Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşağı Harnava
Yuxarı Harnava
Hanava Hokiiçi
Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 1746 – 7 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi. == Haqqında == Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub. O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi. 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir.
Aşağı Harnava (Tarım)
Aşağı Harnava (az.-əski. آشاغێ هارناوا‎, fars. هارون‌آباد سفلی‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 502 nəfər yaşayır (145 ailə).
Yuxarı Harnava (Tarım)
Yuxarı Harnava (az.-əski. یوخارێ هارناوا‎, fars. هارون‌آباد علیا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 425 nəfər yaşayır (128 ailə).
Hallavar
Hallavar (Oğuz) — Azərbaycanın Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Hallavar (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Hallavar (Pəmbək) — Pəmbək mahalında kənd. Hallavar çayı — Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay.
Varnava
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Xallava
Xallava, Xəliloba — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bəzi tədqiqatçılara görə xəliloba toponimi təhrifə uğramışdır. Əslində yaşayış məntəqəsinin adı 1979-cu ilədək rəsmi sənədlərdə qeydə alındığı kimi Xallava, ya da Xanlava olmalıdır. Onların fikrincə, Xallava kürd dilindəki xal (yer, torpaq) və lava/lau/ləm (sahil) sözlərinin, xanlava isə xan (ev, məskən) və lava komponentlərinin birləşməsindən ibarət olub, birinci formada "sahil yeri", ikinci formada isə "sahildə ev, məskən" mənasındadır. == Toponimikası == Xallava kəndi dağətəyi ərazidədir. Oykonim "hündür yer" kimi izah olunur. Oğuz r-nunda bu oykonimin Hallavar variantı qeydə alınmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 14 evdə 63 şiə kürd yaşayırdı.
Alpava
Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava, Alpava, Alpavan formalarında qeyd edilmişdir. Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə türk dilində «düzənlik, geniş yer», «dərə, vadi» mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır.
Halaxa
Alaha (ivr. ‏הלכה‏‎ Halakha, Halacha, Alaha; İvrit dilində "getmək" mənasındadır) — Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. == Növləri == === Taxıldan halvalar === Mannı taxılından hazırlanan halvalara Hindistanda suci ka halva (hind. सूजी का हलवा, marathi रव्याचा शिरा, urdu سوجی کا حلوہ), Türkiyədə isə irmik helvası deyilir. ==== Səməni halvası ==== Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur.
DFK Daynava
Dzūkijos futbolo klubas Dainava – Litvanın Alitus şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Hallavar (Oğuz)
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m.
Hallavar (Pəmbək)
Hallavar — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Böyük Qarakilsə şəhərinində azərbaycanlıların yaşadığı kəndir.Quqark (Kirovakan Böyük Qarakilisə) şəhərindən 18 km Bakıdan isə 687 km uzaqlıqda yerləşir. == Tarixi == Çar Rusyası dövrində İrəvan qubernatorluğu Gömrü (Aleksandropol) qazası, Sovyet döneminde Yaquplu (bu gün Gugark) Rayonu`na bağlanmışdır. Yaqublu`dan 17 km güneybatıda, Yuxarı Kilisə ve Heydərlı kəndlərinin arasında, Hallavar çayı`nın yaxınlığında və Pəmbek Çayı`nın sağ sahilində yerləşmektədir. Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir.Kəndin tarixi v-vı əsrə qədər uzanır. Kənddə çoxlu tarixi abidələr və qayaüstü rəsmlər bunu deməyə imkan verir.Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi bayat dağlarinda qədim alban yazılarına və işarələrinə rast gəlinir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq və dağətəyi ərazidə yerləşir.Subtropik iqlimə malikdir.Qışda temperatur -16 yayda isə +32,+35 dərəcə olmuşdur. == Əhalisi == Kəddə 1831.de 111, 1873.də 625, 1886.də 664, 1897.də 913, 1914.də 445, 1916.da 781, 1919.da 455 kişilik sadəcə Türk nüfus yaşamışdır.
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Hallavar çayı
Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Qaraçoban çayıdır. Mənsəbindən sol qolu Qaraçoban çayı ilə birləşdiyi məntəqəyədək Hallavar çayının sahilində Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri, Qaraçoban çayı birləşdikdən sonra isə Pəmbək çayına az qalmış Hacı Qara kəndi yerləşir. 1988-ci ildə azərbaycanlıların qovulması: 1988-ci ilədək Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri monoetnik azərbaycanlı kəndləri idi. 1988-ci ilin dekabr ayında Mollaqışlaq kəndindən 200 nəfərdən çox, Aşağı Kilsə kəndindən 120 nəfər, Yuxarı Kilsə kəndindən 575 nəfər, Hallavar kəndindən 2.760 nəfərdən çox və Heydərli kəndindən 1.240 nəfər etnik azərbaycanlı zorla qovulmuşdur. Azərbaycanlıların çıxarılmasından sonra Heydərli və Hallavar kəndlərinə az sayda ermənilər yerləşsələr də sonradan onlar Heydərlini də tərk etmiş və yalnız az sayda Hallavar kəndində qalmışdır. 1990-cı illərin əvvəllərində xaraba qalmış Aşağı Kilsə kəndi ləğv edilmiş və ərazisi Mollaqışlaq kəndinə verilmişdir.
Cukki Hanada
Cukki Hanada (花田 十輝, Hanada Jukki, 1969) — Yaponiya ssenaristi, ranobe və komiks yazıçısı. Əvvəllər Koyama Takaonun Brother Noppo (ぶらざあのっぽ) anime ssenarisi evinin üzvü olub.
Saxarnaya Qalava
Saxarnaya Qalava — Şantar adaları qrupuna daxil olan kiçik ada. Feklistov adasından 7,5 km qərbdə yerləşir. Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Alava burnu
Alava burnu (ing. Cape Alava) — Sakit okeanın Amerika sahillərində yerləşən burun. Burun Olimpik yarımadasında yerləşir. Üstəlik Olimpik Milli parkı ərazisinə daxildir. İnzibati baxımından Vaşinqton ştatının Klellam dairəsinə daxildir. Alava burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. Ancaq Olimpik yarımadasının sahilləri güclü şəkildə erroziyaya məruz qalır. 1990-cı illərdə 48 şatatın ucqar qərb nöqtəsi Oreqon ştatında yerləşən Blanko burnu olmuşdur. Burun öz adını ispan qrandası olmuş Xose Manuelı de Alavanın adından almışdır.
Alava vilayəti
Alava — İspaniyanın vilayəti. == Ərazisi == Alava vilayətinin ərazisi 3 308 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Alava vilayəti ərazisinə görə 48-ci yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Alava vilayətinin əhalisi 322 418 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Anna Haava
Anna Haava (est. Anna Rosalie Haavakivi 15 oktyabr 1864[…] – 13 mart 1957[…], Tartu) — Estoniya şairəsi və tərcüməçisi, Estoniya SSR xalq yazıçısı. == Bioqrafiyası == Tartu qəzasındakı Haavakivi fermasında kəndli ailəsində anadan olub. Ata kəndli ziyalılarından idi, buna görə də evdə kitablar və qəzetlər həmişə oxunurdu. Atası skripka çalırdı. O, Vanemuine Teatr Cəmiyyətinin iclaslarında iştirak edir və Tartu Əkinçilik Cəmiyyətinin üzvü idi. Anna 5 yaşında olanda ailəsi əmanətlərini bir qohumuna həvalə etdi ki, fermanı sahibindən alsın, ancaq Annanın ailəsinin evini öz adına yazdığından ailə evini itirməli olur. Ancaq buna baxmayaraq Anna yaxşı bir təhsil alır. Əvvəlcə alman ibtidai məktəbində oxuyur. Ancaq o burada alman Espenşteyn soyadını almaq məcburiyyətində qalır.
Sarı halva
Sarı halva (az.-əski. ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. == Lazım olan ərzaqlar == 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran == Hazırlanma qaydası == Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Tər halva
== Tərkibi == Əla növ buğda unu — 400q, ərinmiş yağ — 200q, doşab — 250q və ya şəkər tozu — 200q, darçın — 2q. === Hazırlanma qaydası === Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.
Kobılya Qalava yarımadası
Kobılya Qalava (bur. Хорин ирги) — Baykal gölündə yerləşən Olxon adasında yerləşən, Xabarovsk diyarı ərazisində, Olxon darvazası ilə Kiçik dəniz boğazı arasında yerləşən yarımada. Yarımada körfəzin daxilinə 4 km məsafədə uzanır. Qutaracağında eyni adlı burun yerləşir. Sonucunda yerləşən qaya hazırda yarımadadan kiçik boğazla ayrılır. == Qəzalar == Burada XX əsr tarixində Baykal gölün tarixində ən dəhşətli qəza baş vermişdir. 1901-ci ilin oktyabrın 14-dən 15-ə keçən gecə "Potapov" gəmisi güclü küləklə qayaya çırpılmışdır. Nəticədə 176 nəfər həlak olmuşdur. Potapov qəzasından bir ötməmiş göl tarixində ikinci böyük qəza baş verir. 1902-ci ili sentyabrın sonlarında güçlü Sarma küləyinin sayəsində "Aleksandr Nevski" gəmisinin yedəyində gətirdiyi barjanı suya batırmışdır.