famos
Fanal
OBASTAN VİKİ
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Fan İçji
Fan İçji (çin. 方以智 Fāng Yǐzhì, 1611[…] – 9 noyabr 1671[…]) — Çin filosofu, astronomiya, filologiya, dilçilik, musiqişünaslıq, tibb və digər elmlərlə məşğul olan alim Çində ilk dəfə olaraq "fəlsəfə" və "elm" terminoloji fərqini aparmış və konfutsianlığın, daosizm və buddizmin vəhdətini təsdiq etmişdir. Ensiklopediyaçı-alimdir. 1611-ci ildə Fan İçji alim ailәsindә dünyaya göz açmışdır. 1640-cı ildә Hanlin akademiyasında tarixşünas vəzifəsini daşımışdır. Çin sülalәsi hakimiyyәtә gәldikdәn dərhal sonra 1644-cü ildә Fan İçji cәnuba qaçmışdır. 1650-ci ildә Fan İçji buddist rahibi olmuşdur, onun dövrümüzәdәk saxlanılmış әsәrlәrindәn әn mühümü "U-li syao-şi" әsәridir, burada Fan İçjiyә mәlum olan elmi biliklәr yer almış vә onlar 3 sahәyә (fәlsәfә, tәbiyyatşünaslıq vә idarәçilik) bölünmәklә tәsnif edilmişdir. Sonradan Fan İçji öz doğma torpaqlarına getdi və ilk Nankin səmavi sülh monastırında məskunlaşdı.
George Fan
Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indie oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"-in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"-i təsis etmiş və Müstəqil Oyunlar Festivalında finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"-də işləməyə başlamışdır.
Fırtına (fan-klub)
"Fırtına" fan-klubu – Xəzər-Lənkəran klubunun azarkeşlərini özündə birləşdirən klub. Azərbaycanda ilk müstəqil fan-klub olan "Fırtına" fan-klubu 16- iyulAzərbaycanda 2005-ciilk ilmüstəqil tarixindəfan təsis edilmişdir. Fan-klub 16 iyul 2005-ci il tarixində təsis edilmişdir. Bu fan-klubun yaranma məqsədi sevimli komandaları Xəzər-Lənkərana layiqli dəstək olmaq və ümumən azarkeş mədəniyyətini Avropa səviyyəsinə qaldırmaq olub. Qarşıda hələ çox işlər görməli olmağımıza baxmayaraq keçilən yola baxsaq məqsədimizə qismən nail olduğumuzu görərik. Belə ki, Bakı şəhərində 200-ə qədər və əsasən Lənkəran olmaqla bölgələrimizdə 100-dən artıq üzvü var. Online olaraq bizimlə yol gedənlərin isə yer kürəsinin hər bir guşəsindən olduqlrını görmək olar. Qardaş Türkiyədən, Rusiyadan, Yaponiyadan, Misirdən, ABŞ -dan, Belçikadan, Rumıniyadan, İspaniyadan və s. bizə qoşulanlar vardır. Əbədi olaraq könül verdiyimiz klubumuzla yanaşı Millimizə, avrokuboklarda iştirak edən klublarımıza da avropa oyunlarında göstərdiyimiz yüksək səviyyəli dəstəklə seçilmişik.
Fırtına (fan klubu)

Fırtına fan klubu

Fan Hui Kuat
Fan Hui Kuat (vyet. Phan Huy Quat; 1911, Txattyau[d] – 27 aprel 1979, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, Vyetnam Respublikasının Baş naziri (1965). Fan Hui Kuat 1949-1950 Bao Dai hökumətində təhsil naziri olmuşdur. O, 1950 və 1953-1954-cü illərdə müdafiə naziri vəzifəsində çalışmışdır. Fan Hui Kuat 1953-cü ildə Vyetnam Dövlətinin demokratikləşməsinə cavabdeh olan xüsusi tapşırıqlar üzrə nazir kimi xidmət etmişdir. O, 1954-ci ildə Vyetnam Dövlətinin Baş nazirinin səlahiyyətlərini icra etmişdir. Fan Hui Kuat 1965-ci ilin fevralında Vyetnam Respublikasının Baş naziri, marşal Nquyen Kao Kinin başçılıq etdiyi hərbi çevrilişdən sonra vəzifəsindən azad olunmuşdur. Baş nazirlikdən getdikdən sonra Kuat öz həkimlik fəaliyyətinə qayıtmışdır. O, 1975-ci ilə qədər siyasətdə qalmış, Asiya Antikommunist Liqası ilə işləmiş və onun Vyetnam ofisinə rəhbərlik etmişdir. Fan Hui Kuat 1975-ci ilin avqustunda Vyetnam Respublikasının süqutundan sonra həbs edilmiş və zindana salınmışdır.
Fan Khak Şıu
Fan Khak Şıu (vyet. Phan Khắc Sửu; 9 yanvar 1905, Vinlonq[d] – 24 may 1970, Sayqon) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, mühəndisi, Vyetnam Respublikasının dövlət başçısı (1964–1965). Fan Khak Şıu 9 yanvar 1905-ci ildə anadan olmuşdur. Paris və Tunisdə kənd təsərrüfatı mühəndisliyi təhsili almışdır. O, 1930-cu ildə Vyetnama qayıdaraq İqtisadi İnkişaf Departamentində elmi işlər üzrə direktor vəzifəsində çalışmışdır. Fan Khak Şıu Kaoday dini təlimlərinin ilk tərəfdarlarından idi. O, sonradan müstəmləkəçilik əleyhinə hərəkat sıralarına qoşulmuşdur. 1940-cı ildə inqilabi hadisələrdə fəal iştirak etmiş, buna görə 8 il ağır işlərə məhkum olunmuşdur. Fan Khak Şıu 1945-ci ildə Fransanın dəstəklədiyi antiyapon mübarizəsində iştirak etmək üçün sərbəst buraxılmışdır. 1948-ci ildən Fransanın müstəmləkə hakimiyyətləri ilə əməkdaşlıq etmiş, 1949-cu ildə Bao-dayın hakimiyyəti altında qısa müddətə kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.
Double Fantasy (albom)
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi fantastika filmi
Çox vaxt futuristik kosmik gəmilər, robotlar və ya digər texnologiya ilə müşayiət olunan elmi fantastika; yerdənkənar həyat formaları, yad planetlər və zamanda səyahət kimi xəyali hadisələrin spekulyativ və elmi əsaslı təsvirlərindən istifadə edən film janrıdır. Elmi fantastika filmi keçmişdən bu günə qədər siyasi və sosial mövzularda sosial tənqid və "bizi insan edən nədir?" kimi fəlsəfi problemlərin araşdırılması üçün tez-tez istifadə olunan bir film janrı olmuşdur. Elmi-fantastika janrı səssiz kinonun ilk illərindən — Corc Melisin "Aya Səyahət" (1902) filminin çəkilişindən bəri mövcuddur və bu film tamaşaçıları çətin foto effektləri ilə valeh edir. Elmi-fantastika filmləri 1930-cu illərdən 1950-ci illərə qədər aşağı büdcəli B filmləri kimi çəkilmişdir. Lakin Stenli Kubrikin bir dönüş nöqtəsi etdiyi "2001: Bir kosmik dastan" (1968) filmindən sonra elmi-fantastika film janrı daha ciddi bir film janrı kimi qəbul olunmağa başlanmışdır. 1970-ci illərin sonlarında xüsusi effektlərlə zənginləşdirilmiş yüksək büdcəli elmi-fantastika filmləri kinosevərlər arasında populyarlaşmışdır. 1977-ci ildə çəkilmiş və olduqca təsirli filmlər olmuş "Ulduz müharibələri" və "Üçüncü növ yaxın görüşlər" adlı filmlər, "E. T." (1982) və "Qara Geyinən Adamlar" (1997) filmləri kimi qarşıdakı onilliklərdə çəkiləcək böyük büdcəli elmi fantastika filmlərinin yolunu açmışdır.
Fanaqoriya
Fanaqoriya (yun. Φαναγόρεια) — Rusiyanın Krasnodar diyarının Sennaya qəsəbəsi yaxınlığında, Taman yarımadasında yerləşən qədim şəhər. Şəhərin əsası təqribən e.ə. 543 ildə Əhəməni hökmdarı II Kirin İoniyanı işğalı zamanı Teos şəhərini tərk etmiş əhali tərəfindən qoyulmuş, onların başçısı Fanaqorun adı ilə adlandırılmışdır. E.ə. V əsrin sonlarından Bospor dövlətinin tərkibində ikinci paytaxt, "Asiya" hissəsinin əsas şəhəri idi. Çiçəklənməsi e.ə. IV əsrə təsadüf edir. E.ə. IV–I əsrlərdə burada sikkə zərb edilirdi.
Fanaqoriya adası
Fanaqoriya adası — Zed adaları arxipelaq qrupunun ən böyük üçüncü adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarındakı Livinqston adasında, Zed qrupunun şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 700 m, eni 500 m, səthinin sahəsi isə 20 hektardır. Ada qonşu adalar olan Esperanto adasından 70 m və Lesidren adasından isə 130 m məsafədə yerləşmişdir. Ada Vilyams zirvəsindən 2.1 km şimalda yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Böyük Bolqar xanlığının şəhərlərindən biri olan Fanaqoriyanın adını daşıyır. Fanaqoriya adası 62°26′03″ c. e.
Fantastik Dördlük (film, 2015)
Fantastik dördlük (ing. Fantastic Four və ya Fant4stic; rus. Фантастическая четвёрка) — Marvel Comics nəşriyyatının eyniadlı komandasından bəhs edən 2015-ci il istehsalı fantastik film. Bu film 20th Century Fox tərəfindən çəkilmiş 3-cü Fantastik dördlük filmi olsa da, bu filmdə hadisələr yenidən işlənib. Filmin rejissoru Coş Trank, ssenaristləri isə Ceremi Slater, Trank və Simon Kinberqdir. Filmin baş rollarında Maylz Teller, Maykl Cordan, Keyt Mara, Tobi Kebbel, Req Katey və Tim Bleyk Nelson oynamışdır. Filmin ssenarisinə görə Fantastik dördlük komandası düşmənə çevrilmiş dostlarını dayandıraraq Yeri alternativ dünyadan qorumalıdırlar. Film üzərində işlər 2009-cu ildə başlamışdır. Əsas çəkilişlər may-avqust 2014-cü ildə baş tutmuşdur. Çəkilişlər Luizianada, Baton Rujda həyata keçirilmişdir.
Fantastik dördlük (film, 2005)
Reed Richards və Benjamin "Ben" Grimm kosmosda araşdırmaları üçün maliyyə dəstəyi üçün Victor Von Doom-a gedirlər. Viktor razılaşır və onlar birlikdə kosmosa gedirlər. Burada günəş alovu gözləniləndən tez baş verir və komanda heyran olur və güc qazanır. Körpüdə baş verən qəzada komanda ilk dəfə ictimaiyyət qarşısına çıxır və insanları qəzadan xilas edir. Mən sənin halından razı deyiləm. Sevdiyi qadın onu tərk etdi. Reed onu bərpa edəcəyinə söz verir, lakin Viktor onu şirnikləndirir və kifayət qədər işləmədiyini deyir. O, Ben Ridlə mübahisə edir və onlar döyüşürlər. Ben Viktorun yanına gedir və Viktor öz gücündən istifadə edərək Beni insana çevirir. Beləliklə, o, qarşısındakı ən böyük maneədən xilas olur.
Fantastik məxluqlar və onların yaşadıqları yer (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik məxluqlar və onların yaşadıqları yer (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Fantastik varlıqlar və onların məskəni
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik varlıqlar və onların məskəni (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik varlıqlar və onların məskəni (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik varlıqlar və onların məskəni (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Fantastika
Fantastika (yunanca: phantastike — incəsənət təsəvvür etmək) — xəyalda yaranan fikirlər, təsəvvürlər, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviridir. Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bir də bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbiyyat janrıdır. Ədəbiyyatla yanaşı fantastika həm də kino, rəssamlıq və digər incəsənət sahələrinində əsas yaradıcılıq metodlarından biri hesab olunur. Fantastlar öz əsərlərində daim yeni texnologiya, robortlar "icad" etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər. Fantastikanın fentezi, magik realizm, elmi fantastika, qorxu və s istiqamətləri vardır. Onların arasında fentezi məşhur ingilis yazıçısı Con Tolkinin sayəsində ayrıca bir janr kimi inkişaf etmiş, elmidir Fntastikanın köklərini çox qədimlərdən başlayaraq Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, Kretyen de Trua, Tomas Melori, Ariosto kimi orta əsr yazıçılarının, Migel de Servantes, Fransua Rable, Tomas Mor, Tomazzo Kampanella, Frensis Bekon, Con Milton, Dante kimi renesans dövrü ədiblərinin, Conatan Svift, Sirano de Berjerak, Tobias Smollet, Hans Xristian Andersen (uşaq fantastikası), İohann Volfqanq Göte, Moris Meterlink, Aleksandr Blok kimi XVII–XIX əsr klassiklərinin əsərlərində bu janır üstünlük təşkil edir. Ancaq fantastika janrı bugünkü şəklini məhz XIX–XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı. Bu, ilk növbədə, fransız yazıçısı Jül Vernin əsərləri ilə başlandı. Daha sonra Herbert Uells, Artur Konan Doyl, Aleksandr Belyayev, Aleksey Tolstoy və daha gec nəslin nümayəndələri – Rey Bredberi, Ayzek Əzimov, Robert Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi. Fantastik səyahətlərin ilk nümunələrindən biri kimi Kallisfenin "Böyük İsgəndərin tarixi" romanını misal çəkmək olar.
Fantastika filmi
Fantastika filmi — film janrlarından biridir. Belə filmlərdə nağılvari qüvvələrə, mifik obrazlara rast gəlmək olur. Fantastik filmlərdə texniki tərəqqinin şişirdilir. Bu əsasən gələcəkdən bəhs edən filmlərdə əks etdirilir.
Fantaziya
Fantaziya (musiqi) — formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziya hamamı — Bakıda yerləşən 1896-cı ildə tikilən məşhur hamam. Fentezi — Ədəbiyyatdan götürülmüş və film, cizgi film eləcə də teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.
Fantaziya (musiqi)
Fantaziya (yun. φαντασία – təxəyyül) – formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziyada improvizasiya mühüm əhəmiyyət kəsb edir. Köklü improvizəyə malik musiqi kompozisiyasıdır. Fantaziya, ekspromt kimi, hər hansı ciddi musiqi formasının xrestomatik qaydalarına nadir hallarda əməl edir. XVI əsrdə tokkata və riçerkara yaxın polifonik pyeslər Fantaziya adlanmışdır. XVII əsrdə konsert, simfoniya, uvertüra, sonata və rondonun təsirinə məruz qalmışdır. XVII-XVIII əsrlərdə Fantaziyadan fuqaya, bəzən isə sonataya müqəddimə kimi istifadə olunmuşdur. 19-cu əsrdə quruluşca sonataya, bəzən simfonik poemaya yaxın əsər, eyni zamanda opera, balet, xalq mahnıları mövzuları əsasında virtuoz pyes kimi geniş yayılmışdır. Azərbaycan xalq calğı alətləri orkestoru üçün Ü.Hacıbəyli, S.Rüstəmov və başqa Fantaziyalar bəstələmişlər.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Fanthyet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Fanti dili
Fanti dili — Əsasən Qananın mərkəzi və cənub bölgələrində danışılır. Qana Respublikasının rəsmi dövlət dillərindən biri sayılır. Kva dil ailəsinin potu-tano qolunun çvifanti qrupuna daxildir və 19-cu əsrdən bəri latın qrafikasına əsaslanan yazıdan istifadə olunmaqdadır. İcmalarının hər biri öz aralarında subdialektləri olan Agona, Anomabo, Abura və Gomoa kimi Fante xalqının ortaq ləhcəsindən tanınırlar və hamısı qarşılıqlı anlaşılır. Bu gün Fante əsasən Mərkəzi və Qərb Bölgələrindəki Qanada 6 milyondan çox insan tərəfindən danışılır. Bu şəhərdəki insanların əksəriyyətinin yeni liman tikildikdən sonra məskunlaşan yerli Fante danışanlar olduğu Temada da geniş yayılmışdır.
Fantomas Skotland-Yarda qarşı (film, 1966)
Fantomas Skotland-Yarda qarşı — rejissor Andre Yunebelin Marsel Allen və Pyer Suvestrin məşhur avantürist Fantomas haqqındakı romanlarının motivləri əsasında macəra-komediya janrında çəkdiyi 3 filmdən sonuncusu. 1966-cı ildə Fransada çəkilmiş, 1968-ci ildə "Soyuzmultfilm" kinostudiyasının tərcüməsində Sovet prokatında yayımlanmağa başladıqdan sonra SSRİ-də böyük məşhurluq qazanmışdır. Baş rollarda Jan Mare, Lui de Fünes çəkilmişlər və Rita Renuar.
Fanya Kaplan
Fanni Yefimovna Kaplan (əsl adı: Feyqa Haimovna Roytblat; 10 fevral 1890 – 3 sentyabr 1918, Moskva) — Vladimir Leninə sui-qəsd etməyə cəhd etdiyi iddia edilən Sosialist İnqilabçılar Partiyasının üzvü. Bolşeviklər Fanyanın mənsub olduğu partiyanın fəaliyyətini qadağan etdikdən sonra bir Sosialist İnqilabçı kimi Kaplan Leninə "inqilab xaini" kimi baxmağa başladı. O, 30 avqust 1918-ci ildə Moskvadakı zavodlardan birindən çıxmaqda olan Leninə üç dəfə atəş açaraq onu ağır yaralayır. Çeka tərəfindən dindirilən Kaplan hər hansı iştirakçının adını çəkməkdən imtina edir və sentyabrın 3-də güllələnir. Kaplanın sui-qəsd cəhdi və Moisey Uritskinin qətli 28 oktyabr 1917-ci ildə ölüm cəzasını ləğv edən Sovet hökumətini bu institutu yenidən bərpa etməyə təhrik etdi. Kaplanın adı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın katorqasında adlı xatirələrində Vera Fiqner onu Feyqa Haimovna Roytblat-Kaplan deyə adlandırır. Digər mənbələrdə soyadının Roytman olduğu qeyd olunur. Ona bəzən "Dora" da deyirdilər. Kaplan yeddi uşaqlı yəhudi ailəsində böyüyüb boya-başa çatmışdır.

Digər lüğətlərdə