Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələri Hələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələbi (Sulduz)
Hələbi (fars. حلبي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (81 ailə).
Hələbin işğalı
Hələbin işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə Mərcidabık döyüşündə Qansu Qavri komandanlığı altında olan Məmlük ordusunu ağır məğlubiyyətə düçar edən Yavuz Sultan Səlimin komandanlığındakı Osmanlı ordusu kampaniyanı davam etdirərək 28 avqust 1516-cı ildə Hələbi işğal etmişdir. == Hərbi əməliyyatlar və şəhərdə Osmanlı hakimiyyətinin yaradılması == Osmanlı ordusunun Mərcidabık qələbəsindən sonra Hələblilər Hələb qalasının qapılarını açaraq Yavuz Sultan Səlimi şəhər xaricində qarşılayaraq öz təbəəliklərini təqdim etmişdirlər. Osmanlı ordusu Hələb xəzinəsində olan bir milyon Misir Əşrəfi qızıl sikkə ilə bərabər və 200 okkadan çox olan külçə qızıl və həmçinin də ona bərabər olan zinət əşyaları, qiymətli parçalar və xəzlər ələ keçirmişdirlər. Yavuz Sultan Səlim Hələbdə 19 gün qalaraq şəhərdə Osmanlı inzibati təşkilatının yaradılmasının qayğısına qalmışdır. Bu çərçivədə Qaraca Əhməd Paşa Bəylərbəyi, Çömləkçizadə Kamal Çələbi isə Qazı təyin edilmişdir. Avqustun 29-u Cümə günü Böyük Hələb məscidində cümə namazını qılan Yavuz Sultan Səlim, xətibin onu Xadimül-Hərəmeyn əş-Şərəfeyn titulu ilə xatırlamasından sonra ona əynində olan min qızıl sikkə dəyərindəki kaftanını çıxardaraq hədiyyə etdiyi bildirilir (bəzi mənbələrdə bu hadisənin Şamda baş verdiyi bildirilir). Osmanlı ordusunun Mərcidabıkda qələbə qazanması və Hələbin Osmanlı ərazisinə birləşdirilməsindən sonra bu regiondakı Malatya, Divriği, Darende, Antakya və Kal'at-ür-Rum kimi digər Məmlük qalaları da döyüşmədən Osmanlılara təslim olmuşdurlar. Yavuz Sultan Səlim Hələbdə olarkən, (Mərcidabik döyüşündən əvvəl Osmanlı ordusuna qoşulan) Bığlı Məhəmməd Paşanı iyun ayından bəri Divanə Xosrov Paşanın mühasirəsinə müqavimət göstərən Mardinə göndərdi. 15 sentyabr 1516-cı ildə isə özü Osmanlı ordusunun başında Hələbi tərk edərək Şam istiqamətində hərəkət etmişdir.
Hələbin mühasirəsi (637)
Hələbin mühasirəsi — 637-ci ilin avqust-oktyabr aylarında baş vermişdir. Yərmuq döyüşündə həlledici qələbədən sonra ərəblər Şimali Levantda Bizansın qalan bir neçə qalasından birini mühasirəyə alırlar. == Döyüş öncəsi == Həlledici Yərmuq döyüşündən sonra ərəblər şimala, Suriyanın dərinliklərinə doğru irəliləyirlər. Yolda bir çox kiçik və böyük şəhərləri ələ keçirən sərkərdələr Əbu Übeydə ibn Cərrah və Xalid ibn Vəlid Qinnasrində görüşürlər. Onlar qüvvələrini sonra Hələbə doğru yönəldirlər, burada müdafiəni tutan Yoahim adlı bir Bizans komandirinin komandanlığı altında güclü qarnizon yerləşirdi. Hələb böyük, möhkəm divarlı şəhər və şəhərdən kənarda, eni 400 metrdən bir qədər çox olan, geniş xəndəklə əhatə olunmuş kiçik, lakin demək olar ki, keçilməz təpə qalası idi. == Döyüş == Hələbdəki Bizans sərkərdəsi Yoahim, qalanın kənarında açıq döyüşdə Xalid ibn Vəlid və Əbu Übeydə ibn Cərrahın başçılıq etdiyi ərəb ordusu ilə qarşılaşır. O, məğlub olur və tələsik qalaya çəkilir. Bizanslılar blokadanı yarmaq üçün güclü hücumlar edirlər, lakin hər dəfə uğursuzluğa düçar olurlar. Yoahim İmperator I İraklidan hərbi yardım gözləsədə heç vaxt kömək almır.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Çələbi
Çələbi — Bir çox mənalarda işlədilən ifadə, təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əhməd Çələbi — siyasətçi Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Musa Çələbi — Osmanlı şahzadəsi Süleyman Çələbi — Osmanlı şahzadəsi İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. Katib Çələbi — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Çələbi Lütfi Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İsa Çələbi — Osmanlı sultanı İldırım Bəyazid ilə Dövlət Xatunun oğlu Hacı Qaraman çələbi Əhmədli — övliya, XVI yüzilin sonu, XVII yüzilin əvvəli. Hezarfən Əhməd Çələbi — IV Sultan Muradın hakimiyyəti dövründə özü düzəltdiyi qanadlarla havaya qalxmağa cəhd etmiş türk alimi. Digər Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hacı Çələbi
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
Musa Çələbi
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir. Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir. Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür. Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var.
Mustafa Çələbi
Mustafa Çələbi (I Bəyazidin oğlu) — 4-cü Osmanlı sultanı I Bəyazid ilə xanımı Dövlət Xatunun oğlu. Mustafa Çələbi (I Mehmedin oğlu) — 5-ci Osmanlı sultanı I Mehmedin oğlu. Mustafa Çələbi(tr) (d. 1917 – ö. 2012) — Türkiyə siyasətçisi.
Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur. Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir. Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir. İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir. Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə qarışdırılmamalıdır.
Pul tələbi
Pul tələbi iqtisadiyyatda — pul şəklində maliyyə aktivlərinə arzu olunan sahiblikdir: yəni investisiyalar deyil, nağd və ya bank depozitləri. Bu, M1 sözünün dar mənasında pula olan tələbi (birbaşa xərclənən ehtiyatlar) və ya daha geniş mənada M2 və ya M3-dəki pulu tələb edə bilər. Dəyər anbarı (hətta müvəqqəti) kimi M1 mənasında pulda faiz verən varlıqlar üstünlük təşkil edir. Bununla birlikdə, əməliyyatları icra etmək üçün M1 tələb olunur; Başqa sözlə, likvidliyi təmin edir. Bu, dərhal gələcək xərclər üçün pul tutmağın likvidlik üstünlüyü ilə digər aktivlərə müvəqqəti sahiblik faiz üstünlükləri arasında qarşılıqlı mübahisə yaradır. M1-ə olan tələb, bir insanın vəsaitinin xərclənməsi lazım olan bu mübadilənin nəticəsidir. Makroiqtisadiyyatda M1 şəklində sərvət sahibi olma motivləri təxminən bir əməliyyat motivi və ehtiyat motivi ilə bölünə bilər. Daha geniş M2 pul konsepsiyasının əhəmiyyətsiz faiz dərəcəsinə malik olan hissələrinə olan tələb aktivlərə olan tələbə əsaslanır. Pul saxlamaq üçün daha çox mikroiqtisadi motivlərə bölmək olar. Tipik olaraq nominal pul tələbi nominal məhsul səviyyəsi ilə (qiymət səviyyəsi real məhsula vurulan) artar və nominal faiz dərəcəsinin artması ilə azalır.
Süleyman Çələbi
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi.
Yusuf Çələbi
Yusuf Çələbi (osman. يوسف جلبي; türk. Yusuf Çelebi; 1414 – 1429) — Osmanlı şahzadəsi, V Osmanlı sultanı I Mehmedin oğlu. 1414-cü ildə anadan olmuşdur. Atası I Mehmed vəfat etdikdən sonra kor oldu. 1429-cu ilin avqustunda vəbadan öldü. Yaşıl türbədə dəfn edildi.
Çələbi (Komican)
Çələbi (fars. چلبی‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 305 ailədə 512 nəfəri kişilər və 523 nəfəri qadınlar olmaqla cəmi 1.035 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çələbi (Şəmşəddin)
Çələbi - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Çələbi türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Çələbi yurd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonu ərazisində qışlaq. Toponim çələbi tayfa adı ilə yurd sözünün birləşməsindən yaranmışdır. Mürəkkəb quruluşlu etnotoponimdir.
Çələbi xalçaları
Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar "Çələbi" adlandırsalarda həmin xalçaları çox vaxt "Çələbirt" adlandırırdılar. Əslində isə xalçanın adı "Çələbi"dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur.
Çələbi xalçası
Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar "Çələbi" adlandırsalarda həmin xalçaları çox vaxt "Çələbirt" adlandırırdılar. Əslində isə xalçanın adı "Çələbi"dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur.
Çələbi Çələbiyev
Çələbi Abakar oğlu Çələbiyev (11 oktyabr 1940, Sarıbaş, Qax rayonu – 13 mart 2004) — Azərbaycanlı alim, kimya elmləri doktoru, professor. Çələbi Çələbiyev 1940-cı il oktyabrın 11-də Qax rayonunun Sarıbaş kəndində fəhlə ailəsində anadan olmuşdur. 1947-ci ildə Qax şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1957-ci ildə orta təhsilini başa vurmuşdur. 1959-cu ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya-texnologiya fakultəsinə qəbul olunmuş və oranı 1965-ci ildə bitirmişdir. 1965–1967-ci illərdə Sumqayıt "Üzvi sintez" zavodunda işləmişdir. 1967–1970-ci illərdə indiki Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun aspiranturasında təhsil almışdır. 1970–81-ci illərdə AMEA PMİ-də kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir. 1982-ci ildən 2004-cü ilə kimi "Səthi-aktiv maddələr" laboratoriyasına rəhbərlik etmişdir. 1971-ci ildə "C1-C6 alifatik karbon turşularının KU-2 kationitinin iştirakı ilə perhidrolla oksidləşdirilməsi və alınan turşuların bəzi doymamış birləşmələrin oksidləşməsində istifadə olunması" mövzusunda namizədlik, 1992-ci ildə isə "Doymamış və aromatik birləşmələrin karbon və hidrogen turşuları iştirakı ilə hidrogen peroksidlə maye fazada oksidləşməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Övliya Çələbi
Övliya Çələbi (Osmanlı dili: اوليا چلبي; 25 mart 1611[…], Konstantinopol – 1682[…], Qahirə) — XVII əsrin qabaqcıl səyyahlarından və nəsr yaradıcılarındandır. Əlli ildən çoxAvropa, Qərbi Asiya və Misirdə olub və "Səyahətnamə" adlı 10 cildlik əsərdə gördüklərini toplayıb. Tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir. Çələbi ailəsi əslən Kütahyadan idi və fəthdən sonra İstanbulda məskunlaşdı və zaman-zaman Kütahyada qaldı. İstanbulun fəthi zamanı Övliya Çələbinin babası Qara Əhmet bəyin babası Yavuz Özbek (Er), II Mehmedin basqınçılarından biri idi və fəth qənimətləri ilə Unkapanıda yüz dükan və bir məscid ilə bir ev tikdi. Əvvəllər Sağrıcılar məscidi kimi tanınan bu məscid Yavuz Sinan məscididir. Övliya Çələbinin babası olan Qara Əhməd bəy Kütahyada evlərin qarşısındakı türbədə dəfn edilmişdi. Atası Dervis Mehmed Zilli, I Süleymandan Əhməd I-yə qədər olan sülalələrin zərgəri olmuş, bir çox səfərlərdə iştirak etmiş və çox yaşlı ikən vəfat etmişdir. Anası Abxazlardan idi. Anasının bacısı Mələk Əhməd Paşanın anası olduğu üçün Mələk Əhməd Paşanın himayəsində idi.
İsgəndər Çələbi
İsgəndər Çələbi (v. 19 mart 1535) — Osmanlı imperiyasının baş dəftərdarı. İsgəndər Çələbi XVI əsrdə Sultan Süleyman Qanuninin dövründə baş dəftərdar vəzifəsinə qədər yüksəlmiş dövlət məmurudur. İsgəndər Çələbini digər dövlət məmurlarından fərqləndirən əsas cəhətlərdən biri, onun dövrünün şairlərini müdafiə etməsi olmuşdur. Başda Xəyali olmaqla bir çox şairin maddi ehtiyaclarını ödəmiş və onları mümkün təhlükələrdən xilas etmişdir. İsgəndər Çələbi 1535-ci ildə Parqalı İbrahim Paşanın göstərişi ilə edam olunmuşdur. Çələbinin edam olunmasınını səbəbi kimi, Parqalı İbrahim Paşa ilə aralarında olan mənfi münasibət göstərilir. Sultan Süleyman Qanuninin güvəndiyi İsgəndər Çələbinin onun xəbəri olmadan Parqalı İbrahim Paşa tərfindən edam olunması, Qanunini bərk qəzəbləndirmiş və bir növ bununla Parqalı İbrahim Paşa öz edamının daha da yaxınlaşdırmışdır. Tarixi mənbələrdə verilən məlumatlara əsasən İsgəndər Çələbi, Xain Əhməd Paşa tərəfindən Osmanlı kübar cəmiyyətinə gətirilmişdir. Dəftərdar vəzifəsinə əvvəlcə, usta köməkçisi kimi başlamış, zamanla Osmanlı imperiysında baş dəftardar vəzifəsinə qədər yüksəlmişdir.
Əhməd Çələbi
Əhməd Çələbi (30 oktyabr 1944, Kazımiyyə[d] – 3 noyabr 2015, Bağdad) — İraq siyasətçisi, İraqın prezidenti (1–30 sentyabr, 2003), neft naziri (2005–2006). Əhməd Çələbi 30 oktyabr 1944-cü ildə İraq Kadimiya şəhərində anadan olub. Massaçusets Texnologiya İnstitutunun və Çikaqo Universitetinin məzunudur. Həyatının böyük bir hissəsini Böyük Britaniya və ABŞ-də keçirmiş, bu ölkələrdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsinə kömək edən İraq siyasətçisi kimi tanınmışdır. Əhməd Çələbi 3 noyabr 2015-ci ildə 70 yaşında ürək çatışmazlığından vəfat etmişdir. Əhməd Çələbi İraq prezidenti və baş nazirin birinci müavini vəzifələrində çalışmış, İraqda və beynəlxalq siyasi arenada kifayət qədər tanınmış şəxsiyyətlərdəndir. Səddam Hüseyn dönəmində ona qarşı ən müxalif simalardan hesab olunurdu. Səddam devrildikdən sonra o, bir ay, yəni 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraq keçid hökumətinin prezidenti səlahiyyətini icra etmişdir. 2005–2006-cı illər də İraq baş nazirnin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışmışdır.
Ələddin Çələbi
Ələddin Çələbi (Hələb – 1496, Ədirnə) — Osmanlı alimi və şeyxülislamı. Hələbdə dünyaya gəlmiş, bu səbəblə Ərəbi ləqəbiylə məşhurlaşmışdır. Burada təhsilini tamamladıqdan sonra Ədirnəyə gəldi və Molla Güranidən dərslər aldı. Daha sonra Ədirnədəki Darülhədis müdərrisi Fəxrəddin Əcəminin müridi və Bursa Kaplıca mədrəsəsinə müdərris oldu. Bu əsnada xəlvətiyyə təriqətinin məşhur simalarından Şeyx Ələddin Əlinin xidmətinə girdi. Ancaq çox keçmədən şeyx sürgün edildi və buna etiraz olaraq Ələddin Çələbi də Manisaya sürgün edildi. Burada Şahzadə Mustafanın himayəsinə girdi. Onun vasitəçiliyi ilə çox keçmədən bağışlandı və Sahn-ı səman müdərrisi oldu. 1495-ci ilin aprelində 100 axca maaşla şeyxülislamlığa gətirildi. Ancaq bu vəzifədə çox qala bilmədi və 1496-cı ilin aprelində vəfat etdi.
Çələbi (titul)
Çələbi — Azərbaycan və Türkiyədə tarixi titul. Sözün lüğəvi mənası "alicənab" və ya "mərifətli" deməkdir. "Çələb" sözü qədim türkcədə "tanrı" mənasını daşıyırdı və bu titul həmçinin, "tanrının adamı" deməkdir.