Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Haftaruon
Haftaruon (əvvəlki adı: Rvo zavodu) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Osaküçə kənd inzibati-ərazi vahidi tərkibindəki Rvo zavodu kəndi Haftaruon kəndi adlandırılmışdır.
Haftoni
Haftoni (Lənkəran) — Lənkəran rayonunda yerləşən şəhər tipli qəsəbə. Haftonu — Lerik rayonunda yerləşən kənd.
Haftoni (Lerik)
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Haftoni (Lənkəran)
Haftoni — Azərbaycan Respublikasının Lənkəran rayonundan 12 km şimal-qərbdə yerləşən şəhər tipli qəsəbə. Dağətəyi ərazidədir. == Etimologiya == Haftoni sözü, talış dilindən "Yeddi bulaq" (haft-yeddi, honi-bulaq) kimi tərcümə olunur.[mənbə göstərin] == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir./ Tədqiqatçı-tarixçi Aqşin Əliyev özünün Haftoni adlı kitabında qəsəbənin tarixi və etnoqrafiyası haqda geniş məlumat vermişdir. == Coğrafiyası və iqlimi == Talış dağlarının ətəyində yerləşir.
Haftoni bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Haftonu
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Baft şəhristanı
Baft şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Baft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,129 nəfər və 24,598 ailədən ibarət idi.
Bonni Hant
Bonnie Lynn Hunt (22 sentyabr 1961, Çikaqo, İllinoys) Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır. == Bioqrafiyası == === İlk illəri === Bob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir. 1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi. === Şəxsi həyatı === 1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir.
Co Hart
Çarlz Cozef Con Hart və ya sadəcə Co Hart (ing. Charles Joseph John (Joe) Hart; 19 aprel 1987[…]) — İngiltərə futbolçusu, Şotlandiya çempionatının üzvü "Seltik" klubunun və İngiltərə millisinin qapıçısı. == Həyatı == Co Hart 1987-ci ildə Şrusberi şəhərində Karl və Luiza Hartın ailəsində anadan olmuşdur. O, Okson ibtidai məktəbində, daha sonra Şrusberi şəhərində Meole Brace şəhərciyindəki orta məktəbdə oxumuşdur. Məktəbdə həm də kriketçi Stefan Devis ilə birgə yaxşı kriket oynamış və 11 yaşından Şrusberi futbol komandasında oymağa başlamışdır. == Klub karyerası == === "Şrusberi Taun" === Co Hart öz futbol karyerasına doğma şəhərini təmsil edən "Şrusberi Taun" klubunda başlayıb və 2003—2006-cı illərdə klubu təmsil edib. Lakin o, komandanın əsas heyətində yalnız 2005/06 mövsümündə, 46 matç oynadı və bu müddətdə 55 qol tutdu. === "Mançester Siti" === Co Hart 2006-cı ildə "Mançester Siti" klubu ilə müqavilə imzaladı və akademik futbol klubuna göndərildi. 22 may 2006-cı ildə Mançester Siti Hart üçün əvvəlcə 600 min funt sterlinq ödəmişdi. Hart 2006-cı il oktyabrın 14-də Mançester Sitidə debüt etdi və Andreas İsaksson və Nikki Ueaverın zədələnməsindən sonra Premyer Liqa matçı üçün Şeffild Yunaytedə qarşı oynadı.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Onam ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. == Coğrafiya == === Oroqrafiya === Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. == Həyatı == Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Hatt dili
Hatt dili — e.ə. II minillikdə Kiçik Asiyada hattlar tərəfindən danışılan aqqlütinativ qeyri-Hind-Avropa dili. İngilisdilli akademiayda bu dil Het dövlətinin Hind-Avropa dil ailəsinə mənsub olan het dilindən fərqləndirmək üçün "Hattic" adlandırılır.
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. == Həyatı == H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Həft sin
Həft Sin (başqa cür Həft Sīn (Yeddi S)) (fars. هفت‌سین‎) yaxud yeddi s adlanan Novruzun ənənəvi süfrə bəzədilməsidir. "Yeddi S" süfrəsi hər biri fars əlifbasında sīn (س) ilə başlayan yeddi əşyanı özünə daxil edir. Yeddi S əşyaları bunlardır: Sabzeh (fars. سبزه‎) — qabda böyüdülən buğda, arpa, paxla yaxud mərci cücərtisi olan səməni. Yenidən doğuluşu simvolizə edir. Samanu (fars. سمنو‎) — şirin pudinq buğda dənindən hazırlanır. Rifahı simvolizə edir. Senjed (fars.
Həft övrəng
"Həft övrəng" (fars. هفت اورنگ‎, azərb. Yeddi taxt‎) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur. == Məsnəvilər == Həft övrəng toplusuna yeddi məsnəvi daxildir: Qızıl zəncir (fars. سلسلة الذهب‎) – didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Yusif və Züleyxa (fars. یوسف و زلیخا‎) – Yusif və Potifarın həyat yoldaşı Züleyxanın romantik münasibətlərini İslam ənənələri əsasında təsvir edən romantik poemadır. Peyğəmbərin ruzusu (fars. سبحة الابرار‎) - didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Salman və Absal (fars.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Şimali Filadelfiya[d], Pensilvaniya və ya ABŞ), Amerikalı komediyaçı, aktyor və prodüser. == Həyatı == Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Komarov hafı
Komarov hafı (lat. Rethera komarovi) — pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nadir növdür. == Təsviri == Qanadları açıq halda 70-75 mm-dir. Ön qanadları yaşıl olub, üzərindən krem rəngli köndələn xətt keçir, kənarı zeytuni-yaşılıdır. Arxa qanadları sarı, kənarı qonurdur. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Əfqanıstan, Türkmənistan, Cənubi Qafqaz, Azərbaycanda isə Araz çayı vadisi, Talış (Zuvand Dövlət Təbiət Yasaqlığı), Şamaxı (Pirqulu). == Həyat tərzi == Friqanoid bitki olan traqakantın yayıldığı quru dağ çölləri kəpənəyin yaşayış sahələridir. Kəpənəklər mayın sonu – iyunun əvvəllərində uçur, ildə bir nəsil verir. Gündüzlər sığınacaqlarda gizlənir.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.
Oleandr hafı
Oleandr hafı (lat. Daphnis nerii) — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. == Qısa təsviri == İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == İlk illəri == == Təhsili və Karyerası == == Mükafatları == === İqtisadiyyat üzrə Nobel mükafatı === == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Oliver Hart's home page at Harvard Oliver Hart - Facts == Ədəbiyyat siyahısı == === Kitabları === Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). === Seçilmiş məqalələri === "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Robert Heft
Robert "Bob" Heft (19 yanvar 1941, Saqino[d], Miçiqan – 12 dekabr 2009, Saqino[d], Miçiqan) — ABŞ müəllimi, incəsənət xadimi və siyasətçisi, Ohayo ştatının Napoleon şəhərinin meri (1974–2002), ABŞ-nin indiki 50 ulduzlu bayrağının tərtibatçısı. O həmçinin, yeni bir ştatın Birləşmiş Ştatlara qoşulacağı hala hazır olmaq üçün 51 ulduzlu bayraq da tərtib etmişdir. == Bioqrafiya == Robert Heft 19 yanvar 1941-ci il tarixində ABŞ-nin Miçiqan ştatı ərazisində yerləşən Saqino şəhərində anadan olmuşdur. Heft Birləşmiş Ştatların indiki bayrağını 17 yaşında ikən Ohayo ştatının Lankaster şəhərində oxuduğu məktəbdə dərs layihəsi olaraq tərtib etmişdir. Heftin müəllimi Stenli Prett ona "B-" qiymətini vermişdir. Layihə haqqında danışan Heft müəllimi ilə razılaşdı ki, əgər onun tərtib etdiyi bayraq Birləşmiş Ştatlar Konqresi tərəfindən ABŞ-nin dövlət bayrağı qəbul edilsə, onun qiyməti qaldırılacaq. Heftin dizaynı ABŞ Prezidenti Dvayt Eyzenhaverə təqdim edilmiş 1.500 bayraq arasından seçilmişdir. Heftin müəllimi bundan sonra onun qiymətini "A"ya qaldırmışdır.Kollecdən məzun olan Heft orta məktəb müəllimi olmuş, daha sonra isə kollec professoru kimi çalışmışdır. Əlavə olaraq, Heft 28 il Ohayo ştatının Napoleon şəhərinin meri olmuşdur.Robert Heft 12 dekabr 2009-cu il tarixində, 68 yaşında Saqino şəhərində infarktdan vəfat etmişdir.
Uilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Vill Hant
Vill Hant (ing.
Vilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Kəlləşəkilli haf
Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü. == Qısa təsviri == Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır. == Yayılması == Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır.
Medikan Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Medisin-Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.