Bəylik (Ağdaş)
Bəylik (əvvəlki adı: İkinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qulbəndə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Ağdaş rayonunun İkinci Şordəhnə kəndi Bəylik kəndi adlandırılmışdır.
== Toponimikası ==
29 aprel 1992-ci ilə qədər kəndin adı İkinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Kəndin adındakı "ikinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır. Yaşayış məntəqəsi keçmiş Şordəhnə (sonralar Birinci Şordəhnə) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən kəndin adı Bəylik oykonimi ilə əvəz olunmuşdur. Ağdaş rayonunda Birinci Şordəhnə kəndi də mövcud olmuşdur. 5 oktyabr 1999-cu ildə bu kəndin adı dəyişdirilərək Şordəhnə adlandırılmışdır.
== Coğrafiyas və iqlimi ==
Kənd Kür-Araz ovalığında yerləşir.