Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ölüm həvəsi
Ölüm həvəsi, ölüm instinkti və ya tanatos (q.yun. θάνατος “ölüm”) — psixoanaliz anlayışı olub, Sabina Şpilreyn tərəfindən fenomen kimi kəşf edilmiş və Ziqmund Freyd tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. Sonra Freyd anlayışı konseptuallaşdırır ki, onun işində canlı orqanizmdə ilkin (cansız, qeyri-üzvi) vəziyyəti bərpa etmək istəyinin mövcudluğunu ifadə edir. Yaşamaq həvəsi ilə ziddiyyət təşkil edir. Bəzi hallarda, aqressiya intinstinkti və ya mortido enerjisi ilə müəyyən edilir. == Psixoanalizdə “həvəs” anlayışı == Freyd cinsi həvəsi təhlil edərkən ilk dəfə "Seksuallıq nəzəriyyəsi haqqında üç esse" (1905) "həvəs" anlayışından istifadə etdi və daha sonra "Həvəslər və onların taleləri" (1915) əsərində bunu əsaslandırdı. Freyd bu anlayışa belə tərif vermişdir: “Həvəs” bizim tərəfimizdən əqli və fiziki arasında sərhəddə olan, bədən daxilində yaranan və ruha nüfuz edən qıcıqlanmaların fiziki nümayəndəsi kimi qəbul edilir." Psixoanaliz nəzəriyyəsinə görə, hər bir həvəsin məqsədi, obyekti, mənbəyi var. Həvəsin məqsədi məmnuniyyətdir ki, bu da onun gərginliyini mümkün qədər azaltmaqla əldə edilir. Həvəs obyekti — həvəsin məqsədinə çatdığı obyektdir. Həvəs mənbəyi zehni səviyyədə həvəsin özü ilə təzahür edən bədənin hər hansı bir orqanında və ya hissəsində həyəcanlanma prosesidir.
Axtarış həvəsi (film, 1970)
Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.
Həkərli
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. == Tarixi == Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı. == Coğrafiyası == Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Həmənli
Həmənli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.
Həsənli
Bələdiyyələr Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Tovuz rayonunda bələdiyyə. Kəndlər Həsənli — Azərbaycanın Masallı rayonunda kənd. Həsənli — Azərbaycanın Sabirabad rayonunda kənd. Həsənli — Azərbaycanın Tovuz rayonunda kənd. Həsənlitəpə yaşayış yeri — İranda arxeoloji abidə-qədim şəhər yeri Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Həsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
Vələsli
Vələsli (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vələsli (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Eldar Həsənli
Eldar Həsənli (tam adı: Eldar Həsən oğlu Həsənli; 28 aprel 1960, Daşkənd, Basarkeçər rayonu) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Həsənli Eldar Həsən oğlu 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra, 1980-ci ildə Şuşa Mədəni-Maarif Texnikomuna qəbul olmuş və 1983-cü ildə təhsilni başa vurmuşdur. Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir. İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap oluur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır. "Aqilim, Sərrafım qaldı Göyçədə" (1997), "Gözlərimin yaşı qalıb o yerdə" (1998), "Göyçə mənim, qadası, Ələsgərim, Alımdır" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1999, 176 səh. 1000 tiraj), "Sən günəşin zərrəsiydin" (1999) və "Dünya mənim qəfəsimdi" (2001) kitabları çap olunub.
Elxan Həsənli
Elxan Həsənli (əsl adı: Elxan Məmməd oğlu Həsənov; alm. Elchan Gassanow‎; 15 dekabr 1974, Qazax) — Azərbaycan əsilli İsveçrə tarixçisi, tarix üzrə fəlsəfə doktoru, politoloq, siyasi ekspert. == Həyatı == Elxan Məmməd oğlu Həsənov (Həsənli) 15 dekabr 1974-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olmuşdur. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır. Həsənli 2007–2011-ci ildə İsveçrənin Sürix Universitetinin magistraturasında, 2011–2013-cü illərdə Sürix Pedaqoji İnstitutunda pedaqoji təhsil almışdır. == Fəaliyyəti == Elxan Həsənli 1996–1998 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, 1994-cü ildə "Rezonans" qəzetinin müxbiri kimi əmək fəaliyyətinə başlamışdır. Həsənli 1998-ci ildən 2004-cü ilə qədər "Yeni Müsavat" qəzetinin müxbiri işləmişdir. O, 2011-ci ildən 2016-cı ilə qədər İsveçrənin Sürix Universitetində elmi işçi, 2016-cı ildən 2021-ci ilə qədər Sürix meriyasında çətin öyrənən uşaqların təhsili kollecində alman dili, tarix və informasiya-kommunikasiya texnologiyaları müəllimi işləmişdir. Həsənli müəllimlərin təkmilləşməsi üzrə İsveçrə və Almaniya sertifikasiyalarını qazanmışdır.
Elçin Həsənli
Fərrux Həsənli
Həsənli (Bərdə)
Həsənli — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.
Həsənli (Cəbrayıl)
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənddir. Araz düzündə, Cəbrayıl şəhərindən 20 km cənubda yerləşir. == Tarixi == Rusiya İmperiyası dövründə Həsənli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. Sovet işğalından sonra Həsənli Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır Kənd öz qurucusunun adını daşıyır. Yerli əhali kəndi Həsənli adlandırırdı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Həsənli kəndində 24 ev var idi və burada 98 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.
Həsənli (Cəlilabad)
Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Həsənli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Həsənli oyk., sadə. Bərdə r-nunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir; Cəbrayıl r-nunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı şəxsin altı oğlundan biri Həsən salmışdır; Həsənli çayının sahilində, Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Cavad inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Salyan r-nunun Yenikənd inzibati ərazi vahidində kənd.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Həsənli (Meşkinşəhr)
Həsənli (fars. حسنلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (27 ailə).
Həsənli (Sabirabad)
Həsənli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
Həsənli (Sayınqala)
Həsənli (fars. حسنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (98 ailə).
Həsənli (Sulduz)
Həsənli (fars. حسنلو‎, azərb. Həsənli-حسنلی‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd çox qədim tarixə malikdir, belə ki kəndin yaxınlığında Mannalar çağına aid olan bir təpə yerləşir. Yerlilər bu təpəni Həsənli təpəsi adlandırırlar. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,264 nəfər yaşayır (289 ailə). Kəndin əhalisi şiə müsəlman Qarapapaq türklərinin Canəhmədli tayfasından ibarətdir. Kənd əhalisinə görə Çiyənədən sonra Sulduz bölgəsinın ikinci böyük kəndidir.
Həsənli (Tovuz)
Həsənli — Azərbaycan Respublikasının Tovuz rayonunun Həsənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sol sahilində, Göyəbaxan silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Həsənli kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həsənli (Urmiya)
Həsənli (fars. حسنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 574 nəfər yaşayır (106 ailə).
Həzi Həsənli
Kamran Həsənli
Kamran Həsənli (11 sentyabr 1963, Bakı) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub. == Həyatı == Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı Şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. 6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub. == Jurnalist fəaliyyəti == 2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.
Həsənli (Xudabəndə)
Həsənli (fars. حسن لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (27 ailə).
Həsənli (Xudafərin)
Həsənli (fars. حسنلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (12 ailə).
Mənəşli
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.