanı

SPORTING
SPORTSCAST
OBASTAN VİKİ
CBC Sports
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Sports.ru
Sports.ru — Rusiya idman internet portalı. 1 dekabr 1998-ci ildən mövcuddur. Portalın baş redaktoru Yuri Dud, baş direktoru isə Dmitri Navoşadır. == Mükafatları == Sports.ru aşağıdakı internet-mükafatların sahibidir: 2000 — "İdman" nominasiyasında ilk Milli İntel İnternet mükafatının laureatı. 2002 — "2002-ci ilin İdman saytı" nominasiyasında 1-ci yer, ROTOR ++ şəbəkə müsabiqəsi. 2008 — "Sağlamlıq və istirahət" nominasiyasında Runet mükafatı. "İlin İdman saytı" nominasiyasında ROTOR 2010 müsabiqəsinin qalibi. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Vikianbarda Sports.ru ilə əlaqəli mediafayllar var.
Higher Ground (Rasmussen mahnısı)
Higher Ground (azərb. Yüksək torpaq‎) — Danimarkanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Rasmussen "Higher Ground" mahnısı ilə Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Niklas Arn və Karl Euren tərəfindən bəstələnmişdir.