Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hörmüz
Hörmüz-İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Hörmüz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,699 nəfər və 1,143 ailədən ibarət idi.
Öksüz
Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur. == Əhalisi == Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır.
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. == İlk illəri == Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. == Hakimiyyəti == II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Hörmüz adası
Hörmüz adası (fars. جزیره هرمز‎) — Hörmüz boğazında yerləşən, İran İslam Respublikasının Hörmüzgan ostanının ərazisinə daxil olan ada. == Coğrafiyası == Hörmüz adası Hörmüz boğazının şimalında, Oman ilə İran körfəzləri arasında qərarlaşır. Ada materik sahilindən 8 km məsafədəfir. 7x8 km ölçüdə olan ölçüdə oval formaya malikdir. Adanın sahəsi 42 km² təşkil edir. Hörmüz adasından cənub şərqdə boğazın ən böyük adası olan Qeşm adası və Larek adası yerləşir. Ada vulkan mənşəlidir. Ərazisi təpələrlə örtülüdür. Maksimal hündürlüyü 186 metrdir.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. == İstinadlar == == Əlavə oxumaq == Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Hörmüz döyüşü
Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur. Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər. == İngiltərə-Səfəvi ittifaqı == İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək.
II Hörmüz
II Hörmüz və ya II Ormizd (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣) — Sasanilər imperiyasının şahı. O, 303-cü ildən 309-cu ilə qədər, yəni yeddi il və beş ay hakimiyyətdə olmuşdur. II Hörmüz Narsenin (293–303-cü illərdə hakimiyyətdə olmuşdur) oğlu və varisi idi. Onun hakimiyyəti dövründən bir qədər əvvəl Ermənistan krallığı xristianlığı özünün rəsmi dini elan etmiş və beləliklə, Sasanilər ilə bölüşdüyü qədim zərdüşti irsini tərk etmişdi. II Hörmüzün hakimiyyəti zamanı dövlətdə daxili qarışıqlıqlar mövcud idi, lakin o, uğurla bunların öhdəsindən gələ bilmişdi. II Hörmüz qərbdəki səylərində müvəffəqiyyət qazanmış, Suriyada Qəssani padşahını məğlub etmiş və onu öldürmüşdür. Buna baxmayaraq, onun səltənəti İran zadəganlarının intriqaları ilə dolmuşdu və o, tənha bir yerə aparılaraq sui-qəsdə uğramışdır. Onun yerinə oğlu Aturnarse keçmiş, bir neçə ay hakimiyyətdə olduqdan sonra o da zadəganlar tərəfindən öldürülmüşdür. Onlar əvəzində II Hörmuzun körpə oğlu II Şapuru taxtda çıxarmışdılar.
IV Hörmüz
IV Hörmüz (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣; fars. هرمز چهارم‎) — I Xosrovun oğlu. 579–590-cı illərdə Sasanilər imperiyasının hökmdarı olmuşdur. == Mənşəyi == IV Hörmüz adı ilə tanınsa da, Şahnamədə Torkzad, yəni Türk oğlu adı ilə də tanınır. Bunun səbəbini isə onun anasının türk xaqanının qızı olması göstərilir. Lakin bunu Encyclopædia Iranica rədd edir. Burada bildirilir ki, onun anasının türk xaqanının qızı olması mümkün deyildi, çünki IV Hörmüz II Xosrovdan otuz il öncə, təxminən 540-cı ildə dünyaya gəlmişdi. == Siyasəti == I Xosrov Hörmüzdün özünün şəxsi qabiliyyətlərini və bacarıqlarını görmüşdü və onu lider olaraq görürdü və onu IV Hörmüz adı ilə varisi elan edir. Hörmüzd 579-cu ildə taxta sahib olur, təvazökar və qəddar görünürdü, amma ürəyiaçıq və səmimi adam deyildi.
I Hörmüz
I Hürmüz — 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı. == Həyatı == I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir. Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı. Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il və on gün sürmüşdü.
Hörmüz əmirliyi
Hörmüz əmirliyi (fars. هرمز‎; port. Ormuz) — 1050-ci ildən 1600-cü illərin əvvəllərinə qədər İran körfəzinin girişindəki Hörmüz adasında hakimiyyət sürmüş dövlət. Strateji mövqeyinə görə Hörmüz boğazını və İran körfəzi ticarətini nəzarətdə saxlaya bilən əmirliyə müvafiq olaraq səlcuqlular, Kirman səlcuqiləri, salqurlular, Elxanilər, Müzəffərilər, Teymurilər dövləti, Qaraqoyunlu dövləti və Ağqoyunlu dövlətinə tabe olduqdan sonra Səfəvilərin ali hökmranlığını tanımışdı. Portuqaliyalı kəşfiyyatçı Afonsu d' Albukerkinin 1507-ci ildə qədəm qoyduğu ada 1512-ci ildə Portuqaliya hakimiyyətinə keçmişdir. Əmirlik Portuqaliya imperiyasına illik vergi ödəməyə başlamışdı. Bu dövrdə Hörmüz əmiri IV Turanşah və vəziri Osmanlı admirallarından Həmid Rəis idi.1552-ci ildə Osmanlı dənizçisi Piri Rəisin komandanlığı altında Osmanlı donanması tərəfindən mühasirəyə alınsa da, əməliyyat uğur qazanmamışdır. Ada 1622-ci ildə Səfəvi şahı I Abbas tərəfindən fəth edilmişdir. Səfəvilər adayı ələ keçirdikdən sonra əmirliyə birdəfəlik son qoymuş və adanı birbaşa İrana birləşdirmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Aubin, Jean.
Ölüm hökmü
Ölüm hökmü ya da edam — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Hörmüz döyüşü (1622)
Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur. Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər. == İngiltərə-Səfəvi ittifaqı == İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək.
Hörmüz dəniz müharibəsi
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. == Müharibə == Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: == Həmçinin bax == Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası == Xarici keçidlər == Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi == Mənbə == Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Hörmüz ibn Mənuçöhr
Hörmüz ibn Mənuçöhr (v. 9 aprel 1065, Tabasaran) — Şirvanşah şahzadəsi, Tabasaran əmiri. == Həyatı == Haqqında çox məlumat yoxdur. Mənbələrdə onun Tabasaran əmiri olduğu və 9 aprel 1065-ci ildə, Tabasarandakı irsi mülkündə öldüyü, dayılarının yanında basdırıldığı qeyd olunur.
Hörmüz dəniz döyüşü
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. == Müharibə == Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: == Həmçinin bax == Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası == Xarici keçidlər == Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi == Mənbə == Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Ermənistanda ölüm hökmü
Ermənistanda ölüm cəzası 1991-ci ildən tətbiq edilmir. == İcranın ləğvi == Ermənistanda sonuncu edam 30 avqust 1991-ci il tarixində baş vermişdir. Edam başın arxasından güllə ilə həyata keçirilmişdir, lakin edam edilənlər haqqında məlumat yoxdur. Ölüm cəzası 2003-cü ildə ləğv edilənə qədər adamöldürmə, dövlətə xəyanət və ağır hərbi cinayətlərə görə qanuni cəza hesab olunurdu. Ermənistan Milli Məclisində edam cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsini nəzərdə tutan yeni Cinayət Məcəlləsinin yeni layihəsini birdən üç oxunuşda qəbul edilmişdir. Buna baxmayaraq, bu, edamın ləğvi haqqında qanun qüvvəyə minənədək ağır cinayətlər törətmiş şəxslərə şamil edilməmişdir.
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. == Yaranma tarixi == 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır.Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır. == Musanın təsviri == Musa tanrının 10 qanunu xalqına çatdırmaq üçün Sina dağına çıxmış və orada 40 gün, 40 gecə keçirmişdir.
Məhəbbətin hökmü (film, 1998)
== Məzmun == Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir. == Film haqqında == Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir. Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir. Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir. Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir. Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib. Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.
Ölüm hökmü ilə Disneylend
"Ölüm hökmü ilə Disneylend" (ing. Disneyland with the Death Penalty) — amerikalı yazıçı Uilyam Gibsonun jurnalistikada ilk mükəmməl işi olan Sinqapur haqqında yazılmış məqalə. 1993-cü ilin sentyabr–oktyabr ayları üçün "Wired" jurnalında sayda bir məqalə şəklində nəşr edilmişdir. Məqalədə yazıçının Sinqapurun memarlığı, fenomenologiyası və mədəniyyəti ilə bağlı fikirləri təqdim olunur. Gibsonun Sinqapurda olduğu müddətdə müəllif təmiz, cansıxıcı və uyğun bir şəhərlə heyran qaldı. Məqalənin adı və onun əsas metaforası — "Ölüm cəzası ilə Disneylend" – müəllifin Sinqapurun avtoritar bir dövlət kimi görünməsinə istinad edir. Gibsonun sözlərinə görə, Sinqapurda yaradıcılıq və orijinallıq ruhu yoxdur, onun tarixində və qeyri-rəsmi mədəniyyətdə izlər yoxdur. O, hökuməti geniş yayılmış, korporativ və texnokrat, məhkəmə sistemini isə çevik və drakonik hesab etdi. Sinqapurluları dadsız istehlak cəmiyyəti olaraq xarakterizə etdi. Müşahidələrinə dram əlavə etmək üçün, onları məhkəmə iclaslarında yerli xəbərlərlə izah etdi və məqalənin əvvəlində və sonunda Cənub-Şərqi Asiyadakı müxtəlif hava limanlarının fərqli təsvirlərini təqdim etdi.
Ölüm hökmü-ömürlük cəza (film)
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.