Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərmələ
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.
Hərəkə
Hərəkə (حرکه), Ərəb əlifbasındaçı səsli hərflərin yerinə işlənir. Əsldə bu əlifbada hammı səslilər göstərilmir. Azərbaican-ərab əlifbasında bəzi hərflər səsli yerinə işlənir. Misal üçün əlif A/a yerinə istifadə olunur ha belə hərdən هـ/ه Ə yerinə işlənir. Hərəkələr müasir Ərəb dilində yeni yaranmışdır. Səslilər yalnız Quran yazılarında maxsus tələfüz göstərmək məqsədilə istifadə olunur. fəthə (فَتحه) َ hərfin yuxarısında gəlir və Ə səsin verir. سَله (sələ) bu misalda ikinci Ə səsini ـه göstərir. kəsrə (کَسره) ِ hərfin aşağısında gəlir və İ səsin verir. بـِل (bil) zəmmə (ضمه) ُ hərfin yuxarısında gəlir və O, U səslərin verir həmin hərəkə و ilə gələndə (وُ) O, U, Ö və Ü səsidə verir.
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Böyük Hərəmi
Böyük Hərəmi - Azərbaycan Respublikasında Hacıqabul rayonu ərazisinda palçıq vulkanı. Pirsaatçayın sağ sahilində, eyniadlı silsilənin qərb hissəsindədir. Vulkanın krater çölündə, əsas etibarilə iki paralel xətt üzrə yerləşmiş çoxlu sopka və qrifon var. Fəaliyyətdə olan bütün sopka və qrifonlardan intensiv surətdə qaz, su, palçıq və neft pərdələri ayrılır. Böyük Hərəmi tektonik cəhətdən eyniadlı qırışığın tağına uyğun gəlir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2011, səh.455.
Hürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; bilinmir, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. == Əsli == Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir. Tatar quldur dəstələri tərəfindən əsir alınaraq 1520 tarixində 15 yaşlarında Krım sarayına satılmış, daha sonra Sultan I Süleymana hədiyyə olaraq İstanbula göndərilmişdir.
İngilis hərəmi
İngilis hərəmi — Yeni Zelandiya yazıçısı Entoni Makkartenin (Anthony McCarten) 2005 ci ildə qələmə aldığı, məhəbbət, mədəniyyətlərarası tolerantlıq haqqında romanı. Roman bir neçə insanın taleyindən bəhs edir: iranlı Saman Səhər və onun üç arvadı - fars Firuzə, fransız İvett və ingilis Treys. Saman İranın şah dövrünün varlı qəssab ailəsində dünyaya gəlmiş, Böyük Britaniyaya oxumaq üçün göndərilmișdir. İrana qayıdarkən onun hamuger dən zəhərləndikdən sonra ət yeməklərindən imtina etməsi onun aləsini çox təəcübləndirir. Tehranda vegeterian yməkxanası açan Saman İslam İnqilabından sonra ölkəsini tərk etməli olur və o vətəninə geri dönə bilmir. Saman İngiltərəyə qaçan Saman bu ölkəyə məftundur, çoxlu dostlar qazanır elit cəmiyyətin bir üzvünə çevrilir. Burada o, İran mətbəxi əsnaasında vegetarian yeməkxanalar șəbəkəsi yaradıb çalıṣır. O, əsil ingilispərəstə çevrilir. Onu hətta sadəcə Sem deyə çaĝırırlar. Amma öz keçmișindən yaxa qurtara bilmir.
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Hərmələ ibn kahil əsədi
Hərəm (teleserial, 2012)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Ageratina herrerae
Ageratina herrerae (lat. Ageratina herrerae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Inga herrerae
Inga herrerae (lat. Inga herrerae) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Nectandra herrerae
Nectandra herrerae (lat. Nectandra herrerae) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Palicourea herrerae
Palicourea herrerae (lat. Palicourea herrerae) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Patrisiya Herrera
Patrisiya Herrera (d. 9 fevral 1993) — İspaniyanı təmsil edən su poloçusu. Patrisiya Herrera, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Pinus herrerae
Pinus herrerae (lat. Pinus herrerae) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Senecio herrerae
Senecio herrerae (lat. Senecio herrerae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Kiçik Hərəmi palçıq vulkanı
Kiçik hərəmi palçıq vulkanı- eyni adlı tirənin cənub-şərq qurtaracağında yaranmış yəhərvari alçalamada yerləşir. == Ümumi məlumat == 440 m mütləq yüksəkliyə malik olan bu vulkan Hacıqabul şəhərindən şimalda dəniz səthindən 395-400 m ucalır. Bu vulkan Kiçik hərəmi braxiantiklinalının Məhsuldarqat çöküntülərinin üzə çıxdığı, eləcədə eninə və uzununa istiqamətdə keçən sınmaların kəsişdiyi yerdə yaranmışdır. Vulkanın ətraf hissələrində Məhsuldarqatdan başqa Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da intişar tapmışdır (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Hazırda palçıq vulkanının kraterində bir neçə təpəcik və qrifonlar vardır. Onlardan zəif də olsa bulanıq su və palçıq ayrılır. Kiçik hərəmi palçıq vulkanının ümumi geomorfoloji quruluşunda, ancaq bu vulkana xas olan bir cəhət vardır. Bu vulkan brekçiyalarının ana süxurlardan təşkil olunmuş dik yamacların arası ilə axaraq sıxılması, qatı brekçiyanın qabarması, qədim brekçiyalardan qismən hündür pillələrdə ayrılması və nəhayət onlara dərinliyi 15-20 m bəzən daha artıq olan yarğanların kəsilməsidir. Kiçik hərəmin palçıq vulkanının krater sahəsində brekçiyalardan əlavə ana süxurlar da üzə çıxdığından onun səthi cavan quruluşlu yastanı xatırladır. Krater sahəsi zəif parçalanmışdır.
Blazius Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Othonna herrei
Othonna herrei (lat. Othonna herrei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Juan de Herrera
Juan de Herrera de Maliaño (1530 – 15 yanvar 1597, Madrid) — İspaniyalı memar, riyaziyyatçı, sörveyör və hərbçi. Rönesans ispan memarlığının ən böyük nümayəndələrində biri sayılır. Onun şərəfinə Herrerian ayıq və sərt memarlıq üslubu adlandırılıb. II Filipp (ö. 1556-1598) dövrünün təmsilçisi idi və sonrakı İspan memarlığına, əsasən XVII əsr boyunca əhəmiyyətli dərəcədə təsir etdi.
Hermə (Soyuqbulaq)
Hermə (fars. هرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (8 ailə).