Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanlin Akademiyası
Hanlin Akademiyası (çin. 翰林院) ― VIII əsrdə Tan sülaləsinin imperatoru Hsüançunq tərəfindən Çanqanda qurulmuş akademik və inzibati ali təhsil müəssisəsi idi. Akademiyaya üzvlük saray üçün katiblik vəzifələri yerinə yetirən elit bir qrup alimlə məhdudlaşırdı. Onun əsas vəzifələrindən biri Çin klassiklərinin təfsirinə qərar vermək idi. Bu, hökumət bürokratlarının daha yüksək səviyyəli dövlət vəzifələrinə çatmaq üçün keçməli olduğu imperiya imtahanlarının əsasını təşkil etdi. Sarayda işləyən rəssamlar da akademiyanın üzvü idi. Min sülaləsi dövründə, 1407-ci ildə akademiya nəzdində Tərcüməçilər Bürosu yaradılmışdı. Bu büroda tunqus, monqol, koreya, ryükyü, yapon, tibet, fars, Vyetnam, Myanmar dillərini öyrənən şöbələr təşkil edilmişdi. Daha sonra bu büroya Qədim Uyğur dili və Sanskrit şöbələri də əlavə edildi. 1511 və 1579-cu illərdə Lao və Tay dilləri əlavə edildi.
Qarri Şendlinq
Qarri Şendlinq (ing. Garry Shandling; 29 noyabr 1949[…], Çikaqo, İllinoys – 24 mart 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. 29 noyabr 1949-cu ildə doğulub. 24 mart 2016-cı ildə vəfat edib.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Hanlonq qrup
Hanlonq qrup (汉龙集团) — günəş enerjisi, rabitə, kimya, mineral kəşfiyyatı və digər sənaye sahələrində holdinqləri olan Çin konqlomeratı. Siçuan Honqda (四川宏達; SSE: 600331) Şanxay Fond Birjasında siyahıya alınmış mədən şirkəti və Hanlonqun törəmə şirkətidir. 2011-ci ildə Honqda Tanzaniya kömür və dəmir mədənində 3 milyard dollarlıq sərmayə qurduğunu elan etdi və bu da onu Şərqi Afrikanın ən böyük investoru halına gətirdi. Razılaşmaya əsasən, alt layihə Tanzaniyada geniş elektrik enerjisi təchizatını təmin etmək üçün böyük bir kömür zavodu və təchizat zəncirinin tikintisi, xarici investisiyaların istehsalına ən böyük maneələrdən birini aradan qaldırmaqdır. Tanzaniyanın enerji infrastrukturunu qurmaq üçün Honqda Tanzaniya hökuməti ilə "Tanzaniya Çin Beynəlxalq Mineral Resursları" adlı birgə müəssisə yaratdı. Layihə planı Mçuçuma və Katevaka kömürünün ölkədəki ən yüksək gücə malik zavod olacağı və tam gücü ilə 600 MVt istehsal edəcəyi gözlənilən elektrik enerjisi qurğusunun tikintisini nəzərdə tutur. Obyektin 2015-ci ilə qədər 300 MVt istehsal etməyə başlaması gözlənilir. 2011-2013-cü illər arasında Hanlonq Avstraliyanın Sundance Resources şirkətini ələ keçirməyə cəhd etdi. Lakin Hanlonq maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman sövdələşmə baş tutmadı. 2014-cü ildə Hanlonqun keçmiş rəhbəri Liu Xan, qardaşı Liu Vey və digər iş yoldaşları ilə birlikdə doqquz qətldə və 1993-cü ildən bəri mafiya tipli əməliyyat keçirməkdə günahlandırıldı.
Ağıllı Vill Hantinq
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Ağıllı Uill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.