HADIR
HAGİDƏ
OBASTAN VİKİ
Kəlləşəkilli haf
Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü. == Qısa təsviri == Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır. == Yayılması == Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Hafex
Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Hafis Nəsiroğlu
Hafis Nəsiroğlu (1950, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən Kirpi jurnalı nın baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Hafis Qasımov
Hafis Qasımov (leytenant)
Hafis Qasımov (şəhid)
Hafis Quliyev
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Hafiz (Bostanabad)
Hafiz (fars. حافظ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Hafiz Abdullayev
Hafiz Abdurrəhmanov
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Hafiz Hacxalıl
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Hafiz Hacıyev
Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993). == Həyatı == Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir. 1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Hafiz Heydərov
Hafiz Həsənov
Hafiz Həziyev
Komarov hafı
Komarov hafı (lat. Rethera komarovi) — pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nadir növdür. == Təsviri == Qanadları açıq halda 70-75 mm-dir. Ön qanadları yaşıl olub, üzərindən krem rəngli köndələn xətt keçir, kənarı zeytuni-yaşılıdır. Arxa qanadları sarı, kənarı qonurdur. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Əfqanıstan, Türkmənistan, Cənubi Qafqaz, Azərbaycanda isə Araz çayı vadisi, Talış (Zuvand Dövlət Təbiət Yasaqlığı), Şamaxı (Pirqulu). == Həyat tərzi == Friqanoid bitki olan traqakantın yayıldığı quru dağ çölləri kəpənəyin yaşayış sahələridir. Kəpənəklər mayın sonu – iyunun əvvəllərində uçur, ildə bir nəsil verir. Gündüzlər sığınacaqlarda gizlənir.
Kürəkən Hafiz Əhməd Paşa
Hafiz Əhməd Paşa (ö. dekabr 1735) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Mustafanın vəziri Osman Paşa idi. Atası Osmanlı sülaləsindən 2 sultanla evlənsə də, Əhməd Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Atasının vasitəçiliyi ilə baş qapıçı olmuş, ardından 1722-ci ilin noyabrında Sayda bəylərbəyi, 1723-cü ildə vəzir oldu. 21 fevral 1724-cü ildə baş tutan mərasimdə Sultan Əhmədin qızlarından Xədicə Sultanla nikahlandı. 1731-ci ilin sentyabrında kaptan-ı dərya olsa da, həmin ilin noyabrında vəzifədən alınaraq yenidən Saydaya təyin olundu. 1734-cü ildə Rumeli bəylərbəyi oldu və 1735-ci ilin dekabrında vəfat etdi. == Mənbə == Sicill-i Osmani I cild, səh.

Digər lüğətlərdə