1. Amiranə, əmredərcəsinə, əmredici, ötkəm.
Rüstəm kişi hökmlü səslə [Lal Hüseynə] qışqırdı: – Qan sizi tutub! Əlli toğlu Sarıqamışlıqda nə gəzirdi?
[Qız] “xoşgəldin” əvəzinə deyilən bu hökmlü sözlərin mənasını dərk etdikdə isə birdən yenə gülümsündü.
Bəlkə qələmimi eşitmir masam; Şahların əsası ondan hökmlü!
2. Hökmü, nüfuzu, təsiri olan. Çox hökmlü adamdır.
– Uzun illər əsrlər boyu insan xəyalını; insan arzusunu, sözünü, insanın özünü; sıxıb qanun adlı qəlib … ya hökmlü, ya hökmsüz.